Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə152/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   148   149   150   151   152   153   154   155   ...   159

536

Ruqiyyə Səfəri

bilməmi istəyir. İnanmadım. Məni qorxutmaq üçün, ya da hərə-

kətə gətirmək üçün bu yalanı uydurmuş ola bilərdi. Mesajının 

cavabını göndərdim. Mesaj geri qayıtdıqda telefonuna zəng aç-

dım. Nömrəsi bağlanmışdı. Min cür fi kirlə gecəni səhərə çat-

dırıb qapılarına getdim. Bir-iki saat gözlədikdən sonra anası 

evdən çıxır. Başqa çarəm yox idi. Elə anasının qarşısına çıxıb 

nələr ol duğunu soruşdum. Məryəm adaxlanmışdı belə...

Otağın qapısı açılır.  İşçilərdən biri məni içəri aparır. 

Hamı sı gözlərini zilləyib bizə baxırlar... 

Hər gün kərdidən həkim qıza bir gül dərirəm. Rəisə mək-

tub yazmışam, kərdidə ancaq Məryəm gülü əksinlər. Deyib 

kər didəki güllərin hamısı  Məryəm gülüdür. Həkim qız nə-

dənsə “qı zılgül” deyir onlara. Adı da Məryəmdi. Dərdiyim 

gülü iyləyib köksümün üstünə qoyub yuxulayıram. Hər za-

man Məryəm gəlib götürəndə ayı la ram. 




537

ULDUZ SADİQ

Ulduz Sadiq 1979-cu ildə Güney Azərbaycanın Təb-

riz şə hərində anadan olmuşdur. 

Bədii yaradıcılığa erkən yaşlarından başlamış, bir 

müddət “Şəms Təbrizi” qəzetinin  ədəbiyyat bölümündə 

çalışmışdır 1998-ci ildə yaradılan “Səs” ədəbi dərgisinin 

qurucula rından biri olmuşdur 

“Yanaşı” ictimai qadın birliyinin (2002) yaradıcıla-

rından olmuş, onun fəaliyyətində yaxından iştirak etmiş-

dir.

2005-ci ildə  Təbrizin Peyami-Nur Universitetinin 

sosiolo gi ya  fakültəsinin magistraturasını bitirmişdir.

 “Məni dovşanların yuxusuna aparır” (2014) adlı ki-

tabı ya yınlan mış dır.

Çağdaş Güney Azərbaycan  ədəbiyyatında daha çox 

şair və nasir kimi tanınır. 

Hazırda Təbriz şəhərində yaşayır.


538

Ruqiyyə Səfəri

GÖRÜŞ

Gülməkdən az qala mədə, bağırsaqlarımız ağzımıza gələ, 

yan-yana düşmüşdük, o qədər iki əlli dizlərimizə çırpmışdıq 

ki, əllərimizin içiylə dizlərimizin üstü qıpqırmızı qızarmışdı.

Aytən bir sözü az qala on dəfə  təkrar edirdi. Bizlər hər 

on dəfəsində  də gülməkdən qırılırdıq. “Sən kiminən, kimi 

birləşdir misən? “A” ilə “M”yi birləşdirmisən?”

Sanaz gülməkdən keçinib gömgöy olurdu, üst dodağı 

qat la nırdı burnuna sarı, gözlərinin içi qıpqırmızı olub, pır-pır 

su axırdı. Birdən səsi kəsilirdi, güc ilə özünə qayıdıb: “Sən 

Allah... bəs... bəsdi... öldüm axı... nəfəsim... da gəlmir haa... 

Ürəyim acıdı”. Yenə qaqqıltıyla deyirdi: “Aytən... Axı bu söz-

ləri... har adan... çıxardırsan?”.

Sanazın evi dinc evdi. Rahatca söz-sov olmadan orada 

yığı şıb gülüb-danışırıq, gahdan siqar da alışdırırıq. 

Hər birimiz qapıdan içəri girib, başmaqlarımızı çıxardar-

kən,  ərlərimizin necə çiltik çalmalarından deyirik. Ülkərin 

göz ləri gülməkdən işıldayır; deyəsən gələrkən, yolu başa-baş 

gülüb dü.  Əyilib “Adidas” başmaqlarının bağını açarkən çal-

xalanıb bir ya nını divara dayayıb üzü pörtüşə-pörtüşə bir az 

gülüb dedi: 

“Ca nıza and olsun, Sanaz zəng vurmaq həmin ərim quşu-

nu üstünə qoyub qoymaz, gözləri işıldaya-işıldaya dedi, tez 

ol, gecə Sanazgildəsən, hazırlan səni qoyum Sanazgilə... Yu-

batma tez ol... tüntünmə”. Ülkər bir başmağını çıxardıb, qa-

pının içəri ya nına qoyarkən dedi: “Bilmədi nə sürətnən məni 

bura çatdıra”. Məni, sonra Sanazı qucaqlayıb öpdü.

Mən Sanazgilə hamıdan tez gəlmişdim. Onu görər-gör-

məz gözüm əynindəki donuna sataşdı. Narıncı-qırmızı boyalı 

çit par çadan pilisəli bir don idi. Geyimlərdə ən çox donu sev-

diyim üçün, hər yerdə olursa gözüm donlara düşər. Qolları 



539

Görüş

halqa, ətəyi dizlərinin üstə dayanmışdı; dedim: “Yanmayasan, 

bu donu yenə haradan almısan? Niyə mənnən belə eləyirsən 

axı... Bil mirsən mən don dəlisiyəm?”. 

Sanaz gözlərin süzdürüb donunun o tay bu tayından yapı-

şıb bir fırlanıb dedi: “Ərim alıb bə”.

Çox zamanlar olur, Artayla birgə dolaşmağa, bazara, ya 

da sadə bir yürüşə belə çıxmamışam. 

Düyünün suyunu ocaq üstünə qoydum, fəndəki çıqqılda-

dırkən, qapının zəngi səsləndi. Sanaz qapıya sarı gedib təsviri 

ayfondan baxıb dedi: “Nazlı da gəldi”.

Mən, Ülkər, Sanaz, qapı qabağında dayanıb Nazlının yo-

lunu gözlədik. Nazlı elə asansordan çıxmaq həmən sağ əlin 

döy dü  sol  əlinin üstünə, sonra sol əlinin işarə barmağını dişlə-

ri ara sına alıb, dişləyib dedi: “Ölməyəsiz, kişilər”. 

Ülkər dedi: “Hə, bala! Sən də dərdlisən?”. 

Nazlı mantosunun düymələrini açarkən məni, həm də Sa-

nazı öpüb: “Hə, bala; mən deməyin həmin dedi, dur get mən 

də bir görüm uşaqlar hardadırlar, yığışaq  Şahgölündə, biz 

də bir istiqanlaşaq... Elə bil allahlarındandı, bizi ötürüb bir 

nəfəs al sınlar”. Ülkəri öpəndə dedi: “Niyə? Bıçaq qoymuşuq 

boyun larına?”.

Arta heç otağından eşiyə çıxmadı da, elə oradan səslənib 

dedi: “Xoş ol, öpdüm”. Uzun zamandır məni öpməyib Arta.

Nazlı mantosunu qapı dalısındakı asmacaya asıb, asma-

canın yanında olan güzgüyə baxıb, tellərini sağ tərəfə yığıb 

dedi: “Tüklərim necə olub qızlar? Düz deyin haa... Bu gün 

arayişgaha getmişəm... Deyirlər, tel tazaşdan mod olub axı... 

Mən də çox dan idi tel vurdurmamışdım... Dedim, qoy bir 

hal-havam dəyiş sin”.  Nazlı yenidən barmaqlarını tellərinin 

arasında gəz dirdi.

Sanaz  Nazlının yan saçlarına əl çəkib, onları çiyinlərinə 

sə rələyib dedi: “Əcəb də gözəl vurubdu... Hansı arayişgaha 

get din?” 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə