137
İntiqam dəstəsi
üç dənə qollu-budaqlı qarağac yan-yana tikilən bir neçə kənd
dükanını və kənd məscidini öz qalın kölgələrinin altına almış-
dı. Bu dükan ların və məscidin qarşısındakı kiçik meydança
demək olar ki, kəndin bazarı və mərkəzi sayılırdı. Bu ağacla-
rın dibində bir skamya enində tikilmiş uzun daş səkilərin üstü
bir dəqiqə də olsun boş qalmazdı. Kəndlilər bu səkilərdə otu-
rub cürbəcür söhbətlərə məşğul olduqları kimi, kəndə gələn
dərvişlər də öz mərəkələrini burada qurardılar. Kənd dəlləyi
öz müştərilərini hə min səkinin üstündə oturdub, sarı bürünc
camını Sükkar arxın dan doldurduqdan sonra onların başlarını
həmin su ilə isladıb qırxmağa başlar, qurtaranda isə tük ilə
dolu olan qırmızı fi təsini də həmin arxa çırpardı. Dişləri ağrı-
yan adamların da dişləri bura daca çəkilərdi. Kəndin sınıqçısı
qol-qıçı çıxan adamların qol-qıçını burada yerinə salar və ya
nova qoyub bağlardı. Müxtəsər kəlam kəndin tamam işləri bu-
rada əncam tapardı. Dövlət və ər bab əmrlərini də gizir Vəli
burada xalqın qulağına çatdırardı. Bu meydançada dörd nəfər
hər şeyi satıb və hər zad alan dükandan başqa bir də bir çayçı
dükanı var idi. Bu dükanın sahibi Kər bə layı Səməd çay, piti,
yağ, yumurta, çörək satdığı kimi, bəzən davardan, maldan da
kəsib dükanının qabağındakı qara ğa cın budaqlarından asıb
satardı. Kərbəlayı Səməd də öz qon şuları kimi bir işə baxmaz,
çayçı olduğu halda qəssablıq da edərdi. Kər bəlayı Səmədin
çayı həmişə gün çıxmazdan əvvəl hazır ol du ğu kimi, onun
kəsdiyi keçilərin şaqqaları da lap tezdən qa ra ğacın budağın-
dan asılmış olardı.
Kərbəlayı Səmədin evi də dükanının dalında idi. O, dünən
müştərisi az olduğu üçün gecə həmişəkindən tez dükanını
bağla yaraq qəhvəxanasının damına çıxıb yatmışdı. Kərbəlayı
Səməd hələ şirin yuxuda idi ki, məscid damında yatan azançı
Seyidin sə sini eşidib yuxudan oyandı. Seyidin onu yuxudan
oyatması sə bəbsiz deyil idi. Kərbəlayı ilə azançı Seyid öz ara-
larında qərar qoy muşdular ki, onlardan hər hansı biri yuxudan
138
Pənahi Makulu
tez oyanarsa digərini də oyatsın. Buna görə də Seyid çağı-
rıb Kərbəlayını oyat mışdı. Bunlar hər ikisi də Sükkar arxında
dəstəmaz alandan son ra Kərbəlayı tələsik namazını qılıb öz
işinə məşğul olardı, azançı da azan deməyə başlardı.
Bu gün Kərbəlayı namazı qurtarar-qurtarmaz, dünən
alıb hə yətə bağladığı ala keçini kəsməyə hazırlaşdı. O, keçi-
ni arxın qırağına çəkdi, azanını qurtarıb damdan aşağı enən
azançının köməyi ilə kəsdi. Onu üfl əyərək qarnına bir-iki
yumruq vurduq dan sonra soymağa başladı. Bu zaman kənd-
lilər də yavaş-yavaş yuxudan oyanıb mal-qaranı çölə buraxır-
dılar. Kərbəlayı keçini yerdə soyub qurtardıqdan sonra onun
içalatını çıxardı və özünü şaqqalamaq üçün azançı Seyid ilə
birlikdə arxın başından götü rüb zıqqana-zıqqana qarağacın al-
tına gətirdilər. Qarağacın altın da “ya allah” deyib, özlərinə bir
dəfə dəxi güc verdikdən sonra, keçini budaqdan asılan dəmir
çəngələ tərəf qaldırdıqları zaman, nəhəng əjdaha üstünə ayaq
basan adam kimi hər ikisi birdən dəh şətlə geri çəkilərək qey-
ri-təbii səslə qışqırdı. Bu zaman keçi nin də cəmdəyi əllərin-
dən yerə düşüb torpağa bulandı. Onların gözləri bərəlib dilləri
kəkələyirdi. Rəngləri ağappaq ağarmışdı. Heç biri ayaq üstə
dayana bilmirdi. Azançı Seyid vücudca zəif olmasına baxma-
yaraq görünür ki, Kərbəlayıdan cəsarətli idi. O, Kərbəlayıdan
əvvəl özünə gəlib “ay havar!” – deyə kəndə qış qı rıq saldı.
Kənd evlərindən çıxan arvad və kişi havarçıya tərəf qaçıb gəl-
dilər. Adamların bir-biri ardınca həyəcan və təşvişlə bu raya
yüyürmələrinə baxmayaraq Seyid “ay havar!” – deyə bağırır,
camaatı yığıb buraya tökürdü.
Bu gün kəndxuda Bağır bəy dəxi gündəkindən əvvəl yu-
xu dan durmuşdu. O, Vəli kişi ilə birlikdə Səməd bəyin atını
ra hat ladı, sonra da özü üçün layiqli bir səhər yeməyi hazır-
lamağa məş ğul oldu. Azançının bağırtısını onlar da eşitdilər.
Bu bağır tıdan Səməd yuxudan kal oyanıb boğçadakı üzünü
göstərməsin deyə azançının harayını kəsmək üçün hər ikisi
139
İntiqam dəstəsi
kəndin mərkəzi sayılan qarağaclara tərəf yüyürməyə başladı.
Bu zaman orada böyük bir izdiham var idi. Hamı qışqırır, ağız
deyəni qulaq eşit mirdi. Camaat bir-birini sıxışdırıb qabağa
keçmək istəyirdisə də, lakin bu heç kəsə mümkün olmurdu.
Kəndxuda ilə gizir hələ uzaqda ikən ora toplaşan camaatdan
kimsə onları görüb dedi:
– Budur, kəndxuda özü gəldi, indi hər şey aydınlaşar.
Bu vaxt tamam nəzərlər kəndxudaya tərəf çevrildi və
hamı bir səs ilə dedi:
– Qoyun keçsin qabağa, bəlkə o tanıya bildi.
Bir-birinə gəyişərək vahid kütlə şəklini almış olan cama-
at bir an yerindən tərpənib geriyə çəkildi. Kəndxuda və gizir
Vəli camaat arasında açılan dar yol ilə Kərbəlayı Səmədin
gündə ət asıb satdığı qarağaca tərəf irəlilədilər. Damdan-dama
addımla yaraq məscid damına yığılan qadınların da miqdarı
diqiqəbə də qiqə artmaqda idi. Hələ bəzi nazik qəlblilərin hə-
zin-həzin ağla maları da eşidilirdi. Bağır bəy və Vəli kişi qara-
ğacın dibinə ye tişər-yetişməz hər ikisi özlərini saxlaya bilmə-
yib gördükləri dəh şətli mənzərədən bir addım geri çəkildilər
və heyrət içərisində yerlərində donub qaldılar.
Doğrudan da, gördükləri mənzərə olduqca dəhşətli və
qor xunc idi. Qarağac budağından xırxıracı kəsilmiş bir adam
ayaq larından dəlinərək təpəsi üstə asılmış idi. Adamın üzünün
və dö şünün ətlərinin getməsindən onun üzü üstə sürükləndiyi
anlaşı lırdı. Cəsədin boynundan asılan ipə bir kağız dəxi dəlib
keçir miş dilər. Bu kağızın üzərində yazılan bir neçə söz nəzəri
cəlb etməkdə idi. Lakin bura toplaşan bu qədər camaat arasın-
da bir nə fər də savadlı yox idi ki, həmin kağızı oxumaqla bu
sirli ha disəni kəşf etsin. Kənddə bir qədər azsavadlı cavanlar-
dan var idisə, onlar da demokrat fi rqəsinə yazıldıqları və ya
fədai olduq ları üçün tutulub həbs edilmişdi. Kəndin mollası
da təsadüfən başqa kəndə gedib hənuz kəndə dönməmişdi.
Kənd camaatını hər şeydən artıq maraqlandıran məsələ öldü-
Dostları ilə paylaş: |