Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

78 
 
səhvə  yol  verə  bilər,  hətta  bəzən  əsas  halqanı  belə  əldən  buraxa  bilər”  (10.s.18; 
8.25.III.1323).  Bu  etiraf  S.C.PiĢəvərinin  keçmiĢdəki  fəaliyyətində  buraxdığı 
səhvlərə bir iĢarə idi. V.Q.Belinski yazır ki, “səhvi etiraf etmək mənəvi yetkinliyin 
əlamətidir”.  Ġnsan  olan  kəs  (o  cümlədən  siyasi  xadimlər)  öz  əməli  fəaliyyətində 
tam  ideal,  səhvsiz,  qüsursuz  ola  bilməz.  Bu  hər  kəsdə  az  və  ya  çox  təzahür  edən 
təbii və psixoloji cəhətdir. Ömrünü xalqının azadlığına və xoĢbəxtliyinə həsr etmiĢ 
Nərimanov kimi dahi Ģəxsiyyət can-baĢla xidmət etdiyi məramın onun xalqı haqda 
düĢündüklərini  vermədiyindən  məyus  olduğunu  deməsi  əslində  mübarizə 
yollarında  buraxılmıĢ  səhvlərin  onun  tərəfindən  etirafı  idi.  Oğluna  vəsiyyət 
xarakterli  məktubunda N.Nərimanov  yazırdı:  “Əziz oğlum! Əgər  mənim  həyatımı 
araĢdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək baĢqaları üçün yaĢamıĢam. 
Bəs sonra?... Bəlkə də sən bu sətirləri oxuyan vaxt  bolĢevizm olmayacaq..  əsl iĢi 
əldən  buraxmıĢıq”  (11,  s.65).  Ġ.V.Stalinə  ünvanladığı  70  səhifəlik  məktubda  isə 
uğrunda  varlığını  qoyduğu  sovet  quruluĢunun  artıq  özünü  doğrultmadığını  və 
uçuruma  məhkumluğundan  danıĢır.  “Qabaqcadan  demək  olar  ki,  biz  uçurumun 
kənarındayıq” (11.s.8). 
Kommunistlik  məsləkini  qəbul  etdiyinə  görə  13  il  zindana  atılmıĢ  türk 
dünyasının  böyük  Ģairi  Nazim  Hikmət  N.Nərimanov,  S.C.PiĢəvəri  kimi  xalqına 
ümidi  sovetlərdən,  Moskva  üzərində  dalğalanan  bayraqdan  gözləyirdi  (12.s.11). 
“Moskvadan gözlərinə nur, beyninə Ģur” istəyən Ģair ömrünün sonunda yanıldığını 
baĢa  düĢdü  və  bu  haqda  öz  fikirlərini  “Humanite”  qəzeti  səhifəsində  dünyaya 
bəyan etdiyinə görə Sovet rəhbərliyi tərəfindən “gözüm çıxdıya” salındı və s... 
Apardıqları mübarizə yollarında olan səhvləri etiraf edən tarixi Ģəxsiyyətlər 
arasında  S.C.PiĢəvərini  də  görmək  olar.  Sovetlərin  xəyanəti  ilə  bağlı 
S.C.PiĢəvərinin açıq və ciddi etiraflarına bəlkə ona görə rast gəlmirik ki, o, daima 
sovet məngənəsi arasında fəaliyyət göstərmək məcburiyyətində olmuĢdur. Sonralar 
öz köməkçisi doktor H.Ruindejə dediyi kimi “ürəyindəkiləri dilə gətirmək imkanı 
olmamıĢdı”.  Bu  günədək  tapılmayan  xatirələrinin  ikinci  bölməsi  çox  güman  ki, 
sovetlərin xəyanəti haqda “dilə gətirilməyən” yazılardı.  
1920-ci ilin payızında Gilan əyalətində baĢ vermiĢ “Cəngəlilər” hərəkatının 
məğlubiyyətindən sonra əvvəl Ġsfahana, sonra isə Tehrana gələn S.C.PiĢəvəri rejim 
əleyhinə  mübarizəsindən  əl  çəkmir.  O,  köhnə  dostu  Seyid  Məhəmməd  Dehqanla 
birlikdə 1922-ci ilin yanvarında (1300-cü il Dey ayında) “Həqiqət” adlı qəzeti çap 
etdirir.  “Həqiqət”  o  zamankı  Ġranın  siyasi-ictimai  iqtisadi  həyatındakı  acı 
həqiqətləri xalqa çatdırmaqda önəmli rol oynamıĢdır (13). “Həqiqət”in ömrü uzun 
olmamıĢdı.  Onun  səhifələrində  xalqı  oyadan  və  həqiqətləri  deyən  yazılar  çox 
olduğundan o cəmi 6 ay çap olunmuĢdu. 1922-ci ilin iyul ayında 106-cı nömrədən 
sonra “Həqiqət”in nəĢri dövlət tərəfindən yasaq edilmiĢdi (14). 


79 
 
Rza  xan  Ģahlıq  taxtına  sahib  çıxdıqdan  sonra  Ġranda  mütərəqqi  qüvvələrə 
qarĢı geniĢ miqyaslı hücum baĢlanır. Belə bir Ģəraitdə sovetlərin Rza Ģah rejiminə 
qarĢı  loyal  münasibəti,  Ġranla  1921,  sonra  isə  1927-ci  ildəki  bağlaĢmalar,  antiĢah 
qüvvələrə  sovetlər  tərəfindən  hər  cür  yardımın  kəsilməsi  və  s.  Ġranın  mütərəqqi 
qüvvələri  sırasında  məyusluq  və  çaĢqınlıq  yaratdı.  Vəziyyəti  aydınlaĢdırmaq 
məqsədi  ilə  1925-ci  ildə  S.C.PiĢəvəri  Bakıya,  sonra  isə  Moskvaya  yollanır.  O,  bu 
səfərdə  sovetlərdən  yardım  olacağına  ümid  bəslədiyini  deyir.  Lakin  onun  bu 
ümidlərini  nə  Bakı  və  nə  də  Moskvadakı  kommunist  məmurları  doğrultmurlar. 
S.C.PiĢəvəri  sonrakı  illər  kommunistlik  məfkurəsindən  nə  üçün  uzaqlaĢdığının 
səbəblərini  istintaq materiallarından və xatirələrindən öyrənmək mümkündür.  
S.C.PiĢəvəri “Qəsr-Qacar” adlanan zindana düĢənədək o, rejimin xəfiyyələri 
tərəfindən artıq 4 dəfə qısa müddətli həbs edilmiĢdi. Onun siyasi ittihamla son dəfə 
həbsi  1930-cu  il  dekabrın  24-də  olmuĢdur.  O,  ancaq  1941-ci  ilin  sentyabrında 
zindanın ağır  və  dözülməz  mühitindən can qurtara  bilmiĢdi.  On ildən çox  “Qəsr-
Qacar”  zindanında  keçirdiyi  dəhĢətli  günləri  və  orada  baĢ  verənləri  S.C.PiĢəvəri 
sonralar  “Ajir”də  “Zindan  xatirələri  dəftərindən”  baĢlıqlı  çox  səhifəlik  yazıda 
ətraflı nağıl etmiĢdi (10.s.419-517). 
Müttəfiq qoĢunlarının Ġrana daxil olması, Rza Ģahın ölkədən qaçması onun 
yaratdığı diktatura rejimini  laxlatdı, siyasi məhbuslar, kütləvi Ģəkildə həbs edilmiĢ 
günahsız  insanlar  azadlığa  çıxdılar.  S.C.PiĢəvəri  azadlığa  çıxmıĢ  vətənpərvərlər 
sırasında  idi.  O,  azadlığa  çıxdığı  ilk  gündən  siyasi  fəaliyyətini  davam  etdirir.  Ġlk 
günlərdə Ġran Xalq partiyasının (Tudənin) özəyini qoymaqda fəal iĢtirak edir, hətta 
partiyanın  ilk  müvəqqəti  məramnaməsini  hazırlayanlardan  bir  də  məhz 
S.C.PiĢəvəri olur (15.s.79). Sonralar Tudə partiyası rəhbərliyinin fəaliyyətində bir 
sıra prinsipial məsələlərlə razılaĢmayan S.C.PiĢəvəri Tudədən uzaqlaĢır. Partiyanın 
proqramında milli məsələnin qoyulmaması, Ġranın çoxmillətli ölkə olmasının etiraf 
edilməməsi,  bir  çox  bolĢevik  prinsiplərini  olduğu  kimi  qəbul  edilməsi:  fəhlə 
sinfinin hegemonluğu, sinfi mübarizə, mülkiyyət məsələsi, aqrar-kəndli məsələsinə 
az  diqqət  ayrılması  və  s.  və  i.a.  S.C.PiĢəvərini  Tudədən  uzaqlaĢdıran  səbəblər 
sırasında olmuĢdur. 
 
*** 
 
S.C.PiĢəvərinin siyasi fəaliyyətini mətbuatdan kənar təsəvvür etmək çətindir. 
Cəmiyyəti  istiqamətləndirməkdə  və  onu  baĢlıca  hədəfə  yönəltməkdə  maariflənmə 
ilə  yanaĢı,  mətbuatın  rolunu  S.C.PiĢəvəri  hələ  gənc  yaĢlarından  anlamıĢdır. 
Zindana  düĢənədək  o,  bir  çox  qəzetlərin  “Açıq  söz”,  “Azərbaycan  cüze  layənfək 
Ġran”,  “Sosial-demokratı”,  “Hürriyət”,  “Yeni  fikir”,  “Kəndçi”,  “Yeni  yol”, 
“Cəngəl”, “Həqiqət” və s. qəzetlərin əməkdaĢı və çoxunun da redaktoru olmuĢdur. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə