Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

48 
 
kürd,  57704  səs,  Mir  Mahmud  Yekanlı  –  Türk,  56182  səs  və  xanım  ġəhrbanu 
Ġmani – Türk, 50317 səs ilə ikinci mərhələyə qaldılar. 
KeĢikçilər  ġurasının  bu  anti-Türk,  anti-Azərbaycan  və  qıĢqırdıcı  siyasətini 
millət baĢa düĢdü, Ģiddətli etirazlar baĢ verdi. Milli duyğuların təsiri altında Tehran 
və  kürd  əleyhinə  xalq  ayaqlandı.  Urmiyanın  məĢhur  imam  cüməsi  Molla  Həsəni, 
xalqın  istəyi  ilə  Tehrana  gedib,  rəva  görülmüĢ  bu  haqsızlığa  etirazını  bildirdi. 
Bilindiyi  kimi,  adını  çəkdiyim  Molla  Həsəni,  1979-cu  il  inqilabında,  Urmiyanı 
kürd talanlarından nicat verən adamdır. 
Bu  etirazlara  cavab  olaraq  keĢikçilər  Ģurası,  guya  ədalətin  icrası  kimi 
göstərmək üçün, ikinci adam olan Adil Qarabuğlunu ləğv etdi. Əslində, KeĢikçilər 
və  kürdlər  gözəl  bilirdilər  ki,  cəmiyyətin  85%-ni  təĢkil  edən  Türklərin  ikinci 
mərhələdə  səslərini  bölünmə  imkanı  olmadığına  görə,  qalan  iki  nəfər  Türklərdən 
çıxacaqdır. Çünki məcburi olaraq bu dəfə ancaq iki nəfərə səs veriləcəkdir. Ġkinci 
turda,  Azərbaycan  Türklərindən  xanım  ġəhrbanu  Ġmani  və  Mir  Mahmud 
Yekanlının seçilməsi bu nəzəriyyəni sübut etdi. 
Yuxarıda  qeyd  etdiyim  kimi,  Urmiyanın  85%-nin  Türk  olmasını,  bölgədə 
çalıĢdığım  zaman  rəsmi  sənədlər  və  araĢdırmalar  sübut  edirdi.  Bu  seçkilərdəki 
alınan səs nisbətinin analizi də bunun baĢqa bir sübutudur. 
Urmiyada səs vermə haqqı olan insanların sayı o dönəmdə, rəsmi rəqəmlərə 
görə  490116  nəfər  idi.  Bunların  294070  nəfəri,  yəni  60%-i  səs  vermiĢdir.    Bu 
rəqəm səsvermə haqqı olanların sayının 50%-dən çox olduğuna görə, seçkilər baĢ 
tutmuĢ  hesab  edilmiĢdir.  Kürdlərin  birinci  adamı  74027  səs  alıb.  Məlum  olduğu 
kimi,  Urmiyada  kürdlər  heç  bir  Türkə  səs  verməz,  eyni  halda  kürdlərin  100%-i 
məmulən 
seçkilərdə  iĢtirak  edərlər.  Ona  görə    kürdlərin  nisbətin, 
74027/490116x100=15% hesablamaq olar.  
Ġslam  cümhuriyyəti  dövründə  Tehran  hakimiyyətinin  bu  siyasətini  daha 
dərindən anlamaq üçün 2008-ci ildə keçirilən məclis analizi faydalı sayılmaqdadır. 
Ġslahatçılar dövründən çox da fərqlənməyən, mühafizəkarlar dövrünə rast gələn bu 
seçkilərdə, KeĢikçilər ġurası 2000-ci il təcrübələrindən öyrənərək, azərbaycanlılar 
əleyhinə  apardığı  siyasətin  metodunu  dəyiĢdi,  ancaq  mahiyyəti  dəyiĢmədi.  Bu 
hadisələri aĢağıda təhlilə çalıĢacağam.  
KeĢikçilər ġurası,  Urmiyada  35 nəfər Türkün adaylığını təyid edərək  yenə 
Türklərin səsini bölməyə çalıĢdılar. Bunun qarĢısında  Abdurrəhman NəqĢi adında 
hakimiyyət  yandaĢı  tək  bir  kürdün  səlahiyyətini  təyid  etməkdən  neçə  hədəf 
güdürdülər. 
a)  Türkləri  azınlıqda  göstərmək  üçün  qarĢı  tərəfin  səsini  bölmədən  birinci 
turda,  Türklərin  səsinin  bölünməsindən  faydalanaraq  kürd  vəkil  çıxarmaq.  Çünki 
çox  gözəl  bilirlər  ki,  ikinci  turda  Türklərin  səsini  bölmə  mexanizmi  olmadığına 
görə  qarĢı tərəfin səs gətirməsinə imkan yoxdur. 


49 
 
b)  Milliyyətindən  asılı  olmayaraq  öz  tərəfdarlarından  birini  məclisə 
göndərmək. 
c)  Siyasi  hesab-kitabdan  çox  da  baĢı  çıxmayan  Molla  Həsəni  və 
tərəfdarlarına müsbət münasibətlərini sübut etmək. 
Ortaya  çıxan  nəticələr  göstərir  ki,  Tehran  xəta  etmiĢdir  və  uduzmuĢdur. 
Birinci  hədəfdəki  xəta  seçkilərin  nəticəsində  gizlənmiĢdir.  Çünki  248640  səsdən, 
onların  dəstəklədiyi  Abdurrəhman  sadəcə  57500  səs  qazanmıĢdır.  Bu  ölçü  dəyəri 
hətta  ikinci  Ģəxs  olan  Cavad  Cahangirzadədən  də  aĢağı  qalmaqla  birgə,  keçən 
seçkilərə nisbət təqribən 20% az olsa da birinci səs gətirən Türk əsilli seyid Səlman 
Zakiri 67000 səs ilə millət vəkili olaraq təqribən keçən seçkilərdəki eyni mərhələyə 
nisbətlə 10% artım göstərmiĢdir. 
Bu bir tərəfdən də göstərir ki, bölgədə yaĢayan kürd  əsillilərin bir bölümü, 
öz  gələcəklərini  və  mənafelərini  qorumaq  üçün  terrorist  dəstələrin  və  ya  ari 
irqçilərinin  arxasınca  getməkdən  imtina  edə  bilərlər.  DüĢünə  bilərlər  ki, 
qonaqpərvər Urmiya əhalisi ilə dostca yaĢamaq hər iki millətin xeyrinədir. 
Burada  bir  haĢiyə  çıxaraq,  gizlin  adlarla  yazı  yazıb  “Türklər  gücləndikcə 
bölgədəki  millətlər  arasında  savaĢ  yerinə  barıĢ  olacağı”  fikrini  anlamayan  və  ya 
anlamaq  istəməyən  qızıl  irticai  təfəkkür  sahibləri  soydaĢlarımıza  bir  oyanıĢ  və 
anlayıĢ qamçısının da vurulduğu anlaĢılmaqdadır. 
Azərbaycan milli hərəkatının ayıq fəallarının çalıĢması nəticəsində meydana 
girən  Türk  milləti  ikinci  mərhələdə  Türklərə  səs  verərək,  hər  üç  vəkili  də 
özlərindən  seçdilər.  Beləliklə,  ikinci  hədəflərinə  çatmaq  üçün  oxları  daĢa  dəydi. 
Tehranın  üçüncü  oyununun  özlərinə  qayıtması  üçün  milli  hərəkatçıların  ifĢası 
böyük təsir göstərdi. 
Əlavə  etmək  lazımdır  ki,  o  vaxt  kürd  terrorçularının  açıq-aydın  ərazi 
iddialarını  görməyəcək  qədər  bəsirət  gözlərinin  qarĢısına    irticaçı  ideoloji 
gözəndiriyi bağlanmıĢ bəzi insanların təbliğatı, suyun üzündəki köpükdən baĢqa bir 
mahiyyət daĢımadı.  Hələ də Kürdistan dağlarında sərmayədarlığın əleyhinə savaĢa 
hazırlanmaq  yuxusunda  olan  bu  insanların  həqiqətən  beyin  yarıqlarının  içində  nə 
olduğu  aydın  deyildir.  Bunların  fikirlərinədn  anlaĢıldığına  görə,  Türkün  qanını 
tökülməsinin  əhəmiyyəti  olmadığı  halda,  özünü  və  torpağını  qorumaq  üçün 
məbada günə hazırlamaq nəticəsində ortaya çıxacaq durum qanxorluq olacaqdır. 
Millət açıqcasına bu siyasi sıngınların taktikalarını anlayaraq “yox” deməyi 
bacarmıĢdır.  Ġçlərindəki  düyünləri  boĢaldaraq  ziddi-milli  yollarını  millətin  önünə 
sərdikləri  üçün  xəta  etdikləri  də  aydınlaĢmıĢdır.  Millət  baĢa  düĢmüĢdür  ki,  öz 
qurtuluĢunu  təmin    etmək  üçün  Ģahqulu,  rusqulu  və  imamquluna  ehtiyac  yoxdur. 
MütəĢəkkil olub güc  mərkəzinə dönüĢərsə, bütün problemlərin həllinə nail olaraq 
qalib gələcəkdir. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə