Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

45 
 
16. Benitorof Yusuf. Nazari be Meseleyi Arabi Kuzistan    (halki Arabi der 
Ġran), Abadan Neft Fakültesinde 11.14. 1357 (1978) tarihinde etdiyi çıxıĢın özeti, 
Farsca mətn. 
17.  Qeyseri  N.  “Govmiyeti  arab  ve  Hovviyeti  Melli  der  c.  Ġran”,  “Feslnameyi 
Mutaleati Rahbordi”, No: 1 bahar, Tehran, 1377 
18.  www.al-ahvaz.com.  Arap  Demokratik  Halk  Cephesi  bildirisi,  eriĢim 
12.07.2004 
19. www. tribun.com. “Ġranın geleceği” konulu Londra seminarı, eriĢim 27.05.04 
20. www.peykeiran.com. eriĢim 10.07.2004, tam mətn üçün bkz: ek 3 
21. www.warhol-monitor.bbc.co.uk. eriĢim, 17 aprel 2002 
 
 
Böyük Rəsuloğlu 
(Oslo, Norveç) 
 
GÜNEY AZƏRBAYCANI KÜRDLƏġDĠRMƏ SĠYASƏTĠ 
 
Bu  baĢlıq  altında  yazı  yazmağa  o  qədər  çox  fikir,  material  və  siyasi  təhlil 
meydanı vardır ki, hardan baĢlamağa çətinlik çəkirsən. Bu gün təqribən bütün kürd 
təĢkilatları  tərəfindən  Batı  Azərbaycan  Kürdistan  olaraq  göstərilməkdədir  ki,  bu 
təcavüzkar siyasət uzun bir tarixə malikdir. 
Ġslam  inqilabından  öncə,  çalıĢdığım  mühəndis  müĢavir  Ģirkəti, 
Azərbaycanın  tanınmıĢ  ailələrindən  olan,  cənab  mühəndis  Rəhmətullah  bəy 
Müqəddəm  Marağaiyə  aid  olduğuna  görə,  inqilabdan  sonra  bağlandı.  Dəyərli 
dostum,  cənab  mühəndis  Faizi  (ġəriətmədarinin  müridlərindən  olan,  ayətullah 
Foizinin  bacısı  oğlu)  Batı  Azərbaycanın  çiçəkləndirilməsi  üçün  çeĢidli  projelərin 
icrasına  yardım  etməyimi  istəmiĢdi.  Mən  də  o  zaman,  bütün  aydınlar  kimi  islam 
inqilabının  ədaləti  təmininə,  millətlər  arasında  ayrı-seçkiliyə  son  qoyulacağına 
inandığım  üçün  bu  təklifi  qəbul  etdim.    Urmiya  ustandarlığının  inkiĢaf  müavini 
olan Faizi bəy projelərin araĢdırılması üçün Tehranın Vənək meydanında yerləĢən 
“Ġritek” mühəndis müĢavir Ģirkəti ilə müqavilə imzaladığına görə, mən də orada iĢə 
girdim.  
Bu xatirəni yazmaqdan iki hədəfim var: 
a)  Batı  Azərbaycanın  bütün  bölgə  və  Ģəhərlərində,  Urmiya,  Salmas,  Xoy, 
Qaraziaddin,  Qaraeyni  (Siyah  çeĢmə),  Maku,  Ərəblər  (PoldəĢt),  Sulduz,  ÜĢnü, 
Xana,  Soyuqbulaq,  QoĢaçay,  Tikantəpə,  Sayınqala  kimi  yerləĢim  mərkəzlərinin 
ərazisini  qarıĢ-qarıĢ  gəzmiĢəm.  Bölgə    insanı  ilə  geniĢ  tanıĢlığımın  yanında, 
projelərin həyata keçməsində lazım olan araĢdırmaları yeritmək üçün bütün dövlət 


46 
 
orqanları, özəlliklə “plan organizasyon” idarəsinin bölgə haqqındakı çalıĢmalarının 
nəticəsi  ixtiyarımızda  idi.  Öz  fəaliyyətimizlə  yanaĢı,  bu  idarələrin  sosial,  iqtisadi, 
etnik,  mədəni  və  siyasi  araĢdırmaları,  xəritə  və  raportları,  bölgədəki  durumu 
dərindən anlamağıma imkan yaratmıĢ oldu. Ona görə, yazıda iĢarə edəcəyim bilgi 
və məlumatlar qondarma deyil, həqiqətdir və real faktları əks etdirir. 
b) Həmin Ģirkətin Tehrandakı mərkəzi idarəsində bir gün toplantıdan sonra, 
baĢqa  mühəndislərin  yığıĢdığı  bir  otağa  dəvət  edildim.  O  otaqda  bir  kürd  və  bir 
erməni  çalıĢmaqdaydı.  Birinin  baĢının  üstündə  Böyük  Kürdistan  xəritəsi,  o 
birisininkində  Böyük  Ermənistan  xəritəsi  asılmıĢdı.  Hər  iki  xəritədə  Azərbaycan 
torpaqlarının  böyük  hissəsi  iç-içə  yerləĢdirilmiĢdi.  Təbriz  üstündə  savaĢırdılar. 
Mən  onlara  dedim  ki,  “lütfən  bölüĢüb  barıĢandan  sonra,  biz  azərbaycanlıları  hara 
sürgün  edəcəyinizi  tezliklə  bildirin”.  Oturanların  yanında  utansalar  da,  Ģovinist 
düĢüncə və faĢist davranıĢın meydanından qurtulmaları mümkün deyildi. 
Güney  Azərbaycanın,  özəlliklə  batı  bölgələrinin  kürləĢdirmə  siyasətində 
çeĢidli amillər durmaqdadır. 
 
a) Ġranda ari irqinə dayanan farsçılıq siyasəti 
 
Hər  nə  qədər  də  ötən  yüzildə  Güney  Azərbaycan  türklərini  öz  milli 
varlığından  qoparıb,  irqçi  fars  Ģovinizminin  fədaisi  halına  gətirmiĢ  olsalar  da, 
qonĢusunda  Atatürkün  yaratdığı  Türklük  ruhiyyəli  bir  dövlət,  farsların  gözündən 
qaçmamıĢdır.  YatmıĢ  millətin  bir  gün  oyanacağı,  öz  kimliyini  tanıdıqda,  Türk 
dövlətinə  gerçək  gözlə  baxacağına  görə  ayaqlanacağı,  onların  fikrini  davamlı 
məĢğul  etmiĢdir.  Təbii  olaraq  Quzey  Azərbaycanın  varlığı,  özəlliklə  müstəqil 
Azərbaycan  Cümhuriyyətinin  yenidən  bərpası  bu  qorxunu  ikiqat  artırmıĢdır.  Say 
etibarı ilə ölkənin yarısını təĢkil edən bu millətin yox edilməsi, bütün milli varlığını 
talamaqla  birlikdə,  yaĢadığı  coğrafiyada  baĢqa  millətlərlə  qarıĢdırılması  da 
düĢünülmüĢdür. Azınlıqda olan farsların Güney Azərbaycana göndərilməsi projesi, 
Azərbaycana  gələnlərinin  heç  olmasa,  uĢaqlarının  türkləĢməsi  nəticəsində  baĢarılı 
olmamıĢdır. Onun üçün iki yol seçilmiĢdir. 
-  Azərbaycanın  iqtisadiyyatını  dağıdaraq,  Tehranı  inkiĢaf  etdirib,  Türkləri 
çörək  dalınca  oraya  çəkib,  əritmə  ocağında  farslaĢdırma  fabrikası  yaratmıĢ  və 
baĢarılı da olmuĢdur. 
-  Kürdlərin  Azərbaycana,  özəlliklə  Batı  Azərbaycana  köçünə  yardımçı 
olaraq, buna böyük imkan yaradaraq, bir yandan yuxarıdakı hədəfə çatmaq, o biri 
yandan da balans yaratmaq siyasəti güdülmüĢdür. Bu vasitə ilə azərbaycanlıları hər 
hansı  bir  tərpəniĢdə  məhdudlaĢdırıb,  eyni  halda  kürd  talanları  ilə  qorxutmaq 
məqsədi də təqib edilmiĢdir. 


47 
 
Bu  siyasət  Pəhləvi  dövründə,  kürdlərin  ari  irqinə  mənsub  olduqlarını 
təbliğatla davam etmiĢdir. Həmin təfəkkür əsasında Rza Ģah, minlərlə türkün qatili 
olan  Ġsmail  ağa  Simitqonu  yaxaladıqdan  sonra  onunla  davranıĢı,  Bayat  türklərinə 
mənsub  olan  və  kürd  baĢçısı  ġeyx  Əbidullahın  Urmiyada  törətdiyi  soyqırımın 
qarĢısını  alan  Maku  sərdari  Ġsmail  ağa  Bayat  Makuyi  ilə  davranıĢın  müqayisəsi 
anlamlıdır.  Oğlu  Məhəmməd  Rza  Ģah,  molla  Mustafa  Bərzanini  Tehranda 
barındıraraq,  tüfəngçilərinə  Batı  Azərbaycanda  böyük  imkanlar  yaratmıĢdır.  Bir 
yandan da Güney Azərbaycanın Binab Ģəhərində bölgənin ən güclü radio ötürücüsü 
yaradaraq  “ey  kürd,  dünyanın  hər  yerində  olursan,  təmiz  ari  irqinə  mənsub 
iranlısan” (oxu farssan. B.R.) Ģüarı ilə beyinlərini yumuĢdur. 
O zaman sərhəd bölgələrində qaçaqmalçılıqla böyük maddi imkan qazanan 
kürdlərin Tehran tərəfindən dəstəklənməsi kimsəyə sirr deyildir. Kürd xanlarının, o 
cümlədən  Türkiyə  sərhədlərinə  yaxın  bölgə  kürdlərinin  baĢçısı  RəĢid  bəyin  Ģah 
tərəfindən  necə  qullandığı  bilinməkdədir.  Onu  və  onun  tayfasını  Urmiyada 
yerləĢdirən Ģah rejimi, bu məsələdən faydalanmaq üçün, dəridən-qabıqdan çıxırdı.  
Ġslam  inqilabından  sonra,  hakimiyyətin  kürdlərlə  məzhəb  baxıĢındakı 
fərqliliklər,  baĢqa  bir  durum  yaratdı.  Bir  tərəfdən,  kürdlərin  qiyamı,  Sulduz, 
Urmiya,  QoĢaçay  kimi  türk  Ģəhərlərinə  hücumu,  bir  tərəfdən  də  Azərbaycan 
problemi  ilə  bağlı  balans  siyasətini  təqib  edilməsinin  vacibliyi,  Tehranı  yol 
ayrıcında qoydu. Dini zaviyədən ölçülən məsələ, Tehranı açıqca himayətdən nisbi 
olaraq  çəkindirsə  də,  baĢqa  yollar  seçməyə  məcbur  etdi.  Qaçaqçılıqla  qazancın 
miqdarı  artaraq  kürdləĢdirmə  siyasəti  yeriyirkən,  çeĢidli  metodlarla  kürdləri 
Urmiyada  yerləĢdirmə  siyasətləri  davam  etmiĢdir.  Bu  siyasətlərin  yanında,  Batı 
Azərbaycanı  kürd  göstərmə  çabası  daha  ziyadə  seçkilərə  yönəldi.  Tehran 
hakimiyyəti,  Batı  Azərbaycanda  keçirilən  seçkilərdə,  müxtəlif  yollarla  kürd 
namizədləri  dəstəkləyərək  bu  oyuna  davam  etdi.  Bu  məsələ  ilə  bağlı  keçən  iki 
dönəm,  Urmiyada  millət  vəkilliyi  seçkilərindəki  xain  siyasətləri  aĢağıda  təhlil 
edərək, Batı Azərbaycanın baĢqa bölgələrində də, zaman və məkan Ģərtlərinə görə 
bu dəstəyin davam etdirildiyini bildirmək istərdim. 
5  may  2000-ci  il  tarixində  Ġran  islam  məclisinə  keçirilən  6-cı  dövrün, 
Urmiyadakı  seçkilərinin  analizində,  Tehran  oyunlarının  açıqca  göründüyü 
inkaredilməzdir.  Belə  ki,  Urmiya  bölgəsində  cəmiyyətin  15%-ni  təĢkil  edən 
kürdlər,  birinci  mərhələdə  15  nəfər,  Türklər  isə  60  nəfərin  adaylığını  qoydu. 
“KeĢikçilər  ġurası”  kürdlərdən  3  nəfər,  Türklərdən  60  nəfərin  hamısını  təyid 
edərək  qeydiyyatdan  keçirdi.  Bölgədən  3  nəfər  millət  vəkili  seçiləcəyinə  görə, 
kürdlərin  səsi  bölünmədən,  Azərbaycan  Türklərinin  səsi,  60/3=20  yerə 
parçalanmıĢdır. Belə ki, Mavanalı kürd Fətullahpur birinci mərhələdə 74027, yəni 
25.1%  səs  alaraq,  0.1%  üstünlük  ilə  vəkil  oldu.  Dörd  namizəd,  Fəttah  Hüseyni  – 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə