Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə39/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   35   36   37   38   39   40   41   42   ...   159

127

İntiqam dəstəsi

zindanda xəyanətlə öldürüləcək olan bu adamlar bu bədbəxt-

likdən özləri üçün bir xoşbəxtlik qazanmağa  çalışaraq özləri-

ni xilas olmağa can atdılar. Bir komanda almış kimi büsbütün 

çaşmış və öz haylarına qalan jandarmların bir-birinin üstünə 

yıxılan vaxt əllərindən sıçrayıb kənara düşən dolu tüfənglə-

rini axtarıb tapdılar. Jandarm vəkili Müsəvi və ayağa dura 

bilən jandarmlar altı nəfər müsəlləh dustağın ancaq “əlləri nizi 

yuxarıya” – deyib qışqırdıqları zaman özlərinə  gələ bildilər 

və  əllərini yuxarı qaldırıb təslim oldular. Jandarmlardan bir 

nəfəri zirəklik edib özünü müsəlləh dustaqlardan birinin üs-

tünə atmaq istədisə də həmin dəqiqə o biri dustaq tərəfi ndən 

vurulub yerə sərildi. Bu hadisə qalan jandarmlara öz təklifl ə-

rini bildirdi. Onlar heç cür müqavimət göstərmədən qollarının 

bağlanmasına razılıq verdilər.

Bir az sonra çönən maşının yanında qolları bağlı şofer ilə 

şagirdindən başqa kimsə yox idi, dustaqlar jandarmları da öz-

ləri ilə bərabər aparmışdılar. 

   

 

   



 

Ulduzlu yorğan

Təzəkənd kəndxudası Bağır bəyə xəbər çatmışdı ki, jan-

darm vəkilbaşısı  Səməd bəy mahalı  gərdişə  çıxmışdır, ehti-

mal bu gecə Təzəkənddə qalıb, sabah tezdən yenicə kəbin al-

tına al dığı arvadını aparmaq üçün Qarazəmi kəndinə hərəkət 

edəcək dir.  Yalnız Bağır bəy özü deyil, onun giziri Vəli də yax-

şı bilirdi ki, jandarm vəkilbaşısı Səməd bəy çox lotu və xəbis 

bir mə mur dur.  O,  istədiyi vaxt lap qara sudan qaymaq tutar. 

Xüsusilə, indi arvadı ikilədiyi və məxarici artdığı bir zamanda 

o, cərimə et məklə pul çəkmək üçün min bəhanə tapacaqdır.

Düzdür, Səməd bəyin toy məsələsini eşidər-eşitməz başqa 

kəndxudalar kimi, Bağır bəy də otaq görmə adı ilə kəndlilər-

dən başa bir qran pul yığıb, bir dənə ağ qoç almış, onu üç-dörd 



128

Pənahi Makulu

rəng boyaq ilə boyayandan sonra evinin dalındakı balaca bağ-

çasına buraxmışdı və Səməd bəyin yeni arvadını gətirməsinə 

müntəzir idi. O zaman özü qoçu apararaq ona verəcək və onu 

təbrik edə cəkdi. Buna baxmayaraq kəndxuda və gizirin əh-

valı bu xəbərdən yaman xarablaşmışdı. Onlar bilirdi ki, beş 

barmaqlarını şam edib bu qoca qurdun qarşısında yandırsalar 

belə, onu razı sala bilməyəcəklər və o bir şey almayınca çıxıb 

gedəsi deyil. Bağır bəy ilə gizir Vəli bu dəfə belə qərara gəl-

dilər ki, işlərini çox möhkəm tutsunlar və Səməd bəyin əlinə 

heç cür bəhanə ver məsinlər. Səməd bəyin xasiyyətlərinə hər 

ikisi yaxşı bələd  ol duq larından, o gələnə qədər mükəmməl ha-

zırlıq görməyə başla dılar.

Axşam azanına bir saat qalmış Bağır bəy ilə Vəli hazırlıq 

işlərini bitmiş hesab edib, Bağır bəyin həyətində, tut ağacı-

nın altındakı səkiyə sərilən xalçaların üstündə oturmuşdular. 

Onlar öz işlərindən fövqəladə razı görünürdülər. Gizir Vəli 

üzünü kənd xudaya tutub dedi:

– Qələt eləyir, iynənin ucuca da olsa, bəhanə yeri qal mayıb.

Bağır bəy onun dediyini təsdiq etdi:

– Mənə də elə gəlir ki, gərək heç bir irad tapa bilməyə, 

amma bununla belə  mənim ürəyim yenə  də arxayın deyil. 

Mən bu adamı o qədər bəhanə axtaran tanıyıram ki, qorxuram 

bu qə dər zəhmət və əziyyətimiz hədər gedə, yenə də bir irad 

tapıb bildiyini eləyə.

– Mən sənə söz verirəm ki, – deyə Vəli bəyə ürək ver-

məyə çalışdı, – istəyir şeytanın lap öz balası da ola ha, yenə bu 

dəfəki hazırlığımıza heç bir irad çıxara bilməyəcək.

– Təki, allah eləsin, elə olsun.

Bu vaxt onlar “kəndxuda, kəndxuda!” deyən bir səs eşit-

dilər. Səslənən adamın Səməd bəy olduğunu anlayan kimi hər 

ikisi özlərini itirmiş bir halda küçə qapısına tərəf qaçdı. Səməd 

bəy atından düşüb atının cilovu əlində həyət qapısında durur-

du. Onun traxomalı gözləri gülümsəyirdi. Başının dazından 




129

İntiqam dəstəsi

kiçik bir hissə papağının altından görünməkdə idi. Uzun bur-

nunun ucu qırğı dimdiyi kimi əyilmişdi. O, öz nazik səsi ilə 

sözə başlayıb, “Qonaq istəmirsən, Bağır bəy?” – deyə kənd-

xudanın üzünə gülümsədi. “Qonaq, allah qonağıdır” – deyə 

Bağır bəy cavab verincə, Vəli kişi də atı həyətə çəkdi. Atın 

tərkindəki xurcunu Bağır bəy özü açdı. Atın tərini soyutmaq 

üçün gizir də onu hə yətdə dolandırmağa məşğul oldu. Bağır 

bəy tut ağacının altını Səməd bəyə nişan verib dedi:

– Sərkar, burada da rahat ola bilərsiniz, otaqda da.

Səməd bəy özünü bir qədər mütərəddid göstərdikdən son-

ra “tut ağacının altı sərindir” – deyə o tərəfə yollandı. Səməd 

bəy, Bağır bəyin təqdim etdiyi aftafa-ləyənlə əl-üzünü yuyan-

dan son ra, gizir Vəlinin otaqdan qaça-qaça gətirdiyi döşəkçə-

nin üstündə oturdu.

Bir az sonra Bağır bəy də Səməd bəylə üzbəüz oturub Vəli 

kişinin töküb verdiyi əqiqi çaylardan içə-içə söhbət edirdilər.

Səməd bəy Bağır bəyin qabaqcadan hazırlayıb nəlbəkiyə 

qoyduğu quru lumu içlərindən çayına salıb bir neçə qurtum 

iç dikdən sonra kəndin vəziyyətindən xəbər aldı. Bağır bəy isə 

ədəbli bir tövr ilə kəndin əhvalatlarını ona nağıl edib hər bir 

işdən onu xəbərdar edirdi. Onların söhbətləri bir qədər bu növ 

müxtəlif mövzularda davam edəndən sonra Səməd bəy əlini 

uzadaraq bir az aralı qoyulan xurcunu özünə tərəf çəkdi. O, 

xur cunu  açana  qədər Bağır bəyin işarəsilə Vəli kişi də tutdan 

bir az o tərəfdə, ələnmiş külə quylanıb qırmızı məxmər qədər 

qıza ran  ərik odunu közlərini yaxşı bir manqalın içinə qoya-

raq vəkil başının hüzuruna gətirdi. Bağır bəy özü də bu zaman 

əlini qoltuq cibinə apararaq bir lülə Həmədan tiryəki çıxarıb 

manqalın yanı na  uzatdı. Cibindən çıxardığı kiçik bir bıçaqla 

Səməd bəy həmin tiryəki parçalara bölüb xurcundan götürdü-



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə