Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə148/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   144   145   146   147   148   149   150   151   ...   159

520

Məlihə Əzizpur

MİNİATÜRLƏR

Lal Haciyə

Bozarmış çadrasını belinə bağlayıb, yep-yekə başmaqları 

ilə küçənin divarına söykənib avara-sərgərdan baxışlarını gə-

lib-gedənin üzünə sərir. 

Önündən keçərkən gülümsəyib salam verirəm. Maraqlı-

casına iki addım irəli gəlib səsinin bütün tutqunluğu ilə “Hə-

lam... Şefi n?!” deyə qarşımda dayanır. Yenidən kefi ni sorub get-

mək istəyirəm. Arxamca bağırıb deyir: “Bahbı... Ahəbə öy dü”. 

Yanlış duyduğumu sanıram. Geri dönüb qarşısında daya-

nıram. “Necə oldu?” diyə ondan soruram. Əlini əlinin üstünə 

çırpıb vaysınaraq təkrarlayır: “Ahəbə öydü”. 

Onun sözündən  şaşıram, həm də gülməyim gəlir. Ona 

mırt edib deyirəm:

“Haciyə! Bəs mənim sırğamı havaxt alacaqsan? Toya ge-

də  cəyəm ha!” 

Mənə qaş-qabaq edərkən başını tovlayıb, başmaqlarını 

sürütləyə-sürütləyə gedir. Yolumun davamını tutub gedirəm. 

Onunla zarafat etdiyim üçün uzülürəm. Axı, o özü məni gör-

düyü zamanlar sürəkli ərinin ölməsi üçün dua etməmi istəyər-

di, mənsə özümü o yola vurub deyərdim: “O ölsə mənə muş-

tuluq olaraq nə verəcəksən?” 

O, iki əlini göyə qaldırıb, ərini qarğıyıb, mənə sırğa alaca-

ğına and içərdi. 

* * *


Ərinin ölməsindən bir həftədir sovuşur. Haciyə, onun 

tir yək-siqara qoxulu köynəyini bağrına basıb, küçə başında 

ağla yarkən uşaqcasına bağırır:

“Allaaa... Bəişlə  məni... Bilmədim... Bilmədim... Alla-

aa...” 



521

Miniatürlər

Qonşular onu sakitləşdirməyə çalışırlar, mənsə boğazım-

dakı qəhəri yastığımla boğmağa. 

Sarı sərçə

Doqquz yaşındaydım.  Ən böyük bilgim “yaxşı  qız” ol-

maq üçün çalışmağım idi. Bununla belə yerdə, göydə dayan-

mayıb keçi kimi dam-duvara dırmaşardım. 

* * *

Onlar, qonşuluğumuzda olan kirayə evə yenicə daşınmış-



dılar. O hər axşam çağı qapılarının önündə dayanıb küçədə 

şıltaqlayan uşaqlara baxardı, mənsə onun yeni-yeni bitməyə 

baş layan  bığlarına baxıb qaqqıldayardım. O, qıpqırmızı qıza-

rıb ev lə rinə gedərdi.

Onların gəlməklərindən iki ay sovuşurdu. Bir axşam yenə 

də o qapılarının önündə dayanmışdı. Məni görüb qızara-qızara 

yanına çağırdı. Addımlarımı dərərkən ona doğru gedib, nə söy-

ləmək istədiyini sordum. O, arxasında gizlətdiyi əlini qarşıya 

gətirib dedi: «Bax! Bunu sənin üçün tutmuşam. Sarı sərçədi». 

Sevincək ona baxdım. Elə utandım ki gözlərindən! Sarı 

sərçəni alıb evə getdim. Allahım! Nə  qədər sevimli bir quş 

idi. Sarı sərçəm qaçmasın deyə ayağına sap bağlamışdım. Ax-

şamlar artıq küçəyə çıxmayıb, yalnız o quşla oynayırdım. Bir 

dönə nədənsə səhv edib onu gözdən qaçırmışdım, amma aya-

ğına sap bağladığım üçün onu tezliklə tapacağıma əmin idim. 

Sarı sərçəni nə qədər axtardımsa tapa bilmədim, o üzdən 

quşu tapmağa yardım istəmək üçün onların qapısına getdim. 

Qapını çalarkən küçədəki uşaqlar onların keçən gecə köçüb 

getdiklərini söylədilər. Üzgüncəsinə evə döndüm. 

İkı gün sonra sarı sərçəmi ayağındakı sap ilə bağçamızda-

kı qızıl gül butasından asılarkən gördüm. 



522

Məlihə Əzizpur

Körpə

Ana on üçüncü dönə doğdu. Yenə də körpəsinin inqə sə-

sini duymadan ayırdılar onları. Ana ağzını yerdən-göyə qədər 

açıb bağırdı. Doğum sancısından deyil, ayrılıq ağrısından da 

yox. Döşləri partlayırdı yazıq qadının. 

Quduz siçanlar onun əmziyinə daraşdılar. Bir damla südü 

yerə düşməməli idi yoxsa... 

Ana acımadı. Eyni birincidən on üçüncüyəcənin tərsinə. 

Ana güldü. Eyni birincidən on üçüncüyəcənin tərsinə.

* * *


Körpəni bir daxmaya apardılar. Orası ölüm qanı idi deyə-

sən! Daxmanın hər bucağına, orada olan köpəkləri illər bo-

yunca aclıqdan qoruyacaq qədər sümük qalanmışdı.

Qancıqlar ulaşırdı. Onların da əmzikləri partlayacaq qədər 

şişmişdi. O isə körpəni görcək gözləri güldü. Axı, körpə onları 

o canalıcı  ağrıdan qurtaracaq tək kişi idi. Qancıqlar, körpə-

ni əmiz dirmək üçün sıra çəkdilər, ancaq onların heç birisinin 

əmziyini tutmadı uşaq. Onlar öz-özlərini əmməyə başladılar. 

Onlar əmiş dikcə körpə qusdu. Onlar hürüşdükcə körpə susdu. 

* * *


Qancıqlar rahatlanmış kimi görünürdülər. Ancaq körpə 

sancıdan ağlamağa başladı. Onun qarnı elə şişmişdi ki, hamilə 

qadına bənzəyirdi və o görüntü ona heç yaraşmırdı. Qancıqlar, 

yenə də əmziklərinin ağrısından hürüşməyə başladılar. Körpə 

onlardan qorxmuş kimi görünürdü. birazdan sonra o da bağır-

mağa başladı. Sanki doğum sancısı çəkirdi zavallı uşaq. 

Qancıqların hürüşməsi kəsilirdi asta-asta və bu hal köpək-

ləri çox şaşırdırdı. 

Körpə də susmuşdu artıq. Axı, o da rahatlaşmışdı. Körpə, 

bir sürü siçan doğmuşdu. 




523

Miniatürlər

Kölgə

Əllərinə baxdı. Dırnaqları uzanmışdı bir az. Sağ  əlinin 

baş barmağını ağzına aparıb, dırnağını çeynədi. Nişana bar-

mağını da... orta barmağını da... üzük barmağını da... Culu 

barmağını da habelə. 

Sol  əlinin də  dırnaqlarını çeynədi birbəbir. Barmaqları-

nın başı göynədi. Sağ  əlinin baş barmağını  ağzına aparıb o 

qədər sümürdü ki, barmağı partladı. Nişana barmağı da...orta 

barmağı da... üzük barmağı da... culu barmağı da habelə. Sol 

əlinin də barmaqlarını sümürdü birbəbir. Əlləri əyildi. Ürəyi 

bulandı birdən-birə. Yerə tüpürdü. Tüpürcəyi qanlı idi. Ağzını 

silmək istədi. Əlləri qalxmadı. Güzgü qarşısına keçdi. Dodaq-

ları parça lanmışdı. Dişləri uzanmışdı. Hörümçəyə  bənzəyir-

di güzgüdə. Acığı gəldi özündən. Güzgünü sındırmaq istədi. 

Əlləri qalxmadı. Dışarıya qaçdı. Kölgəsi uzanmışdı. Özünü 

çeynəməyə başladı. 



Kilim

Nə divar başında pişik, nə ağac dalında qarğa, nə sərçələr, 

nə də küçədə şıltaq uşaqlar var. İl bayramına iki gün qalır. De-

məli, birisi gün bayram axşamı sayılır. Qışın ən son günləri ol-

duğuna baxmayaraq, soyuq külək bütün gücü ilə əsir. Qadın, 

çadrası boynunda, çəkmələri ayağında, qollarını  çırmalayıb 

bir köhnə kilimi küçənin çopur simitləri üstə açıb, zinə gələn 

suyu üzərinə çiləyir və bir külə süpürgə ilə islanmış yerlərini 

süpür gələyir. 

Külək elə sərt əsir ki, birdən kilimi ortaya qədər qalxızıb 

yerə çırpır. Qadın su şlanqını (xortumunu) dəbbəyə qoyub, sü-

pür gəni yerə atır və  əlləri tutar-tutmaz, kilimin qırışını açır. 

Bir kərpic parçası tapıb bir guşəsinə qoyur, bir guşəsinə isə 

yarıya qə dər dolmuş su dəbbəsini qoyur, sonra kilimi yenidən 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə