Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

onları  rus  və  başqa  dillərə  tərcümə  etmək  mümkün  olmur» 
(103,  s.4).  Xalq  mahnılarının  musiqi  dilindən,  onların  bədii 
obrazlarının  təcəssümündən  danışan  musiqişünas  əsərin 
digər  yerində  qeyd  edir  ki,  «  O,  (xalq  mahnısı-G.M.),  Azər­
baycan  dilinin  və  musiqi  üslubunun  xarakterik  cəhətlərini 
özündə  ehtiva  etmişdir.  Xalq  mahnısına  dərin  ifadəlilik, 
parlaq  emosionallıq  xasdır.  Onun  ürəkaçan  melodiyaları, 
kəskin  ritmləri  və  poetik  obrazları  böyük  əksər  dinlə­
yicilərin  ürəyinə  yol  tapır»  (103,  s.3).  Azərbaycan  xalq 
mahnılarım  etnopsixoloji  mühitin,  milliözünüdərkin  qoru­
yucusu  kimi  təqdim  edən  V.Belyayev  bir  daha  onun 
mədəni  irsin  inkişafında  tutduğu  əhəmiyyətli  rola  diqqət 
yetirir  və  yazır:  «Azərbaycan  kəndi,  peşəkar  musiqi 
yaradıcılığı  növlərinin  inkişafının  əsasını  qoyan  çoxəsrlik 
xalq  mahnıları  ənənəsinin  qoruyucusu  olaraq  qalmışdır. 
Azərbaycan  xalq  mahnısı,  öz  ənənəvi  formasını  saxlayaraq 
gündəlik  həyat  hadisələrini,  əməkçi  xalq  kütləsinin 
marağım,  arzu  və  diləklərini...nümayiş  etdirmişdir»  (  109, 
s.63).
Naxçıvanın  folklor  mühiti  Azərbaycanın  Qərb  regio­
nunun  zəngin  və  qədim  folklor  nümunələrinin  qorunub 
saxlanılmasında  böyük  əhəmiyyətə  malikdir.  Xüsusən  də 
son,  1988-ci  ildən  etibarən,  erməni  separatçılarının 
Azərbaycan  xalqına  qarşı  apardığı  məqsədyönlü  genosid 
siyasətindən  sonra,  azərbaycanlı  əhalinin  Ermənistandan, 
dədə-baba  yurdlarından  qovularaq  çıxarılması  nəticəsində 
milli  mədəniyyətimiz  bu  ərazilərdə  böyük  folklor  nümu­
nələrinin  itirilməsi  ilə  qarşılaşmışdır.  Qərb  ərazilərinin


regional  xüsusiyyətləri,  geostrateji  və  coğrafi  mühiti
minillərlə  bu  ərazilərdə  yaşamış  soydaşlarımızın  qonşu 


Türk  və  iran  türkləri  (azərbaycanlılar)  ilə  birgə  yaşatdığı 
ortaq  folklorun,  çox  zəngin,  eyni  zamanda  təkrarolunmaz 
folklor  nümunələrinin  yaranmasına,  formalaşmasına  geniş 
zəmin  yaratmışdır.  Folkloru  öyrənməklə,  biz  bu  ərazilərdə 
məskunlaşmış  etnosu,  onların  milli  və  mənəvi  dəyərlərini, 
tarixi  gerçəkliyi,  mədəni  nailiyyətləri  öyrənmiş  oluruq.  Bu 
mənada  İrəvan,  Dərələyəz,  Ağbaba,  Göyçə  və  bir  sıra 
mühitlərdə  formalaşmış  folklorun  ərazilərin  itirilməsi  ilə 
əlaqədar  qismən  də  olsa  əldən  getməsi  Azərbaycan  folk­
lorşünaslığına  ağır  zərbədir.  Ona  görə  də,  tarixən  bu  mü­
hitlərlə sıx bağlı olmuş Naxçıvanm folklorunun öyrənilməsi 
prosesinin  gücləndirilməsi  ən  aktual  məsələ  kimi  günün 
əsas  vəzifəsinə  çevrilmiş  olur.  Fikrimizin  təsdiqi  kimi  bir 
məsələyə  xüsusi  olaraq  diqqəti  yönəltmək  istərdik.  Nax­
çıvan  Elm  Mərkəzinin  əməkdaşı  Cabbar  Cəlilovun 
topladığı  folklor nümunələri arasında  «Durnam,  yara salam 
eylə»  xalq  mahnısının  mətnində  Naxçıvan  elinin  iranın 
Qum-Savə  mühitində  yaşayan  türk  tayfaları  ilə  sıx  əlaqəsi 
olduğunun şahidi oluruq. Aşığıdakı mətndə deyilir:
Durnam gedir Quma,  Kaşana,
Quma döşənə-döşənə.
• •
Uzük aparın nişana,
Durnam, yara salam eylə.


Şeirin  mətnindən  aydm  olur  ki,  yarı  Qum  şəhərində 
qalmış  sevgilisi  (onun  Kəngərli,  Yarcanlı  və  başqa  türk 
tayfasından  ola  bilməsi  ehtimalı  daha  güclüdür-G.M.)  ilə 
olan  ayrılığa  dözməyən  eloğlu  öz  niskilini  «Ayrılıq 
ölümdən  betər  və  ya  ayrılığa  necə  dözüm»  sözlər  ilə 
bildlirir.  Tarixi  məlumatlardan  bəllidir  ki,  İranın  Qum 
şəhərində  yaşayan  azərbaycanlıların  böyük  əksəriyyəti 
şahsevənlərdir.  Bu şəhərdə və onun ətraf ərazilərində Qum- 
Sa və  aşıq  mühitində  çoxsaylı  Azərbaycan-türk  boyları 
yaşayır.  Onlardan;  Acırlu,  Əfşar,  Amələ,  Baharlı,  Bayat, 
Bəydili,  Qarapapaq,  Kələvən,  Kəngərli,  Köşələr,  Qurdbəyli, 
Lək,  Məmmədli,  Muğanlı,  Musulu,  Sulduz,  Şahsevən, 
Türkəşvənd,  Türkmən,  Yarcanlı,  Zəğəl,  Zərgər,  Zülqədir 
tayfalarını göstərə bilərik ( 89, s.191).
Vaxtı  ilə  Naxçıvanda  yaşamış  qədim  türk  tayfala­
rının  köç  edərək  Qum  şəhərinə  köçməsi  və  burada  öz 
elinin, kənd və şəhərlərinin admı yaddaşlarında hifz edərək 
sonradan  bu  adları  musiqi  havalarında  qoruyub  saxlaması 
təcrübəsi  muğam  və  aşıq  sənət  nümunələrindən  yaxşı 
bəllidir.  Şahsevənlərin  İranda  yaşatdığı  musiqi  janrları 
içərisində  «Kələkilər»in  mövcud  olması  da  bu  faktı  təsdiq 
edir.  Qum-Savə  aşıq  mühitində  11  adda  Kələkilər  möv­
cuddur. Bunlar aşağıdakılardan ibarətdir:
1.  Yorğun Kələki.
2. Kəllə Kələki.
3. Kösələr Kələkisi
4. Köç Kələki
7.Kələki Şirazi
S.Yol Kələki
9. Yekəbağ Kələki
10.  Yarcanlı Kələki


5. Gen Kələki
6.  Dəvəzəngi  Kələki
ll.Yurd Kələki
Naxçıvanın  Kələki  kəndinin  və  Kəngərli  tayfasının 
adının İran Qum-Savə aşıq mühitində saxlanılması bir daha 
yuxarıda  deyilən  fikirlərimizi  təsdiq  edir.  Naxçıvan 
folklorunun  qədim  musiqi  ənənələrinin  həmin  havalarda 
qorunub saxlanılmasına da heç bir şübhə yoxdur.
Naxçıvanın  folkloru  geniş  əhatəli  olduğu  üçün 
burada  mövcud  olan  xalq  mahnılarının  mətnləri  də  başqa 
janrlarda  olduğu  kimi  xüsusi  əhəmiyyətə  malikdir. 
Naxçıvan  folklor mühitindən  toplanılmış  xalq mahnılarının 
mətnləri  vahid  süjeti  ifadə  etməklə  yanaşı  dolğun 
məzmuna  malikdir.  Mahnıların  bədii  dili  kifayət  qədər 
peşəkar  səpkidə  yazılmışdır.  «Qayna,  samavarım,  qayna» 
mahnısının  poetik-semantik  xüsusiyyətlərini  qələmə  alan 
M.Cəfərli  yazır  ki,  ilk  müşahidə  bu  mahnı  ilə  bağlı 
aşağıdakıları görüb aşkarlamağa imkan verir:
1.  Malını  mövzu  baxımmdan  sevgi  məhəbbət  mövzulu 
əsərdir.
2.  Bənd  və  nəqəratların  növbələşməsi  mahnı  janrına  xas 
ifaçılığm  bütün  göstəricilərinin  ahəngdar  şəkildə 
funksionallaşmasını təmin edir.
3.  Mahnının  obrazlar  sistemini  sevən  aşiq,  onun  sevgilisi, 
samavar, sevgilinin paltarı təşkil edir.
4.  Mahnıda mühitə məxsus sosial-psixoloji münasibətlərin 
etnik stereotipi öz əksini tapmışdır...
5.  Nəqəratın  təkrar  olunan  «Qayna,  samavarım,  qayna,


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə