Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

tulumun  nəfəsli  alətlər  arasında  ən  qədim  alətlərdən, 
məxsusən  də  folklor  instrumental  aləti  kimi  geniş  şöhrət 
tapdığını  qeyd etmələri onu  göstərir ki,  bu regionun musiqi 
folkloru  öz  qədim  ənənəsi  ilə  seçilir.  «Tulum  əsasən  çoban 
solo  aləti  sayılır»-deyən  musiqişünas  S.Abdullayeva  son­
radan  Naxçıvanda  Şahbuz  rayonunun  Kolanı  kəndində 
Cəbi  Əhmədovun,  Şərurun  Dəmirçi  kəndindən  Məmməd 
Yaqubovun  adlarını  çəkir  (206,  s.350).  Məmməd  Yaqu­
bovun  ifasından  nota  salınmış  «Güleynare»,  «Köçəri», 
«Nareyi»,  «Loçimənə»,  «Tulumu»,  bizim  nota  saldığımız 
havalardan  «Qoftanı»,  «Tulumu»,  «Aman  Lələ»,  «Ağır 
Qarabağı»  havalarının  müxtəlif  aspektlərdən  təhlili  sübut 
edir  ki,  Naxçıvan  bölgəsi,  folklorunun  arxaikliyinə  görə 
Azərbaycanın  ən  qədim  ərazilərindən  biridir.  Tulumun 
səslənməsində mövcud  olan burdonlu səs,  zurnaya məxsus 
zil  tembr  xüsusiyyətləri  bu  alətin  həqiqi  mənada  folklor 
aləti kimi açıq məkanda çalındığına dəlalət edir.
Naxçıvanın  musiqi  folklorunun  yaraşığı  olan  «Yallı» 
rəqsləri  özünün  janr  rəngarəngliyinə,  ifa  xüsusiyyətlərinə 
görə digər rəqs havalarından fərqlidir.
Yallı  rəqslərinin  musiqi  materiallarının  metroritmik 
xüsusiyyətləri  zahirən  bir-birinə  oxşasa  da  onlarm  hər 
birinin  metrik  ölçülərində  xanədaxili  ritmik  formulların 
müxtəlif  şəkilləri  bu  janrın  xarakterinə,  rəngarəngliyinə, 
çoxcəhətli  xüsusiyyətlərinə  dəlalət  edir.  Yallı  rəqsləri 
kütləvi rəqs formasına məxsus olduğu üçün bu janrın daha 
qədim  ənənələrdən süzülüb  gəldiyini  göstərir.  Hər bir yallı 
melodik  dil  xüsusiyyətlərinə  və  rəqs  zamanı  atılan  ayaq


hərəkətlərinin  müxtəlifliyinə,  rəngarəngliyinə  görə  fərqli­
dir.  Onların  ahəngi  ümummilli  xüsusityyətlərdən  doğan 
lad-intonasiya  rəngarəngliyinə,  ritmik  quruluşuna  görə  də 
bir-birindən  fərqlənir.  Yallıların  bir  ayaq,  iki  ayaq,  üç  ayaq, 
dörd  ayaq  və  beş  ayaq  struktur  hərəkət  quruluşları  təkcə 
Naxçıvan  bölgəsinə  məxsus  deyil.  Bu  sahədə  aparılan 
tədqiqatlar  sübut  edir  ki,  Naxçıvanın  qədim  ənənəsindən 
bizə  miras  qalmış  bu  tip  yallı  musiqi  nümunələri  bu  gün 
Savədə, Urmiyədə, Qarsda,  İğdırda və başqa regionlarda da 
geniş  yayılmışdır.  Ayrı-ayrı  bölgələrin  yallı  musiqi 
materialları  musiqi  dilinin  quruluşuna  görə  fərqli  olsa  da 
oyun  hərəkət  quruluşları  demək  olar  ki,  bir-birinə  çox 
oxşayır və biri digərini tamamlayır.
Yallı  rəqsləri  kütləvi  rəqs  nümunəsi  olduğu  üçün 
onları  müxtəlif  mərasimlərdə  oynayırlar.  Bu  zaman  həmin 
yallıların  bir  qismi  sözlə  oxunur.  Mərasim  ənənəsində  ifa 
edilən  əksər  yallılar  xor  şəklində  ifa  edilir.  Çünki  ardıcıl 
düzülüşdə,  bir-birinə  zəncirvari  birləşmiş  rəqs  oynayan 
insanların  hər  biri  yallının  aşıladığı  şən,  əhval-ruhiyyəni 
saxlamaq  üçün  xor  ifa  formasına  üstünlük  verib  kollektiv 
ifanı  həyata  keçirirlər.  Bir  sıra  ifalarda  yallıbaşmm  solo 
şəklində  ifa  etdiyi  sözləri  kütləvi  olaraq  rəqs  oynayanlar 
onu  xor  şəklində  cavab  kimi  səsləndirirlər.  Xor  şəklində 
oxunan  yallılar  sual-cavab  formasmda  ifa  edilir.  «Yallıbaşı 
mahnılar öz məzmunu  ilə yallının poetik məna  strukturuna 
bağlı  olur.  Həmin  mahnının  yallının  strukturunda  konkret 
yeri,  ifa  məqamı  var.  Həmin  məqam  ixtiyarı  deyildir: 
yallının  poetik  strukturunun  konkret  mərhələsini  təşkil


edir.  İkincisi,  yallı  rəqs  və  musiqidən  ibarətdir.  Rəqsin  və 
musiqinin  vəhdətindən  hasilə  gələn  poetik  məzmun 
yallıbaşı  mahnısında  sözə  çevrilir.  Ona  görə  belə  hesab 
edirik  ki,  mahnının  məzmunu  yallının  rəqs  və  musiqidən 
ibarət  olan  məzmununun  semantik  (mənalı)  elementlərini 
bərpa etməyə imkan verir»  (28, s.28).
Naxçıvan  folklor  mühitində  «Qayna,  samavarım, 
qayna»,  «Ay  qız,  dur  gəl,  sabah  oldu»,  «Ay  dönə,  dönə- 
dönə»  yallıbaşı  mahnılarının  poetik-semantik  səciyyəsin­
dən  yazan  professor  M.Cəfərli  təhlillərin  yekunu  kimi, 
fikrimizcə,  haqlı  olaraq  yazır  ki,  «həzinlik,  incəlik,  mənəvi 
ülviyyət  təkcə  təhlil  edilən  mahnıların  yox,  bütün  Azər­
baycan  xalq  mahnılarının  poetik-semantik  ruhunu  təşkil 
edir.
Beləliklə,  nəzərdən  keçirdiyimiz  nümunələr  bütün 
zəngin  semantikası  ilə  Naxçıvan  xalq  mahmlarının  cüzi bir 
hissəsini  təşkil  edir.  Lakin  onların  təhlil  olunması  mahnı 
janrının poetik-semantik xüsusiyyətləri ilə  bağlı  çox  dəyərli 
elmi  bilgilər  təqdim  edir.  Bu  da,  öz  növbəsində  göstərir  ki, 
mahnı janrının poetik-semantik  xüsusiyyətlərinin Azərbay­
can  xalq  mahnılarının  səciyyəvi  örnəklərinin  cəlb  edilməsi 
ilə  dolğun  şəkildə  tədqiq  edilməsi  perspektiv  elmi  vəzifə 
kimi qarşımızda durur» (28, s.29-30).
Yallıbaşı  mahnı janrı  mahnı-rəqs  qrupuna  daxil  olan 
unikal  folklor  nümunələridir.  Hələ  qədimdən  bu  mahnılar 
bizim əcdadların sevə-sevə oxuduqları və öz oxumaqları ilə 
də  öz  rəqslərini  müşayiət  etdikləri  mahnı-rəqs  janrı 
örnəkləridir.  Bu  haqda  R.İmrani  göstərir  ki,  «Yallıların


qədim  əcdadlarımız  tərəfindən  mərasim  ayinlərində,  el  və 
mövsüm,  bayram  şənliklərində  kütləvi  şəkildə  oynaması 
qeyd  olunmuşdur.  Ənənəvi  şəkildə bizə  qədər  gəlib  çıxmış 
Yallı  rəqslərinin  öyrənilməsi  onların  xalq  arasında  aşa­
ğıdakı  formalarda  geniş  inkişafını  göstərdi.  Yallılar 
xoreoqrafik  məzmununa  görə  iki  yerə  bölünür.  Bunlardan 
birincisi  süjetli  yallılardır.  Bu  növ  yallıların  xoreoqrafik 
quruluşu  və ya  ifa  tərzi  müəyyən  süjeti  tərənnüm edir.  Belə 
yallılar  teatrlaşdırılmış  xalq  oyunları  olduğu  üçün  «oyun-
yallı»  adlanırlar.  Xalq arasında  buna  «yallı-yallı»  da deyilir.

ikinci  növ  yallılar  isə,  müəyyən  əhval-ruhiyyəni,  xüsusən 
qəhrəmanlığı,  gümrahlığı,  gəncliyi  və  cəldliyi  ümumi 
şəkildə tərənnüm edən rəqs-yallılarıdır»  (50,  s.19).
Deyilən  fikri  Naxçıvanın  çoxsaylı  yallı  rəqs  nü­
munələri  arasında  görmək  olar.  Bu  tip  yallı  rəqsləri  məişət 
mahnı-rəqs  nümunələri  kimi  bölgənin  folklor  mühitində 
daha  çox  yayılıb.  Yallıbaşı  mahnı-rəqs  nümunələrindən 
«Qaleyi»,  «Güleynare»,  «Hoynərə»,  «Qaz-qazı»  (oyun- 
yallı),  «Köçəri»ni  göstərə  bilərik.  Adları  çəkilən  yallı- 
başılardan  «Hoynərə»,  «Qaz  qazı»  havaları  hər  biri  iki 
hissəli  olub  əvvəli  orta,  mülayim  tempdə,  ikinci  hissəsi  isə 
tez  tempdə  ifa  edilir.  Yallıbaşınm  daha  möhtəşəm,  şən  və 
kütləvi  xarakterini  vermək  üçün  ifaçılar  onları  sadəcə  eyni 
sözlərin  təkrar  oxunuşu  ilə  fa  edər,  «Hoynərə,  hoynərə, 
hoynərə,  nərə,  nərə»  deyə oxuyardılar.  Belə  yallıbaşılarmda 
mətnin  poetik-semantikası  yox,  rəqsin  xarakterindən  irəli 
gələn  və  insanlarda  böyük  təəssürat  oyadan  melopoetik 
səciyyə,  yəni  melodiyanın  poetik  təcəssümü  ön  plana  çıxır.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə