Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

58 
 
axıĢı  içində  ortaya  qoyulan  bilgilər  və  inanıĢ  Ģəklimiz  bizi  farslarla  bir  yerdə 
yaĢamağa  zorlamıĢdır.  Modern  dünya  və  onun  bilgiləri  bu  tarixə  “dur!” 
deməkdədir.  Ancaq  modernitənin  bilgilərini  Güneydə  yansıtacaq  əsərlər  lazımdır. 
Bir  sözlə,  bilgilərimizin  çağdaĢ  anlamda  kitablaĢması  zəruridir.  Bu  istək 
gerçəkləĢərsə,  insanlarımızın  beyni  və  dünyaya  baxıĢı  keçmiĢin  əsarət  doğuran 
çürük dəyərlərindən qurtulmuĢ olur. Həyatımızda etkin olan paradiqmaların yerini 
yeni  paradiqmalar  almalıdır.  Ġrandakı  iqtisadi  çətinlik,  millətin  yoxsul  yaĢaması 
inqilabi  hərkat  üçün  təkan  verə  bilər.  Lakin  bu  təkan  düĢüncə  mühiti  yarada 
bilməz, milli kadrlar və lider yetiĢdirə bilməz. 
DüĢüncə  də  təkbaĢına  milli  iradənin  gerçəkləĢməsinə  səbəb  ola  bilməz. 
Milli iradə zorla və polad iradə ilə gerçəkləĢir. Almaniyanın bütünlüyünü arzu edən 
Hegel deyirdi: “Almaniya ölkə deyildir. Bir insan topluluğu öz ərazi bütövlüyünü 
birlikdə  savunduğu  zaman  ölkəyə  sahib  olur.  Almaniyanın  birləĢməsi  heç  bir 
zaman  düĢüncənin  məhsulu  olmayacaq.  Almaniya  zorla  və  qətiyyətin  hesabına 
birləĢəcək.  Alman  xalq  kütləsi  fateh  bir  iradənin  tətbiqatı  nəticəsində  millətə 
dönüĢəcək, Almaniya ölkə olacaqdır”.  
Güney  Azərbaycan  milli  hərəkatı  təkamül  prosesində,  əlbəttə  ki,  öz 
Bismarkını  və  ya  Atatürkünü  yetiĢdirməlidir.  Bütün  bu  çalıĢmalar  o  milli  fatehin 
ordunun içindən ortaya çıxması üçün hazırlıqdır. 
 
Əlirza AMANBƏYLĠ 
Təbriz, Güney Azərbaycan 
 
ĠRAN ADLANAN ÖLKƏDƏ ĠġGƏNCƏ VƏ CƏZA ÜSULLARI 
 
Məlum  olduğu  kimi,  1979-cu  ildə  Ġranda  53  il  hakimiyyətdə  olan  Pəhləvi 
Ģahlıq  sülaləsinə  qarĢı  baĢda  Güney  Azərbaycan  türkləri  olmaqla  böyük  inqilab 
baĢlandı.  Hər  zaman  olduğu  kimi,  Güney  Azərbaycan  türkləri  Pəhləvilərin  qeyri-
fars  millətlərə,  özəlliklərə  türklərə  qarĢı  ədalətsizliyə,  ayrı-seçkiliyə,  iqtisadi  və 
sosial  problemlərə,  insan  haqlarının  pozulmasına  son  qoymaq  üçn  bir  ilə  yaxın 
Ġranın  bütün  Ģəhər  və  kəndlərində  kütləvi  mitinq  və  aksiyalar  davam  etdi.  ġah 
rejiminin  məmurları  hakimiyyəti  qorumaq  və  inqilabı  boğmaq  məqsədilə  odlu 
silahlardan atəĢ açaraq minlərlə insanı qətlə yetirdilər, lakin xalqın iradəsini sındıra 
bilmədilər və nəhayət Ģahlıq sülaləsi devrildi. 
Ġslam  dininin  pərdəsi  altında  hakimiyyətə  gələn  radikal  faĢist  molla 
hakimiyyəti  Ġranda  bütün  xalqlara  milli  azadlıq,  söz  və  qələm  azadlığı,  ədalət  və 
bərabərlik  vədləri  verərək  cinayətkar  hakimiyətlərini  möhkəmləndirdi  və  dərhal 
Ġraqla müharibəyə baĢladı. 


59 
 
Xalqa  verilən  vədlərə  əməl  olunmadığını  görən  siyasi-ictimai  Ģəxsiyyətlər 
və partiyalar molla hakimiyyətinin Ģah hakimiyyəti ilə heç bir fərqi olmadığını hiss 
edib  qanunların  icra  olunmasını  rejimdən  tələb  etməyə  baĢladılar.  Lakin  molla 
hakimiyyəti  bu  tələbləri  irəli  sürən  hər  bir  Ģəxsi  Allaha  qarĢı  çıxmaqda  ittiham 
etməyə baĢladı.  Bu bəhanə ilə diktator rejimə qarĢı olan hər bir Ģəxs savadsız  və 
canilərdən  ibarət  polis  və  təhlükəsizlik  məmurları  tərəfindən  həbs  olunaraq  ağır 
iĢgəncə  və  təzyiqlərə  məruz  qoyuldular,  qondarma  məhkəmə  qərarları  ilə  uzun 
müddətli  həbslərə,  edam  və  sürgünlərə  məhkum  edildilər.  1980-1988-ci  illər 
arasında  inqilab  iĢtirakçısı  olan  minlərlə  azadlıq  sevər,  vətənpərvər  gənc,  ya  Ġran-
Ġraq müharibəsində, ya da Ġranın həbsxanalarında öldürüldülər. Təxminən 6 milyon 
Ġran vətəndaĢı xarici ölkələrdə siyasi sığınacaq aldılar ki, onların əksəriyyəti Güney 
Azərbaycan  türkləridir.  Demək  olar  ki,  onların  böyük  əksəriyyəti  Ġran  adlanan 
ölkənin  təhlükəsizlik  və  polis  orqanlarında  ağır  iĢgəncə  və  təzyiqlərə  məruz 
qalıblar.  Xaricdə  mühacirətdə  olan  və  ya  hal-hazırda  Ġranda  yaĢayan  bu  rejimin 
müxaliflərinin  bildirdiyinə  əsasən  diktator  molla  hakimiyyətində  müxtəlif  növ 
iĢgəncə  üsulları  mövcuddur.  Bu  iĢgəncələr  müxaliflərlə  yanaĢı,  adi  insanlara  da 
tətbiq olunur. ĠĢgəncələr əsasən fiziki və ruhi üsullarla həyata keçirilir.  
Ġranın  təhlükəsizlik  orqanı  olan  ETTELAAT  təcridxanalarında,  polis 
idarələrində,  həbsxanalarda,  məscidlərdə,  digər  gizli  təcridxanalarda  insanlığa 
yaraĢmayan  müxtəlif  növ  iĢgəncə  faktları  ortaya  çıxıb  ki,  onlar  əsas  etibarilə 
aĢağıdakılardır: Edam iĢgəncəsi, daĢqalaq, Ģallaqlama, bədən əzalarının kəsilməsi, 
daxili orqanların çıxarılması, qol, qıç, bel və boyun sındırılması, kisəyə qoyularaq 
hündür binadan atılma, kiĢilərin xədim edilməsi, qadınların döĢlərinin və cinsiyyət 
üzvlərinin kəsilməsi və yandırılması, bədənin ütülənməsi, isti alətlərlə damğalama, 
göz  çıxarma,  diĢlərin  sındırılması,  saçların  yolunması  və  yandırılması,  zorlama, 
dəmir seyfdə saxlama, soyuq suda saxlama, havasız konteynerdə saxlama, ayaqdan 
asılma,  əlin  ayağa  qandallanması,  soyundurularaq  Ģaxtalı  havada  qolubağlı 
saxlama, məhbusun gözü qarĢısında ailə üzvlərinin döyülüb təhqir olunması və s. 
Edam.  Edamlar  çox  zaman  əhalini  xof  və  vəhĢətdə  saxlamaq  üçün 
insanların gözü qarĢısında həyata keçirilir. Edamlar ya qaldırıcı kran vasitəsilə, ya 
da  ənənəvi  dar  ağacı  üsulu  ilə  icra  olunur.  Qədim  üsulla  asılma  sistemində  asılan 
insan təxminən bir metr hündürlüyündə masa və ya stul üstünə çıxarılaraq boynuna 
ip salınır və ayağı altındakı masa, ya stul götürülür. Həmin Ģəxs qısa müddətdə iflic 
olaraq boğulub ölür. Son zamanlar Ġran  molla hakimiyyəti  edama  məhkum etdiyi 
məhbusa  əzab  vermək  üçün  qaldırıcı  krandan  istifadə  edir.  Qaldırıcı  kranla  asılan 
insan  bir  qədər  gec  və  əzabla  ölür.  Ġnsanları  bu  dəhĢətli  səhnələrə  zorla  tamaĢa 
etməyə  məcbur  edirlər.  Əhali  sıx  olan  yerlərdə  belə  edamlar  tez-tez  icra  olunur. 
Bəzi  hallarda  bir  insana  iki  və  ya  üç  edam  hökmü  verilir,  yəni  insan  asılır,  ölənə 
yaxın endirilir və yenidən asılır. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə