Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə154/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

543

Görüş

lar. Nə özüydü, nə  də ailəsinə bağlı olan əxlaqi tərzləriydi, 

tam bam-başqaydı Aytən. Hər an oğlan istəsəydi, onun evində 

idi; hər gün dükan-bazarlarda dolaşıb özünə  rəngbərəng alt 

geyimləri alırdı, qapı-bacasından sutiyən şort asılıydı; demək 

olardı ailəsi yolla yan hər nə pul varıydı elə alt geyimlərinə 

xərcləyirdi. İşi özüylə uğraşmaq olmuşdu, canının tükləriylə, 

saçlarıyla. Qaşların nazik aldırıb, uclarını tiqəylə qaşıyıb, qaş 

midadıyla dübbədüz özünə qaş çəkirdi, heç də üzünə yaraş-

mırdı. Ayağın təpirdi bir baş mağa, illah-billah yaraşır, sevgi-

lim deyir: “Çox çəkici olursan”. İşləri ora yetirdi ki, oğlan 

da daha bu işə  məəttəl qaldı. Bir neçə ay sonra ona evimə 

gəlmə deyirdi. Aytənsə onun qapısı önündə ağlayıb yalvarır-

dı. Heç birimizin də sözünə qulaq asmırdı. Sa dəcə gözlərinin 

suyu axırdı. İki il öncə payızın ikinci ayının or talarıydı. Aytən, 

universitetin həyətində oturmuşdu. Payızın od rəngli yarpaq-

ları yel ilə sevişirdilər. Mən Aytənin yanında otur duqda heç 

anımsamamışdı. Mənlə Aytən bir sinfi n öyrəncisi idik. Az-çox 

bir-birimiznən dostluğumuz varıydı. Amma son za manlarda 

Aytən pozuntulara düşəndən, hər gün yanındaydım. Aytən de-

yirdi: “Sən olmasaydın, mən dirçələ bilməzdim”.

Arta dedi: “Sən elə bu qız üstə zindəganlığımızı badə 

verə cəksən”.

Aytən bir dəfə özünü öldürmək istəmişdi, amma evbir 

yoldaşı bilib tezlikcə onu mərizxanaya götürmüşdü. Sonra 

Aytən depresyona girdi, elə o zamandan dərman içməyə baş-

ladı, daima uyuyurdu. Yenidən adi yaşama başlamağı bir il 

çəkdi. Özünü toparlayıb, dərsini bitirib, yüksək lisansa qəbul 

oldu. Oldu bizim indiki dadlı-duzlu Aytən, gözlərinin o dərin 

gülüşlərindən xəbər olmasa belə!

Aytən də gəldi, Sevil hər zaman hamıdan gec gələr.

Kanapələrdə yaylandıq. Dəm almış  şimal düyüsünün, 

qı zar mış soğanla zəfəranlı toyuğun qoxusu evi bürümüş-

dü. Yavaş-ya vaş qarınlar quruldamağa başlayırdı. Aytəndən 




544

Ruqiyyə Səfəri

başqa hər biri mizin əlində bir mobil vardı, Sanaz yanakı uza-

nıb, uzun qəhvə yi  rəngində boyanmış saçlarını kanapənin 

dəstəsinə yaymışdı. Donunun ətəklərini bacaqlarına çəkmiş-

di: “Hər nə  qədər zəng vururam götürmür, görəsən nənəsi-

gilə zəng vurum?.. O da indi sorğu-suala tutacaq… Kim var? 

Niyə gəliblər? Neçə nəfərdilər? İndi ayrı qalacaqsız? Vır-vır 

deyəcək də”. Mobilini mizin üstünə tolazlayıb, mətbəxə sarı 

gedə-gedə: “Qalar-qalar zəng vurar, neynim da”, – dedi.

Mənim mobilim qulağımdaydı, Artanın səsi gələrkən 

işarə barmağımı dodaqlarıma qoyub, qızlara danışmasınlar 

deyə, gözlərimi bərəltdim: “Alo... Salam, necəsən? Yaxşısan? 

Ney nirsən?  Şamıvı yedin? Süfrəni yığışdır ha. Ayaq altında 

bir şey qalmasın... Elə evdəsən? Dostların... Oxudun?”. Bir-

dən bir hay telefon arxasından qopdu, “Bəsdi daa...”. Tele-

fonu tez xamuş layıb qızlara gülümsədim. Mətbəxə sarı get-

dim: “Yanmayasan, bir gün şirin ol da...” – öz-özümə dedim. 

Udqundum, göz yaşla rım axmasın deyə, düyü qablamasının 

qapağını götürdüm, buxa rı üzümə vurdu. 

Ülkər suratını asıb səssiz oturmuşdu. Qıçlarını kanapənin 

dəstəsi üstünə aşırmışdı. Tez-tez mobilinin düymə lə rinə basırdı. 

Sanaz Ülkərə üz döndərib dedi: “Çox hirslisən, geym oy-

nayırsan?”. 

Ülkər üzünü mobilindən çəkmə dən: “Gör indi facebo-

okdan əl çəkib mənə bir zəng vurar, yox vallahi... Mən bil-

mirəm da bu zəhləm getmiş facebookda nə axtarır. Deyirəm, 

ləptabı götürüb pəncərədən tullayım aşağı! Day mən yada 

düşmürəm ki...”.

Nazlı mobilini dizləri üstə qoydu, Ülkərə dedi: “Sən 

Allah, niyə o cür deyirsən axı... Çox da yaxşıdı... Mən çox kef 

elərəm, evdə başımı qatır, görürsən üç-dörd saat onun qaba-

ğındayam, tez-tez işlərimi görərəm, qəzamı bişirrəm, qaçam 

oturam facebook başında”.

Ülkər: “Bekarsan daa... Zəhləm gedir”, – dedi.




545

Görüş

“Məcazi dostluqlar üçün pis deyil, yazılarını oxuyurlar”, 

– dedim.

Sanaz dedi: “Biz ər-arvad girişməmişik belə zadlara”.

Süfrə salırdıq ki, Sevil gəldi: “Çəkiş-bərkişnən gəldim ha. 

Deyirdi, yox ki yox. Dedim, bağrım evdə qalmaqdan çatladı... 

İki saatlıq gətirdi. Dedi, dövrədə fırlanıram, şamını ye, zəng 

vur ram”.

Sanaz: “Əda vermə ha, mən özüm biləsiynən danışaram. Bu 

gecə burdasan”, – deyib, yemək boşqablarını süfrəyə düzdü. 

Sevil gözlərin qıydı: “Yox, narahat olur. Söz alıb mən dən”.

“Bu Sevilin hər seri adətidi da, təzə iş deyil ki”, – dedim.

Sevil nazlana-nazlana mənə baxdı.

Arta mobilini söndürmüşdü, ev telefonuna da cavab ver-

mirdi; yenə məndən acıqlanmışdı. Həm nigaran idim, həm də 

içimdə onunla boğuşurdum. Səsi gəlməsə ölərəm; özü bilir, ən 

acı günlərim onunla küsülü günlərimdi.

Yemək masasının ətrafına yığışdıq, Sanazın yeməklərinə 

söz yox idi. 

Sanaz rəqs öyrətmənidir. Çox duruşuqlu, gözəl bir bədəni 

vardı, uşaqlıqdan rəqsə maraqlıydı, toylarda əvvəlcə Sanazı 

rəq sə dəvət edərlər.

Keçən zamanlar rəqs öyrətmək üçün öyrətmən adlı kimsə 

yox idi. Maraq göstərən, evdə gizlicə Bakı video fi lmlərindən 

öyrənərdi. Tək-tük Azərbaycan rəqsini oynayan olurdu. Biri 

se vib, biri dodağın büzüb, kəndli rəqsi deyərdi. Amma indi 

Azər baycan  rəqsini çox, həm də çox sevənlər var, lap da çox 

Təbriz şəhərində. Həm öyrəncilərin sayı artıb, həm də öyrət-

mənlərin. Qızlar gəlin olmaqları üçün klaslara gəlib yaxşı oy-

namaq istə yirlər. Bu üzdən Sanaz da yaxşı bir öyrətmən oldu-

ğuna görə yaxşı da öyrənciləri var, həm də yaxşı pul qazanır.

Öz toyunda elə gözəl oynadı, salon ayağa qalxdı. Vağzalı 

rəqsini elə incə, gözəl ifa etdi ki, salondakı qonaqların ağzı 

açıq qalmışdı.




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə