Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

82 
 
S.C.PiĢəvərinin  baĢçılığı  ilə  firqə  az  zaman  kəsiyində  böyük  iĢlər  gördü: 
ĠXP-sının  Azərbaycandakı  təĢkilatları  və  Azərbaycan  Həmkarlar  ġurasının  bütün 
üzvləri  1945-ci  il  sentyabrın  12-də  öz  yığıncaqlarında  könüllü  olaraq  ADF-sı 
sıralarına  daxil  olduqlarını  bildirdilər;  2-3  oktyabrda  ADF-nin  ilk  qurultayı 
keçirildi;  20  noyabrda  Ümumazərbaycanı  əhatə  edən  Xalq  Konqresi    çağırıldı; 
Azərbaycan Milli Məclisinə seçkilər keçirildi; 12 dekabr 1945-ci ildə Milli Məclis 
Azərbaycan  xalqı  adından  fəaliyyətə  baĢladı,  S.C.PiĢəvəri  baĢ  nazir  seçildi  və 
Azərbaycan  milli  Hökuməti  təĢkil  edildi.  Beləliklə  Güney  Azərbaycanda  xalq 
hərəkatının zirvəsi sayılan “21 Azər” inqilabı (nehzəti) zəfərlə baĢa çatdı; Tehranın 
əsarətində olan Azərbaycan əyalətləri Milli Hökumətin bayrağı altına keçdi və s... 
S.C.PiĢəvəri baĢçılıq etdiyi hökumət cəmi bir il yaĢamıĢdı. Bu bir ildə Milli 
Hökumətin  gördüyü  iĢləri  və  icra  etdiyi  tədbirləri  xarici  müəlliflərin  yazdıqları 
kimi “Rza Ģah rejimi heç 20 ildə də icra edə bilməzdi (20.s.411). GörülmüĢ iĢlərin 
qısa məzmunu belədir: 
 
*** 
 
Azərbaycan  Milli  Hökumətinin  süqutu  əlamətləri  baĢ  nazir  Əhməd 
Qəvamüs-səltənənin 1946-cı ilin mart ayında Moskvaya olan səfərindən sezilməyə 
baĢladı.  Ə.Qəvam  Ġranın  Ģimalındakı  neft  yataqlarının  kəĢfiyyatını  və  çıxarılması 
icazəsini  sovetlərə  vermək  müqabilində  iki  mühüm  Ģərti  onların  qarĢısında 
qoymuĢdur:  1)  Sovet  hərbi  kontingentinin  1946-cı  il  martın  sonunadək  Güney 
Azərbaycanı tərk etməsi; 2) Güney Azərbaycan məsələsinin Ġranın daxili iĢi hesab 
edilməsi.  Moskva  ilə  Tehranın  sövdələĢməsi  baĢ  tutdu.  Bu  Güneydəki  hərəkata 
qarĢı  Moskvanın  açıq  xəyanəti  idi.  Həmin  tarixdən  S.C.PiĢəvəriyə  qarĢı  ardıcıl 
təzyiqlər baĢlanmıĢ oldu. 
Kreml rəhbərliyi Ġrandan daha çox iqtisadi-siyasi imtiyazlar qoparmaq iĢtahı 
ilə  bu  regionda  həm  də  özünün  hərbi  plasdarmasını  yaratmaq  fikrində  olmuĢdur. 
Bunun üçün əvvəl cəllad Qəvamı demokrat kimi tanıtdırmağa çalıĢdı və mətbuatda 
onu  bütləĢdirdi.  Sovet-Ġran  bağlaĢması  zamanı  Tehrandakı  Sovet  səfiri  Qəvamı 
təkcə Ġranın yox, “Orta ġərqin böyük siyasətçisi” adlandırmıĢdır (5.s.466). 
Sovetlərin  növbəti  xəyanətini  və  gedilən  “dalanın”  getdikcə  daraldığını 
görən S.C.PiĢəvəri 1946-cı il iyunun 16-da Azərbaycan Milli Hökumətinin baĢçısı 
vəzifəsindən  istefa  verdi.  Əslində  bu  istefa  Milli-demokratik  hərəkatın  böyük 
öndərinin sovetlərin sonrakı oyunlarının iĢtirakçısı olmamaq niyyətindən irəli gəlsə 
də,  sovet  kəĢfiyyatı  bütün  çirkin  vasitələri  iĢə  salıb  (hədə,  qorxu,  gizli  səsini 
yazmaq, terror və s.) onu çıxılmaz döngəyə salmağa müvəffəq oldu (24, s.453). 
5  dekabr  1946-cı  ildə  Təbrizdəki  sovet  vitse-konsulunun  M.C.Bağırova 
yolladığı  məlumatda  göstərilir  ki,  “Bu  gün  radio  ilə  PiĢəvəri  xalqa  müraciət  edib, 


83 
 
onları  Tehran  irticasına  qarĢı  mübarizəyə  çağırdı.  Sabah  Azərbaycan  Əyalət 
Əncüməni  yaranmıĢ  Ģəraiti  müzakirə  edib,  əməli  tədbirlər  haqda  qərar  qəbul 
edəcək...  Qərara  alınıb  ki,  PiĢəvəri  sədr  olmaqla  ġəbüstəri,  Qazı  Məhəmməd, 
Qulamyəhya,  Pənahian  və  Badiqandan  ibarət  Müdafiə  Komitəsinin  təsdiqini 
Əncüməndən  keçirsinlər.  Təbrizdə  hərbi  vəziyyət  elan  edilib.  Azərbaycanın  hər 
guĢəsindən  kəndlilər  ADP-sına  müraciət  edirlər  ki,  onlara  silah  verib  cəbhəyə 
göndərsinlər.  Bu  gün  Təbrizdə  Azərbaycan  qəhrəmanı  Babəkin  adını  daĢıyan 
könüllü dəstəyə yazılıĢ baĢlanıb” (22.s.518-519). 
Yuxarıdakı məlumatı M.C.Bağırov alan kimi, o, Güney Azərbaycanda silah 
sarıdan  xalqın  çətin  vəziyyətdə  qaldığını  və  onlara  imkan  daxilində  az  miqdarda 
olsa  da  silah  və  hərbi  sursat  göndərilməsini  Stalindən  xahiĢ  etmiĢdi.  Bağırov 
teleqramına  Moskvanın  cavabını  almadığı  üçün  xahiĢini  yenidən  təkrar  etsə  də 
Moskvanın  cavabı  müsbət  olmamıĢdı  (25.s.189).  Güney  Azərbaycandakı  hərəkat 
üçün  çox  ağır  olan  bu  günlərdə  S.C.PiĢəvərinin  öz  silahdaĢları  ilə  birlikdə  sovet 
rəhbərliyinə  az  miqdarda  silah  istəmək  haqda  son  xahiĢinin  cavabsız  qalmasını 
həyəcansız  oxumaq  mümkün  deyil.  Məktubda  deyilir:  “...Əgər  biz  təslim  olsaq, 
tarix  bizi  həmiĢə  lənətləyəcək.  Dünyada  heç  bir  xalq  öz  qüdrətini  öz  əli  ilə  məhv 
etməz.  Bütün  xalq  bizə  müraciət  edib  öz  azadlığını  qorumaq  üçün  cəbhəyə 
getməyə  icazə  verməyimizi  tələb  edir”.  Məktubda  iki  məqam  xüsusi  olaraq 
vurğulanır: 
1.  Nə  qədər  sərhədlər  açıqdır  məxfi  yolla  bir  qədər  silahın  verilməsi;  2. 
Əgər  bu  mümkün  olmasa  müqavimət  hərəkatını  təĢkil  etməkdə  onlara  mane 
olmamaq (23.№9, s.33-36). 
Tarixçi alim Cəmil Həsənli istinad etdiyimiz  kitabında yazır ki, 11 dekabr 
1946-cı  il  səhər  Təbrizdəki  qəzetlər  xalqın  S.C.PiĢəvərinin  ətrafında  birləĢib 
müqavimət  göstərməyi  və  son  damcı  qan  qalana  qədər  düĢmənə  qarĢı 
vuruĢacaqlarını  yazdıqları  halda,  günortadan  sonra  qəflətən  vəziyyət  dəyiĢdi 
(22.s.527).  S.C.PiĢəvəri  yaxın  bir  neçə  silahdaĢı  ilə  əvvəl  Culfaya,  sonra  isə 
Naxçıvana  aparıldı.  Əslində  “məsləhətləĢmə”  adı  ilə  Naxçıvana  gətirilmiĢ 
(gəlməmiĢ,  gətirilmiĢ!  –  Ə.R.)  S.C.PiĢəvəri  perspektivdə  böyük  iĢlər  görmək 
niyyətlərinin  və  arzularının  puç  olduğunu,  hər  Ģeyin  “dost”  xəyanətinə  qurban 
verildiyini baĢa düĢsə də artıq gec idi, necə deyərlər iĢ-iĢdən keçmiĢdi. 
S.C.PiĢəvəri  Sovet  Azərbaycanında  yaĢadığı  6  ay  müddətində  vətənə 
qayıtmaq, mübarizəni davam etdirmək, Ģəhidlərin intiqamını almaq niyyətindən əl 
çəkməmiĢdi.  Bu  haqda  öz  fikirlərini  sovet  rəhbərliyinə  də  çatdırmıĢdı. 
S.C.PiĢəvərinin  təĢəbbüsü  ilə  Hacıkənddə  və  ġəkidə  fədailərin  hərbi  təlim 
düĢərgələri bu niyyəti həyata keçirmək üçün yaradılmıĢdı. Bu haqda da PiĢəvərinin 
Sovet orqanlarına ardıcıl müraciəti Kreml üçün “baĢ ağırısı”na çevrilmiĢdi. 1947-ci 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə