127
İntiqam dəstəsi
zindanda xəyanətlə öldürüləcək olan bu adamlar bu bədbəxt-
likdən özləri üçün bir xoşbəxtlik qazanmağa çalışaraq özləri-
ni xilas olmağa can atdılar. Bir komanda almış kimi büsbütün
çaşmış və öz haylarına qalan jandarmların bir-birinin üstünə
yıxılan vaxt əllərindən sıçrayıb kənara düşən dolu tüfənglə-
rini axtarıb tapdılar. Jandarm vəkili Müsəvi və ayağa dura
bilən jandarmlar altı nəfər müsəlləh dustağın ancaq “əlləri nizi
yuxarıya” – deyib qışqırdıqları zaman özlərinə gələ bildilər
və əllərini yuxarı qaldırıb təslim oldular. Jandarmlardan bir
nəfəri zirəklik edib özünü müsəlləh dustaqlardan birinin üs-
tünə atmaq istədisə də həmin dəqiqə o biri dustaq tərəfi ndən
vurulub yerə sərildi. Bu hadisə qalan jandarmlara öz təklifl ə-
rini bildirdi. Onlar heç cür müqavimət göstərmədən qollarının
bağlanmasına razılıq verdilər.
Bir az sonra çönən maşının yanında qolları bağlı şofer ilə
şagirdindən başqa kimsə yox idi, dustaqlar jandarmları da öz-
ləri ilə bərabər aparmışdılar.
Ulduzlu yorğan
Təzəkənd kəndxudası Bağır bəyə xəbər çatmışdı ki, jan-
darm vəkilbaşısı Səməd bəy mahalı gərdişə çıxmışdır, ehti-
mal bu gecə Təzəkənddə qalıb, sabah tezdən yenicə kəbin al-
tına al dığı arvadını aparmaq üçün Qarazəmi kəndinə hərəkət
edəcək dir. Yalnız Bağır bəy özü deyil, onun giziri Vəli də yax-
şı bilirdi ki, jandarm vəkilbaşısı Səməd bəy çox lotu və xəbis
bir mə mur dur. O, istədiyi vaxt lap qara sudan qaymaq tutar.
Xüsusilə, indi arvadı ikilədiyi və məxarici artdığı bir zamanda
o, cərimə et məklə pul çəkmək üçün min bəhanə tapacaqdır.
Düzdür, Səməd bəyin toy məsələsini eşidər-eşitməz başqa
kəndxudalar kimi, Bağır bəy də otaq görmə adı ilə kəndlilər-
dən başa bir qran pul yığıb, bir dənə ağ qoç almış, onu üç-dörd
128
Pənahi Makulu
rəng boyaq ilə boyayandan sonra evinin dalındakı balaca bağ-
çasına buraxmışdı və Səməd bəyin yeni arvadını gətirməsinə
müntəzir idi. O zaman özü qoçu apararaq ona verəcək və onu
təbrik edə cəkdi. Buna baxmayaraq kəndxuda və gizirin əh-
valı bu xəbərdən yaman xarablaşmışdı. Onlar bilirdi ki, beş
barmaqlarını şam edib bu qoca qurdun qarşısında yandırsalar
belə, onu razı sala bilməyəcəklər və o bir şey almayınca çıxıb
gedəsi deyil. Bağır bəy ilə gizir Vəli bu dəfə belə qərara gəl-
dilər ki, işlərini çox möhkəm tutsunlar və Səməd bəyin əlinə
heç cür bəhanə ver məsinlər. Səməd bəyin xasiyyətlərinə hər
ikisi yaxşı bələd ol duq larından, o gələnə qədər mükəmməl ha-
zırlıq görməyə başla dılar.
Axşam azanına bir saat qalmış Bağır bəy ilə Vəli hazırlıq
işlərini bitmiş hesab edib, Bağır bəyin həyətində, tut ağacı-
nın altındakı səkiyə sərilən xalçaların üstündə oturmuşdular.
Onlar öz işlərindən fövqəladə razı görünürdülər. Gizir Vəli
üzünü kənd xudaya tutub dedi:
– Qələt eləyir, iynənin ucuca da olsa, bəhanə yeri qal mayıb.
Bağır bəy onun dediyini təsdiq etdi:
– Mənə də elə gəlir ki, gərək heç bir irad tapa bilməyə,
amma bununla belə mənim ürəyim yenə də arxayın deyil.
Mən bu adamı o qədər bəhanə axtaran tanıyıram ki, qorxuram
bu qə dər zəhmət və əziyyətimiz hədər gedə, yenə də bir irad
tapıb bildiyini eləyə.
– Mən sənə söz verirəm ki, – deyə Vəli bəyə ürək ver-
məyə çalışdı, – istəyir şeytanın lap öz balası da ola ha, yenə bu
dəfəki hazırlığımıza heç bir irad çıxara bilməyəcək.
– Təki, allah eləsin, elə olsun.
Bu vaxt onlar “kəndxuda, kəndxuda!” deyən bir səs eşit-
dilər. Səslənən adamın Səməd bəy olduğunu anlayan kimi hər
ikisi özlərini itirmiş bir halda küçə qapısına tərəf qaçdı. Səməd
bəy atından düşüb atının cilovu əlində həyət qapısında durur-
du. Onun traxomalı gözləri gülümsəyirdi. Başının dazından
129
İntiqam dəstəsi
kiçik bir hissə papağının altından görünməkdə idi. Uzun bur-
nunun ucu qırğı dimdiyi kimi əyilmişdi. O, öz nazik səsi ilə
sözə başlayıb, “Qonaq istəmirsən, Bağır bəy?” – deyə kənd-
xudanın üzünə gülümsədi. “Qonaq, allah qonağıdır” – deyə
Bağır bəy cavab verincə, Vəli kişi də atı həyətə çəkdi. Atın
tərkindəki xurcunu Bağır bəy özü açdı. Atın tərini soyutmaq
üçün gizir də onu hə yətdə dolandırmağa məşğul oldu. Bağır
bəy tut ağacının altını Səməd bəyə nişan verib dedi:
– Sərkar, burada da rahat ola bilərsiniz, otaqda da.
Səməd bəy özünü bir qədər mütərəddid göstərdikdən son-
ra “tut ağacının altı sərindir” – deyə o tərəfə yollandı. Səməd
bəy, Bağır bəyin təqdim etdiyi aftafa-ləyənlə əl-üzünü yuyan-
dan son ra, gizir Vəlinin otaqdan qaça-qaça gətirdiyi döşəkçə-
nin üstündə oturdu.
Bir az sonra Bağır bəy də Səməd bəylə üzbəüz oturub Vəli
kişinin töküb verdiyi əqiqi çaylardan içə-içə söhbət edirdilər.
Səməd bəy Bağır bəyin qabaqcadan hazırlayıb nəlbəkiyə
qoyduğu quru lumu içlərindən çayına salıb bir neçə qurtum
iç dikdən sonra kəndin vəziyyətindən xəbər aldı. Bağır bəy isə
ədəbli bir tövr ilə kəndin əhvalatlarını ona nağıl edib hər bir
işdən onu xəbərdar edirdi. Onların söhbətləri bir qədər bu növ
müxtəlif mövzularda davam edəndən sonra Səməd bəy əlini
uzadaraq bir az aralı qoyulan xurcunu özünə tərəf çəkdi. O,
xur cunu açana qədər Bağır bəyin işarəsilə Vəli kişi də tutdan
bir az o tərəfdə, ələnmiş külə quylanıb qırmızı məxmər qədər
qıza ran ərik odunu közlərini yaxşı bir manqalın içinə qoya-
raq vəkil başının hüzuruna gətirdi. Bağır bəy özü də bu zaman
əlini qoltuq cibinə apararaq bir lülə Həmədan tiryəki çıxarıb
manqalın yanı na uzatdı. Cibindən çıxardığı kiçik bir bıçaqla
Səməd bəy həmin tiryəki parçalara bölüb xurcundan götürdü-
Dostları ilə paylaş: |