Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə155/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

546

Ruqiyyə Səfəri

Mən də Sanazın yanında rəqs öyrənmişəm. Amma Arta 

rəqsi çox da sevməz, hərdən nazlanmaqdan ötrü də olmuş 

olsa, bir fırlanıb rəqs etdiyimdə, Arta bir balaca gülümsünüb, 

“sağ ol” deyə, yenə otağına sarı yollanar. 

Sanaz: “Gəl, “Uzundərə”ni də öyrədim”, – dedi; dedim: 

“Arta sevmir ki”.

Sanazın dadlı yeməklərin yeyəndən sonra, süfrəni yığış-

dırmağa başlarkən Aytən dedi: “Yaxşı, gəlin hələ oturun bir 

danışaq, durub yığışdırarıq. Deyəsən, boyumuza biçilib iş-

ləmək. Doğrudan da, bu arvad rahat durammır. Bir mövzu de-

yirəm, hər kəs yalan danışmadan cavab versin”.

Sanaz dedi: “Yəni, deyirsən süfrəni yığışdırmayaq?”

Aytən: “Həyə daa...” – dedi. “Bir az əyləş, birlikdə durub 

yığış dırarıq”. Sonra yerində bir az tərpənib, dübbədüz otura-

caq  da oturdu, qara saçlarını yana verib: “Görüm doğrudan 

necə deyə  cəksiz”. Bir az gülümsənib, dedi: “İndi ki özünüzü 

bu qədər boğursuz, deyin görək, gedəsiz evə, görəsiz əriniz 

bir başqa ar vad nandı, neynərsiz? Növbətinən hər kəs düz de-

sin ha, sansör yoxdu”.

Arta deyir: “Ağlın yoxdu da, səfehsən, mənim kimi oğla-

na heç şəkk elərlər, başım öz işimdə”.

Artanın o qədər gizlin-palan işləri olur ki, necə şəkk et məyim? 

Neçə dönə evə yetişərkən tələsik mobilin cibindən çıxardıb, tez-

tez düymələrin basıbdı; mütləq bir şeyləri silirdi. Elə zənn edir 

mən görmürəm, amma mənim gözümdən bir şey gizlində qalmaz. 

Bir-iki dəfə soruşanda dil-dodağın bir-birinə dolaşdırıb: “Yenə sə-

fehlədin, uşaqlar sər-səfeh SMS-lər yolla yır lar,  onları silirəm”.

Aytən oturacaqdan qalxıb tökdüyü, çiyinlərinə şəlalələn-

miş saçlarını yığıb dedi: “Həyə. Doğrudan da iş indidi. Əvvəl 

mən başlayıram”.

Ülkər dedi: “Sənin ərin yoxdu ki!”

Aytən: “Olsun da, niyə neştər vurursan, olacaq da. Məni 

də alan olacaq...” – dedi.




547

Görüş

Nazlı isə həyəcanla dedi: “Yaxşı başla, girirsən evə, bir-

dən ərini bir başqasıynan görürsən?”.

Aytən: “Əvvəl mırıldaram bir ərimin üzünə, bir də qəh-

bənin üzünə! Sonra yapışaram ərimin yaxasından boğa-boğa 

de yə rəm, düz danış, sən kimnən kimi birləşdirmisən?! Sən 

“A”nan, məsələn, “M”yi birləşdirmisən? Sən məni... məni 

bundan...  bun  dan...  birləşdirmisən?”

Aytən, özünə bir ciddi görkəm tutmuşdu, elə  də  qəşəng 

rolun oynayırdı, sağ əlinin içi ilə sinəsinə çırpıb təkrarlayırdı: 

“Sən “A”nı “R”nan birləşdirmisən”. Hər dönə  də bir başqa 

hərfi  “A” hərfi nin yanına qoyurdu. Səsi gülməli olurdu. Biz 

gülürdük. Sonra özünün gülməkləri keçinməyə dönüşürdü. 

Gülməkdən gözlərindən yaş axırdı.

“Sonra yaxşı çalxalayandan sonra, üzümü ondan döndə-

rib, o cındanın üzünə  də baxmaram, qapını  çırpıb gedərəm, 

Amma  əl çəkmərəm, zəngi zəng üstə vuraram, Sən “A”nan 

“D”yi bir ləşdirmisən? Deyim ha, yolu başa-baş  zırıldaram. 

Bilindir mə dən”.

Aytən ayaq üstə dolanıb ədayla o tay bu taya gedib özü-

nü yamsılayıb gülürdü; sonra gəlib ortada yerə oturub, işinə 

davam edirdi, bizlər də ölürdük gülməkdən. Mən özümlə Sa-

nazın dizlə rinə çırpmaqdan əllərimin içi qıpqırmızı olmuşdu. 

Nazlı: “Daya nın mən deyim”, – dedi. Gözlərimizi, bur-

numuzu kağız dəsmal ilə silə-silə dedik: “Yaxşı, sən de görək”.

Nazlı saçların daldan yığıb, çəhrayı sancağıyla sancaq-

layıb, dedi: “Mən evə girib, belə bir səhnə görsəm”, – bir qaşın 

yuxarı qovzayıb sonra artırdı: “Bir baxaram ərimə, bir baxaram 

arvada... Elə doğruca otağıma sarı gedib qapını  çırparam üs-

tünə, onlar utanıb getsinlər da, mən niyə evimi tərk eləyim ki”.

Mən özümü tuta bilmədim: “Yəni hirsdən partlamazsan?”

“Partlasam da evimi tərk eləmərəm ki, meydanı onlara 

verəm. Bavər eləyin navarı da açaram ucadan olsa oynaram 

da! Saymazlığımı görsədərəm. Olsa, sonra elə  əvəz də aça-




548

Ruqiyyə Səfəri

ram! Onlar qələti dartıblar, mən boğulum... Mən kiçilim... 

Cəhənnəmin go runa ər varıydı olmaz olsun”, – dedi Nazlı.

Ülkər dodağın dişlədi: “Qız elə demə, dözməyi ağırdı axı. 

Necə yəni? Bu rahatlığa? Düzdü ha, mənimki də elə qabaq-

dan gəlmiş ədalar verər ki, mən qalaram məəttəl. Olub da bir 

seri hərəkətləri, sonra elə  əda verib. Mən bilmirəm, elə tez 

hər şeyə inanmaram...Gərək dəqiq olam, diqqət eləyəm. Bil-

mirəm qalıb ki, onları necə görəm. Məsələn, girib görəm otu-

rublar”. Ülkər bir az gözlərin yığıb, yenə dedi: “Salam verib 

oturaram yanlarında”.

Dedim: “Hə, canıza and olsun, bu Ülkər ikini sayınca ar-

vadnan dost da olar, xoş beş on beş! Sonra görərsən cici-bacı 

da olublar”.

Sanaz gülə-gülə dedi: “Hə, gündə də evlərində olar, de-

yəndə də deyir, sən Allah bir söz deməyin ha, günahdı, çox da 

yaxşı qızdı”.

Nazlı isə dedi: “Hə, arvad bir az elə bu cür olar da, deyir-

lər ağlı az”.

Ülkər çiyinlərin atıb: “Axı, mənim ərimin hərdənbir evdə 

şagirdi olur. Bəlkə  şagirdidi! Oturaram zillərəm üzlərinə, 

baxış larına. Söz soruşaram, görəm nəyin nəsidi?”.

Aytən çırpdı iki dizlərinə, gülə-gülə dedi: “Həyə da, gö-

rüm doğrudan xəyanət eləyirlər, ya yox! Sən Allah öldüm san-

cıdan, bir az da gülsəm işəyəcəyəm tumanıma!.. Bir az daya-

nın gəl dim”.

Sevil elə  də danışmırdı; az danışan idi, elə  xımır-xımır 

keçinirdi gülməkdən. 

Ülkər ona baxıb dedi: “Hə, Sevil! İndi sənin növbəndi ha”. 

Aytənin hayı tualetdən çıxdı: “Sən Allah, dayanın, mən 

gəlim sonra”.

Tualetdən çıxar-çıxmaz dedi: “Yaxşı, indi Sevil de, 

balam dı”.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə