Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Musiqi  folklorunun  regional  xüsusiyyətlərindən,  onun 
rəngarəng  ənənələrindən  irəli  gələn  janr  səciyyəsindən 
asılı  olaraq  mərasim  nəğmələri  arasında,  xüsusən  də  toy 
mərasimlərində  tez-tez  dialoq  formasında  olan  mahnı- 
rəqslərə də  rast gəlmək olur.  Belə mahnı-rəqslərdən biri də 
toyun  ertəsi  günü  bəy  evinin  adamlarının yığışıb  keçirdiyi 
«Duvaqqapma»  mərasimidir.  Bu  mərasim  ayrı-ayrı  ərazi­
lərdə  bir  qədər  fərqli  formada  keçirilir.  Məsələn,  Nax­
çıvanda  toyun  sabahı  günü  oğlan  evi  yığıncaq  təşkil  edir 
və  bu  yığmcağa  qız  evinin  (gəlinin)  adamları  (gəlinin 
anasından başqa) qonaq gəlirlər. Onlar özləri ilə «Ziratov», 
«Qayğanaq» kimi şirin nemətləri pay gətirirlər. Mərasimdə 
oğlan evi tərəfindən  gəlinə  alınmış  pal-paltar,  qızıl dəstləri 
nümayiş  olunur.  Bəzi  regionlarda,  xüsusən  kənd  yerlə­
rində  bu  mərasim  mahnı-rəqs  janrı  kimi  yox,  sadəcə 
mahnı(mahnı-dialoq-G.M.)  formasında  keçirilir.  Prinsipcə 
bu  fərq  çox  şeyi  dəyişmir.  Mahnı  olduğu  kimi  dialoq 
formasında  ifa  edilir.  Lakin  həmin  mərasimə  xüsusi 
musiqiçilər  dəvət  edilmədiyi  üçün  rəqslər  icra  olunmur. 
Mahnının  melodiyasını  isə  mərasimə  toplaşanlar  xor 
şəklində ifa edərlər.
«Duvaqqapma»  mərasimində  oxunan  mahnı-rəqs 
faktiki  olaraq 3  hissədən  ibarətdir.  Birinci  iki  hissə  mahnı- 
dialoq  formasında  ifa  edilir.  Üçüncü  hissədə  isə  ifaya 
deklamasiya  əlavə  edilir.  Bu  zaman  qızlar  xorunda  bəzi 
hissələr  melodik  tərzdə  yox,  sadəcə  sözlərin  deyiliş 
formada,  reçitativ  şəkildə  ifadə  edilməsi  ilə  rastlaşırıq.  Bu 
sözləri  qızların  hamısı  bir  yerdə  deyir.  Adətən  reçitativ


şəkildə  deyilən  sözlər  xorun  iki  dəfə  ardıcıl  ifaya  daxil 
olması  zamanı  baş  verir.  İfanın  birincisini  xor  reçitativ 
şəkildə,  ikinci  misrasını  isə  melodik  şəkildə  ifa  edir. 
Reçitativ şəkildə oxunan sözlər aşağıdakı sözlərdir:
Qızlar xoru: Yerində-yurdunda qayım-qədim olsun. 
Qızlar xoru: Dəstərxanı açıq,  nehrəsi yağlı olsun.
«Duvaqqapma» 
mahnı-rəqsinin  mətn  quruluşu 
özünün  poetik-semantik  strukturuna  görə  iki  qismə 
bölünür.  Birinci  iki  hissədə  mətnin  əsas  məzmunu  gəlinin 
sözləri üzərində  qurulur.  Gəlinin obrazını yaradan və  onun 
düindən  söyləyən  aparıcı  «Hanı  atam?  Hanı  anam?  Hanı 
mirzəm?  Yox  qardaşım,  yoxdu  bacım  »  ifadələri  ilə  dialoqu 
qurur  və  bəy  evinin  adamları  ona  ürək-dirək  verərək 
«Qaynatan  sənin  atan,  qaynanan  sənin  anan  və  s.»  bu  kimi 
ifadələrlə  gəlinin  yeni  evdə,  yeni  həyata  başlamasını 
alqışlarla qarşılayırlar. Oğlan evinin adamları «ay gəlin, xoş 
gəldin,  xoş  gəldin,  bizim  evə  tuş  gəldin,  tuş  gəldin»  sözləri 
ilə  öz  sevinc  və  təbriklərini  bildirirlər.  Bu  mərasimdə  biz, 
ilk  növbədə  etnosdaxili  ictimai  münasibətləri,  bununla  da 
ictimai-psixoloji  davranışı  görürük.  Mətndə  bədii  təsvir  və 
el  ifadə  tərzinin  sadəliyi mahnının  mərasimi  mənşəyini üzə 
çıxarmaqla  yanaşı  keçirilən  mərasimin  etnopsixoloji  xüsu­
siyyətlərini,  ənənəvi  cəhətlərini  də  ortaya  qoyur.  Mətnin 
üçüncü  hissəsində  dialoq  iştirakçıları  bir  növ  yerlərini 
dəyişir və bəy evinin adamları  «gəlin gəldi,  nə  gətdi?»  sualı 
ilə  aparıcıya müraciət edib  onu  dialoqa  dəvət edirlər.  O  da


öz  növbəsində  gəlinin  gətirdiyi  cehizləri  sadalamaqla  yenə 
də  el  adətində  mövcud  olan  adət  ənənəni  etnopsixoloji 
hadisə kimi təqdim edir.
«Duvaqqapma»  mahnı-rəqsinin  bəy  evinin  adam­
larının  «başımız  uca  olsun»  sözləri  ilə  bitməsi  mərasimin 
mənasının  məntiqi  yekunudur.  Bu  havanın  mahnı-rəqs 
janrında  olması  və  onun  ifasında  reçitativli  ifa  tərzinə 
xüsusi  yer  ayrılması  janrın  sırf  milli  adət  ənənəni  folklor 
dilinin  sadəliyi  ilə  tərənnüm  olunmasının  təsvirindən, 
etnopsixoloji durumundan irəli gəlir.
Rəqs musiqi janrları.
Naxçıvanın  folklor  mühitində  rəqslərin  ifa  formaları 
və  şəkilləri  rəngarəngdir.  Burada  ayrıca  kişilərin  ifa  etdiyi 
və  ya kişilərin  iştirakı  olmadan  qadınların  ifa etdiyi  rəqslər 
də  mövcuddur.  Məişət  rəqsləri  içərisində  fərdi  (solo) 
rəqslər,  iki  kişinin  və  ya  iki  qadının  qoşa  şəkildə  ifa  etdiyi 
rəqslər,  qrup  şəklində  və  kütləvi  formada  ifa  edilən  rəqslər 
vardır.  Qoşa  rəqslər  ya  üz-üzə,  ya  da  yan-yana  bir-birinin 
belindən tutmaqla ifa edilən rəqslərdir.
Rəqs 
musiqisinin 
xalq 
yaradıcılığında 
böyük
əhəmiyyət  kəsb  etməsini  Bülbül  belə  şərh  edir:  «Xalq
musiqisi  xəzinəsində  çoxlu  gözəl  oyun  havaları  vardır. 
• •
Özünə  məxsus  gözəlliyi  olan  həmin  havalar  son  dərəcə 
ahəngdardır.  Azərbaycanda  rəqslər  olduqca  müxtəlifdir- 
zurna  və  dəfin  müşayiəti  ilə,  öz  ritminə  görə,  sürətli, 
coşqun,  eləcə  də  yüngül,  rəqqasənin  incə  hərəkətləri  ilə


fərqlənən rəqslər vardır»(27, s. 28).
Ənənəvi  xalq  mahnı  və  rəqslərinin  bir  çox  nümu­
nələri  Naxçıvanm  musiqi  folklorunda  qorunub  saxlanıl­
mışdır.  Ənənəvi  mahnı  və  rəqslər  iki  növ  olur-deyən 
B.Hüseynli onları aşağıdakı şəkildə təsnif edir:
a)  ənənəvi  mərasim  və  etiqad  mahnı,  oyun  və
rəqsləri;
b) ənənəvi bayram,  toy mahnı, oyun və rəqsləri.
Ənənəvi  mərasim  və  etiqad  mahnı  və  rəqsləri
növünə  öz  məişətinə  görə  çox  uzaq  keçmişlərlə  bağlı  olan 
bir  sıra  ayin  nəğmələri,  oyunları  və  rəqsləri  daxildir.  Bu 
ənənəvi  etiqad  və  mərasim  ayinlərində  qədim  azərbay­
canlıların  təbiət qüvvələrinə-yağışa,  quraqlığa,  günəşə qalib 
gəlməsindən  səy  etməsindən;  təbiətin  ölüb  yenidən  diril­
məsi,  qışm  qurtarıb,  yazm  başlaması  kimi  bir  prosesdən, 
mübarizədən danışılır (48, s.69-70).
Naxçıvanın  musiqi  folklorunda  xüsusən  də  Şahbuz, 
Şərur,  Ordubad  rayonunda  tulumda  mahnı  və  rəqslərin  ifa 
olunması, həmin regionun folklor mühitinin zənginliyindən 
xəbər  verir.  Tulum  (səs  tembri  zurnanın  səsinə  bənzədiyi 
üçün  bəzən  ona  "tulum  zurnası"  da  deyilib.  Tulum  xüsusi 
üsulla  aşılanıb  yumşaldılmış  keçi  və  ya  qoyun  dərisindən 
hazırlanır.  Bütöv  soyulmuş  dərinin  iki  ayağı  möhkəm 
bağlanılır.  Qalan  ikisindən  birinə  tuluma  hava  doldurmaq 
üçün  sümükdən  və  ya  qamışdan  hazırlanmış,  ağzında 
tıxacı  olan  boru,  digərinə  isə  aləti  ifa  etmək  üçün  iki  qoşa 
boru  (gövdə) bərkidilir)  ən qədim milli musiqi alətlərindən 
sayılır.  İnstrumental musiqi  tədqiqatçılarının öz əsərlərində


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə