Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

şəkildə  göstərir.  Mətnin  poetik-semantik  strukturu,  ilk 
növbədə,  məzmunun  bədii  şəkildə  açımmı  verir.  Burada 
Tanrıdan  yağışın  dilənməsi  mövzunun  əsas  semantikasmı 
təşkil  edir.  Mövsüm  mərasimində  yağışın  çağırılması  ilə 
bağlı başqa nəğmələr də olmuşdur.
«Yağ  yağışım»  nəğməsi  haqqında  Azərbaycan  folk­
loru  I  cild  antologiyası  «Naxçıvan  folkloru»nda  məlumat 
verilmişdir.  Onun  musiqi  materialını  folklor  söyləyici- 
lərindən  əldə  etmək  mümkün  olmuşdur.  Musiqişünaslıq 
elmi  üçün  onun  maraqlı  olacağını  nəzərə  alaraq  bu  barədə 
qısa  da  olsa  məlumat  vermək  istərdik.  Deyilənlərə  görə 
quraqlıq  aylarmda  uzun  müddət  yağış  yağmayanda  kənd 
yerlərində  palçıq  yoğurub  təndirə  yapardılar .Palçıq  tən­
dirdə  tam quruduqdan sonra onu çıxarıb  suya salardılar və 
aşağıdakı, sözləri oxuyardılar:
Ay can, ay can, torpağım,
Odda az yan, torpağım.
İndi yağış yağacaq,
Sən düş islan, torpağım.
Yandı torpax qupquru,
Suya saldım dupduru,
Yağ, yağışım, çoxlu yağ,
Çöllər oldu qupquru.  (10, s. 25-26).
Mövsüm  nəğmələrindən 
«Çömçəxatun»  ilə  «Yağ 
yağışım»  nəğmələrinin  poetik-semantik  strukturları  bu


nəğmələrin  arxaik  mərasim  nəğmələri  olmasını  təsdiqləyir. 
Hər  iki  nəğmənin  mövzu  və  semantikası  yağışın  Tanrıdan 
dilənməsi  və  bununla  bol  məhsul  və  südün  əldə  olun­
masıdır.  Bu  tip  nəğmələrin  bölgənin  folklor  mühitində 
olması,  ilk  növbədə,  onu  təsdiq  edir  ki,  Naxçıvanın  musiqi 
folklorunda  mahnı  janrının  rəngarəngliyi  milli  ənənələrin 
qorunması və günümüzə qədər yaşadılması ilə bağlıdır.
Naxçıvanın  musiqi  folklorunda  əkinçiliklə  bağlı 
«Xırman  nəğməsi»  adı  altında  bir  sıra  nəğmələr  vardır  ki, 
onların  semantikası  küləyin  çağrılması  ilə  bağlıdır.  Əmək 
mahnılarının  xarakterik  xüsusiyyətlərindən  yazan  mu­
siqişünas  M.S.İsmayılov  qeyd  edir  ki,  «Zəhmət  prosesini 
əks  etdirən  mahnılar,  tarlada  yer  şumlanarkən,  toxum 
səpini  zamanı,  xırmanda  taxıl  döyülərkən,  xalı-xalça  to­
xuyan  dəzgah  yanında,  həsir  hörülərkən,  bir  sözlə,  əmək 
əsnasında  meydana  çıxmışdır»  (55,  s.19).  Təhlilə  cəlb 
etdiyimiz  «Xırman  nəğməsi»nin  iki  variantının  mətn 
quruluşundan  aydın  olur  ki,  o,  iki  hissədən  ibarətdir. 
Birinci  altı  misralı  şeirin  məzmunu,  insanlarm  küləyə 
inamlı nida  ilə  üz  tutub  söylədikləri  müraciətdir və  ondan 
dilədikləri  istək,  arzudur.  Şeirin  bu  hissəsi  bəzi  region­
larda  reçitativ  şəkildə  oxunur,  bəzilərində  isə  melodik 
formada  ifa  edilir.  Reçitativ  formasında  deyilmiş  müra­
ciətdə  musiqidən  istifadə  olunmur.  Bu  ayinin  icraçıları- 
xırmanda  işləyən  əkinçilər  xırmanın  sovrulması  prose­
sində  yel  əsmədikdə  süpürgə  yandırıb  onun  tüstüsünü 
havaya verib yelin gəlməsini imitasiya edərək deyərdilər:


Yan süpürgə 
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, Oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs!  (10, s.15-16)
Yuxarıda  verilən  şeirin  mətninin  birinci  iki  mis­
rasında  ilkin  olaraq  süpürgəni  yandıran  adamın  süpür­
gəyə  müraciəti  öz  əksini  tapmışdır.  İkinci  fikirdə,  yəni  3-4
misralarda  süpürgənin  yanması  və  onun  odlanması
• •
prosesi  göstərilir.  Üçüncü  fikir isə  əsas  fikrin yekunu  kimi 
səslənir  və  küləyin  əsməsinin  tezləşdirilməsi  arzulanır. 
Mətnin  poetik-semantik  quruluşu  mərasim  mənşəli  olub 
əkinçilik  əməyinin  qədim  tarixi  prosesinin  inikasını  əks 
etdirir.  Bu,  ilk  növbədə,  əməkçi  insanın  ictimai-psixoloji 
davranışının, gündəlik həyat tərzinin formuludur.
Xırman  nəğməsinin  sonrakı  mətn  quruluşu  7  hecalı 
olduğu  üçün  musiqi  üzərinə  daha  uyğun  gəldiyindən  o, 
melodik tərzdə  oxunarmış.  Lirik,  dilək,  arzu  intonasiyaları 
üzərində  olan  «Xırman  nəğməsi»nin  mətni  insanın  yeli 
çağırmaq  arzusunu  əhatə  edir.  Mətnin  poetik-semantik 
strukturu  təsvir  xarakterli  olub  sırf  məişət  hadisəsini  əks 
etdirir.  Yeddi  bənddən  ibarət  olan  mahnının  aşağıda 
seçilmiş bir bəndinə diqqət yetirək:


Çətir-çətir bulut, gəl!
Uşaxları ovut,  gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl!  (10, s.  16-17).
Şeirin  mətnindən  aşağıdakı  qənaətləri  əldə  etmək 
mümkündür:
1.  Mətnin  bədii-poetik  strukturu  ilkin  olaraq  arxaik 
mərasimin təsvirini verir.
2.  Mətn  məzmun  və  mövzu  baxımından  sırf  məişəti 
vəsf edir və  əmək  prosesinin  tərənnümü  poetik  dildə 
ifadə edilir.
3.  Mətnin  mövzu  və  poetik  dili  bu  nəğmənin  musiqi 
dilinin  lirik,  müraciət  intonasiyalarından  təşkil 
olunmasını şərtləndirir.
«Xırman  nəğməsi»nin  tədqiqatın  sonrakı  fəslində 
musiqişünaslıq  təhlili  onun  intonasiyalarında  müraciət, 
dilək,  istək,  ümid  intonasiyalarının  üstünlük  təşkil 
etməsini  bir  daha  əyani  olaraq  üzə  çıxarır.  Bu  tip  nəğ­
mələrin janr  xüsusiyyətlərində  çağırış,  dilək  intonasiyaları 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Nəğmənin  məzmunundan 
irəli  gələn  arxitektonik  intonasiya  seli  melodik  quruluşun 
hansı  səpkidə  olmasını  ortaya  çıxarmış  olur.  Belə  qu­
ruluşlu  nəğmələrdə  müraciət  və  dilək  intonasiyaları 
üstünlük  təşkil etdiyinə görə nəğmənin melodik dili həzin, 
lirik xarakterdə olur.
Naxçıvan  folkloru  maldarlıqla  bağlı  əmək  mahnıları 
ilə  də  zəngin  olmuşdur.  Regionun  maldarlıq  sahəsinin  əsas


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə