520
Məlihə Əzizpur
MİNİATÜRLƏR
Lal Haciyə
Bozarmış çadrasını belinə bağlayıb, yep-yekə başmaqları
ilə küçənin divarına söykənib avara-sərgərdan baxışlarını gə-
lib-gedənin üzünə sərir.
Önündən keçərkən gülümsəyib salam verirəm. Maraqlı-
casına iki addım irəli gəlib səsinin bütün tutqunluğu ilə “Hə-
lam... Şefi n?!” deyə qarşımda dayanır. Yenidən kefi ni sorub get-
mək istəyirəm. Arxamca bağırıb deyir: “Bahbı... Ahəbə öy dü”.
Yanlış duyduğumu sanıram. Geri dönüb qarşısında daya-
nıram. “Necə oldu?” diyə ondan soruram. Əlini əlinin üstünə
çırpıb vaysınaraq təkrarlayır: “Ahəbə öydü”.
Onun sözündən şaşıram, həm də gülməyim gəlir. Ona
mırt edib deyirəm:
“Haciyə! Bəs mənim sırğamı havaxt alacaqsan? Toya ge-
də cəyəm ha!”
Mənə qaş-qabaq edərkən başını tovlayıb, başmaqlarını
sürütləyə-sürütləyə gedir. Yolumun davamını tutub gedirəm.
Onunla zarafat etdiyim üçün uzülürəm. Axı, o özü məni gör-
düyü zamanlar sürəkli ərinin ölməsi üçün dua etməmi istəyər-
di, mənsə özümü o yola vurub deyərdim: “O ölsə mənə muş-
tuluq olaraq nə verəcəksən?”
O, iki əlini göyə qaldırıb, ərini qarğıyıb, mənə sırğa alaca-
ğına and içərdi.
* * *
Ərinin ölməsindən bir həftədir sovuşur. Haciyə, onun
tir yək-siqara qoxulu köynəyini bağrına basıb, küçə başında
ağla yarkən uşaqcasına bağırır:
“Allaaa... Bəişlə məni... Bilmədim... Bilmədim... Alla-
aa...”
521
Miniatürlər
Qonşular onu sakitləşdirməyə çalışırlar, mənsə boğazım-
dakı qəhəri yastığımla boğmağa.
Sarı sərçə
Doqquz yaşındaydım. Ən böyük bilgim “yaxşı qız” ol-
maq üçün çalışmağım idi. Bununla belə yerdə, göydə dayan-
mayıb keçi kimi dam-duvara dırmaşardım.
* * *
Onlar, qonşuluğumuzda olan kirayə evə yenicə daşınmış-
dılar. O hər axşam çağı qapılarının önündə dayanıb küçədə
şıltaqlayan uşaqlara baxardı, mənsə onun yeni-yeni bitməyə
baş layan bığlarına baxıb qaqqıldayardım. O, qıpqırmızı qıza-
rıb ev lə rinə gedərdi.
Onların gəlməklərindən iki ay sovuşurdu. Bir axşam yenə
də o qapılarının önündə dayanmışdı. Məni görüb qızara-qızara
yanına çağırdı. Addımlarımı dərərkən ona doğru gedib, nə söy-
ləmək istədiyini sordum. O, arxasında gizlətdiyi əlini qarşıya
gətirib dedi: «Bax! Bunu sənin üçün tutmuşam. Sarı sərçədi».
Sevincək ona baxdım. Elə utandım ki gözlərindən! Sarı
sərçəni alıb evə getdim. Allahım! Nə qədər sevimli bir quş
idi. Sarı sərçəm qaçmasın deyə ayağına sap bağlamışdım. Ax-
şamlar artıq küçəyə çıxmayıb, yalnız o quşla oynayırdım. Bir
dönə nədənsə səhv edib onu gözdən qaçırmışdım, amma aya-
ğına sap bağladığım üçün onu tezliklə tapacağıma əmin idim.
Sarı sərçəni nə qədər axtardımsa tapa bilmədim, o üzdən
quşu tapmağa yardım istəmək üçün onların qapısına getdim.
Qapını çalarkən küçədəki uşaqlar onların keçən gecə köçüb
getdiklərini söylədilər. Üzgüncəsinə evə döndüm.
İkı gün sonra sarı sərçəmi ayağındakı sap ilə bağçamızda-
kı qızıl gül butasından asılarkən gördüm.
522
Məlihə Əzizpur
Körpə
Ana on üçüncü dönə doğdu. Yenə də körpəsinin inqə sə-
sini duymadan ayırdılar onları. Ana ağzını yerdən-göyə qədər
açıb bağırdı. Doğum sancısından deyil, ayrılıq ağrısından da
yox. Döşləri partlayırdı yazıq qadının.
Quduz siçanlar onun əmziyinə daraşdılar. Bir damla südü
yerə düşməməli idi yoxsa...
Ana acımadı. Eyni birincidən on üçüncüyəcənin tərsinə.
Ana güldü. Eyni birincidən on üçüncüyəcənin tərsinə.
* * *
Körpəni bir daxmaya apardılar. Orası ölüm qanı idi deyə-
sən! Daxmanın hər bucağına, orada olan köpəkləri illər bo-
yunca aclıqdan qoruyacaq qədər sümük qalanmışdı.
Qancıqlar ulaşırdı. Onların da əmzikləri partlayacaq qədər
şişmişdi. O isə körpəni görcək gözləri güldü. Axı, körpə onları
o canalıcı ağrıdan qurtaracaq tək kişi idi. Qancıqlar, körpə-
ni əmiz dirmək üçün sıra çəkdilər, ancaq onların heç birisinin
əmziyini tutmadı uşaq. Onlar öz-özlərini əmməyə başladılar.
Onlar əmiş dikcə körpə qusdu. Onlar hürüşdükcə körpə susdu.
* * *
Qancıqlar rahatlanmış kimi görünürdülər. Ancaq körpə
sancıdan ağlamağa başladı. Onun qarnı elə şişmişdi ki, hamilə
qadına bənzəyirdi və o görüntü ona heç yaraşmırdı. Qancıqlar,
yenə də əmziklərinin ağrısından hürüşməyə başladılar. Körpə
onlardan qorxmuş kimi görünürdü. birazdan sonra o da bağır-
mağa başladı. Sanki doğum sancısı çəkirdi zavallı uşaq.
Qancıqların hürüşməsi kəsilirdi asta-asta və bu hal köpək-
ləri çox şaşırdırdı.
Körpə də susmuşdu artıq. Axı, o da rahatlaşmışdı. Körpə,
bir sürü siçan doğmuşdu.
523
Miniatürlər
Kölgə
Əllərinə baxdı. Dırnaqları uzanmışdı bir az. Sağ əlinin
baş barmağını ağzına aparıb, dırnağını çeynədi. Nişana bar-
mağını da... orta barmağını da... üzük barmağını da... Culu
barmağını da habelə.
Sol əlinin də dırnaqlarını çeynədi birbəbir. Barmaqları-
nın başı göynədi. Sağ əlinin baş barmağını ağzına aparıb o
qədər sümürdü ki, barmağı partladı. Nişana barmağı da...orta
barmağı da... üzük barmağı da... culu barmağı da habelə. Sol
əlinin də barmaqlarını sümürdü birbəbir. Əlləri əyildi. Ürəyi
bulandı birdən-birə. Yerə tüpürdü. Tüpürcəyi qanlı idi. Ağzını
silmək istədi. Əlləri qalxmadı. Güzgü qarşısına keçdi. Dodaq-
ları parça lanmışdı. Dişləri uzanmışdı. Hörümçəyə bənzəyir-
di güzgüdə. Acığı gəldi özündən. Güzgünü sındırmaq istədi.
Əlləri qalxmadı. Dışarıya qaçdı. Kölgəsi uzanmışdı. Özünü
çeynəməyə başladı.
Kilim
Nə divar başında pişik, nə ağac dalında qarğa, nə sərçələr,
nə də küçədə şıltaq uşaqlar var. İl bayramına iki gün qalır. De-
məli, birisi gün bayram axşamı sayılır. Qışın ən son günləri ol-
duğuna baxmayaraq, soyuq külək bütün gücü ilə əsir. Qadın,
çadrası boynunda, çəkmələri ayağında, qollarını çırmalayıb
bir köhnə kilimi küçənin çopur simitləri üstə açıb, zinə gələn
suyu üzərinə çiləyir və bir külə süpürgə ilə islanmış yerlərini
süpür gələyir.
Külək elə sərt əsir ki, birdən kilimi ortaya qədər qalxızıb
yerə çırpır. Qadın su şlanqını (xortumunu) dəbbəyə qoyub, sü-
pür gəni yerə atır və əlləri tutar-tutmaz, kilimin qırışını açır.
Bir kərpic parçası tapıb bir guşəsinə qoyur, bir guşəsinə isə
yarıya qə dər dolmuş su dəbbəsini qoyur, sonra kilimi yenidən
Dostları ilə paylaş: |