Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

93 
 
Gözəl  təbiətli  bu  dərədə  atılmıĢ  körpülər  təkcə  Arzın  iki  sahilini  –  Qaradağı 
Qarabağa  birləĢdirmirdi,  eləcə  də  Doğunu  Batıya,  Güneyi  Quzeyə,  Asiyanı 
Avropaya  calayırdı.  Böyük  Ġpək  Yolunun  bir  qolu  da  bu  körpülərin  üstündən 
keçirmiĢ. Ġki əsrə yaxındır ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer olub. O çağdan – 
Araz Vətənin ortasında sərhəd çayına çevriləndən hər iki sahil bir-birini bir bayatı 
ilə haraylayır: 
Əzizim bu yan dağlar,  
Al qana boyan dağlar. 
Bu yan zülmətxanadır, 
Necədir o yan dağlar?! 
Mürəkkəb relyefli  yer quruluĢu,  ərazisində  çayların sıx  Ģəbəkəsinin olması 
səbəbindən  Azərbaycanda  körpütikmə  ənənəsi  çox  qədim  dövrlərə  gedir. 
Ölkədaxili yollar üstündə olan maneələrin azaldılması, eləcə də ərazisindən keçən 
iri  beynəlxalq  ticarət  marĢrutlarında  hərəkət  rahatlığının  təmin  edilməsi  üçün 
zaman-zaman  kiçik  körpülərlə  yanaĢı,  çoxlu  monumental  körpülər  də  tikilmiĢdir. 
Mülki  memarlığın  bu  zəngin  irsinin  yerli  və  regional  əhəmiyyətinə,  eləcə  də 
yüksək  bədii-texniki  göstəricilərinə  görə  ən  məĢhur  abidələri  iki  Xudafərin 
körpüsüdür.  Ġkiyə  parçalanmıĢ  Azərbaycanın  ortasında  XIX  əsrdən  baĢlayaraq 
sərhəd  çayına  çevrilmiĢ  Araz  üzərində  yerləĢməsi  bu  körpüləri  xalq  düĢüncəsində 
vətənin ərazi bütövlüyünün simvolu statusuna yüksəltmiĢdir. 
1213  və  1220-ci  illərdə  Azərbaycanda  olmuĢ  məĢhur  ərəb  səyyahı  və 
coğrafiyaçısı  Yaqut  Həməvi  Arazı  “möcüzəli  çay”  adlandıraraq  eĢitdiklərini: 
“Deyirlər Araz boyunca min Ģəhər olub” Ģəklində ifadə etmiĢdi. ġəhərlərin sayı bu 
deyimdə  xeyli  ĢiĢirdilsə  də  Arazın  hər  iki  sahilində  ən  qədim  dövrlərdən  sıx 
yurdsalma  Ģəbəkəsinin  olduğu  Ģübhəsizdir.  Y.Həməvi  öz  əsərində  baĢqa  bir  ərəb 
müəllifinə istinad edərək yazmıĢdır: “Araz çayının çıxdığı Balasaqan çölündə beĢ 
min  tərk  edilmiĢ  kənd  var  ki,  dağıntılardan  salamat  qalmıĢ  divar    və  tikililəri  bu 
günəcən  də  qalmaqdadır.  Deyirlər  ki,  bu  kəndlər  ulu  Allahın  Quranda  xatırladığı 
Araz hakimlərinə mənsub olub”. Hər iki sahilində belə sıx yaĢayıĢ məskənləri olan 
çayın  üzərindən  çoxlu  körpülər  atılması  təbii  zərurət  idi.  Tarixi  mənbələrdə  də 
ölkəni  qərbdən  Ģərqə  kəsib  keçən  bu  daxili  çayın  üzərində  körpülər  tikilməsi 
haqqında müəyyən məlumatlar qalmıĢdır. 
Araz  çayı  üzərində  çoxlu  körpülər  salınsa  da,  onlardan  ən  iĢləyi  və  ən 
məĢhuru  Xudafərin  körpüləri  idi.  Bu,  onların  tikildiyi  ərazinin  əlveriĢli  coğrafi 
mövqeyi, eləcə də qədim körpü tikintisi üçün yüksək təbii imkanlarının olması ilə 
əlaqədardır.  Bir-birinə  yaxın  on  beĢ  və  on  bir  aĢırımlı  iki  monumental  körpünün 
olması  Xudafərin  dərəsinin  Araz  çayı  üzərində  kommunikasiya  baxımından  əsas 
keçid  olduğunu  sübut  edir.  Transkontinental  yollar  üstündə  yerləĢən  Xudafərin 
keçidi  yüz  illərcə  ölkədaxili  və  ölkəarası  əlaqələrdə  mühüm  rol  oynamıĢdır. 


94 
 
Xudafərin  körpüləri  Azərbaycan  ərazisində  Böyük  Ġpək  yolunun  əsas 
qovĢaqlarından biri olaraq böyük beynəlxalq nüfuz qazanmıĢdı. Müxtəlif dövrlərdə 
ayrı-ayrı  tayfaların  və  qüvvələrin  yerdəyiĢməsini  -    miqrasiyasını,  böyük  ticarət 
karvanlarını  istiqamətləndirən  Xudafərin  körpüləri  Azərbaycan  ellərinin  baĢ  köç 
yolunun – hər il cənubdan Arana və Qarabağa gedən güclü mövsüm axınlarının da 
mərkəzi  qovĢağı  olmuĢdur.  Tarixi  qaynaqlarda  Xudafərin  körpülərinin  böyük 
hərbi-strateji  əhəmiyyət  daĢıdığı  qeyd  olunub.  Tarixi  hadisələr  isə  bu  körpülərin 
böyük  qoĢun  birləĢmələrinin  qısa  bir  zamanda  Araz  çayını  keçməsi  üçün  çox 
əlveriĢli olduqlarını göstərməkdədir.  
Ġlk  öncə  mühəndis  qurğusu  olan  körpünün  dayanıqlığı  və  uzunömürlüyü 
keçmiĢdə onun üçün seçilən yerdən birbaĢa asılı olmuĢdur. Belə ki, qədim dövr və 
orta  əsrlərdə  körpü  dayaqları  üçün  çay  yatağında  təbii  özüllərin  –  qayalıqların 
olması  mühüm  tələb  sayılırdı.  Sal  qayalar  üzərində  tikilmiĢ  dalğaqıranlar  və  tağ 
dayaqları  üstündən  böyük  insan  kütləsi  və  ağır  karvanlar  keçən  körpünün 
möhkəmlik  qarantı  idi.  Təbii  və  möhkəm  qayaların  çay  yatağında  çox  olması 
səbəbindən  Xudafərin  dərəsi  qədim  körpütikmə  tələbləri  baxımından  çox  əlveriĢli 
yer  olmuĢdur.  Araz  üzərində  tikilmiĢ  çoxsaylı  körpülərdən  yalnız  Xudafərin 
körpülərinin salamat qalmasında bu təbii amil həlledici rol oynamıĢdır. 
Azərbaycanın  qədim  memarlıq  abidələrinin  çoxu  kimi  Xudafərin  körpüləri 
haqqında  da  tarixi  mənbələrdə  məlumatlar  son  dərəcə  azdır.  Üstlərində  inĢaat 
abidələri  qalmadığından  onların  dəqiq  tikilmə  tarixini  aydınlaĢdırmaq  mümkün 
deyil.  Xudafərin  körpüləri  dəyərli  tarix-memarlıq  abidəsi  olaraq  keçən  əsrdən 
tədqiqatçıları  özünə cəlb etmiĢ və onların çoxu  hər iki  körpünün özüllərinin antik 
dövrdə  qoyulduğunu  ehtimal  edir.  Bu  məĢhur  çay  üzərində  hələ  eradan  əvvəl  VI 
əsrdə - Urartu dövründə körpü tikildiyini irəli sürənlər də var.  
Xudafərin  körpüsü  haqqında  hələlik  ən  qədim  məlumat  tarixçi  və 
coğrafiyaçı  Həmdullah  Qəzviniyə  məxsusdur.  O,  XIV  əsrdə  bu  haqda  belə 
yazmıĢdır: “Zəngiyan yaxınlığında Araz çayı üzərində Xuda-Afərin körpüsü vardır 
ki,  onu  hicri  15-ci  ildə  (miladi  636)  Məhəmməd  peyğəmbərin  (ə.s.) 
silahdaĢlarından biri olmuĢ Bəkr ibn Abdullah tikdirmiĢdir”. Bu məlumatda tarixi 
yanlıĢlığa  yol  verilmiĢdir.  Belə  ki,  sərkərdə  Bukayr  ibn  Abdullah  xəlifə  Ömərin 
əmri  ilə  643-644-cü  illərdə  ərəb  ordusunun  Azərbaycana  hərbi  yürüĢünü  təĢkil 
etmiĢdir.  XIX  əsr  tarixçisi  A.Bakıxanov  da  “Gülüstani-Ġrəm”  əsərində  hicri  22 
(miladi 644)-ci il hadisələrindən bəhs edərkən mənbə göstərmədən bildirmiĢdir ki, 
“Muğan  vilayətlərini  iĢğal  edən  zaman  Bukayr  ibn  Abdullah  Araz  üzərində 
Xudafərin  körpüsünü  tikdirdi”.  AraĢdırıcılar  (Ə.Salamzadə,  K.Məmmədzadə)  bu 
tarixi  məlumatlara  əsaslanaraq  VII  əsrdə  ərəblərin  Xudafərin  dərəsində  ordunun 
sürətli keçiĢini təmin etmək üçün müvəqqəti körpü quraĢdırdıqlarını, ya da mövcud 
uçuq körpünü təmir etdiklərini güman edirlər.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə