Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə147/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   143   144   145   146   147   148   149   150   ...   159

515

Salam, xanım!

kirpik çalmadan. Qarı əsnəyirdi, mən əsnəyirdim. Əsnək əs-

nəyi gətirər... Qarı əsnəyəndə gözlərim çəmləşirdi. Ağzın açıb 

üst dodağı göyə yapışmış, alt dodağı yeri süpürürdü. Dodaq-

larını yumanda sözsüz gözlərindən üç, yalnız üç damla yaş 

damırdı. Gözlərin qurulamadan dalana dikili qalırdı. Qarının 

gözləri dalanda, mənim gözlərim qarıda.  Əsnək  əsnəyə  də, 

damla-damla yaş ardınca... Dirsəklənib əllərim çənəmə dayaq 

qarıya dalırdım. Gah qarını unudub, dəhlizdə  çəlik  əlimdə, 

səndəldə otururdum. Gözlərimi dalana dikirdim. Qaranlıq və 

şeh çəkmiş dalana. Dibi həyət qapısına açılan darısqal dala-

na. Gahdan pişik həyətdə miyoldayıb məni özümə qaytarırdı. 

Daha qulaqlarım səslərə uymuş, dilim pıçıltıya açılmış idi. 

Qarı dəhlizdə idi. Onun yerini yaxşı bilirdim. Onun yeri-

ni duyduqda, öz yerimi tapırdım. Özümdə itirilib tapılırdım. 

Qaynayıb coşurdum. Yenidən quruyub donurdum.

...Qorxum tökülmüşdü. Qorxumun bütünlüyü, canımın 

dəhşəti o gecə tükəndi... Qaranlıq seyvan salmış, gecənin 

qarnı yırtılmış idi.  Məmə yeyəndən pəpə deyənə yuxuda idi. 

Bütün gözə görünüb-görünməyən canlılardan xəbər-ətər yox 

idi. Hamısı köksünü almış, toxdaq yuxuya dalmışdılar. Ağır-

lıqları bizim həyətdə yırğalanırdı. Dayanmadan, ardı kəsilmə-

dən bir havada... Dəhlizdə bir şirin səs oxuyurdu. Səsi yayılıb 

evi özünə bürüyürdü. Tərənnüm edən qarı idi?.. Bəlli deyildi. 

Özümlə danışırdım. Bəlkə qorxunu otağın canından süpü-

rüb, pəncərədən bayıra tökəm. Avaza qapı açıb “buyurun” – 

deyəm. Avaz ucalıb yayılırdı. Ucaldıqca da mən artıq özümə 

dalırdım. Daldıqca avazı içərimdən eşidirdim. Sümüklərim-

dən. Qadın səsi iliklərimdə avaza açılmış idi. Göy ulduzlarla 

dolmuş, gecənin çadrası zif-zif işarırdı... 

* * *

... “Taq-taq!”. Qapı döyüldü... Quru öskürtü susqun küçə-



ni özünə çulğamışdı...  


516

MƏLİHƏ ƏZİZPUR

Məlihə  Əzizpur 21 fevral 1979-cu ildə Güney 

Azərbay ca nın Əhər şəhərində anadan olmuşdur. İlk təhsi-

lini doğulduğu şəhərdə almışdır.

2003-cü ildə  Təbriz Universitetinin psixologiya 

fakültəsi nin bakalavr pilləsini bitirmişdir.

2007-2009-cu illərdə  İran Mədəniyyət Nazirliyinin 

təşkil etdiyi jurnalistika kursunu bitirmişdir.

2010-cu ildə siyasi səbəblər üzündən Türkiyəyə mü-

hacirət etmişdir.

2011-2014-cü illərdə Ege Universitetinin Türk Dün-

yası ədəbiyyatları bölü mündə magistr təhsili almışdır.

Hazirda Hacəttəpə Universitetində xalq ədəbiyyatı 

ixtisası üzrə doktoran turada təhsil alır.

Məlihə Əzizpur yaradıcılığa orta məktəbdə oxuduğu 

illər də başlamışdır. “Yağmur” (Təbriz, 2002), “Dəmir 


517

sevgi” (Təbriz, 2003), “Bədirlənmiş ay” (Təbriz, 2010), 

“Ağ gecə” (Təbriz, 2010), “Su pıçıltısı” (Bakı, 2010), 

“Mənə bir küçə bağışla” (Bakı, 2012) poeziya və nəsr ki-

tablarının müəllifi dir.

Daha çox şair kimi tanınan müəllifi n nəsr əsərləri ki-

çik həcmli hekayə və miniatürlərdən ibarətdir.


518

Məlihə Əzizpur

SÖYÜD AĞACI

Evimizin önündə, tam pəncərənin altındaydı o qurumuş 

Söyüd ağacı. Kiçik-incə bir ağaç idi, budaqları və yarpaqları 

var idi, amma qupquruydu. Hər axşam məhəllənin qadınları 

ağacın altında  toplaşıb oturardılar. 

Surə xanım, Bala Ağdəs, Pakizə xanım, Məşə xanım, Gö-

zəl Fəriba və Lal Haciyə. Qadınlar söhbət edərkən o qədər 

ciddi olurdular, sanki dünyanın  ən önəmli qonusu üzərində 

dartışır dı lar.  Pakizə xanım, oğlu Qadirdən danışırdı:

– Maşallah Qadir usta bir başmaqçı olub. Bir az pul yığsa 

evləndirərəm. Vaxtı keçir da yavaş yavaş.  Amma heyvan uşa-

ğın fətqi var. O demir, amma mən görürəm da, şalvarından 

çox bəlli olur. 

Pakizə xanımın qızı Ruqiyyə, babasının ani ölümündən 

sonra psixi xəstəliyə tutulmuş və onların həyatını gerçək bir 

cəhənnəmə çevirmişdi.

Surə xanımın qızları  Məhnaz ilə  Şəhnaz, məhəllədəki 

bü tün  gənc oğlanları qandırıb, əllərindəki pullarını aldıqdan 

sonra, onları üz üstə buraxdıqlarını  hər kəs bilərkən, yenə 

Surə xanım özünü onda qoymayıb Məhnaz ilə Şəhnazı öyürdü 

və onların necə etibarlı və zəngin elçiləri olduğunu söyləyirdi. 

Qadınlar isə bir-birinin üzünə baxıb susurdu. Bala Ağdəs, ilk 

oğluna hamilə olduğunun sevincini yaşayırdı. Qayınanasının 

iynəli sözləri və danlağından qurtaracağı üçün Allaha şükür 

edirdi.

Məşə xanımgilə kənddən bollu sovqat gəlmişdi. Anasının 



göndərdiyi qovurma ət, sarı yağ, qurut, girdəkan və ərik qaxı 

onun ailəsi  üçün iki-üç ay yetərli olduğunu söyləyirdi.

Gözəl Fəribanın geydiyi ipək köynək, örtdüyü ağ çadra 

və taxdığı  qızıl bilərzik və üzüklər, qadınları  qısqandıracaq 

qədər ona yaraşırdı. O, ərinin yeni işindən razıydı  və  gələn 



519

Söyüd ağacı

ay Xəzər dənizinə gedəcəkləri, dönüş başda da Ərdəbilə gedib 

Səreyində gəzəcəklərini söylərkən, qadınlar həsrətlə onu din-

ləyirdilər. Lal Haciyə isə çadrasını özünə məxsus tərzdən ör-

tüb, çadra başından sürüşməsin diyə qulağının arxasına taxıb, 

söylənənləri başa düşməyə çalışırdı. 

Uşaqlar, məhəllədə oynayırdı və Hacı Əkbər, aldığı mey-

vələri göstərişli bir tərzdə evlərinə aparırdı.

Hər axşam, məhəllədə bir-birinə bənzər əhvalatlar yaşa-

nırdı. Yenə  də qadınlar o ağacın altına toplaşıb söhbət edir-

dilər və ara-sıra dedi-qodulara dalırdılar. Sonunda ərləri və 

uşaqları üçün axşam yeməyi hazırlamağa tələsirdilər.

                                                        

* * *


Gün ortaya yaxın, bələdiyyə işçiləri məhəlləni asfalt et-

mək  üçün hazırlığa başladılar. Axşam üstü küçə dümdüz ol-

muşdu. Sa bah, o söyüd ağacı da kəsilmişdi və küçə artıq keç-

miş görüntüyə sahib deyildi.

* * *

Surə xanımın qızı  Şəhnaz, bir dul kişiylə qaçmışdı. Lal 



Haciyənin  əri ölmüşdü. Gözəl Fəribagil başqa məhəlləyə 

daşın mışdı. Pakizə  xəstələnib yatağa düşmüşdü və başqa 

qadın lar,  hərəsi öz həyatına dalmışdı. Sanki o qurumuş Söyüd 

ağacı kəsilincə, hər kəsin həyatından da bir şeylər kəsilmişdi. 

Sadəcə, Hacı Əkbər ikinci arvadını almışdı və yenə də əlin-

dəki mey və paketləri ilə, göstərişli bir tərzdə evlərinə doğru 

gedirdi.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə