Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə157/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

552

Ruqiyyə Səfəri

canımı gicişdirir bu corablar. Kifl i  kişiyə dedim ha, neylon 

olmasın”.

Sanaz mor rəngində gecəliyin geyinib dedi: “Yaxşı, yerlə-

rinizi salım?”

“Doğrudan da, gecəni qalırıq?” – deyə soruşdum.

Sanaz: “Hə, bəs nə?” – deyib Ülkərə baxdı.

Ülkər: “Bizi itirən tapandan çox söyünür! Kimdi indi biz-

lərə gecənin bu vaxtı qapı aça”, – deyib gülüşdülər.

Aytən arxayınlıqla gərnəşdi: “Doğrudan ha, mən ki yeddi 

dövlətdən azadam”.

Nazlı mobilin qurdalaya-qurdalaya dedi: “Mənimki, fi kir 

eləyirəm  Şahgölündən hələ  yığışıb evə dönməyib. Allahdan 

xatir bir mobilinə də cavab vermir”.

Aytən: “Hə da. Təzə qulaqları dırı-dırıdan xilas olub, din-

cəlir”.


Nazlı: “Bəlkə də, nə bılım?” – deyib, suratını asdı; üzün 

qıvrıldıb: “Zəhləmi apardı ha bu tellər, dəli şeytan deyir, yo-

lam qoyam yerə” – deyib sancağı tellərində bərkitdi.

Tellərimi, alnıma töküb saçlarımı seşvar çəkib, çiyinlə-

rimə tökmüşdüm; güzgüyə girmişdim, üzümdəki lap narın 

tüklərimi maqqaşla çəkirdim, Arta üzdə olan tüklərdən iy-

rənər; deyər: “Arvadın lap zəhləm getmiş zadlarındandı bu 

üz tükü”. Mən də güzgünün üstündəki işığı da yandıraram, 

qoymaram üzümdə bir tel tük qalsın. Arta evə girmək həmən 

üz çökkəmlə üzümü tə mizlədim, iki ildir evliyik, yenə də hər 

dönə Arta açar salıb evə girdiyində qəlbim döyünür. Otaqdan 

qapıya qaçarkən yadıma düşdü  ətrimi vurmamışam. Tələsik 

güzgü qabağından götürüb qu laqlarımın dalısına fısıldatdım.  

Arta: “Salam, heç kim yox du?” – deyəndə, nazlana-nazlana 

qaçdım qabağına: “Salam, yo rul mayasan”, – dedim. “Salam, 

bir çay varındı?” Dedim: “Əvvəl bir bax mənə, nəçiyəm?” 

Qaşların yığıb dedi: “Nə olub ki?” De dim: “Olsun, Arta, tel-

lərimə bax”. 




553

Görüş

“O nə modeldi? Bağışla ha, heç sevmədim”, – dedi. “Axı 

dünən televizyona baxanda dedin o qadının telləri nə gözəldi! 

Mən də elə...” 

“Yaxşı baba, ölürəm xəstəlikdən, səndə hövsələyə bax. 

Bir çay gətir”, – dedi Arta.

Nazlıya dedim: “Doğrudan, dəlilik elədin tüklərini verdin 

əllərinə, yolub tökdülər yerə!”

Sanaz gözlərini mənə bərəltdi. Nazlı susdu. Ülkər kanapə-

dən qalxıb əyləşdi: “Qızlar, bilirsiz nə var? Mən fi kirləşdim, 

doğrudan da, ərim mənə  xəyanət eləsə, düz bıçağı soxaram 

qar nına”, – saçından çəhrayı keşini açıb atdı miz üstünə.

Aytən dedi: “Hələ bax, əl çəkməmisən?”

Sanaz: “Dur, balamsan yataq, əsəblərini pozma, yerləri 

salmışam”.

Yadıma düşdü düyü suyunu qoymuşdum kənara, yatanda 

üzümüzü yuyaq. Bir yönəldim mətbəxə sarı, qayıtdım: “Tua-

letə gedən yox?” – dedim.

Arta hər üzümü düyü suyuyla yuduğumda deyir: “Əh! 

Nə mənə iyi gəlir? Düz başmaqda iylənən corab iyidi!”

Sanazın evinin telefonu çalındı, Sanazın səsi yataq otağın-

dan gəlirdi: “Gecən xeyrə əzizim! Bağışla da, tək qaldın. Hə, 

düzdü mamannansan da... Mən bevaxt yadına düşmüşəm... 

Sən əl çək... Mən nə bilim...”

Aytən: “Mən yatdım, səhər tezdən universitetə gedə-

cəyəm”, – dedi.

Su damcısı beynimə gup-gup vururdu. Nazlı yatdığı yer-

dən səsləndi: “Ay Sanaz, damcı səsi haradan gəlir? Beynimi 

dəldi axı...” 

Aytənin xorultu səsi qalxdı. 




554

Saleh Ətayi

SALEH ƏTAYİ

Saleh Ətayi – 1967-ci ildə  Güney Azərbaycanın Ər-

dəbil şəhərində anadan olmuşdur.

“Bəlkə daha deyəmmədim” şeir toplusu,  “Don Kixot 

və Dəli Dömrül körpüsü”, “Mənim adlarım”  kimi hekayə 

və  ro man lardan  ibarət kitabların müəllifi dir.

Çağdaş Güney Azərbaycan ədəbiyyatında şair və na-

sir kimi tanınır.

Hazırda Ərdəbil şəhərində yaşayır.


555

Ozan, mən paradoksal olmuşam

OZAN, MƏN PARADOKSAL OLMUŞAM

Ancaq hələ yadımdadır. Yorğun idik, əyləşmişdik. Bəlkə 

bir yarışda uduzmuş, bəlkə də bir savaşda yenilmişdik. Və da-

nışmağa taqətimiz yox idi, illər boyu danışmadıq. 

Yenə sözlərimin ardı  kəsilir. Bir nərdivan tap, tap gətir, 

uzat yolun üstünə... Bir bax! Elə buralardan! Gecədir, qürbət-

dir... yaxşı, yaxşı... gecədir, qürbətdir, bir daha de! Gecədir, 

qürbətdir bir daha! Nə də ağır, nə də qır. 

Və ozanlar. Ozanların da gəl-gedi üzüldü. Deyirdilər, ana-

larla, babalarla getdilər. 

Kaş ki, yolumun üstə bir ozan görüb mindirəydim. Gö-

rəsən, sazını ələ alanda yer olardımı? Yerə nə var, çoxdur. Bir 

mənəm, bir də ozan. Gəl, ozan, gəl, heç olmasa bu gədiyi gəl.

Susmuş idik. Biz hələ də susmuş idik. Ağsaqqallar deyir-

dilər: siz bilmirsiz, biz bilirik. Deyirdilər, getməliyik, yerimi-

zi-yurdumuzu yığışdırıb özümüzlə aparacağıq. Və  yır-yığış 

etdilər, çatdılar atlarının belinə. 

Ozanım, doğrumu ki, yaxşı yaşardız? Toxtaq idiz, atla-

rınızı minərdiz və mahaldan-mahala at at, qaşqa... kəhər at 

nalı neylər... buradan bir atlı keçdi, atın oynatdı, keçdi... hə, 

həvəsli-həvəsli... ozan, haradan bilirdiz? Ozan, sazlı olduğunu 

haradan bilirdin? Babam sənin atlı olduğunu haradan bilirdi? 

Mən bil mirəm, bir qoşma qoş, mənim üçün bir qoşma qoş, 

sürücü oldu ğuma, maşınım olduğuna, yük daşıdığıma, bax, 

qəfl ətən görü rəm ki, bu işlərə baxıram.

Böyük babamın istəkli yoldaşı ölür. Yuyurlar, basdırırlar, otu-

rurlar. Sonra böyük babam bir neçə gün evə dönmür. O, bir ozanın 

evinə getmiş imiş və ozan ona yanıqlı-yanıqlı çalırmış. Çal, ozan, 

çal, “Kərəmi” çal... Sanıram, babam yoldaşı ilə vida laşırmış.

Haçandan-haçana danışdıq. Bilmirəm niyə, bilmirəm nə-

dən, bəlkə elə belə olmalıydı. Bəlkə bacım Hindistana Rac 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə