Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə150/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   146   147   148   149   150   151   152   153   ...   159

529

Yazıçı

YAZIÇI

Çevrəsinə əzik kağızlar qalanmışdı. Qələmdəki mürəkkə-

bin son damcısını işlədirdi. Tez- tez yazırdı.  Yazırdı, yazdıqca 

da pozurdu. Sonra yazılı kağızı əzib, bürmələyib, qırağa atır-

dı. Sağ əli qələmə tıkılmışdı, sol əli isə başına yapışıb hərdən 

də tüklərini qaşıyırdı. Yenə yazdı. Daha bala-bala yazıların 

boyası azalırdı. O qədər azaldı ki, heç görünmədi. Qələmi ov-

cuna alıb,  ucuyla kağızı  cızmaladı, cızdı. Amma yazı yenə 

görünmədi. Tez qələmə baxdı. Mürəkkəb tükənmişdi. Qələmi 

qırağa atdı. Daha yaza bilmədi. Çevrəsinə baxdı. Kağızdan 

başqa heç nə görmədi. Başını atıb kağızların qatında yatdı.                                       

* * *


Yumulu gözləri qamaşdı.  İynə ucu qədər işıq idi göz-

lərinə  dəyirdi. Kirpikləri tərpəşdi. Gözləri azacıq açıldı.  İki 

qara şəvə kimi bəbək, kirpiklərin arasından çırıldadı. Əllərini 

qaldırıb kağızları qırağa vurdu. Ay aman! Gecə bürmələdiyi 

kağızların qa tı açılıbdır. Heç əvvəldən əzilməmişdi deyəsən. 

Yazılar tük çıxartmışdılar. Hamısının bığı, saqqalı var idi. 

Qələmi axtardı. Erkəklənmiş yazıları qaralayacaqdı. Qarala-

dı, qaraladı. O qədər qaraladı ki, bütün yazılar qaraltı altında 

basdırıldı. Əllərinə baxdı.  Əl-qolu, barmaqlarına kimi o qədər 

tüklənmişdi ki, dərisi  görünmürdü. Qorxdu. Güzgünün önünə 

keçdi. Uzun saçları tö külmüşdü. Saqqalı da bir qarış uzan-

mışdı. Ucadan çığırdı. Səsi borlaşmışdı. Qaralanmış kağızlara 

yaxınlaşdı. Mürəkkəb altında basdırılmış yazılar, çətinliklə 

mürəkkəbi qırağa vurub eşiyə çıxırdılar. Hamısı bağırırdılar. 

Hamısı bor səslə bağırırdılar. Sən bizi yazıq etdin! Yazıları 

əlindən qoyub qaçmaq istədi. Kitab rə fi nin  böyrünə  sıxıldı. 

Kitabların hamısının qatı açıldı. Onların da yazıları erkək 

idilər. Uca səslə gülürdülər. Yazıçını  barmaq la rıyla göstərib 




530

Ruqiyyə Səfəri

gülürdülər. Qorxunc şəkildə gülürdülər. Yazıçının yazılarına  

gülürdülər. Qapını açıb bayıra qaçdı. Onu görənlər gülüşdülər. 

Sallaq ətəyinə güldülər. 

– Bax, kişi, qadın paltarı ge yinib! 

Diz çöküb ağladı. 

– Mən qadınam – dedi. 

Onu lağa qoydu lar. 

– Kişi qadın paltarı geyib, – dedilər.   

DEYİŞMƏ

Qarın yağması avtobusun içərisində heç nəyi dəyişdirmir. 

Havanın istiliyi cəmiyyətin izdihamındandır bəlkə də. Ən azı 

yüz nəfərin nəfəsi bundan da böyük avtobusu bu qədər qızış-

dıra bilər. Keşkə, insanların arasındakı münasibət də nəfəsləri 

qədər isti olsaydı. O zaman bəlkə günəşə də ehtiyac qalmazdı. 

Bu boyda avtobusda bu izdihamın içində it-pişik kimi bir-birini 

didib incitməsələr də məqsədə çata bilərlər. Oturduğum otura-

caq daş kimi bərk olsa da, ayaq üstə duranları görüb yerimin 

nə qədər rahatlığını anlayıram. Söykənib dərindən nəfəs alaraq 

xanım Nasirinin cavabını verirəm: 

– Paxıl artmaz deyərlər ay xanım. Mən ki sənin yerini dar 

eləməmişəm. Ya da ki, sənin çörəyini əlindən almamışam. Bəs 

nədəndir bu qədər ayağımın altına sabun çəkirsən? Niyə cənab 

rəisin yanında qeybətimi qırıb məni pis edirsən? Mən ki başımı 

aşağı salıb öz işimi görürəm. 

Tez sözümü yarımçıq qoyub deyir: 

Sən Allah, niyə belə deyirsən? Tək bir balam canı mən 

heç kəsin pisliyin istəmərəm. Kim deyir ki, mən rəisin ya-

nında səni pisləyirəm. Rəis yalan deyir. Bizi bir-birimizlə vu-

ruşdurmaq istəyir.  İnanma ona. Sonra bildiyi bütün müqəd-

dəslərə and içir. Artıq dirənməyirəm. Yalandan and içdiyini 




531

Deyişmə

bilirəm. Xanım Nasiri bütün işçilərin arxasınca rəisə danışar. 

Öz əlində deyil. Dili öyrəşibdir.

Səməd məni çox əsəbləşdirir. O da yalan yerə and içir. 

Deyir: 

– Vallah, vəziyyətimiz yaxşılaşacaq. Əlimə yaxşı pul sa-



lıb ev də alacağam, maşın da. Bir az döz. 

– Nə qədər dözüm?! Sən işləmirsən ki… Haradan pul gə-

tirib ev də alacaqsan, maşın da. Bu qədər yalan danışmaq ol-

maz ki. 


Üzümü döndərirəm. Pəncərəni buxar tutub. Əlimlə buxarı 

sili rəm. Bütün küçə, parklar, damlar hər nə varsa ağarıbdır. 

Deyi rəm: 

– Ay Səməd evin kirayə pulun verməsək bizi çölə atacaq-

lar. Hər  şeyimiz qar altında qalacaq. Hələ payızdır belə qar 

yağır. Qış girsə necə olacaq?!

Rəis yazdığım kağıza qol çəkmədi. Dedi: 

– Çox borc alıb san. Bir-iki ay gözlə, borcun qurtarandan 

sonra yenə alarsan.

–  E  vin  kirayə pulun yetirə bilmirik. Ev sahibi bizi çölə atır.  

Rəis qəzəbli baxır. Nədən belə olduğunu anlamıram. De-

yir: 


– Xanım, başını aşağı sal, öz işini gör. Hələ işindən razı 

deyiləm.


Təəccüblə üzünə baxıram: 

– Cənab rəis hansı işimdə nöq san var? Buyurun eyibləri-

mi bilim. 

–  İşin mənim arxamca danışmaq olub. Mənim adamlarım 

var. Hər hansınız arxamca danışsanız gəlib qulağıma çatdırarlar. 

– Cənab rəis xanım Nasiri yenə nə deyib sizə?

Xanım Nasiri qolumdan yapışır: 

– Bax! Tək balam canı, mən bir söz deməmişəm. Rəis 

qələt eləyir. Qoy, mən ona yaxşı deyərəm.



532

Ruqiyyə Səfəri

Bu qədər deyişmə məni yorur. Başımdan şiddətli ağrı tu-

tur. Səməd cibindən həb çıxarır.  İstəmirəm. Mənim dərdim 

həblə düzələn deyil. Qara baxdıqca ürəyim tutulur. Çətinliklər 

dağ kimi önümdə dikəlir. Bir anlığa hər  şey dağ kimi olur. 

Qarlı və uca dağ kimi. İnsanlar belə   dağa bənzəyirlər. Səməd 

də, xanım Nasiri da, rəis də, avtobusdakı hamı.

Gözlərimi yumuram. Hamısı danışır. Biri yalan deyir, biri 

and içir, biri söyür, biri gülür, biri sızıldayır. Nə qədər səs var. 

Sanki iki qulaqdan başqa, başımın hər tərəfi ndə qulaq var. Nə 

qədər çox eşidirəm. Səslər beynimdə bağlaşırlar. Dağlara bən-

zəyən insanların səsləri bir-birinə dəydikdə yanqılanır. Qulaq-

la  rımı tuturam. Səslər dayanmır. Biri qoluma dəyir. Dönüb 

baxıram. Səməd deyil. Yaşlı bir kişidir:   

– Son duraqdır. Niyə bəs oturubsan?

Avtobusa bax  ıram. Kimsə yoxdu. Dağlar kimi önümdə 

di kələn  insanlar,    Səməd, xanım Nasiri, rəis. Heç birini gör-

mürəm. 


Qarların üstünə ayaq basdıqda nə qədər yorğun olduğumu 

anlayıram. Səhərin şaxtalı havası beynimdə qımıldayan insan-

ları da, səslərini də dondurur. 

DƏLİXANA

Otağın qapısı açılır, hamı gözlərini zilləyib bizə baxır. 

Doq  quzu da maraqla bizi izləyirlər. Ürəyim qırt-vırt gedir. 

Neçə dönə  vərdiş etmişdim, yenə  də çaşıb özümü bəlli et-

məkdən dik sinirdim. Mən körpə uşaq kimi sakit və zərərsiz 

biriyəm. Yavaş-yavaş yeriyirəm. Yavaş danışıram, heç gül-

mürəm və qəm-kədər gözlərimdən yağır. Hərdən dostum Səi-

di görürəm. Gülümsə yə rək mənə yaxın gəlir. 

– Səid, axı sən burada neynisən? – deyirəm. 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə