Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Getdi  ixtiyarım,  qaynam  formulu  bu  mahnının mərasimi 
mənbəyini  qabardır...
6.  Mətndə  bədii  təsvir  və  ifadə  vasitələrinin  sadə 
semantikası  da  mahnının  mərasimi  mənşəyini  üzə 
çıxarır ( 28s.26)
7.  Naxçıvan  folkloruna  aid  «Qayna,  samavarım,  qayna» 
xalq  mahnısının  melopoetik  strukturunun  təhlili 
göstərdi  ki,  o,  məzmun  və  formaca,  eyni  zamanda 
semantik  xüsusiyyətlərinə  görə  zəngin  milli  dəyərlərə 
söykənir.  Lirik  mahnı  janrına  mənsub  olan  bu  xalq 
mahnısı  sevgi  motivi əsasmdadır.
Naxçıvanın  folklor  mühitinin  xalq  mahnı  janrmda 
müasir  mahnı  yaradıcılığı  formasına  xas,  yəni  nəqərat- 
kuplet  formasında  olan  mahnılara  da  rast  gəlmək  olur.  Bu 
janrın  struktur  forma  quruluşu  onun  yaxın  keçmişlə,  yəni 
XIX  əsrin  ikinci yarısı  və sonu  ilə bağlı olmasını təsdiq edir, 
C.Cəlilovun  toplamış  olduğu  «Oyanmır  yatmış,  oyanmır» 
xalq  mahnısının  poetik-semantik  strukturu  lirik-məhəbbət 
janrına  məxsusdur.  Mahnının  mövzu  arealı  şikayət 
xarakterlidir.  Poetik  təcəssümün  əsas  məzmunu  nəqarətdə
fikirdə öz həllini  tapmışdır.  Bütün  təlatümə,  giley- 
giizara  baxmayaraq  «Oyanmır  yatmış,  oyanmır,  qəm  günə 
batmış  oyanmır»  fikri  mahnının  semantikasını  təşkil  edir. 
Mahnının  mətn  strukturunda  kupletlər  aaa  forması 
əsasında  yazılmışdır.  Beş  kupletli  mahnıdan  nümunə 
olaraq bir bəndi göstəririk:


Baxçalar qara boyandı,
Tütünüm ərşə  dayandı,
Hamı yatanlar oyandı,
Oyanmır yatmış, oyanmır,
Qəm günə batmış oyanmır.  (10, s.298).
Xalq  mahnısının  mətninin  belə  strukturda  olması 
həmqafiyənin  intonasiyasının  lirik  planda  olmasını  şərt­
ləndirir.  Nəqəratın  sözləri  isə  öz  intonasiyalarına  görə 
şikayət  formasında,  əfsusluqla  deyilmiş  fikri  ifadə  edir. 
Təhlil  etdiyimiz  xalq  mahnısının poetik-semantik  strukturu 
onun  lirik-məhəbbət  janrına  məxsus  olmasını  bir  daha 
təsdiq edir.
Naxçıvanın  lirik-məhəbbət  xalq  mahnı  janrına  məx­
sus  mahnılarından  biri  də  «Qalanın  dibində»  xalq  mah­
nısıdır.  Bu  mahnı  da,  melopoetik  strukturuna  görə  qədim 
mahnılar silsiləsinə  aiddir.  Mahnının mətn  strukturu  aaabb 
forması  şəklində  yazılmışdır.  Mahnı  kuplet  və  nəqarət 
formasındadır.  Mətnin  ilk  iki  misrası,  yəni  aa  formasında 
yazılmış  mətn  onun  kupletini,  sonrakı  üç  abb  misraları  isə 
nəqəratı  göstərir.  Mahnının  mətn  strukturu  aşağıdakı 
şəkildədir:
Qalanm dibində yıxıldım yatdım,
Aynalı tüfəngi doldurdum atdım.
Atlandım, atlıya yüyürdüm çatdım,
Atma qaş,  çatma qaş, mən yaralıyam,
Avçıdan qurtulmuş dağ maralıyam.  (10,  s.87).


Mahnının  melostrukturuna  görə nəqarətin  sözləri  iki 
dəfə  təkrar  olunur.  Birinci  halda  birinci  iki  misra  oxunur, 
ikinci  halda  isə  sonuncu  iki  misra  ifa  edilir.  Bu  qədim  xalq 
mahnısı  təkcə  Naxçıvanda  deyil,  qonşu  ölkələrin  mədə­
niyyətində  də  geniş  yayılmış  xalq  mahnılarmdandır.  Bu 
mahnının 
sədalarını 
İrandan, 
Türkiyədən 
ifaçıların 
ifasından tez-tez eşitmək olar.
Naxçıvanın  folklor  mühitində  elə  mahnılar,  folklor 
nümunələri  də  vardır  ki,  onlar  öz  melosemantik,  poetik 
xüsusiyyətlərini bütün bölgələrdə olduğu  kimi  saxlamışdır. 
Onların  bəziləri  hətta  yaxın  qonşu  ölkələrin  folklor  mühi­
tində  də  geniş  yayılmışdır.  Belə  musiqi  folkloru  nümunəsi 
kimi  «Apardı  sellər  Saranı»  xalq  mahnısını  göstərə  bilərik. 
Bu  xalq  mahnısı  Naxçıvan  bölgəsinə  məxsus  olsa  da  onun 
yayılma və  geniş  inkişaf arealı  göstərir ki,  mahnının poetik- 
semantik  mahiyyəti  Cənubi  Azərbaycanın,  İğdırm,  Qarsın 
əhalisi  arasında  da  sevilir və  özünü  daha  geniş formalarda, 
janrlarda  göstərir.  Məsələn,  cənubi  Azərbaycan  folkloru 
örnəklərinə  diqqət yetirsək bu  havanın mətninin  məzmunu 
və  mövcud  rəvayət  əsasında  böyük  bədii  filmin  ssenarisi 
yazılmış  və  ekranlaşdırılmışdır.  Maraqlısı  da  budur  ki, 
filmin  əsas  ana  xəttini  adını  çəkdiyimiz  xalq  mahnısının 
melopoetikası,  onun  məzmunu  təşkil  edir.  Folklor  dünya­
mızdan qopub  gələn  bir xalq  mahnısının  geniş əhali kütləsi 
arasında,  onun  sosial-mədəni  həyatında  bu  qədər  dərin  iz 
qoyması  onu  sübut  edir  ki,  folklor  örnəkləri  xalqımızın 
yaddaşında,  təfəkküründə  qorunaraq  onun  milli  dəyər­
lərini  yeni,  müasir  mədəni  institutların  dili  ilə  bütün
ч


bəşəriyyətə  çatdırılmasında  bir  meyardır.  Bir  xalq  mah­
nısının  folklorlaşma  prosesindən,  süzgəcindən  keçərək, 
başqa bir janrın (kino)  əsas mövzusuna çevrilməsi Naxçıvan 
folklor dünyasının  zənginliyindən danışır.
«Apardı  sellər  Saranı»  xalq  mahnısı  folklor  mühi­
tində  «Apardı  sellər Saramı»  və  «Arpaçay  gözəli»  adları  ilə 
də tanmır. Cənubi Azərbaycan folklorunda bu xalq mahnısı 
artıq  rəvayətə  çevrilmiş  və  mövzunun  geniş  əhatə  olun­
masında  bədii  personajların  sayı  artırılmışdır.  Naxçıvan 
folklor  mühitində  «Arpaçay  gözəli»  adı  ilə  «Naxçıvan 
folkloru»  kitabına  rəvayət  şəklində  daxil  olmuş bu  havanın 
məzmununda əsasən üç bədii obraz; on beş yaşlı Sara, onun 
xalası  oğlu  Xançoban  və  cilovdar  Mahmud  iştirak  edir. 
Hadisələrin  və  rəvayətin  bədii-dramaturji  inkişafında  üç 
bədii obrazdan istifadə olunmuşdur (10,  s.300).
Cənubi  Azərbaycan  folklorunda  bu  rəvayət  öz 
inkişafını  geniş  planda,  bir  növ  dastan  yaradıcılığına  xas 
formada  tapmışdır.  Onun  kino  ssenarisi  şəklində  verilmiş 
bədii  personajları,  kütləvi  xalq  səhnələrində  iştirak  edən 
obrazlar  olduqca  geniş  şəkildədir.  Filmdə  gənc  Saranın 
anası,  atası,  onun  xalası,  xalası  əri,  onların  oğlu  Xançoban, 
onun  əhatəsində  olan  el-obanm  gəncləri,  qohum-əqraba, 
həmçinin  həmin  ərazinin  xanı,  onun  saray  əyanları, 
təlxəkləri  və  cilovdar  Mahmud  bədii  obrazları  vardır. 
Ssenaridə  cilovdar  Mahmudun  Saranı  aldadıb  qaçırmaq 
istəyi  xanm  əmri  ilə  həyata  keçirilmişdir.  Xana  ərə  get­
məmək  üçün  Sara  özünü  arpa  çayına  atır.  Bu  hadisə  son­
radan  aşıqlarm  rəva
3
^ət  və  dastan  formasında  qələmə  alıb


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə