Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə156/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   151   152   153   154   155   156   157   158   159

549

Görüş

Sevil incə  səsi ilə dedi: “Axı, bilmirəm ki, mən həmişə 

evdəyəm da, fi krin də eləməmişəm”.

Aytən isə: “Məsələn, indi burdasan, nə bilirsən nə xəbər 

olub evinizdə?”

Sevil üzünü cırmaqladı. Bir az oturacağında tərpənib: 

“Yox a, o cür deməyin da”, – dedi.

Sanaz mənə göz vurub dedi: “Məsələn da, çox o cür de-

məyin ha, birdən gördüz Sevil oturub zırıldadı”.

Sevil acı gülüşlə: “Hən a, mənim zərfi yətim belə  işlərə 

yoxdu. Yox, mənim ərim belə işlərdən görməz, mən bilirəm 

belə zadlardan irgənər; mənim ondan sonra bir kəsim yoxdu 

ki, çox zülm olar. Onda gərək öləm da”.

Aytən atıldı Sevilin sözünün arasına dedi: “Yaxşı da Se-

vil, bəsdi, demədik ki, yasnamə oxuyasan. İstəmədik, heç nə 

istə mədik… Sən de Sanaz”.

Sanaz əlindəki qaşığı oynada-oynada bir neçə taqqa boş-

qaba vurub, sonra boşqabın içinə qoydu: “Mən da, mən... Həən 

mən… şeydi... zaddı... Vallah, fi kir eləyirəm belə bir iş olsa... 

Evdə bir hay qopar ha. Söz deməyimə qadir ola bilmərəm... 

Fikir eləyirəm elə qabaqdan gəlməlik elər! Elə hay qopar ki, 

az qalar məni o arvadnan yatırda! Ancaq özünə haqq qazandı-

ra; deyə mən həmcinsbazam! Amma o... Bəlkə də etiraf həd-

dinəcə”. Sanaz əllərin qovzadı göyə, başın aldı çiyinləri arası-

na: “Təslim! Pox yemişəm! Hər neynirsən elə! Deyirsiz, mən 

də gəlim! Elə qarışaq! Amma yox, onu da çəkəmməz! Bir hay 

yenə qopar. Gərək deyim siz sağ, mən səlamət. Mən getdim! 

Amma fi kir eləyirəm onu da çəkəmməz ki, pox yeyirsən, hara 

istəyisən gedəsən? Otur evdə, amma”.

Bizlər ölürdük gülməkdən. Sevil: “İş pis yerlərə çatdı, 

mən daha gedirəm”, – dedi.

Sanaz gülə-gülə gözlərinin guşəsindən axan yaşı silə-silə 

gözünün sürməsi gicgahınacan yayıldı: “Hara? Əda vermə. 



550

Ruqiyyə Səfəri

Qorx ma bir zad olmaz. Nigaran olma, gedərsən qalarsan qa-

pıda, zəng vur. Hələ bir az da otur, bir çay gətirim”.

Sevil yerindən qalxdı: “Yox, yox; meylim yoxdu”. 

Aytən: “Qız, bəs niyə belə eləyirsən? Bax, hələ az qalır 

ağlaya”, – dedi. Sevil gözlərin Aytənə süzdürdü: “Bəsdi da, 

Aytən”. Sanaz Se vilin dalısınca qaça-qaça, dedi: “Qız nəmənə 

oldu sənə axı? Bir şey ürəyivə dəydi?” 

Sevil mantosunun düymələrini bağlaya-bağlaya dedi: 

“Yox, vallah, qapıdadı, heyvandı da, çox məəttəl eləməyim

ürəyim qızışdı birdən”. Sevil elə qapı önündə dayandı. Əlin 

bizlərə  tərpədib: “Qızlar öpdüm, sağ olun”, – deyib, bizlər 

qapıya yaxınlaşancan, Sanazı öpüb, tələsik pillələrdən aşağı 

endi. 


Ülkər: “Ay canın yanmasın Aytən, uşağın ürəyin lap üz-

dün”, – dedi.

Aytən başın döndərib kanapəyə sarı gedərkən dedi: “Uşa-

ğın başı batsın, əlcan qoduxdi elə bil... Sanaz özünə çay süzür-

sən, mənə də süz, qadası”.

Nazlı boşqabları mətbəxə sarı apararkən mənə sarı dönüb 

dedi: “Doğrudan, axı sən heç bir şey demədin?”.

Arta deyir: “Elə dilin mənə uzundu, hər yerdə son danışan 

sən olursan. Evdə amma mənim baş-beynimi aparırsan”.

Arta, sadəcə qulaq asar; hərdən də bir siqarasın alışdı-

ra-alışdıra başını tərpədər. Daha sonrakı günlər, dediyim sözə 

görə bir şey soruşsam deyər: “Nə vaxt dedin ki mənə?”.

Mən dedim: “Mənim ərimə etimadım sonsuzdu, heç şəkk 

də eləmərəm, baxmayın özünüzə”.

Dünən Arta yatanda, mobilin axtarırdım, SMS-lərini oxu-

yurdum. Arta deyir: “Düz ər-arvad olardı ki, bir-birlərinə o 

qədər etimadları ola, fi kirlərinə də gəlməyə bir an da bir-bir-

lərinin şəxsi vəsaillərini qurdalıyalar”.

Arzum odur bir gün facebook səhifəsinin  şifrəsi  əlimə 

düşə.



551

Görüş

Ülkər dedi: “Baş-beynimizi yenə aparma. Bildik, sən əri-

ni hamımızdan çox sevirsən, elə bir biz sevmirik, deyirik, bəs 

etimadımız yoxdu”.

Aytən dodağın büzdü: “Düz deyir; elə bir Sevildi nazlanır, 

istəməyini saxla evinizə”.

Ayaqlarımı kanapə üstündə altıma qoyub qarnımı şalvarı-

mın düyməsi sıxdığına görə, üst düyməni aça-aça dedim: “Val-

lah, o üzdən ki mən çox tez inanan adamam... Yox... Yox... 

Niyə yalan danışım? Düzdi ha, Artanı çox sevirəm, amma and 

iç mişəm… İndi yadıma gəldi, doğrudan öz gözümnən görəm 

Arta nın xəyanətin... Mütləq mən də ona xəyanət eləyərəm”.

Aytən dedi: “Deməzsən bəs, düz de görüm, sən kimnən 

kimi birləşdirmisən?”

Hamımız güldük. Sanaz məsum qiyafə ilə dedi: “Yazıq ki-

şilər! İndi öz işlərindədilər... Bizlər dəli kimi gəlmişik burda...”

Aytən: “Neyləyirik ki, dedik bir gülək da”.

“Dayanın sizə bir çay gətirim”, – deyib yerimdən qalxdım.

Sanaz dedi: “Bax gör samavarın suyu qurtulmayıb, qur-

tulsa doldur, ayağın qovza, beş dəqiqəyə qaynayar”.

Süfrəni birlikdə yığışdırıb, batıq qabları qabyuyan maşını-

na yerləşdirib, ləm verdik kanapələrə.

Arta səssiz-səmirsiz evdə dolaşır; televizyonu yandırıb 

sön dürür, buz dolabını açıb bağlayır, mətbəxdə dolaşır, otaq-

lardan dəhlizə, oradan otaqlara var-gəl edir. Əlin saçlarının 

ara sında dolaşdırıb, boynunu övkələyir; üzünü əlinin içiy-

lə övkələ yir, sonra divardakı rəsmimizin qabağında dayanır. 

Deyi rəm: “Hə? Özümə baxmaq əvəzinə əksimə baxırsan? Ol-

maya könlün istəyib məni?”

Nazlı kanapədən çantasına sarı əyilib bir qara tel sancağı-

nı gö türüb, tellərinə sancaqlayıb dedi: “Bunlar da lap əsəblə-

rim üstə dilər ha”.

Ülkər kanapədə uzanıb gözləri xumarlana-xumarlana 

ayaq barmaqlarıyla çalışırdı corabların çıxartsın: “Gör, nə 




Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə