56
1. Modernizm.
2. Güney Azərbaycan əhalisinin oyanan milli vicdanı.
Güney Azərbaycan milli hərəkatının dünyada tək müttəfiqi var, o da
modernitədir. Günümüzdə fars Ģovinizmi mərkəzli Ģiə rejimi ilə bizim
hesablaĢmamız necə ola bilər? Bu siyasi düzən dörd böhranla qarĢılaĢdığında
ortadan qalxmıĢ olur. Nələrdir bu dörd böhran növü?
1. MəĢruiyyət böhranı. Yəni hakim dövlət ideologiyası və dünyagörüĢü
toplum tərəfindən qəbul edilmir. Dövlətin rəsmi dünyagörüĢü üzərinə fərqli
təfsirlər ortaya çıxır. Bizim baxımımızdan fars rejiminin Ġranı yalnız farslardan
ibarət olaraq görmə görüĢü və Güney Azərbaycanı bağımsız bir olqu olaraq qəbul
etməməsi Ģiddətlə rədd edilir. Rejimin dini müqəddərata sığınaraq qazandığı etibarı
da dərindən sarsılmıĢdır. Bu arada tarixi, fəlsəfi və dini planda rejimin
mövcudluğunu sual altına aparan ən önəmli Ģəxsiyyətlərdən biri Abdulkərim
SoruĢdur. SoruĢun özəlliklə son yazıları fars Ģovinizminin dini əsaslarını dərindən
sökməyə baĢlamıĢdır. Səfəvilərdən günümüzə qədər bizi farslarla bir inanc içində
tutan mövcud inanıĢ SoruĢ tərəfindən geniĢ fəlsəfi planda soruĢdurmaya tabe
tutulmuĢdur. Bu baxımdan SoruĢun əsərləri bizim milli hərəkata enerji
qazandırmaqdadır. SoruĢ və Nasir Purpirar özləri istəməsələr belə, Ġranda yaĢayan
millətlərin milli mübarizələrinə yardımda bulunmaqdadırlar.
2. Qatılım böhranı. Rejim hər dəfə formal olaraq keçirdiyi seçkilərdə
qatılım böhranı ilə qarĢılaĢır. Güney Azərbaycanda əhalinin seçimlərə qatılmaması
bir rejim dəyiĢikliyi üzündən deyil, olmamalıdır. Bu kimlik inĢası doğrultusunda
fars Ģovinizmini rədd etmək anlamındadır. Güney Azərbaycan əhalisinin rejimin
seçki kompaniyalarına qatılmaması dövlət tərəfindən çox əndiĢə ilə qarĢılanır.
Çünki örnəyin bu qatılmama farsların qatılmaması ilə eyni dəyərdə deyildir.
3. Tətbiqat və çözüm böhranı. Bu, o anlamdadır ki, rejim göz önündə
bulunan bir çox iqtisadi, ictimai sorunların çözümündə çarəsiz qalır. Güney
Azərbaycandakı iqtisadi böhrana rejimin seyrçi qalması, ayrıca uluslararası enerji
xasiyyəti daĢıyan bu yurdların yeraltı, yerüstü zənginliklərini talaması çox
düĢündürücü bir gerçəklikdir. Ulusumuz get-gedə bu iqtisadi sömürülmənin
bilincinə varmaqdadır.
4. Kontrol böhranı. Kontrol böhranı geniĢ anlamlı bir anlayıĢdır. 1)
Hakimiyyətlər içi ziddiyyətlər ortaya çıxır və rejim öz içindən bölünməyə və
qütbləĢməyə doğru gedir. 2) Rejim öz müxaliflərinin təĢkilatlanmalarını əngəlləyə
bilməz duruma gəlir.
Bunlar bir rejimin süqutunu sağlayan böhranlardır. Ancaq nə məĢruiyyət, nə
qatılım, nə də tətbiqat və çözüm böhranı bir rejimi yıxa bilməz. Bunlar rejimin
varlığına təxrib edici zərbələr vura bilərlər, ancaq rejimi yıxacaq ən ciddi böhran
kontrol böhranıdır. Son zərbəni vuran kontrol böhranıdır. Bu gün Güney
57
Azərbaycanda milli hərəkatın mübarizəsini rejim boğaraq, öldürərək, zindana
salaraq kontrol edə bilir. Ancaq zamanın axıĢı və Güney Azərbaycan əhalisinin
fikrən, hissən və örgütlənmə olaraq daha da hazırlıqlı duruma gəlməsi və fars
Ģovinizminin dünyada insan haqlarına sayğı göstərməyən dövlət kimi tanınması
istər-istəməz kontrol məĢruiyyətini də dərinləməsi ilə meydana çıxacaqdır. Bundan
sonra, əlbəttə ki, Güney Azərbaycan Milli Hərəkatı da yeni bir mərhələyə
keçəcəkdir. ġovinizmin kontrol böhranı ortaya çıxdığı zaman bizim söyləmlərimiz
dəyiĢəcəkdir.
Güney Azərbaycanda nüfus artıĢı və ĢəhərləĢmə həyatı ulusal bilincin
gəliĢməsinə təsir göstərən vasitələrdən biridir. Ġnsanlar Ģəhər həyat sistemində
maddi həyatı kəĢf edirlər. Maldarlıq və tarım kimi iqtisadi sistemdə maddi həyat
ayrıntılı Ģəkildə kəĢf olunmur. Maddi həyatın kəĢfi bir Ģəhər olqusudur və ticarətlə,
sənayeləĢmə və Ģəhər kültürü ilə bağlantılıdır. ġəhərlərdə siniflərin ortaya çıxıĢı və
əhalinin artıĢı dünyadakı hadisələrə kollektiv münasibətlərin formasını və
məzmununu dəyiĢdirir. Daha öncəki dönəmlərdə ən çox Təbriz böyük olayların
mərkəzi olurdu. Ancaq artıq Güney Azərbaycanın bir neçə Ģəhəri keyfiyyət uğruna
mübarizə aparacaq kəmiyyətə yüksəlmiĢdir. Kənd və köçəri həyatda bu fürsətlər
mövcud olmur. Əski hərəkatlarımızın məğlubiyyətləri Ģəhər həyatının çox zəif
olması və Ģəhər əhalisinin az olmasından da qaynaqlanmıĢ ola bilər. ġəhər həyat
sistemində özəlliklə proletar sinfinin milli mübarizəyə qatılması çox önəmlidir.
Milli iqtisadiyyat və sosial ədalətdən yana olan milli mübarizənin uğuru bu geniĢ
təbəqəni öz içinə alması ilə kəskinləĢə bilər.
Ancaq bütün sinifləri içinə ala biləcək bir hərəkətin geniĢ fəlsəfi, ədəbi,
siyasi qaynaqları olmalıdır ki, bu gün bizdə ən ciddi əksiklik olaraq gözə
çarpmaqdadır. 1905-ci ildə Lenin deyirdi: “Sosialist inqilabını gerçəkləĢdirmək
üçün ədəbiyyatımız yetərli deyildir”. ÇernıĢevski kimi sosialistlərin və özəlliklə
Maksim Qorki kimi yazarların milləti hərəkətə gətirmək üçün çox təsiri oldu. Bu
gün bizim toplumumuz üçün də bu sahədəki məhrumiyyət özünü açıqca göstərir.
Hər Ģey siyasətlə anladılmaz. Güney Azərbaycanın öz içindən fıĢqıran böyük dram
əsərləri, geniĢ miqyaslı bilgi bilirikmi, yeni musiqi əsərləri gərəkməkdədir. Əlbəttə
ki, bu olaylar mədəni planda gerçəkləĢərkən, siyasi planda da xəyali realizmlə
gerçək realizmin sınırlarını bəlli etmək gərəkəcəkdir. Bu açıdan toplumun ruhuna
xitab edən söyləmlərlə dıĢ dünyaya xitab edən söyləmlərin məzmunu üzərinə
dərin-dərin düĢünmək lazımdır. Bir toplumun iç yaĢamının dəyiĢməsi əldə etdiyi
bilgilər və bu bilgilərin davranıĢlara yansıması ilə mümkün olur. Bu günə qədər
tariximizdə inĢa edilən bilgilərin bizdən daha çox farslara fayda sağladığına tanıq
olmaqdayıq. Özəlliklə də bu bilgi birikiminin fars dilində gerçəkləĢməsi bir
Ģəkildə millət olaraq beynimizi fars əsarətinə soxmuĢdur. Bu üzdən bu dəyərlərin
yenidən dəyərləndirilməsi və gözdən keçirilməsi gərəkir. Min ildən artıq zaman
Dostları ilə paylaş: |