Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

ifasında  olan  melodiya  müraciət  formasında  olub  anadan 
məsləhət  almaq  intonasiyalarını  aşılayır.  Qızın  oxuma 
partiyasını  2  qismə  bölərək  təhlil  etmək  olar.  Birinci  iki 
xanə  xaraktercə  bir  qədər  tez,  sevinc  hissilə  deyilmiş  fikri 
ifadə  edirsə,  ikinci  iki  xanədə  qızın  etiraz  nidalarının 
intonasiyaları eşidilir.
Ananın  oxuma  partiyası  8  xanədən  ibarət  2  musiqi
cümləsindən  ibarətdir.  Bir-birini  məzmun  baxımından
məntiqi  şəkildə  tamamlayan  8  xanəli  musiqi  fikrində  5-6-cı
•  •
xanələr  özək  mövzu  kontekstini  təşkil  edir.  Üfüqi  istiqa­
mətdə  inkişaf  edən  melodiya  xaraktercə  nəsihətamiz,  inam 
oyadan  intonasiyalar  ilə  zəngindir.  Bir-birinə  kontrast  olan 
hər  iki  melodik  fikir  eyni  lad-tonal  mühitində  yaranmış  və 
müstəqil səpkidə qurulmuş melodiyalardan ibarətdir.
«Anayla  qız»  mahnı  dialoqunun  da  forması  sadə  2 
hissəli  şəkildədir.  Ana  ilə  qız  arasmda  olan  məişət 
xarakterli  dialoqda  iki  mövzudan  istifadə  olunmuşdur. 
Birinci  iki  xanəni  «a»,  ikinci  iki  xanəni  «b»  adlandırsaq 
birinci  hissənin  musiqi  formasının  sxemi  şərti  olaraq  a+b 
olacaq.
İkinci  mövzu  ananın  temasıdır.  Metrik  ölçüsü  6/8 
olan  bu  mövzu  8  xanədən  ibarətdir.  Birinci  4  xanəni  «c», 
ikinci  4  xanəni  isə  «cı»  adlandırsaq  onun  musiqi  forması 
c+cı  olacaq.  Mahnının  ümumi  musiqi  forması  aşağıdakı 
şəkildə özünü göstərir:
__A__  +  _ B _
a+b 
c+cı


«Duvaqqapma» 
mərasimində 
gəliniə 
qaynana 
arasında  olan  dialoq  da  mahnı-dialoq  janrına  aiddir.  Xalis 
kvarta  (fa  diyez-si)  intervalı  hüdudunda  olan  bu  hava  lad- 
intonasiya  xüsusiyyətlərinə  görə  «Şur»  muğamı  üstün­
dədir.  Nəğmənin  intonasiyaları  nəğmənin  mətninin  ritmik 
konfiqurasiyaları  dəyişdiyi  üçün  təmkinli,  öyüd-nəsihət 
xarakterini  ifadə  edir.  Mahnının  17-ci,  25-ci  xanələrində 
ritmik  strukturun  dəyişməsi  ilə  melodik  fikrin  xarakterik 
xüsusiyyətləri də dəyişir:
^7-
8»  
°  
°  
I
Not  nümunəsindən  göründüyü  kimi  ladm  quru­
luşunda  «fa  diyez»  mayə,  «lya»,  «si»  tonları  istinad  pər­
dələridir.  Melodik  fikrin  formayaradıcı  xüsusiyyətlərində 
«fa  diyez»  və  «lya»  səslərinin  intonasiyaları  daha  qabarıq 
şəkildə özünü göstərir.
Mərasimdə  oxunan  nəğmə  də  Azərbaycanın  Qərb 
bölgəsi  üçün  xarakterikdir.  Toy  mərasimlərində  ifa  olunan 
bu  hava  şən  xarakterdədir.  Nəğmənin  melostrukturunda 
mətninin 
ritmik 
konfiqurasiyaları 
dəyişdiyinə 
görə 
xanədaxili ritmik formullar da dəyişir və bunun nəticəsində 
intonasiyalar  təmkinli,  öyüd-nəsihət  xarakterini  ifadə  edir. 
Nəğmənin  17-ci,  25-ci  və  31-ci  xanələrində  ritmik  struk­
turun dəyişməsi ilə melodik fikrin xarakterik xüsusiyyətləri 
də  dəyişir.  Bunlara  aşağıdakı  not  nümunəsində  diqqət


yetirək.
Not  misalında  nəğmənin  melostrukturunda  olan 
ritmik  komponentlər  göstərilmişdir.  Qaynana  ilə  gəlin 
arasında  olan  dialoqun  xarakterik  cəhətləri,  hər  iki  obrazın 
xarakteristikası  qeyd  olunan  ritmik  formullarda  öz  əksini 
tapmışdır.
Havanm  melodik  planı  faktiki  olar  3  hissədən 
ibarətdir.  Birinci hissə dialoq formasında olub gəlinlə oğlan 
evinin  adamları  arasında  gedən  sorğu-suala  həsr  olunub. 
Gəlinin  oxuduğu  melodiya  4  xanədən,  onu  qarşılayanların 
oxuması  isə  12  xanədən  ibarət  musiqi  cümlələrindən
ibarətdir.  Üfüqi  istiqamətdə  inkişafını  tapmış  melodiyanın 
intonasiyaları  6/8  metrik  ölçüdə  olan  mülayim,  təbrik 
nidalarını  göstərən  musiqi  epizodlarından  yaranmışdır. 
Gəlinin  söylədiyi  melodik  fikrin  özək  melodik  strukturunu 
1-2-ci  xanələr,  qarşı  tərəfin  özək  melostrukturunu  isə  5-6-cı 
xanələr  təşkil  edir.  «Xoş  gəldin»  sözləri  ilə  oxunan  musiqi 
epizodu  8-ci  xanə  sonrakı  9-cu  xanədə  sekvensiya  yolu  ilə 
ton yarım aşağı səsdə təkrarlanır.
İkinci hissənin melodik fikri iki 6/8 və 2/4 metrik ölçülərdən 
yaranmışdır.
«Duvaqqapma»  mərasimində  oxunan  mahnı  dialoq 
formasında  olduğu  üçün  onun  musiqi  forması  da  özünü  2 
hissəli  şəkildə  göstərir.  Birinci  mövzu  gəlinin  admdan,


həmçinin  ona  cavab  şəklində  6/8  metrik  ölçü  əsasında 
oxunur.  Gəlinin  adından  olan  parça(l-4-cü  xanələr)  «a», 
ona cavab mövzu(5-12-ci  xanələr)  «b»  epizodudur. Sonrakı 
epizodu(13-16-cı  xanələr)  isə  «a»nın  təkrarını  olduğu  kimi 
saxlasaq birinci hissənin musiqi forması a+b+aı olacaqdır.
ikinci  hissənin  17-20-ci  xanələrinin  musiqi  epizo­
dunu «c»,  21-24-cü xanələrini «o»,  25-30-cu xanələri  «bı»  və 
sonuncu  31-34-cü  xanələri  «d»  adlandırsaq  bu  hissənin 
musiqi  forması  c+cı+bı+d  olacaqdır.  Mahnının  musiqi 
formasının ümumi sxemi aşağıdakı şəkildədir:
_____ A_____   +  ______В______
a+b+a 
c+cı+bı+d
«Bənövşə» 
mahnı-oy un-rəqs  janrına 
aid 
olub 
Naxçıvanda  gənclər  arasında  geniş  yayılmışdır.  Böyük 
tersiya 
(mi 
bemol-sol) 
intervalı 
hüdudunda 
olan 
«Bənövşə»nin  lad-intonasiyası  «Rast»  muğamının  into­
nasiyalarını  bildirsə  də,  onun  dəqiq  olaraq  hansı  lada 
əsaslanmasını  demək  bir  qədər  çətinlik  yaradır,  çünki,  o, 
daha çox reçitativ ifa üslubundadır.
Novruz  və  digər  bayramlarda  qız-qadınların,  gənc 
oğlanların  iştirakı  ilə  keçirilən  «Bənövşə»  və  digər  rəqslər 
Naxçıvan  folklorunun  yaraşığı  kimi  ənənədə  qorunub 
saxlanmışdır.  «Əksər  rayonlarda  gəlin  və  qızlar  bayram 
günü  «Haxışta»,  «Halay»,  «Yaşıl  yarpaq,  qızılgül»,  «Qıy- 
qılmc»,  «Tumavurdu»,  «Bənövşə»  və  s.  oyunları  ifa 
edərdilər»  (13, s.255).


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə