Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

39 
 
çatmağı bacarmıĢdı. 1946-cı ildə cümhuriyyətin çöküĢündən sonra və 1953-cü ildə 
yeni  ümidlərlə  dəstəklədikləri  Müsəddiq  hökumətinin  çevriliĢlə  düĢürülməsinin 
ardından  yer  altına  çəkilən    ĠKDP-nin  1954-cü  ildə  keçirilən  bir  konfransında 
partiyanın yeni öncəlikləri: “monarxiyanın yıxılması, öz xalqının seçdiyi hökumətə 
sahib  kürd  idarəsinin  qurulması  və  bütün  Kürdistanın  qurtuluĢu”  (13,  s.251) 
Ģəklində  sıralanmıĢdı.  ĠKDP-nin  1954-cü  il  proqramı,  1945-ci  ildəkinə  görə  daha 
radikal  bir  cizgiyə  keçdiyini  ortaya  qoymaqdadır.  Bu  da  mərkəzin  tətbiq  etdiyi 
hərbi  eyləmlər  və  basqıçı  siyasətlər  sonucu  çevrənin  radikallığa  yönəlməsinin  bir 
örnəyidir.  Sonrakı  illərdə  ĠKDP    üzvləri  hərbi  yöntəmlərə  baĢ  vuraraq,  Ġranlı 
güclərlə uzun sürə savaĢdılar. 1973-cü ildə ĠKDP-nin III Qurultayında “Ġran üçün 
demokratiya,  Kürdistan  üçün  muxtariyyət”  Ģüarı  yenidən  qəbul  edilərək,  formal 
olaraq hərbi eyləmlərin davam etdirilməsi qərara alındı. Ġnqilabın baĢlaması ilə 30 
illik  yeraltı  həyatının  ardından  açıq  fəaliyyətə  keçən  ĠKDP-nin  yeni  strategiyası 
federal  Ġran  içində  tək  birim  altında  birləĢmiĢ  Kürdistan  üçün  muxtariyyət  tələbi 
Ģəklində ifadə edilmiĢdi. Siyasi muxtariyyəti içərən bu avtonom yapı içində kürdlər 
iç  iĢlərində  və  bölgə  idarəsində  hegemon  olmaqla  birlikdə,  Tehranın  xarici  iĢlər, 
maliyyə,  müdafiə  və  ordu  üzərində  kontrolu  nəzərdə  tutulurdu.  Ġnqilabdan  sonra 
kürd  etnosiyasi  hərəkatının  bölgədə  qanlı  çatıĢmalarla  basdırılmasının  və  ĠKDP 
üzvlərinin  Ġraqa  keçməsinin  ardından  yenə  uzun  illər  sürəcək  partizan  savaĢları 
dönəmi  baĢladı.  Bu  da  kürd  bölgələrinin  militarizə  olması    və  kürd  xalqı  içində 
millətçi  duyğuların  kök  salması  ilə  sonuclandı.  Mərkəz-çevrə  münasibətləri 
bağlamında  isə  hərbi  eyləmlərin  mərkəzə,  problemlərin  çözümünü  ertələməkdən 
baĢqa uzun vədəli qazanc gətirmədiyi kimi, çevrə üzərində də yıpradıcı (aĢındırıcı) 
etki  yaratdığı  açıqca  ortadır.  Bu  səbəblə,  ĠKDP  1993-cü  ildə  partizan  savaĢında 
zəfər  çalacaqlarına  dair  inam  və  bəkləntilərinin  qalmadığı  yönündə  bəyanatlar 
yayınlamıĢdı.  ĠKDP-nin  3  iyul  2004  tarixində  keçirilən  XIII  qurultayında 
partiyanın  “Ġran  üçün  demokratiya,  Kürdistan  üçün  muxtariyyət”  Ģəklində 
özətlənmiĢ  əski  strategiyasının  dəyiĢdirilərək,  yeni  strategiyasının  “Ġran  üçün 
demokratik, federal və plüralist sistem və bu sistem içində Kürdistan xalqının milli 
haqlarının  təmin  edilməsi”  olaraq  bəlirləndi  (20).  ĠKDP-nin  yeni  strategiyasının 
yeni  dönəmdə  partiyanın  Ġranda  federal  yapının  yaradılması  üçün  çalıĢacağını 
ortaya qoymaqla birlikdə, Kürdistan üçün nə cür bir idarə biçimi hədəflədiklərinin 
bəlirsiz  olduğunu  da  göstərməkdədir.  Habelə,  yeni  strategiya,  mərkəz-çevrə 
münasibətləri  bağlamında  incələndiyində,  çevrənin  yeni  dönəmdə  mərkəzdəki 
rejim  dəyiĢikliyini  yeni  ümid  və  bəkləntilərlə  arzuladığını  və  Ġran  üçün  tək  çarə 
olaraq  görülən  plüralizm,  demokratiya  və  federallaĢma  istəyinin  yeni  dönəmdə 
gerçəkləĢdiriləcəyinə inandığını da ortaya qoymaqdadır.  
Son  illərdə  Ġrandakı  kürd  etnosiyasi  hərəkatı  açıq  çatıĢma  sahəsindən 
çıxaraq  gizli  dirəniĢ  mərhələsində  davam  etməkdədir.  Bu  mərhələni  xarakterizə 


40 
 
edən  bir  baĢqa  özəllik  isə  əski  dönəmlərdən  fərqli  olaraq  Ġrandakı  kürd  qrupların 
getdikcə Ġran dıĢındakı digər kürd qruplarla iĢbirliyinə girmə giriĢimlərinin artdığı 
yönündəki  bəlirtilərdir.  Məs,  PKK  Ġran içində  fəaliyyət  göstərən  “Xabat”  adlı bir 
qrupa sahibdir. Habelə, Ġranlı kürdlər Ġraq içində kiçik bir hərbi bazaya sahibdirlər. 
Ġran  Kürdistanı  son  illərdə  ən  çox  əhali  gələn  bölgələrdən  biri  halına 
gəlmiĢdir. 
Ġllərcə  
Türkiyədə  və  Ġraqda  çatıĢmaların  yaĢandığı  bölgələrdən  qaçan  kürdlər  daha  çox 
Ġran  Kürdistanına  yerləĢmiĢlər.  Bu  durum  bölgədəki  kürdlərin  həm  əhalisinin 
çoxalmasına, həm də Ġran dıĢındakı kürdlərlə qaynaĢmalarına səbəb olmuĢdur.  
1997-ci  ildə  keçirilmiĢ  prezident  seçkilərində  Ġrandakı  kürdlərin  75%-dən 
çoxu səslərini reformist namizəd Məhəmməd Xatəmiyə vermiĢlər. 2000-ci ildə 18 
kürd  millət  vəkili  Ġran  məclisinə  girməyi  baĢarmıĢdır.  Bu  seçkilərin  ardından  iki 
kürd  bölgəsindəki  seçki  sonuclarının  Qoruyucular  Qurulu  tərəfindən  (ġura-yi 
Nigahban) ləğv edilməsi olayının Kürdistan əyaləti valisi Abdullah Ramazanzadeh 
tərəfindən  protest edilməsi üzərinə qurul, onun  haqqında “yalan  xəbərlər  yayma” 
iddiası  ilə  tutuqlama  qərarı  vermiĢdir.  Kürdlərin  çoxu  hələ  konstitusiyanın  etnik 
haqlarla  bağlı  maddələrinin  yaxın  zamanda  tətbiq  olunacağı  ümidini 
daĢımadadırlar. Mart 2002-ci il tarixində Kürdistan əyalətini Məclisdə təmsil edən 
kürd millət vəkillərinin hamısı kürdlərə və sünnilərə qarĢı ayrımçılığı protest etmək 
məqsədilə  millət  vəkilliyindən  istefa  etmiĢlər.  1998-ci  ildə  sakit  keçən  illərin 
ardından ilk dəfə  Sənəndəcdə  və  Urmiyada  Öcalanın tutuqlanması  olayını protest 
etmək  və  Türkiyədəki  kürdlərlə  həmrəylik  sərgiləmək  məqsədiylə  göstəriĢlər 
keçirildi.  Göstərilər  sırasında  polis  qüvvələri  ilə  çatıĢmalar  çıxdı  və  və  bu 
çatıĢmada  ölən  və  yaralananlar  oldu.  ÇatıĢmaların  çıxmasında  bölgənin  iqtisadi 
geriliyi  və  iĢsizlik  sorunu,  habelə  bir  neçə  sünni  məscidin  qapadılması  olayı  da 
etkili olmuĢdur. Mucteba Maksudinin də bəlirtdiyi kimi “bu olay kürd probleminin 
nisbi  susqunluq  halında  olduğunu  və  bir  qığılcımla  yenidən  alovlana  biləcəyini” 
(15, s.312) göstərmiĢdir. 
 
Ərəblərin etnosiyasi mobilizasiya bağlamında analizi 
 
Xuzistan bölgəsi Ġranın cənub hüdudunda yerləĢməsi və Bəsrə körfəzindəki 
digər ərəb ölkələrinə coğrafi yaxınlığı səbəbiylə Ġran üçün hər zaman sorunlu bölgə 
olmuĢdur.  Əyalətdəki  Ərəb  əhalinin  sıxlığı  və  zəngin  neft  qaynaqları  bölgənin 
stratejik önəmini daha da artırmaqdadır. Ġran-Ġraq arasındakı hüdud xətti 1336 km. 
uzunluğundakı  ġartül-Ərəb  çayı  boyunca  uzanır.  1980-ci  ildə  Ġraqın  ġartül-Ərəb 
çayını  keçərək  bölgə  üzərində  haqq  iddia  etməsi  iki  ölkə  arasında  8  il  sürəcək 
savaĢı  da  baĢlatdı.  SavaĢdan  sonra  Ġslam  Ġnqilabının  ixracından  çəkinən  Ġraq  və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə