Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Cəmi  üç  səsin  iştirakı  olan  mahnı-oyun-rəqsdə  «mi 
bemol»  istinad  pərdəsi,  «fa»  səsi  mayə  funksiyasım  daşıyır. 
«Bənövşə» mahm-oyun-rəqsin intonasiyaları melodiklikdən 
çox  reçitativliyə  daha  çox meyillidir.  Ona görə  də  təhlillərin 
yekunu kimi onun reçitativli üslublu olmasını xüsusi olaraq 
qeyd etmək istərdik.
Xaraktercə  gəncliyi  vəsf  edən  bu  oyunun  ritm- 
intonasiyaları  6/8  metrik  ölçü  əsasmdadır.  Orta  tempdə  ifa 
olunan  bu  oyun-rəqsin  xarakteri  şən  əhval-ruhiyyə 
aşılamaq  üzərində  qurulmuşdur.  Maraqlısı  budur  ki, 
nəğmənin  xanədaxili  vurğuları  ənənəvi  olaraq  1-ci,  4-cü 
zərbələrə  yox,  2-ci,  4-cü  zərbələrə  vurulur.  Bununla  da 
aksentin  yerdəyişməsi  nəticəsində  oynaqlıq  bir  qədər  də 
artıq dərəcədə əldə edilir.
«Bənövşə»  rəqsinin  ifasmda  bəzi  hallarda  ifaçılar 
ritmikam  əlləri  ilə  də  vuraraq  özlərində  şən,  yüksək  əhval- 
ruhiyyə yaradılmasına nail olurlar.
Bu  rəqs  haqqmda  məlumat  verən  folklorşünas  B. 
Hüseynli onun not misalında birinci misrada(l-5-ci xanələr) 
göstərilən  şəkildə  ifa  olunmasını  göstərmişdir.  Qeyd  etmək


istərdik  ki,  bu  hava  Naxçıvanda  6-10-cu  xanələrdə  gös­
tərilən  formada  ifa  olunmuşdur(Bax  not  misalına).  Rəqsin 
melodik  quruluşu  səslərin  üfüqi  istiqamətdə  hərəkətindən 
və  reçitativli  ifa  üslubunda  olan  xanələrin  təşkilindən 
ibarətdir. Xaraktercə bu rəqs şən, oynaq ruhdadır.
Qeyd  edək  ki,  «Bənövşə»,  «Ley  qəlaha»,  «Gü- 
lümeylər»  və  «Haxışta» 
oyun  rəqslərinin  də  ifasında 
melodiya  səslənmir.  Bütün  oyunların  ifasında  ritmik 
formulların  reçitativ  şəkildə  səsləndirilməsi  ilə  qarşılaşırıq. 
Əsasən  3  xanədən  ibarət  olan  ifalarda  qarşı  tərəf 
müqabillərinin  dialoqu  verilir.  Belə  ki,  bu  nəğmələrdə  də 
forma təhlili verməyə ehtiyac yoxdur.
«Ley 
qəlaha» 
oyun-rəqsi 
gənclər 
tərəfindən 
reçitativli  formada  ifa  olunur.  Onun  metrik  ölçüsünün  6/8- 
lik  olması  intonasiyaların  oynaq,  şux  şəkildə  özünü 
göstərməsinə  zəmin  yaratmışdır.  Rəqsin  ritmoformulları 
cəmi  iki  xanədən  ibarətdir.  İfaçılar  bu  ritmik  strukturu 
oxuduqları  mətnin  heca  sayma  qədər  uzadırlar  və  oyun 
uzun zaman daxilində davam edə bilir.
Not  nümunəsində  sözləri  birinci  xanədəki  ritmik 
formul  əsasında  solist,  ikinci  ritmik  formul  əsasında  isə xor 
ifa edir.
Bu  rəqsin  musiqi  materialı  reçitativ  üslubunda 
olduğu  üçün  onun  melodikliyindən  danışmaq  mümkün 
deyil.


«Haxışta»  oyun-rəqs  janrına  aid  olub  Naxçıvanda 
gənclər  arasında  geniş  yayılmışdır.  Solist,  xor  şəklində  ifa 
olunan  oyun-rəqsdə  əsasən  6/8-liyin  intonasiyaları  verilir. 
Bu  intonasiyalar  mətnin  quruluşundan  asılı  olaraq  dəyişir 
və  bir  sıra  hallarda  ayrı-ayrı  xarakterik  xüsusiyyətləri 
aşılayır.  Not  misalının  1-ci  xanəsində  intonasiyalar  bir 
səkkizlik,  bir  çərək  notların  konfiqurasiyasından  yaranırsa, 
7-ci  xanədən  başlayaraq  şeirin  heca  quruluşundan  asılı 
olaraq  ifa  bir  çərəklə  bir  səkkizliyin  fiqurasiyasmdan 
yaranır.
Dialoq  (solist-xor)  şəklində  ifa  olunan  bu  rəqsin 
metrik  ölçüsü  6/8  əsasmdadır.  İfaçılar  arasında  solist  iki 
xanədən  ibarət  olan  sözləri  reçitativ  şəkildə  oxuduqdan 
sonra  xor  «haxışta»  ifadəsini  ikinci  xanənin  ritmik  formulu 
əsasında təkrar oxuyur:
Not  misalında  verilən  ritmik  formullar  mətnin 
davamlılığından asılı olaraq istənilən qədər uzadılır.
«Gülümeylər»  mərasim  oyun-rəqsləri  də  reçitativli 
ifa  üslubunda  qurulmuşdur.  Solist  və  oyunçuların  kütləvi 
şəkildə  xorla  oxuduğu  bu  oyun-rəqs  eyni  tonun 
intonasiyaları üzərində qurulmuşdur. Bu oyun-rəqs janrı da 
dialoq  formasındadır.  «Gülümeylər»in  mətni  silsiləvi 
şəkildə  bir  çox  bəndlərdən  ibarət  olduğu  üçün  hər  bəndin 
başlanğıcında  ifa  olunan  sözün  metrik  quruluşu  ritm-


intonasiyaların  strukturunu  dəyişir.  Bənd  daxili  strukturda 
da  işlədilən  sözlərin  heca  quruluşları  fərqli  şəkildə  olduğu 
üçün  ritmik  intonasiyalar  mətnin  quruluşuna  görə  dəyişir. 
Misal  olaraq  not  materialında  mətnin  quruluşunun  hər 
kupletdə  dəyişkən  ritmik  intonasiyalarına  diqqət  yetirsək 
görərik  ki,  birinci  kupletdə  1-2-ci  xanələr,  ikinci  kupletdə 
16-17-cı  və  22-23-cü  xanələr,  üçüncü  kupletdə  28-29-cu 
xanələr,  dördüncü  kupletdə  40-41-ci  xanələr  bir-birindən 
fərqlidir.  Sözsüz  ki,  ifa  zamanı  bu  fərqlər  intonasiyaların 
oynaqlığında,  qətiyyətliliyində özünü göstərir.
«Gülümeylər»in  ifasında  metrik  ölçü  2/4  olduğu 
üçün  bir  səkkizliklə  bir  onaltılıq  notlarının  intonasiyaları 
ifada  üstünlük  təşkil  edir.  Ona  görə  də  hər  xanə  daha 
qətiyyətli, oynaq ruhda səslənir.
«Gülümeylər»in  mətnində  şeirin  bəndləri  hər  dəfə 
ayrı-ayrı  heca  quruluşunda  olduğu  üçün  hər  bəndin 
rimoformulları  fərqli  şəkildə  ifa  edilir.  Hər  bəndin  ritmik 
şəkilləri aşağıdakı not nümunəsində göstərilmişdir:


Xalq mahnı və rəqslərinin lad-intonasiya, ritmik və
struktur təhlili
Naxçıvanın  musiqi  folklorunda  çoxsaylı  xalq  mah­
nıları  və  rəqslər  vardır  ki,  bunların  hamısını  təhlilə  cəlb 
etmək  mümkün  deyil.  Bu  mənada  tədqiqat  işində  bizim 
topladığımız  xalq  mahnı  və  rəqslər  nota  köçürülmüş  və 
nəzəri təhlillərə cəlb olunmuşdur. Bu mahnı və rəqslərin bir 
sırası  ümumxalq  rəğbəti  qazansa  da  bir  çoxu  folklor 
nümunələri  kimi  öz  ənənəvi  xüsusiyyətlərini  qoruyub 
saxlamışdır.  Onların  melostrukturunun  formalaşmasına 
lad-intonasiya,  ritmin-  yallı  rəqsinə  xas  metrik  ölçülərin 
böyük təsiri olmuşdur.
Xalq  mahnılarından  «Qayna,  samavarım,  qayna» 
mahnısı  qismən  unudulmuş  folklor  musiqi  nümunə- 
lərimizdəndir.  Onun  lad-intonasiya  quruluşu  «Segah» 
muğamı  əsasında,  sadə  formada  təzahür  edir.  Mahnının 
intonasiya  formayaradıcı  amili  kimi  ilkin  dörd  xanənin 
melodik  strukturunu  götürə  bilərik.  Mahnının  əsas  özək 
melodik  strukturunun  intonasiyaları  olan  ilkin  dörd 
xanənin  metroritmik  şəkli  sonrakı  5-8-ci  xanələrdə  sek- 
vensiya  formasında  bir  ton  yuxarıda  səsləndirilir.  Sonrakı 
inkişaf  prosesində  intonasiyalar  yenə  «Segah»m  əsas  tonal 
yüksəkliyində  ifa  olunur.  Xalq  mahnısının  6/8-liyə 
əsaslanan metrik ölçüsündə intonasiyaların yeknəsəqliyinin 
yaranmaması üçün xanədaxili mertik konfiqurasiyalar ayrı- 
ayrı  şəkillərdə  işlədilmişdir.  İntonasiyaların belə  rəngarəng 
şəkildə,  qarşılıqlı  formada  işlədilməsi  xalq  mahnısının


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə