Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Melodik  strukturun  formalaşmasında  səslərin  ardıcıl  gedişi 
ilə  yanaşı  sıçrayışlı  hərəkətlərə  də  rast  gəlirik.  Melodik 
konfiqurasiyanın  özək  tematik  planını  2-4-cü  xanələr  təşkil 
edir.  Melodiya  «Alleqretto»  tempində, gümrah əhval-ruhiy­
yədə səslənir.
«Aman  lələ»  instrumental  havanın  musiqi  forması  2 
hissəli  şəkildədir.  Burada  ilk  6  xanəni  giriş  adlandırmaq 
olar.  Birinci  hissə  9-29-cu  xanələri,  ikinci  hissə  30-45-ci 
xanələri  əhatə edir.  Girişin musiqi  mövzusu  demək olar ki, 
havanın  sonunadək  nisbətən  dəyişilmiş  şəkildə  eşidilir. 
Burada  ölçünün  dəyişilməsi  (6/8-  2/4)  melodiyanın  ritmik 
cəhətdən  zənginləşməsinə  gətirib  çıxarır.  Qeyri-kvadrat 
periodda olan hər iki hissə  cümlələrin (birinci hissə 6,  ikinci 
hissə 5 cümlə)  cüzi dəyişilmiş təkrarından ibarətdir.
«Ağır Qarabağı» rəqs havası da  tulumda  ifadan nota 
alınmışdır.  Bu  havanın  lad  strukturu  «Rast»  əsasmdaöır. 
Kvarta  (sol  diyez-do  diyez)  intervalı  həcmində  olan  səs 
diapazonunda  intonasiyalar  dəyişkən  formada  verilir. 
«Lya»  mayəli  «Rast»  üstündə  olan  rəqsin  melodiyasının 
inkişafında  intonasiyalar  gah  «Şikəsteyi-fars»ın  istinad 
pərdəsi  olan  «si»  pərdəsi,  gah  da  «Rast»m  mayə  pərdəsi 
«lya»  səsinə  həll  olur.  Buna  görə  də  rəqsin  ifasmda  lad 
daxili  müvəqqəti  modulyasiyalarla  rastlaşırıq.  Rəqsin  me­
lodiyası  «si»  pərdəsinə  əsaslanaraq, yəni ona  istinad edərək 
başlayır.  Bu  hal  7 xanə  davam  edir.  Melodik  inkişafın  8-13- 
cü  xanələrində  tonallıq  «lya»pərdəsinə  istinad  edir və  yenə 
də  14-20-ci  xanələrdə  «si»  pərdəsinə  istinad  olunur.  Lad 
daxilində  istinad pərdələrinin yerdəyişməsi intonasiyaların


rəngarəngliyini təmin edir:
Not  nümunəsindən  göründüyü  kimi  «lya»  mayə 
pərdəsi,  «si»  və  «do  diyez»  isə  istinad  pərdələridir.  «Ağır 
Qarabağı»  rəqs  havasının  təhlili  göstərir  ki,  bu  havanın 
melodik  dilinin  formayaradıcı  amillərində  lad  daxili 
modulyasiyalara  yer  verildiyi  üçün  havanın  intona­
siyalarında xüsusi rəngarənglik əldə edilmişdir.
Rəqs  havasının  ritm-intonasiya  xüsusiyyətlərini  də 
təhlil  etmək  üçün  onu  2  hissəyə  bölmək  lazımdır.  Rəqsin 
birinci  hissəsi  (1-25-ci  xanələr)  muğam  üstündə  Rastın 
«Şikəsteyi-fars»  şöbəsi  əsasında  ifa  olunduğu  üçün  onun 
melostrukturunun  formayaradıcı  amillərinin  rimik  kom­
ponentləri  daha  mürəkkəb  quruluşdadır.  İkinci  hissə  isə 
(26-60-cı  xanələr)  rəqs  musiqisi  olduğu  üçün  dəqiq  2/4 
metrik  ölçüdə  ifadə  olunmuşdur.  Bu  hissənin  melostruk- 
turunu  əsasən  triollar  təşkil  edir.  Hər  iki  hissənin  rit- 
moformulları aşağıdakı not nümunəsində göstərirlir:


Not  misalından  gördüyümüz  kimi  muğam  into­
nasiyaları  əsasında  olan  melostrukturun  ritmik  kom­
ponentləri daha mürəkkəb və zəngindir.
Muğam  melodiyalarına  xas  cəhətlərin  hamısı  birinci 
hissədə  (1-25-ci  xanələr)  özünü  büruzə  verir  və  ayrı-ayrı 
musiqi  fikirlərinin  məcmusu  muğam kontekstinə  daxil olan 
formanı təcəssüm etdirir.
Rəqsin  II  hissəsi  25-60-cı  xanələri  əhatə  edir.  Bu 
hissənin melodik strukturunun formayaradıcı amili 26-27-ci 
xanələrin  ifadə  vasitələridir  ki,  onu  da  rəqs  melodiyasının 
özək  strukturu  adlandırmaq  olar.  Məhz  bu  xanələrin  in­
tonasiya  çeşidləri  əsasında  əsas  melodik  fikir  forma­
laşdırılmış və  inkişaf etdirilmişdir.
Rəqsin  musiqi  forması  iki  hissəli  şəkildədir.  Bu  rəq­
sin  formalaşmasında  muğamdan  geniş  istifadə  olun­
muşdur.  Rəqsin  birinci  hissəsi  muğam  üstündə  qurulmuş 
ifadır  ki,  onu  «A»  ilə  qeyd  etmişik.  Birinci  hissə  üç  musiqi 
cümləsindən təşkil olunub. Cümlələr 6(«a»)+6(«aı»)+13(«b») 
xanələrə  bölünüb.  İkinci  hissənin  musiqi  materialında  6/8 
(3/4)  ölçünün  2/4  ilə  əvəzlənməsi  və  fakturada  triollardan 
istifadə  olunması  nəticəsində  şən  rəqsvari  əhval-ruhiyyə


bərpa  olunur.  Bu  hissədə  əsasən  5  musiqi  epizodundan  «a» 
(26-29-cu  xanələr),  «b»  (30-33-cü  xanələr),  «c»  (34-37-ci 
xanələr), 
«d»(38-41-ci  xanələr),  «cı»(42-45-ci  xanələr) 
istifadə  edilmişdir.  Son  15  xanəni  (46-60-cı  xanələri)  sonluq 
adlandırmaq  olar.  Sonluğun  musiqi  materialı  bütövlükdə 
46-47-ci  xanələrin  beş  dəfə  təkrarından  ibarətdir.  Rəqsin 
musiqi formasının ümumi sxemi aşağıdakı şəkildədir:
_A_  +  ______В______
a+aı+b 
a+b+c+d+cı
«Hoynərə» havası digər yallı havaları kimi  Naxçıvan 
folkloruna  məxsus  musiqi  folkloru  nümunələrindəndir. 
Orta  tempdə  başlayan  bu  havanın  birinci  hissəsinin 
melodik  strukturu  dörd  xanədən  ibarət  özək  motiv 
üzərində  qurulmuşdur.  Rəqsin  intonasiyaları  xor  şəklində 
daha  möhtəşəm  səslənir.  Xalis  kvarta  (do  diyez-fa  diyez) 
intervalı  hüdudunda  olan  rəqsin  intonasiyaları  yaxın  səs­
lərə həll olduğu üçün üfüqi istiqamətdə hərəkət etmişdir:
Yallının  lad  quruluşu  «Bayatı-Şiraz» 
muğamı 
üstündədir.
«Hoynərə  II»  yallı havası  birinci  hissənin başqa,  yeni 
variantıdır.  Burada  melodiya  variant  şəklində  başqa 
səpkidə  qurulmuşdur.  Özək  intonasiyaları eyni  olan hər iki 
havanın lad bünövrəsi «Bayatı-şiraz»a əsaslanır.
«Hoynərə»  rəqs  musiqisi  də  iki  hissəli  rəqs


havalarmdandır.  Əvvəlki  rəqs  musiqisindən  fərqli  olaraq 
burada  variantlılıqdan  istifadə  olunmamışdır.  Sadəcə  ola­
raq  «Hoynərə»  rəqsinin  birinci  hissəsinin  melodik  struk­
turu,  ikinci  hissədə  oktava  yuxanda  səsləndirilmişdir. 
Rəqsin  metrik  ölçüsü  ənənəvi  olaraq 6/8  ölçüdədir  və  onun 
ritmoformulları aşağıdakı şəkildə qurulmuşdur:
Misaldan  göründüyü  kimi  rəqsin  melostrukturunun 
formalaşmasında  4  xanədən  ibarət  ritmik  komponentlər 
təşkil etmişdir.
Qeyd  edək  ki,  hər  iki  hissənin  melodik  dili  eyni 
formadadır. Bu havanın xarakteri mülayimdir. Melodiyanm 
quruluşu  8  xanədən  ibarət olsa  da,  onun  əsas  özək melodik 
strukturunu  ilk  4  xanə  təşkil  edir.  Həmin  xanələr  sonradan 
təkrar  olaraq  ifa  olunur.  Belə  forma  yallının  silsilə 
formasından  irəli  gəlir  və  rəqs  davam  etdikcə  melodik 
quruluş təkrar-təkrar ifa olunur.
«Hoynərə»  və  «Hoynərə  II»  yallı  havası  da  silsilə 
formasında  ifa  edildiyi  üçün  iki  ayrı-ayrı  strukturlarda 
verilmişdir.  Strukturu 4 xanədən ibarət olan havanın birinci 
xanəsinin  ritmoformulları  yambik  motivin  elementlərini  və 
melodiyanın özək melostrukturunun əsasım təşkil edir.
«Qaz-qazı» yallı havası təhlilə cəlb edilən «Hoynərə» 
havasının  bir  növ  ardıdır.  Yallı  havalarının  silsilə  şəklində 
ifa  olunması  və  uzun  zaman  içində  rəqqasların  yallı 
getməsi Naxçıvan folkloru ənənəsindən irəli gəlir.  Bu faktın


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə