Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

65 
 
Rusiya  üçün  çox  önəmli  olmuĢdur.  Müəllif  yazır  ki,  “I  Pyotrun  ölümündən  sonra 
hakimiyyətdə  olmuĢ  rus  hökmdarları  Orta  ġərqi  ələ  keçirmək,  “isti  sulara” 
çıxarmaq haqda öz sələflərinin iĢğalçılıq fikirlərindən uzaqlaĢmamıĢlar və bu iĢdə 
ermənilər  həmiĢə  rusların  əlaltısı  və  nökəri  olmuĢdur”.  Müəllif  Qafqaz,  Ġran, 
Türkiyəyə  qarĢı  rusların  iĢğalçılıq  siyasətində  ermənilərin  “katalizator”  rolu 
oynamasını,  xəyanət  və  arxadan  bıçaq  vurmaq  kimi  alçaq  əməllərini  onların 
“Böyük Ermənistan” xülyasında yaĢamaları ilə izah edir (10). 
Ġran  daxilində  bir  çox  mühüm  vəzifələrdə,  ordu  və  məclisdə  yer  tutan 
ermənilər  vasitəsilə  və  Ġran  üzərində  az-çox  nüfuzu  olan  bir  çox  Qərbi  və  ġərqi 
Avropa dövlətlərinin təĢəbbüsü ilə mühacir ermənilərin Ġranda mühüm təĢkilatları, 
milli-mədəni müəssisələri, iqtisadi və ictimai təĢkilatları, məktəb, teatr və qəzetləri 
də  Ġranın  Qarabağ  məsələsinə  münasibətinə  təsir  göstərmək  üçün  öz  səylərini 
bildirmiĢ  və  son  zamanlar  bu  istiqamətdə  məqsədyönlü  fəaliyyətlərini  daha  da 
gücləndirmiĢlər.  Məsələn,  DaĢnaksütyun  partiyasının  Təbrizdə  hər  il  müntəzəm 
konqresləri  keçirilir  və  bu  zaman  Avropa  və  Qafqazda  çalıĢan  erməni  millətçiləri 
yaxından iĢtirak edirlər. 
Ġranın bir çox hərbi və mülki müəssisələrini əllərinə almıĢ və Ģah zamanında 
Pəhləviyə  müraciətlə  xüsusilə  Güney  Azərbaycanında  iqtisadiyyat  və  ticarətdə 
imtiyazlı  mövqe  tutmağa  çalıĢan  erməni  millətçilərindən  baĢqa  Ġrandakı  bir  sıra 
xarici,  xüsusən  də  Sovet  və  sonralar  Rusiya  diplomatik  idarələrində  məqsədyönlü 
fəaliyyət  göstərirlər.  Təbrizdəki  daĢnakların  bir  qismi  Avropada  olduğu  kimi 
daĢnak  partiyasından  ayrılaraq  erməni  “Arur”  təĢkilatı  qurmuĢlar.  Mühacir 
ermənilərdən ibarət bu təĢkilat vaxtilə Ġran Azərbaycanında bütün sovet idarələrini 
əlinə  almıĢ;  Təbriz,  Urmiya,  Marağa,  Xoy  və  sairə  kimi  yerlərdə  isə  ticarət, 
nəqliyyat və iqtisadi  müəssisələr qurmuĢdular.  Ermənilərin  bütün fəaliyyəti Ġranın 
hər cəhətdən Ermənistana dəstək verməsinə yönəlib (2, s.8-9). 
Fəqət  məsələ  yalnız  bununla  bitmir.  Ġran  ermənilərinin  fəaliyyəti  getdikcə 
daha  məkrli  və  hücumçu  xarakteri  kəsb  edir.  Və  Ġran  mətbuatından  bəziləri 
(“Təbriz”,  “PərvəriĢ”  və  sairə  kimi)  çox  təəssüflər  olsun  ki,  ermənilərin  bu 
təcavüzkar  fəaliyyətlərinə  vasitə  olurlar.  Bütün  bunlar  erməni  millətçilərinin  Ġran 
mətbuatını öz əllərində bir vasitə etdiklərini göstərir (2). 
Tarixən  ermənilərin  türklərə  qarĢı  xəyanətlə  dolu  xidmətləri  rus 
çarizmindən  tutmuĢ  bugünkü  Rusiya  rəhbərliyinədək  həmiĢə  dəstəklənmiĢ  və 
layiqincə  
qiymətləndirilmiĢdir.  Bunun  nəticəsidir  ki,  ermənilər  bu  gün 
Qərbi  Azərbaycan  torpaqları  hesabına  özlərinə  qondarma  bir  respublika  yaradıb 
indi  dünyaya  meydan  oxumazdılar.  “Ġrəvan  müsəlman  sakinli  Ģəhər  olmuĢdur” 
kitabında  tarixi  sənədlər  əsasında  Ġranın  ermənipərəst  tarixçilərinə  tutarlı  cavab 
verilmiĢdi. 


66 
 
Ermənilərin arzusu ilə ruslar Ġrəvan və onun ətrafındakı 4 xanlığı, 41 bəyliyi 
və  sultanlığı  ləğv  edib,  onların  çoxu  təzyiq  və  məcburiyyət  qarĢısında  ərazidən 
köçməyə  məcbur  edildilər.  Torpaq  və  əmlakları  gəlmə  ermənilər  arasında 
bölüĢdürüldü (11, s. 190).  Ġrəvanda  yaĢayan  əhalinin 143 min nəfərindən 117849 
nəfəri  müsəlman  türk,  cəmi  25151  nəfəri  (gəlmələrlə  birlikdə)  erməni  olmuĢdur. 
Qahirədə  çıxan  “Hikmət”  qəzeti  “Tərcüman”  qəzetində  verilmiĢ  məlumata 
əsaslanaraq  XX  əsrin  əvvəllərində  (1904)  Qafqazda  3  milyon  208  min  875  nəfər 
müsəlmanın yaĢadığını yazırdı ki, bunların da 352351 nəfərinin Ġrəvan vilayətində 
olduğunu qeyd etmiĢdi (11, s.118). Rus məmurunun statistik məlumatına gəldikdə 
və  ona  inansaq  belə  XIX  əsrin  30-cu  illərində  Ġrəvanda  yaĢayanların  80  faizdən 
çoxunu  müsəlman  türkləri  təĢkil  etmiĢdi.  Halbuki  sonrakı  illərdə  müsəlmanlara 
qarĢı  rus-erməni  zorakılığı  onların  sayca  ilbəil  azalmasına  səbəb  olmuĢ,  onları 
Azərbaycanın  baĢqa  əyalətlərinə  köçməyə  məcbur  etmiĢdir.  Tarixən  yerli  əhali 
hesab  olunan  Qarapapaq  tayfası  bütövlükdə  Güneyə-Urmiya  ətrafına  köçmək 
məcburiyyətində  qalmıĢdı.  1828-1832-ci  illər  arasında  Ġrəvanda  yaĢayan  türklərin 
sayı  100  min  nəfərə  qədər  azaldığı  halda  gəlmə  ermənilərin  hesabına  erməni 
sakinlərin  sayı  82377  nəfər  artmıĢdı  (11,  s.91).  6  böyük  məscidi,  50  savadlı 
müsəlman ruhanisi, 1807 müsəlman-türk ailəsinin yaĢadığı müsəlman Ġrəvan Ģəhəri 
XIX əsrin sonunda xristian erməni Ģəhərinə çevrildi. Halbuki bu Ģəhərin iqtisadi və 
mədəni, elmi inkiĢafında Azərbaycan türklərinin böyük zəhmət və vətən torpağına 
bağlılıqdan  irəli  gələn  xidmətləri  olmuĢdur.  Məzarları  haırda  Ġrəvan  torpağında 
olan  savadlı  din  xadimi  Ayətullah  Seyidəli  Ġrəvani,  Ayətullah  Seyid  Hüccət 
Ġrəvani, Ġrəvan məscidinin imam cüməsi Hacı Seyid Səfərəli və onun atası Seyyid 
Əbdülməcid və baĢqaları Ġslam dini əxlaqının əsaslarını Ġrəvandakı, müsəlmanlara 
aĢılamaqda  ruhani  vəzifələrini  ləyaqətlə  yerinə  yetirmiĢlər.  Bunların  bir  çoxunun 
Ġrəvanda anadan olduğu qeyd edilir. 
Beləliklə, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada “əzəmətli” 
Ermənistan  yaratmaq  istəyən  erməni  daĢnaklarının  türklərə  qarĢı  soyqırım 
əməliyyatı Ġrəvan, Göyçə, Zəngəzurdan baĢlasa da o Azərbaycanın nə Quzeyindən, 
nə  də  Güneyindən  yan  keçməmiĢdi.  Həmin  qanlı  olayların  keçmiĢdə  qanlı  izləri 
Dağlıq  Qarabağa  qarĢı  ermənilərin  qətl  və  qarətlərlə  dolu  yürüĢü,  bugünkü 
olaylarla  təzələnmiĢdi.  1918-ci  ildə  müsəlman  türklərinə  qarĢı  ermənilərin  Qərbi 
Azərbaycanda Ġrəvandan əlavə 211 yaĢayıĢ məntəqəsində törətdiyi soyqırımda 300 
min nəfər soydaĢımız qətlə yetirilmiĢdirsə, Güney Azərbaycanda təkcə Urmiya və 
Səlmasda  Ģəhid  olanların  sayı  130-150  min  nəfər  arasında  göstərilir.  Əslində  bu 
rəqəm  göstəriləndən  qat-qat  çoxdur.  Rza  Ģah,  sonra  isə  onun  oğlu  Güney 
Azərbaycandakı  müsəlman  türklərinin  soyqırımı  haqqında  yazmağı  və  tədqiqat 
aparmağı  yasaq  etdiyindən  1918-ci  ildəki  müsəlman  qətliamında  öldürülənlərin 
sayı indiyə qədər dəqiq verilməmiĢdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı 1918-ci il 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə