Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

ifaçının  fərdi  yaradıcılıq  keyfiyyəti,  yəni  onun  ifa  mədə­
niyyətinin  peşəkar  səviyyəsi  durur.  Çünki  hər  bir  ifaçı- 
musiqiçinin  fərdi  yaradıcılığında  bu  və  ya  digər  folklor 
havasının  ifasında  onun  ifa  üslubu,  interpretasiya  xüsusiy­
yətləri  durur.  Eyni  zamanda  folklorun  aktiv  təbliğatçıları 
olan  ifaçılar;  musiqiçilər,  məişət  və  mərasim  folkloru 
iştirakçıları  ifa  etdikləri  mərasim  oyunlarına,  havalarına 
fərdi üslub və  keyfiyyətlərlə zəngin olan öz dəsti-xəttini,  ifa 
bacarığını  və  mədəniyyətini  gətirirlər.  Belə  ki,  eyni  bir 
folklor  havasının  ayrı-ayrı  folklor  mühitlərində  ifaları 
arasmda  üslub,  vokal,  instrumental  ifa  fərqlərini  izləmək 
olar.  Fərqli  intonasiyaların,  ifa  mədəniyyətlərinin,  bir  çox 
hallarda  sözlərin  ifadəsindəki  fərqli  cəhətlər  lokal  folklor 
mühitinin özəl cəhətlərini ümumregional səviyyədə təqdim 
edir.  Bununla  da  regional  folklorun  bədii  ifa  mədə­
niyyətinin bir  çox  ifa  cizgiləri  formalaşaraq  həmin  mühitin 
folkloruna  dil,  üslub,  ifa  xüsusiyyətinə  fərdi  keyfiyyətlər, 
özəl xüsusiyyətlər  gətirir.  Buna  görə  də  B.Abdulla  yazır  ki, 
«Folklorun  bədii  dili,  əsrlər  ərzində  kristallaşaraq  bütün 
bədii  mədəniyyətin  estetik  norması  səviyyəsinə  qədər 
yüksəlib»  (97, s.3).
Təhlillər  göstərdi  ki,  Naxçıvanın  muiqi  folklorunda 
bir  çox  janrlar  forma,  üslub  xüsusiyyətlərinə,  rəngarəng 
çeşidlərinə  görə  bir-birindən  və  Azərbaycanın  digər  re­
gionlarında  olan eyni  tip  musiqi  folkloru  nümunələrindən 
fərqlidirlər.  Bu  fərqləri  üzə  çıxarmaq  üçün  təhlilə  cəlb 
etdiyimiz  folklor  örnəklərinin  musiqi  nəzəri  təhlillərinə 
diqqət yetirək.


Naxçıvanın  zəngin  folklor  mühitində  musiqi  folk­
lorunun  əhəmiyyətini  öyrəndikdə  yerli  dialektin  folklor 
nəğmələrinin  oxunmasında  və  yallı  rəqslərinin  mahnı  ilə 
müşayiətində  də  xüsusi  rol  oynadığının  şahidi  olduq. 
Məsələn:  «Xırman  nəğmələri»ndə  uşaqları əvəzinə uşaxları, 
sovurur  əvəzinə  savırır  və  s.  ifadələrinin  yerli  dialektlə  ifa 
olunması  bu  mahnının  melodik  ifadə  vasitələrinin 
intonasiyalarınm  daha  yumşaq,  lirik  planda  səslənməsinə 
şərait yaratdığını  gördük.  Mətnlərin  müqayisəsi  göstərir  ki, 
samit  səslərdən  «q»,  «x»-ya  nisbətdə  daha  şaqraq, 
intonasiya  baxımından  isə  bir  qədər  sərtliyi  ilə  seçilir.  Sait 
səslərdən  isə  «a»,  «ı»,  saitləri  «o»  və  «u»  saitlərinə  görə 
tembrə  görə  daha  aşağı,  mülayim  səslənir.  Əlbəttə  folklor 
musiqi  nümunələrində  belə  incə  məqamlara  diqqət 
yetirilməsi  yerli  ənənədə  mövcud  olan  spesifk  cəhətlərin 
üzə  çıxarılması  amilləri  ilə  bağlıdır.  Folklor  musiqisinin 
məhz  bu  cəhətlərinə  xüsusi  diqqət  yetirilməsinin  zəruri­
liyindən  yazan  V.M.Şurov  göstərir  ki,  «yerli  ləhcənin  ifadə 
xüsusiyyətlərinə  diqqət  yetirmək  vacibdir.  Bu,  ilk  növbədə 
sözün  ifadə  olunması  zamanı  bir  sıra  mühüm  ifa 
məziyyətlərinin,  detallarının  müəyyən  edilməsinə  kömək 
edir...»  (132, s.27).
Azərbaycanın  hər  yerində  olduğu  kimi  Naxçıvanın 
folklor  mühitində  də  yas  mərasimlərinin  keçirilməsinə  rast 
gəlirik.  Yas  mərasimləri  məişətdə  iki  formada  özünü 
göstərmişdir.  Birincisi  ailə-məişət  ənənəsi  ilə  bağlıdırsa, 
ikincisi  bütün  müsəlman  dühasında,  xüsusən  də  şiələrin 
ənənəsində  özünə  dərin  kök  salmış  «məhərrəmlik»  ayında


keçirilən təziyələrin icra olunması ilə bağlıdır.
Ailə-məişət  ənənəsində  mövcud  olan  yas  mərasimi 
dar  çərçivədə;  ailə,  qohum-əqraba,  bəzi  hallarda,  xüsusən 
də  kənd  yerlərində  məhəllə,  el  səviyyəsində  keçirilir.  Bu 
mərasimlər  məzmun  və  mahyyətinə  görə  ailə  problemi 
olduğu  üçün  daha  dərin  hüznlə,  qəm  və  kədərlə  keçirilir. 
Naxçıvan  folklorunda  bu  ənənə  xüsusi  mərasimlərlə 
müşayiət  olunur.  Qeyd  etdiyimiz  ailə  ənənəsində  mövcud 
olan  yas  mərasimində,  adətən,  musiqidən  istifadə  edilməz. 
Yasda,  ilk olaraq ölü basdırmada  «şivən»  mərasimi  olar ki, 
o  da  əsasən  qadınların  keçirdiyi  ağlaşma  ayinindən  ibarət 
olar.  «Şivən»  ayinində  diz döymə,  saç yolma,  üz cırma,  sinə 
vurma,  ağı  söyləmə  reçitativ  şəkildə,  sadəcə  yad  etmə, 
təsvir  etmə  formasında  söylənər.  Bu  zaman,  ağıların 
oxunması  üç,  yeddi,  qırx  vermə  mərasimlərində  oxunan 
ağılardan  köklü  şəkildə  fərqli  olar.  Ölü  götürmə  məra­
simində  ağılar  qəmli,  kədərli  səslə  sırf  sözlərlə,  hay  küylə 
müşayiət  olunarsa,  sonrakı  qeyd  etdiyimiz  ayinlərdə 
məclisə  xüsusi  «qadm-ağıçı»  dəvət  olunar  ki,  o  da  yas 
mərasimini  idarə  edər.  Bu  tip  mərasimlərdə  ağılar  qəm, 
kədər  üstündə  köklənmiş  musiqi  intonasiyaları  üzərində 
oxunar.  Adətən  bu  ağıların  səs  diapazonu  böyük  sekunda 
və  kiçik  tersiya  hüdudunda  olur.  Melodik  frazalar  qısa, 
monoton,  sadə  formada  icra  edilir.  Məclisi  idarə  edən 
«ağıçı»nm  ifa  qabiliyyətindən,  məclis  əhlini  səsi  ilə 
təsirləndirmək bacarığından asılı olaraq oxunan ağılar ayrı- 
ayrı  milli  ladlar  üzərində  qurulan  avazlardan  ibarət  olur. 
Ağıların  oxunuşunda  həm  solo,  həm  də  birsəsli  xor


şəklində  oxuma  formasından  istifadə  olunur.  Ağıların 
musiqi  avazları  üstündə  oxunması  məclisi  xüsusi  ilə 
qızışdırır və öz təsir dairəsinə  görə seçilir.
Naxçıvanın yas mərasimlərində, məhərrəmlik ayında 
ауп-ауп  dindarlar,  xüsusən  də  dini  ehkamların  güclü 
olduğu  rayon  və  kəndlərdə  «şəbeh»lər  keçirilərdi.  Müasir 
dövrdə  bu  bir  qədər  səngisə  də  yenə  də  belə  təziyələrin 
keçirilməsinə  rast  gəlinir.  Bu  tip  təziyələrdə  musiqidən 
geniş  istifadə  edilməz.  Lakin  bir  sıra  hallarda  zərb,  sinc 
alətlərindən  və  oxuma  formasından  geniş  istifadə  olunar. 
Məhərrəmlik  ayında  «Aşura»  günü  məscidlərdə,  bir  sıra 
yerlərdə  ayrı-ayrı  şəxslər  imamlara  ehsan  vermək  məqsədi 
ilə  məclislər  qururlar.  Bu  məclisləri  həmin  rayonun  mol­
laları,  mərsiyəxanları  aparar.  Mərsiyələrin  mətni  şəhid 
olmuş  imam  Hüseynin,  Əli  Əleyhissəlamm,  onların  tərəf­
darlarının  şücaətinə həsr  olunar.  Adətən belə  mətnlər  avaz 
üstündə,  müəyyən  həzin,  qəm-kədər  bildirən  melodiyalar 
üzərində  oxunar.  Bu  tip  melodiyalar  folklor  musiqi 
nümunələri  olub  şifahi  şəkildə  nəsildən-nəslə  ötürülən 
havalardır.
Tədqiqatlar  göstərir  ki,  Naxçıvan  bölgəsində  yas 
mərasimlərində  musiqidən  istifadə  formaları  mövcuddur. 
Lakin  həmin  istifadələr  əksərən  vokal  ifa  formasında, 
təksəsli  şəkildə  həyata  keçirilir.  Belə  ayinlərdə  musiqi 
alətlərindən adətən istifadə edilməz.
Naxçıvanın  folklor  mühitində  musiqi  folklorunun 
rolu  və  əhəmiyyətinin  öyrənilməsi  sübut  edir  ki,  musiqi 
folkloru,  folklor  mühitinin  tərkib  hissəsi  kimi  insanın


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə