Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə144/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   140   141   142   143   144   145   146   147   ...   159

505

Ata

ATA

... Gecə atası evə gələndə daha həmin ata deyildi. Gündə gör-

düyü, daha doğrusu axşamdan öncə gördüyü ata deyildi!.. Kitab-

larını qarşısına töküb məşqlərini yazırdı. Məşq yazmırdı. Məşq 

yazmanı yamsılayırdı... Gözaltı atasını sezirdi. Atası  əl-üzünü 

yumuş, qurulayırdı. Arxası oğluna doğru idi. Oğlan başını dəftə-

rindən qaldırıb hövlnak atasına baxdı. Atası dönəndə tez dəftə-

rinə baxdı. Əlləri işə düşüb nəsə dəftərində yazırdı. Atası otağa 

keçəndə ayağına qalxıb, “salam” – demişdi. Gündəki kimi, “yo-

rulmayasan” – deməmişdi. “Yorulmayasan”ı ağzında kəsmişdi... 

İstəmişdi desin, dili ağzında tutulmuşdu. Atası baxanda gözlərini 

gözlərindən qaçırmışdı. Atası bilmişdi?.. “Niyə belə baxdı?”. 

Beyni qarma-qarışıq idi. Boğazına bir qəhər dolmuşdu. 

Boğazı az qala partlasın deyə, gözləri də dolmuşdu... “Niyə 

çırpmadım? Niyə çırpmadım təpəsinə?”.

– Hüsnü! Gəl süfrə başına... Görmürsən  şam yeyirik? 

Gərək neçə dəfə bu vurğun vurmuşları səsləyəsən!.. – Anası 

dillənmişdi.

– Mən yemirəm! – Başını göyə qaldırmadan dedi... 

– Gecə yarısı durub süfrə açsan, özün bilirsən daa!

 ...Oğlan susdu. Dinib danışmadan əlləri dəftərdə yazır-

dı. Gözaltı atasını sezdi. Yemək yeməkdəydi... “Niyə çırpma-

dım!.. Niyə çırpmadım təpəsinə?”. Özü ilə barışammırdı. İncə 

beynində oxuduğu kəlmələri axtarırdı. Canını özünə bürüyən 

qaranlıq duyğuya bir sözcük tapammırdı. Dartınırdı.  İstədi-

yini dilinə gətirə bilmədən, alnı tərə basılmış, qızdırma canı-

na dürtülmüşdü. Dişləri sıxılıb qıfıllanırdı.  Əlləri titrəmədə, 

qələm əlində oynayırdı.. “Niyə çırpmadım? Niyə?.. Niyə yu-

murtaları təpəsinə çırpmadım?”.

... Süfrəni yığışdırıb, çay içirdilər. Anası çaya səsləmiş-

di... Eşitməmişdi... Çayı gətirib qabağına qoymuşdu. 



506

Valeh Şiri

– Bəsdi daa!.. Nə qədər yazıb-pozacaqsan!.. Götür çayını 

iç. – Qələm-dəftəri əlindən alıb büküb qatladı. Dayanmadan 

sözünün ardın tutub: – Axşamnan gözün zilləyib o kar-kağı-

za... Deyən də yoxdu, kor olarsan bala bəsdi! – Üzün ərinə 

doğru tutub demişdi.

 – Nə işindi qoy yazsın daa! – atası dedi.

Ürəklənib atasına baxdı. Nəsə istədi desin. Soruşsun. Nə 

təhər desin! Nə desin?.. Söz boğazında qaldı. Başını aşağı sal-

dı. Sifəti qızarıb qaraldı.

“Niyə?”. 

Dəftərini yenə açdı. 

“Taq”. Qələmin ucu, əlinin sıxısı altında sındı...

* * *


– Get dükana, atandan iki dənə yumurta al gətir... – Anası 

dedi, –  Küftə salıram tez gəl!

 Axşam çağı idi. Dükana getdi...

* * *


... Neçə yol “Ata” dedi... Atası eşitdi, eşitmədi?.. Bilmədi. 

Atası qəfəsəyə sığınmışdı. Gözləri qarşısındakı çarpayı üstün-

də oturan kişinin üzündə idi. Yabancı kişinin gözləri atasının 

üstə bərəlmişdi. Atası qəfəsəyə sığınmış, huyuxmuşdu... Yenə:

 – Ata! Ata! – çağırdı. Eşidilmədi!.. 

Kişi əlin üzünə ayna eləyib: 

– Əlimin içi kimi tanıram! – Atasına deyib susdu.

Atasının rəngi ağarmış, gahdan əlləri əsirdi... Kişi gözləri 

ilə atasına hədələnirdi. Nə olmuşdu? Bilmirdi. Heç vaxt da 

bilmədi... Kişiyə qarşı içərisində bir nifrət yarandı... Saxla-

şammadı. 

– Ata! – ucadan dedi. Döndü. Kala-key rəngi atmış dili 

tutar-tutmaz: 

– Nədi oğul? Qaç get evə! 




507

Salam, xanım!

Dayanmadan: 

– Anam dedi ki, iki yumurta ver... – Kişi qırcandı. Atası 

qıçların sürüyə-sürüyə yumurtaları gətirib verdi. Əlləri oğla-

nın əlinə dəyəndə, oğlan üşündü. Sankı can bədənindən çıx-

mış idi. Ruhsuz bir cisimdi. 

“Ata niyə əllərin belə soyuqdu?” – sorğu beynində yarandı.

 Kişi qırcandı: 

– Oğlundu? – dodağın çəkə-çəkə soruşdu. 

– Nökərindi! – atası deyib kişinin yanına getdi. 

Kişi sırtıq baxışla oğlanı ətək-baş sezdi. Gözlərini atası-

nın üzünə bərəltdi... Kişiyə qarşı nifrət damarlarında yenidən 

axışdı.  Əlindəki yumurtalara baxdı.  İstədi kişinin təpəsinə 

çırpsın. Əlin qaldıranda:

 – Oğul nəyə durmusan? Qaç get evə! – atasının səsi titrəyirdi. 

Atasının sözü qurtarmamış kişi çımxırdı: 

– Tula!.. Cəhənnəm ol!..

* * *


... Oğlan dükandan qaçmışdı...

* * *


... O gecə dəftərində yazdığı məşqi başdan-başa ata idi. 

SALAM, XANIM!

...  İki il büsbütün mən bu xanımı salamladım, sübhlər 

yuxudan oyananda. İlk dəfələr salamı ucadan deyirdim. Za-

man aşırımı ilə salam səsi dilimdən kəsildi. Səssiz salamımı 

səsim çıxmadan deyirdim. Adət olaraq sübh yuxudan duranda 

kimsəni görmüş olsam salamlayıram. Sanırdım eşidib cavab 




508

Valeh Şiri

vermir. Zaman aşırımı cavab tapmağı düşünürdüm. Tapa bil-

dimmi?.. Tapıntı yerində!.. Özüm də susqunluğa düşdüm.

* * *


...Unudammıram. Uzlaşammıram o gün gördüyüm olay-

nan!.. Həyətə çıxdım. Su kranını açıb, hovuz başında əl-üzü-

mü yuyurdum. Dəhlizin iki tağlı qapısı tam açıq idi. Qarı Le-

histan səndəlində əyləşib, barmaqlarını uzun çəliyinin başın da 

bir-birinə salmış, çənəsinə dayaq idi. İlk dəfə o evə daşınan-

dan qarını belə görmüşdüm. Lehistan səndəli, oturmuş halda 

əlləri çəliyin başında bir-birinə salınmış, çənəsinə dayaq idi. 

Gözləri düz həyət qapısına dikilmiş... Bu mənim gözlərimdə 

naxışlanmış əbədi bir şəkil idi qarıdan.

Gözlərim gördüyünü duymaqda, dilim səssiz salamını 

dedi... “Ötən gecədən səndəlin üstündən tərpənməyib?”. Vaz 

keçdim. Otağa qayıdıb, rənglərimi yenidən palet üstə sıxdım. 

Bumun qarşında dayandım. “Yəni gecəni heç yatmayıb?.. Ol-

maz!”. Fırçanı götürdüm. Ağ rəngi yaydım... “Elə bil rəngi bir 

az saralmış idi?.. Eləmi?.. Yox! Elə bil ağarmış idi... Pərdəni 

çək, yana bir bax... Dəhlizə kölgə çöküb görünmür... Vaz keç. 

Məyər həmişə belə deyil?.. Niyə!.. Ancaq ötən gecə yatma-

yıb? Gün çıxmadan gəlib səndəldə oturmazdı!.. Nə edim?.. 

Otur çayını iç... Hansı çay? O ötən gecədən qalmışdı... Yaxşı, 

bir təzəsin dəmlə... Danışma görüm. Deyəsən, gün dəhlizə do-

lur. Bir az dözsəm qarı kölgədən çıxar... Sifətinin rəngi bur-

dan bəllənər... Gün saçsa yəqin. Necədi, ayaqyolu bəhanəsilə 

həyətə çıxasan... İndi gəldim?.. Nə olar, bir də get. Bəlkə aya-

ğın sürüşmüş ola?.. Nə bilim... Bilmək istəyirsən?.. Yəqin... 

Tərpən... Pərdəni burax. Günəş kölgəni basmaz. Dəhlizin bir 

yönü batırdı... Neyləməli?”.

İçərim gərginləşirdi. Get-gedə azacıq olsa da, içərim dal-

ğalanırdı. Gizli bir... Ad tapammıram üstünə taxam. Canım-

da yırğalanırdı. Bəlkə irpə adlandıram!.. Açıq-aşkar qorxuda, 



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə