Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə149/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   145   146   147   148   149   150   151   152   ...   159

524

Məlihə Əzizpur

süpür gələməyə başlayır. Külək yenə də güclənib kilimi qırış-

dırır. Qa dın gözlərini ovuşdurarkən kilimin qırışlarını açıb qa-

lan yerlərini də süpürgələyir. 

* * *

Qadın kilimi axıdıb qatlayır. Külək hızlıca əsir. Qadın sa-



bahı yox, birisi günü düşünür, bir də haradasa gizlənmiş olan 

günəşi.


Ayna

Qapını kilidlədi. Lampanı yandırmasaydı da olardı, amma 

işığın saçılması daha gözəl olurdu. Bir əsrik qızışma bədənini 

aldı. Köynəyinin birinci... ikinci... üçüncü... dördüncü düymə-

sini belə açdı. Barmaqlarının ucu ilə köynəyinin yaxasından 

tutub astaca silkələdi. Ah... Necə də yapışırdı o incə sərinlik! 

Di vardakı aynanın qarşısına keçdi. Kiçik barmağı ilə aynanın 

tərini cizdı. Sallana-sallana köynəyini, sonra da başqa paltar-

larını so yundu. Ağappaq süd kimi idi bədəni. Hörüyünü açıb 

çiyinlərinə dağıtdı. Aynadan uzaqlaşdı bir az. Bütöv olaraq 

görünmək is təyirdi. “Hiyyy! Nə gözəlmişəm mən! Bir kəşf 

olunmamış sirr kimi!” – Mızıldandı özü ilə. Aynaya yaxınlaş-

dı... Yenə yaxın laş dı... Yenə  də. Gözlərinə baxdı, yanaqları-

na... Dodaqlarına...və... 

Gözlərini yumdu əsrükcəsinə. Sonra aynadakı şəklin do-

daqlarına dayadı boyalı dodaqlarını. Şampun, sabun qoxuyur-

du öpüşləri.

* * *


İlıq su altında gözlərini açmadı. Yalnız yuyunub təmizlən-

məyi düşünürdü. 




525

Miniatürlər

Köpək

Bir az gec yetişdi. Kor havası əlilə bir yer tapıb oturdu. 

Gözləri qaranlığa alışmamışdı hələ. Yerində rahatlanıb qarşı-

ya göz dikdi. 

Gəlişinin neçənci dönəsi idi bilmirdi. Gəldiyi hər dönədə 

birinci, habelə oranı  tərk edən sonuncu adam olardı, amma 

nədənsə bu dönə gec qalmışdı. 

* * *


Hələ özünə  gəlməmişdi. Səhnə dönə-dönə  təkrarlanırdı 

bey nində. Bir tikə dialoq dilinin əzbəri olmuşdu və kəsmədən 

dəlicəsinə söyləyirdi öz-özünə. 

* * *


Qapı açıldı. Göz ağrıdıcı işıq gözlərini qapatdırdı. 

* * *


Bir çolaq köpək səssizcəsinə gedirdi. 

Ağ gecə

Tam romantikcə yaşayardı. Birisini sevərdi ölümsüzcə-

sinə. Nədənsə onu itirmişdi bir türlü. Günün, səksən altı min 

dörd yüz saniyəsi boyunca ancaq onu düşünərdi. Çevrəsində 

üz verən olaylarda onu anımsadan bir şey arayardı və ona bən-

zəyən hər kəsə sevdalanardı dəlicəsinə... 

* * *

Bir romantik gecədə qarşılaşdılar, ancaq onunla görüşmə-



di, görüşmək istəmədi. 

Ona bənzəyən hər kəsdən nifrət edirdi.




526

Məlihə Əzizpur

Qar dənələri

Pəncərə arxasında dayanıb, asfalta qonan qar dənələrinə 

baxır. Əlləri qıpqırmızı qızarıb. Hərdən var gücüylə hovxurur 

donmuş barmaqlarına. 

Bir yadırğanmış şeyi anımsamış kimi birdən dönüb, ota-

ğın bucağına atılmış qara çadrasını götürüb, başına salar-sal-

maz qapıya doğru qaçır. 

* * *


Xiyabandakı hər kəs, onun neçə dəqiqə öncə döndüyünü 

bilir. 


* * *

Məzarlığa qar yağır... 



Bayram

Yenicə evlənib. Ən böyük yatırımı biləyindəki gücüdür, 

bir də ürəyindəki ümidi. 

Adı Bayramdır. Bütün bayram günləri gözləri dolar nə-

dən sə. 

Bir  şirkətdə çalışır.  İşi ağır olsa da, qatlaşır ona. “Kişi, 

üzü nə gətirməməlidir çətinlikləri”, – düşünür. 

* * *


Bütün işçilər nahar yeməyinə  çıxıblar. Hər kəs evindən 

gətirdiyi yeməklə məşğuldur... 

* * *

Bayramı yarım saat öncə apardılar. Deyirlər: – Düz bilək-



dən qopmuşdu əli... 


527

Miniatürlər

Sorğu

Bir şey çeynəyirdi beynində. Birdən soruşdu: “Mən de-

yirəm hələ uşaqdı, yaşlanmağına baxma. O böyümür, yalnız 

köh nəlir”. O deyir: “Yepyekə eşşəkdir, özünü vurub qoduqlu-

ğa in san. Sənin fi krin nədir?!” 

Mən nə deyəcəyimi bilməyirəm, yalnız qəhqəhə ilə gülü-

rəm.

Yüz tümən

Sapsarı saralmışdı. Üzərində qan ləkəsi görünürdü. Asta – 

asta sürünüb dayanırdı. 

Maraqlandı. Ona doğru getdi. Qulağından tutub götürdü. 




528

Ruqiyyə Səfəri

RUQİYYƏ SƏFƏRİ

Ruqiyyə  Səfəri 1979-cu ildə Güney Azərbayca-

nın Təbriz  şəhərində doğulmuşdur. Orta məktəbi həmin 

şəhərdə fars dilində bitirəndən sonra ana dilində ali təhsil 

almaq məq sədilə Quzey Azərbaycana  gəlmişdir. 

2011-ci ildə Bakı Dövlət Universitetinin fi lologiya 

fakül təsinin magistratura pilləsini bitirmişdir.  İxtisasca 

türkoloqdur.

Təhsilini bitirib Təbrizə qayıdan yazıçı öz doğma şəhə-

rində jurnalist və tərcüməçi kimi fəaliyyət göstərməkdədir. 

Bədii yaradıcılıqla erkən yaşlarından maraqlanan 

yazıçı  hələ orta məktəb illərində hekayə,  şeir və minia-

türlər yazmağa başlamışdır. Müəllifi n  hekayə və şeirlə-

ri İranda və Azərbaycan Respublikasında çıxan müxtəlif 

qəzet, jurnal və antologiyalarda çap edilmişdir. Yazıçının 

nəsr əsərlərində şərti-simvolik üslub qabarıq hiss olunur. 

2007-ci ildə Tehranda çıxan “Yaşmaq” dərgisinin 

təşəb bü sü  ilə keçirilən hekayə yarışında iştirak etmiş, bi-

rinci yeri qazan mışdır.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə