Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

69 
 
Qarabağ  haqqında  oldu,  bəlkə  sabah  da  “Davrij”  yazdıqları  Təbriz  haqqında  da 
olacaq!!! 
3.Tehran  unuversiteti  tələbələri  belə  bir  məsələ  üzərində  dayanırlar  ki, 
yepiskop  Manukyan  heç  bir  əsas  olmadan  Qarabağı  Ermənistan  hesab  edir  və 
burada  gedən  müharibəni  “Qarabağ  Respublikası  ilə  Azərbaycan  arasında  gedən 
müharibə”  adlandırır.  Tələbələr  öz  cavablarında  belə  bir  məntiqi  sual  ortaya 
qoyurlar  və  cavab  verirlər  ki,  “əgər  Qarabağ”  Ermənistandırsa,  bəs  onda 
Manukyanın “Qarabağ Respublikası adlandırdığı qurum hansı formulaya əsaslanır? 
O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən tanınmadığını deməyə 
qorxur,  öz  əqidəsi  ilə  Ermənistanın  təcavüzkar  dövləti  ilə  həmahəng  və  həmfikir 
olduğunu göstərir”. 
4. Ġran ermənilərinin baĢ  yepiskopunun Qarabağdakı  müharibə ilə əlaqədar 
350  min  qaçqının  taleyindən  narahat  olduğuna  və  onlara  köməklik  göstərmək 
çağırıĢına cavab olaraq tələbələr yazır: “Əvvəla, bütün Qarabağ əhalisinin sayı bu 
rəqəmin  yarısı  qədərdir,  sonra  baĢ  yepiskop  bilir  ki,  müharibə  Azərbaycan 
torpağının  daxilində  gedir.  Buna  görə  də  müharibənin  mülki  əhalidən  ibarət 
qurbanları  azərbaycanlılardı,  nəinki  ermənilər.  Manukyanın  qaçqınların  taleyinə 
kiçik bir əlavəsi varsa o, inkar olunmaz bu məsələni gözünün qabağına gətirsin ki, 
Azərbycan  torpağının  20  faizdən  çoxu  erməni  təcavüzkarının  iĢğalı  altındadır  və 
bir  milyon  nəfərdən  artıq  Azərbaycan  məzlumu  öz  evindən,  yurd-yuvasından 
didərgin  salınıb.  Ermənistan  ordusunun  bu  cinayətləri  qarĢısında  beynəlxalq 
ictimaiyyətin  susmasından  mütəəssir  olan  tələbələrin  erməni  yepiskopuna 
cavabının sonunda qeyd olunur ki, müharibənin tez qurtarmasını, sülh və ədalətin 
bərpa olunmasını  əgər ağaye  Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər 
Ģeydən  əvvəl  “Böyük  Ermənistan”  xülyasından,  baĢqalarının  torpaqlarını  qəsb 
etmək iddiasından əl götürməlidir”(6). 
Ġran hakim dairələrinin ermənipərəst mövqe tutmalarına baxmayaraq, Ġranda 
xüsusilə də Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin əməllərini elmi 
Ģəkildə  ifĢa  edirlər.  Bunlardan  biri  Güney  Azərbaycanda  nəĢr  edilən 
“Azərbaycanda  yüzillik  erməni  cinayəti”  adlı  jurnal  (1,  2004,  16  sentyabr)  elmi 
əhəmiyyəti və faktoloji zənginliyi ilə seçilən nümunə kimi maraq doğurur. Jurnalın 
giriĢ  məqaləsində  ermənilərin  bu  tarixi  düĢmənçiliyinə  dəstək  verən  siyasi,  hərbi 
qüvvələrin ünvanını göstərməklə xəyanətin miqyasını diqqətə çatdırır.  
Jurnalda  yer  alan  ilk  məqalə  “Müsəlmanların  ermənilər  tərəfindən 
soyqırımı”  adlanır.  Əslində  isə  istər  Türkiyədə,  istərsə  də  Ġran  və  Azərbaycan 
ərazisində  türklərə  qarĢı  ən  qanlı  faciələri  törədən  ermənilər  maskalanaraq  XX 
əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər. Məqalə müəllifi hər 
il  aprelin  24-nü  “faciə”  günü  kimi  qeyd  edən  ermənilərin  iblis  simasını  açmağa, 
azərbaycanlı qırğınlarını nəzərə çatdırmağa çalıĢır. Məqalə müəllifinin fikrinə görə, 


70 
 
məkrli erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, islam mədəniyyətini 
parçalamaq, Ġranı müsəlman Türkiyəyə qarĢı qoymaq, Azərbaycanı ikiyə ayırmaq 
və parçalanmıĢ Azərbaycanın birliyini mümkünsüz hala gətirmək vəzifələri həyata 
keçirir. 
Jurnalda  həmçinin  Taymaz  Nəzminin  erməni  terrorizmi  barəsində,  Əlirza 
Qaffari Hafizin daĢnakların anti-türk siyasətinin ifĢası düĢməni tutarlı faktlarla ifĢa 
edir. 
Zöhrə Vəfainin “Xaçsız  missionerlər” məqaləsi erməni din xadimlərinin iç 
üzünü açır, dindən barıĢ üçün deyil, savaĢda bir vasitə kimi istifadə edən bu “xaç 
atalarının”  xaç  əvəzinə  bellərinə  xəncər  bağladıqlarını  göstərir.  Törətdikləri  qanlı 
əməllər barədə  özlərinin belə  yazmaq cəsarəti olmayan ermənilər bu  missionerlik 
hərəkətlərinə  həm  də  tarixi  Azərbaycan  ərazisində  yer-yurd  adlarının 
saxtalaĢdırılması kimi ifrat anti-humanist siyasət yeridirlər. 
Hüseyn  Sultaninin  “Qarabağın  əsl  sakinləri  kimlərdir?”  məqaləsi  tarixi 
həqiqətlərin  və  milli  haqların  təsdiqi  baxımından  əhəmiyyətlidir.  Qarabağın  tarixi 
Azərbaycan  yurdu  olduğunu  göstərən  müəllif  çar  Rusiyasının  Qafqazdakı 
siyasətini, 
burada  keçirdiyi  demoqrafik  dəyiĢikliklərin,  erməniləĢdirmə, 
xristianlaĢdırma siyasətinin baĢlıca məqsədləri barədə ətraflı bilgi verir. 
“Qarabağ  necə  Artsax  oldu”  məqaləsi  (müəllif  Hadi  Nuri)  ermənilər 
tərəfindən  edilən  toponimik  təzyiqlərin,  süni  demoqrafik  dəyiĢikliklərin  ifĢasına 
həsr  olunub.  Dünya  sivilizasiyasının  əski  ünvanlarından  olan  Azıx  mağarasının 
qədim  türk  torpaqlarında  olması  erməniləri  daim  narahat  etmiĢ,  bu  yerüstü  “tarix 
kitabı”nın  daim  erməniləĢdirilməsi  yolunda  dəridən-qabıqdan  çıxmıĢlar.  Lakin 
məqalə  müəllifi  regionun  1823-cü  ildən  bəri  ermənilərin  apardıqları  demoqrafik 
dəyiĢikliklərin cədvəlini  verməklə əsl  faktları üzə çıxarır, onların saxtakarlıqlarını 
ifĢa  edir. Müəllif  müasir Ġran  məmləkətində  çox böyük  azlıqda  qalan ermənilərin 
də  belə  Ģovinist  əməllərindən  söz  açaraq  onların  region  üçün  daim  narahatlıq 
mənbəyi olduğunu göstərir.  
Vəziyyəti  etnopsixoz  halına  gətirən  bu  militarist  partiya  öz  fəaliyyətini  bu 
gün də sürətlə artırır, türk dünyasına meydan oxumaqda davam edir. Bu siyasətin 
təbliğat topluları olan kitablar fars dilində nəĢr olunur, ölkənin yarısını təĢkil edən 
yerli  türk  və  azərbaycanlı  xalqa  qarĢı  xaç  yürüĢü  keçirilir.  “Ermənistan  tarixi”, 
“Mayrik”,  “Pantürkizm  əfsanəsi”,  “Ermənistan  1915-ci  ildə”,  “Ermənilərin 
soyqırımı”, “Qızıl buynuzlu sərkərdələr”, “Bir millətin məhvi” kimi kitabların hər 
sahəsində türk-Azərbaycan xalqına qarĢı nifrət, intiqam hissi kodlaĢdırılıb. Erməni 
terrorizminin  ünvanları  bu  kitabların  tanıdılması  adekvat  tədbirlər  görməyi  tələb 
edir. Bu operativ tədbirlərdən biri kimi iĢıq üzü görən jurnal Qafur Əlipurun, Nəcib 
Hebelment  oğlunun,  Əli  Səmədlinin,  Ozan  Arifin  və  digər  milli  qeyrət  daĢıyıcısı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə