Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

yaşatdığı  mövzu  konteksinə  daxil  olur.  Filmdə  Saranın 
ölüm  səhnəsi  əsas  leytmotiv  kimi  qabardılır  və  bu  xalq 
mahnısı  əsas  qəhrəman  Saranın  bədii  obraz  təcəssümünə 
çevrilərək xalq arasında dillər əzbəri olur.
«Apardı  sellər  Saranı»  xalq  mahnısının  poetik-
semantik  tutumu  onun  sevgi-məhəbbət  silsiləsinə  məxsus
mahnı  janrma  aid  olmasını  göstərir.  Mahnımn  lirik-
məhəbbət  mövzusunda  olması  onun  semantikasmın
«Segah» muğammm lad-intonasiya xüsusiyyətlərinə  istinad
etməsinə  geniş  zəmin  yaratmışdır.  Azərbaycan  musiqi-
•  •
şünaslarmdan  dahi  bəstəkar  U.Hacıbəyov,  daha  sonra
___  
___ 

R.Zöhrabov,  R.Imrani  «Segah»  muğamını  təhlil  edərkən 
onun  lad-intonasiya  xüsusiyyətlərinin  məhəbbət  rəmzi 
olmasını  göstərmələri  də  sübut  edir  ki,  araşdırılan  xalq 
mahnısının  melo-poetik  semantikasmda  bir  vəhdət,  kamil 
bağlılıq  vardır.  Ü.Hacıbəyov  yazır  ki,  «Segah»  bədii-ruhi 
cəhətdən məhəbbət hissi yaradır  (42,  s.34).  Əsərin başqa bir 
yerində  o  göstərir  ki,  «Segah»  muğamı  lirik-aşiqanə  əhə­
miyyətə  malikdir.  Bütün  incə  aşiqanə  xalq  nəğmələri  bu 
muğam  əsasmda  qurulmuşdur  (42,  s.324).  R.Imrani  bu 
muğamm  məhəbbət  rəmzi  olub  onun  qəm,  kədər,  ahü  zar, 
nalə  bildirməsini  göstərir  (51,  s.134).  R.Zöhrabov  «Segah» 
muğamı  haqqında  yazarkən  Kamil  Əhmədova  istinadən 
göstərir  ki,  «Segah»  sevgi,  məhəbbət,  sızıldayan  qəlb,  bir 
gəncin  ürək  dolusu  sevgi  simvoludur  (88,  s.133).  Xanəndə 
və  tədqiqatçı  V.Məmmədov  isə  yazır  ki,  «Əgər  muğam 
aləmini  sehrli  bir  gülüstanə  bənzətsək,  «Segah»  onun  qızıl 
gülüdür.  Muğamlarımız  ecazlı  üzükdürsə,  «Segah»  onun


qiymətli  qaşıdır»  (66,  s.48).  Görkəmli  şairimiz  S.Vurğun da 
«Segah»  muğamım  öz əsərlərində  vəsf etmiş  və bu xüsusda 
yazmışdır:
Yenə  «Zabul-Segah», yenə o nalə,
Bir qaranlıq çökür qəlbə, xəyala.
Nə qədər yaralı barmaqları var...
Belədir sevdaya düçar olanlar.
Bəzən də gecələr səhərə qədər,
Dinib danışdıqca o San simlər,
Xəyala qərq olur bütün asiman
Böyük yaranmışdır əzəldən insan (85,  s.606)
«Segah»  muğamının  daşıdığı  bədii-estetik  təsir 
dairəsi  göstərdi  ki,  o  sevgi-məhəbbət  simvoludur.  Bu 
mənada  təhlil etdiyimiz xalq mahnısının  poetik və melodik 
semantikası  milli  dəyərlərin  özünü  və  həyatı  dərketmə 
prinsipləri  üzərində  qurularaq  mətnin  və  melosun  mə­
həbbət,  eşq  motivlərinin  sinkretik  vəhdətidir.  Bayatı  üs­
tündə  yazılmış  tədqiq  etdiyimiz  mahnının  bir  neçə  bən­
dinin mətninin məna çalarlarma diqqət yetirək:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı.
Sara gözəl qələm qaşlı,
Apardı sellər Saram.
Bir ala gözlü balanı.


Arpa çayı onu aldı,
Aparıb dəryaya saldı.
Cilovdan dalda qaldı,
Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
Mətnin  struktur,  məna  çalarlarmm  təhlilinə  keç­
məzdən  əvvəl  ilk  müşahidə  mahnının  poetik-semantik 
xüsusiyyətlərini  aşağıdakı  kimi  qruplaşdırıb  izah  etməyə 
əsas verir:
1.  Mahnının  mətni  və  onun  daşıdığı  lad-intonasiya 
xüsusiyyətləri  onun  lirik  məhəbbət  çeşidli  mahnı  janrı 
qrupuna aid olmasını göstərir.
2.  Mahnının  mətni  bayatı  şeir  şəklində  olduğu  üçün 
folklor  və  musiqi  folklorunun  forma  və  struktur  baxı­
mından  əsas  göstəricilərini,  onun  poetik-  semantikasım 
özündü ehtiva etmişdir.
3.  Mahnının  həm  mətnində,  həm  musiqi  lad-into- 
nasiyalarında  aşıq  yaradıcılığına  xas  melosuna,  ifa 
ü'slubuna uyğun çalarları onun obrazlar sisteminin sevən və 
sevilən  aşiq,  Arpaçayı,  apardı  sellər,  gözəl  qələm  qaş,  ala 
gözlü bala olmasmı təşkil etmişdi.
4.  Matımda  sosial-mədəni  mühitə  məxsus,  xalqm 
məişətindən irəli gələn  sosial-psixoloji münasibətlər,  məra­
sim ənənəsi özünü bariz şəkildə göstərmişdir.
Mətndə  bir  tərəfdən  Saranın  Cilovdarın  onu  qaçır­
maq  istəyini  başa  düşüb  özünü  çaya  atması,  Arpaçaym 
sularının  isə  onu  öz  ağuşuna  alması  etnopsixoloji  muna-


sibətləri,  ülvi  məhəbbəti,  Xançobana  olan  məhəbbətin 
sadiqliyini  göstərirsə,  digər  tərəfdən  Xançobangildə  düyü 
süzülməsi  ilə  Saranın  gəlişinin  şadlıqla  qeyd  edilməsi 
mərasiminin  hadisə  ilə  bağlı  düyü  bişirmənin  yas  məra­
siminə  qismət  olması  psixoloji  münasibətləri  və  mərasim 
ənənəsini  göstərir.  Milli  məişət  ənənəsini  göstərən  bu 
epizodda  iki  etnostereotipin  şahidi  oluruq.  Bunlardan 
birincisi  qadın  məhəbbətinin  ülviliyi,  sədaqəti,  namus  və 
qeyrət  məsələsidirsə,  digəri  milli  ənənədə  toyun,  şadlığın, 
gəlinin  ilk  gəlişi  zamanı  düyü  bişirmə  ənənəsi  məişət 
mərasimi ilə sıx bağlıdır.
5. 
Mətndə hadisələrin cərəyanı, bədii təsvir,  el dilinin 
ahənginə  uyğun bayatı  söylənilməsi  də  mərasim  mənşəyini 
göstərir.  Burada  məhəbbətin  lirik  obrazlarla  təsvirindən 
yox, 
əsasən 
anaların, 
nənələrin 
dediyi 
bayatıların 
semantikasma  uyğun  ifadə  vasitələrindən  daha  çox  istifadə 
olunmuşdur.
«Apardı  sellər  Saranı»  xalq  mahnısının  Qərbi  Azər- 
baycan,  İrəvan  variantı  da  müqayisəli  təhlil  üçün, 
fikrimizcə,  maraqlıdır.  Aşağıdakı  şeirin  mətninin  Naxçıvan 
folklor  mühitindəki  variantdan  fərqlənməsi  bu  mahnının 
qeyd  etdiyimiz  kimi  sırf  aşıq  yaradıcılığı  ilə  sıx  bağlı 
olmasıdır.  Bildiyimiz  kimi  aşıq  yaradıcılığında  ayrı-ayrı 
mühitlərdə  eyni  bir  aşıq  havasının  fərqli  variantları 
mövcuddur.  Bu  fərqlər  həm  mətnin  struktur-semanti- 
kasında,  həm  də  melodik  quruluşunda  özünü  göstərir. 
İrəvan mühitinə məxsus həmin malını «Sara» adlanır. Şeirin 
mətnindəki  fərqlər  ümumi  məna  çalarlarmı  bir  o  qədər


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə