Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

41 
 
Bəsrə  körfəzindəki  digər  ərəb  ölkələri  bölgədəki  millətçi  qrupları  maliyyə 
baxımından dəstəkləməyə davam etmiĢlər (15, s.364). 
Xuzistanda  neftin  kəĢfindən  və  Abadanda  Neftayırma  Zavodu  qurulmadan 
öncə  bölgə  əhalisinin  çoxunluğu  ərəblərdən  ibarət  idi.  Ancaq  bölgəyə  köç 
dalğasının sürətlənməsi ilə birlikdə Xuzistanın əhali yapısı da dəyiĢimə uğramıĢdır. 
Xuzistan bölgəsi əhalisinin sırf ərəblərdən ibarət olduğunu söyləmək doğru olmaz. 
Ərəblərin yanında bu bölgədə qaĢqaylar, lorlar, əfĢarlar və b. qəbilələr yaĢayırlar. 
Ərəblər  əsasən  Xuzistan  və  BuĢehr  ostanlarında,  habelə  qonĢu  ostanlar  – 
Hürmüzgan  Fars,  Boyer  Əhməd  və  Çahalmahalda,  habelə  dağınıq  olaraq  Ġlam, 
Kirman,  Xorasan,  Tehran  və  Semnan  ostanlarında  məskundurlar.  Xuzistan 
ostanında yaĢayan ərəblər Bəsrə körfəzi, güneydə Mərhələnd Ruddan (ġartül-Ərəb) 
quzeydə ġiĢ Ģəhərinədək uzanan bölgədə lor bəxtiyarilərinin qərbində yerləĢmiĢlər. 
R.Blaga,  dəqiq  olmamaqla  birlikdə  Ġrandakı  ərəblərin  sayının  400.000-1.200.000 
olduğunu  bəlirtmiĢdir  (4,  s.  333).  Ərəb  qaynaqları  isə  ərəb  əhalinin  2.000.000  – 
2.500.000 olduğunu irəli sürürlər.  
Yusuf Bənitorof, ġeyx Xəzəl üsyanının bastırılmasından bu günədək ərəblər 
arasında  3  cərəyanın  mövcud  olduğunu  bəlirtmiĢdir:  1)  istiqlalçılar;  2)  Xuzistan 
ərəblərinin  baĢqa  ərəblərlə  birləĢməsi  tərəfdarları;  3)  Muxtariyyət  yanlıları,  yəni 
Ġranın içində avtonomiyadan yana olanlar. Ġkinci cərəyan tərəfdarları yox deyəcək 
qədər  azdır.  Ġstiqlal  tərəfdarları  olmuĢdur  və  hələ  də  mövcuddur.  Abdel  Naserin 
öndərliyindəki Ərəb Millətçiliyi Ərəb ölkələrində milli oyanıĢa səbəb olduğu kimi 
Xuzistan  ərəbləri  üzərində  də  etkili  olmuĢdur.  Bunun  sonucunda  Al  Cibhe  Tahrir 
Ərəbistan  (Ərəbistan  Azadlıq  Cəbhəsi),  Al  Cibhe  al  Şabiye  Tahrir  al  Ahvaz 
(Əhvazın Azadlığı Uğrunda Xalq Cəbhəsi) və Al Harəke al Suriye al Demokratiye 
(Ġnqilabçı Demokrat Hərəkatı) kimi təĢkilatlar ortaya çıxdı (16). 
Bənitorof,  Ġslam  Ġnqilabından  sonra  Xuzistan  ərəbləri  arasındakı  çeĢidli 
cərəyanları belə təsnif etməkdədir: 
“Ġstiqlalçı  və  ayrılıqçı  cərəyanın  həm  ölkə  içində,  həm  də  ölkə  dıĢında 
tərəfdarları  vardır.  Demokratik  rejim  iĢ  baĢına  gəldikdən  sonra  ərəblər  milli 
haqlarına  qovuĢacaq  və  dolayısıyla  ayrılıqçı  fikirlərdən  vaz  keçəcəklər.  Milli 
məsələnin  çözümündə  ən  məntiqli  yol  olaraq  görünən  üçüncü  cərəyan  –  avtonom 
idarədən  yana  olanlar  çoxunluqdalar.    Avtonomiyanın  növü  və  hüquqi  bağlamda 
yapısı  bir  neçə  faktorla  yaxından  bağlıdır.  1)  Ərəblərin  milli  haqları  digər  milli 
azınlıqlar olan türklər, kürdlər və b. ilə eĢit olmalıdır. 2) Hüdudları içində yaĢayan 
milli  azınlıqlara  bütün  milli  haqlarını  tanımıĢ  olan  ölkələrin  təcrübələrindən 
yararlana bilərik. 3) Ərəbcə təhsilin (ilk, lisə  və  universitet səviyyəsində)  yanında 
farscanın  ikinci  dil,  təhsil  dili  olaraq  qəbul  edilməsi;  Ərəbcə  basın  və  yayın; 
Məhkəmələrdə  farsca  bilməyənlərin  ərəbcə  danıĢa  bilməsi;  yerəl  idarələrdə  əhali 
oranına  görə  təmsilin  sağlanması;  bölgənin  idarə  Ģəkli,  büdcəsi,  ordu  məsələsi, 


42 
 
muxtariyyətin qapsamı və b. xüsuslar baĢqa ölkələrin təcrübələrindən yararlanaraq 
təyin edilməlidir” (16). 
Bu  gün  etnosiyasi  mobilizasiyası  davam  edən  Xuzistan  ərəbləri,  mərkəzə 
qarĢı  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  rəqabət  içindədirlər.  Nurullah  Qeysəri, 
mövzu  ilə  bağlı  olaraq  Xuzistan  əyalətindəki  sorunları  incələmiĢ  və  bu  sorunları 
dörd sahə içində toplamıĢdır: 
1.  Sosial  sorunlar:  əhalinin  sıxlığı,  sağlıq  sisteminin  yetərsizliyi,  evsizlik 
sorunları,  iqlimin  olumsuz  Ģərtləri  və  imkanların  qısıtlı  olması,  gənclər  arasında 
narkotik bağımlılığı, iĢsizlik və b. 
2.  Mədəni  sorunlar:  təhsil  imkanlarının  yetərsizliyi  və  məktəblərin  və 
universitetlərin sayının azlığı, müəllim yetərsizliyi, 
3.  Siyasi  sorunlar:  bölgə  idarəsinin  sorunlara  duyarsızlığı,  qanunsuzluq, 
ədalətsizlik, dövlət idarələrində rüĢvət, 
4.  Ġqtisadi  sorunlar:  iqtisadi  krizis,  gəlir  azlığı,  bahalıq,  peĢə  sahələrinin 
darlığı, bölgəyə yatırım əksikliyi və b. 
Habelə,  Qeysəri,  ərəblər  arasındakı  sorunları  faizlə  ifadə  edərək,  bu 
sıralamanı etmiĢdir. Bu sıralamaya görə: 1-cı sırada 88.7% oranla sosial sorunlar, 
2-ci  sırada  65.5%  oranla  iqtisadi  sorunlar,  3-cü  sırada  40.2%  oranla  mədəni 
sorunlar və 4-cü sırada 34.5% oranla siyasi sorunlar yer almaqdadır (17, s.62). 
Mocteba  Maqsudi,  Xuzistan  ərəblərinə  aid  təĢkilatları  təsnif  edərkən,  dini 
və  dini  olmayanlar  olmaq  üzrə  iki  cür  təĢkilatdan  bəhs  etməkdədir.  AraĢdırmaçı, 
dini  olmayan  təĢkilatlara  İttihadiyeyi  Arabi  Xüzistan  (Xuzistan  Ərəb  Birliyi), 
Combuşi  Nasiyaalisti  Arab  (Ərəb  Millətçi  Hərəkatı),  Cəbheyi  Tahriri  Xuzistan
Fedayani  Xalg  və  Hizbi  Kargarani  Sosyalisti  (Sosialist  Fəhlələr  Partiyası) 
təĢkilatını  örnək  göstərməklə  birlikdə,  bu  təĢkilatların  inqilabın  ilk  aylarından 
etibarən  açıq  fəaliyyət  göstərdiyini,  ancaq  Ġran-Ġraq  savaĢının  baĢlaması  ilə  bir 
çoxunun gizli fəaliyyətə keçdiyini bəlirtməkdədir. Dini təĢkilatlara Sazmani Siyasi 
Arabi  Müsəlmanı  (Müsəlman  Ərəblərin  Siyasi  TəĢkilatı)  örnək  olaraq  göstərən 
Maqsudi,  bu  təĢkilatın  Xuzistan  ərəblərinin  haqlarının  geri  verilməsi  tələbində 
bulunduğuna,  habelə  Cümhuriyyətin  qurulduğu  dönəmdə  Xubriqan  Məclisinin 
(Uzmanlar  məclisi)  qanuni  olmadığı  fikrini  də  uzun  sürə  müdafiə  etdiyinə  də 
diqqət  çəkməkdədir.  Al  Cibhe  Tahrir  Ərəbistanın  (Ərəbistan  Azadlıq  Cəbhəsi) 
uzun  illər  Ġraq  tərəfindən  dəstəkləndiyini  irəli  sürən  araĢdırmaçı,  təĢkilatın 
liderlərinin  Xuzistan  üçün  istiqlal  tələb  etdiklərini  və  bölgənin  adını  da  Ərəbistan 
olaraq  dəyiĢdirdiklərini  bəlirtmiĢdir.  Bölgədəki  əĢirət  rəislərinin  bir  qismi 
tərəfindən  də  dəstəklənən  təĢkilat,  inqilabdan  sonra  fəaliyyətlərini  geniĢlətmiĢ  və 
bir çox üzvü rejim tərəfindən yaxalanaraq edam edilmiĢdir (15, s.357). 
 Xuzistan  ərəblərindən  olan  araĢdırmaçı  Ali  Əl-Tai  çağdaĢ  Ġranda  etnik 
haqlar  mövzusunu  ələ  alaraq, dövlətin rəsmi dil siyasətini  tənqid etməkdədir. Əl-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə