Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

91 
 
Azərbaycan  xalqının  ictimai-siyasi,  milli  tələblərini,  ehtiyaclarını  təmin 
etmək  və  demokratik  hərəkata  lider  olmağa  qadir  siyasi  təĢkilatın  –  ADP-nin 
qurulmasına böyük bir ehtiyac olmuĢdur. PiĢəvərinin liderliyilə 3 sentyabr 1945-ci 
il  tarixində  müstəqillik  uğrunda  demokratik  hərəkatın  önündə  gedən  ADP-nin 
qurulması  və  7  sentyabr  1945-ci  ildə  Ġran  Xalq  Partiyası  Azərbaycan  təĢkilatının 
onunla birləĢməsi Azərbaycanın əzabkeĢ xalqı tərəfindən məmnuniyyətlə, rəğbətlə 
qarĢılanmıĢdı.  ADP-nin üzvləri Ġranın torpaq bütünlüyü qorunmaqla ölkənin milli 
və  ictimai  qanunlarına  uyğun  olaraq  Azərbaycan  xalqına  Güney  Azərbaycan 
mədəniyyət  təsərrüfatının  inkiĢafı  üçün  müstəqillik  verilməsinin  zəruriliyini 
açıqlamıĢlar. 
Ġyun ayındakı hadisələr Ġranda olan Ġngiltərə, Amerika diplomatik və hərbi 
dairələri  tərəfindən  diqqətlə  izlənirdi.  Təbrizdəki  ingilis  BaĢ  konsulu  və  Amerika 
konsulu  öz  fəaliyyətlərini  xeyli  gücləndirmiĢdilər.  Sovetlər  tərəfindən  çox  gizli 
hazırlanan tədbirlərin hamısından ingilislər dərhal xəbər tuturdular. Onlar dəfələrlə 
Azərbaycandakı vəziyyətlə bağlı hakimiyyət dairələri ilə müzakirələr aparmıĢdılar. 
Ġngiltərə  və  Amerika  siyasi  dairələri  Güney  Azərbaycanda  ya  müstəqil  dövlətin 
qurulmasını,  ya  da  onun Sovet  Azərbaycanına  bağlanmasını  gözləyirdilər. Bunun 
üçün  də  21  iyunda  Ġngiltərə  təmsilçiləri  müttəfiq  əsgərlərinin  Ġrandan  çıxarılması 
məsələsinə  aid  Postdam  konfransına  memorandum  təqdim  etmiĢdilər.  Ġyunun  23-
də  Ġngiltərənin  təĢəbbüsü  ilə  Ġran  məsələsi  Postdam  konfransının  gündəliyinə 
salınmıĢdı. BaĢqan Trümen Amerikanın öz əsgərlərini Ġrandan geri çəkməyə hazır 
olduğunu bəyan etmiĢdi. Stalin də “Bu hər halda Tehranı azad etmək olar” Ģəklində 
bir  açıqlama    vermiĢdi.  Ġngiltərə  BaĢ  Naziri  isə  “Təcili  olaraq  ordu  Tehrandan 
çıxarılsın,  ordunun  çıxarılmasının  sonrakı  mərhələləri  isə  sentyabr  ayında  Xarici 
ĠĢlər Nazirliyinin toplantısında müzakirə edilsin” əmrini vermiĢdi. 
Postdam  konfransında  qəbul  edilən  qərara  əsasən  müttəfiqlər  öz  silahlı 
qüvvələrinin  Tehrandan  təcili  olaraq  çıxarılmaları  məsələsində  razılığa  gəlmiĢlər. 
Əsgərlərin  Ġrandan  çıxarılmasının  sonrakı  mərhələlərinin  müzakirəsi  Xarici  ĠĢlər 
Nazirlərinin  1945-ci  ilin  sentyabrında  keçiriləcək  London  konfransında  müzakirə 
edilməsi  nəzərdə  tutulmuĢdu.  11  sentyabrda  baĢlanmalı  olan  toplantıya  qədər 
sovetlər Kremldə qəbul edilən qərarların Güney Azərbaycanda həyata keçirilməsini 
sürətləndirməli  idilər.  Bağırovun  Təbrizdəki  iĢlərin  rəhbərlərinə  göndərdiyi 
teleqrafda hər dəqiqənin də qiymətli olduğunu xatırlatması bununla bağlı idi. 
Bu  hadisələr  zamanı,  demək  olar  ki,  Güney  Azərbaycanın  bütün 
Ģəhərlərində toplantılar keçirildiyi kimi, 20-21 noyabrda Təbrizdə çağırılmalı olan 
Azərbaycan  Xalq  Konqresində  nümayəndələrin  seçilməsi  də  sürətləndirilmiĢdi. 
Xalq  konqresi  özünü  Qurucular  Məclisi  elan  etmiĢ,  o  da  milli  heyət  üzvlərini 
seçmiĢdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisinin 
qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, Ġran Ģahı Məmmədrza 


92 
 
Pəhləviyə, Məclis BaĢqanı Təbatəbaiyə və BaĢ Nazir Ġbrahim Həkimiyə göndərilən 
bəyannamədə  Ġran  dövləti  daxilində  milli  muxtariyyət  verilməsi  tələb  olunmuĢdu. 
Beləliklə,  12  dekabr  1945-ci  ildə  məclisin  açıldığı  gün  Azərbaycan  muxtariyyəti 
qurulmuĢdu.  Məclis  Azərbaycan  hakimiyyətini  qurmaq  vəzifəsini  PiĢəvəriyə 
tapĢırmıĢdı. 
Əlbəttə, ağlımıza bu mübarizənin aparıldığı dönəmdə Ġranın münasibətinin 
necə  olduğu  sualı  gələ  bilər.  Bunu  belə  izah  etmək  olar.  1945-ci  ilin  ikinci 
yarısında  Güney  Azərbaycanda  torpaq  sahibləri  ilə  kəndlilər,  fabrik  sahibləri  ilə 
iĢçilər,  dövlət  idarələri  ilə  qulluqçular  arasında  mübarizə  ĢiddətlənmiĢdi.  Ġranın 
hakim  dairələrinin  də  Azərbaycandakı  milli  zülmə  qarĢı  mübarizəsi  son  dərəcə 
sərtləĢmiĢdi.  Azərbaycanda  hücumların  qarĢısını  almaq  və  xalqı  müstəqilliyə 
qovuĢdurmaq üçün böyük imkan var idi. Belə bir durumda Ġranın həm irticaçı, həm 
də  liberal  dairələri  Azərbaycanda  xalq  hərəkatının  yatırılmasına,  ya  da  qarĢısının 
alınmasına çalıĢırdı. Liberal məfkurəyə sahib olan Bahar heç bir dəlil göstərmədən 
Ġranın  mərkəzi  dövlətinin  digər  əyalətlərdən  çox  Azərbaycanı  müdafiə  etdiyini 
iddia  edirdi.  Ancaq  XIV  Məclis  BaĢqanı  ġiraz  millət  vəkili  Sərdar  Hikmət  25 
sentyabrdakı  nitqində:  “Azərbaycanda  öz  gələcəkləri  üçün  mübarizəyə  qalxan 
Ģəxslərin əlləri və dilləri kəsilsin” demiĢdi. 
Rusiyanın  məsələni  ilk  günlərdəki  kimi  nəzarətdə  saxlamaması,  Ġran 
torpaqlarının  yeraltı  sərvətləri,  qaynaqlarla  zənginliyi,  Qərb  dövlətlərinin  Ġrana 
dəstək verməsi nəticəsində Azərbaycan Muxtar Hökuməti uzun ömürlü olmamıĢdır. 
Ġran  Ģahı  məsələnin  həlli  ilə  bağlı  türk  hökumətindən  yardım  almaq  məqsədilə 
Ankaraya  bir  heyət  göndərsə  də,  3  dekabr  1946-cı  ildə  Azərbaycan  Muxtar 
Hökumətini  ortadan  qaldırmaq  üçün  orduya  əmr  vermiĢdi.  12  dekabr  1946-cı  il 
tarixində Ġran birlikləri Təbrizə girmiĢdilər.  
1945-ci  il  iyununda  Rusiya  tərəfindən  bir  xeyli  dəstəklənsə  də,  daha  sonra 
bu  dəstəyin  davam  etməməsi,  Güney  Azərbaycanın  Ġranın  daxili  iĢi  kimi 
dəyərləndirilməsi  nəticəsində  böyük  güclərin  təsirləri  ilə  ortaya  çıxan  Güney 
Azərbaycandakı  müstəqillik  mübarizəsi  uğurla  baĢa  çatmamıĢdır.  Bu  da  bizə 
göstərir  ki,  milli  qanunlar,  milli  ordu,  milli  məclis,  milli  hökumət  tam  mənasıyla 
təĢkil edilməsə, uğur qazanmaq mümkün deyil. 
 
Prof.dr. Cəfər QĠYASĠ 
AMEA-nın müxbir üzvü 
 
XUDAFƏRĠN – HƏSRƏT KÖRPÜSÜ 
 
Ġki  min  ildən  artıq  Azərbaycanı  dünyanın  ölkələri,  qitələri  ilə  birləĢdirən 
karvan  yolları  Araz  çayı  yatağında  –  Xudafərin  dərəsində  bir-birinə  qovuĢub. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə