Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

76 
 
alınmıĢ  müsbət  cavab  onu  çox  sevindirir.  Sonralar  öz  xatirələrində  etiraf  etdiyi 
kimi,  “məktəbin  zəngini  vurur,  dərsdən  sonra  sinif  otaqlarını  təmizləyir,  pəncərə 
ĢüĢələrini,  stul  və  masaları  təmizləyir”.  Bülbülədəki  məktəbi  bitirdikdən  sonra 
xeyirxah  insanların  maliyyələĢdirdiyi    “Ġttihad  Ġraniyan”  məktəbinə  daxil  olur. 
ġagirdləri  əsasən  güneyli  uĢaqlardan  ibarət  olan  bu  məktəbdə  oxuyanlara 
ehtiyacları  olduqda  paltar,  dərs  ləvazimatı  almaqda  H.Zeynalabdin  Tağıyev, 
Məhəmmədəli  Tərbigət  və  baĢqaları  köməklik  göstərmiĢlər.  S.C.PiĢəvəri  bu 
yardımı  alan  Ģagirdlər  sırasında  olmuĢdur.  “Ġttihad”  məktəbini  əla  və  yaxĢı 
qiymətlərlə baĢa vuran S.C.PiĢəvəri iki illik pedaqoji məktəbə daxil olur və bütün 
boĢ vaxtlarında ardıcıl olaraq mütaliə ilə məĢğul olur. Tarix, ədəbiyyat, fəlsəfə və 
coğrafiya elmləri, özünün yazdığı kimi, onu daha çox cəlb edirmiĢ (10, s.6). 
Pedaqoji məktəbi bitirdikdən sonra təyinatla Xırdalandakı məktəbə müəllim 
göndərilir. Xırdalanda pedaqoji fəaliyyətlə məĢğul olan S.C.PiĢəvəri kirayə qaldığı 
evin  bir  otağını  savadsızlığı  ləğv  etmə  kursu  üçün  istifadə  edir.  Həmin  kursun 
axĢam  bölməsinə  yaĢlıları  da  cəlb  edə  bilir.  S.C.PiĢəvəri  pedaqoji  fəaliyyətlə 
yanaĢı  jurnalistikaya  böyük  meyl  göstərir.  O  zaman  təkcə  Bakıda  çap  olunan 
müxtəlif  məsləkli  mətbuatla  yanaĢı,  Ġranda,  Cənubi  Qafqazda  və  Rusiyada  nəĢr 
olunan qəzet və dərgilərin çoxu onun gündəlik mütaliəsinin mühüm hissəsini təĢkil 
etmiĢdi.  Bakının  o  zamankı  siyasi  mühiti,  görkəmli  siyasi  xadimləri,  ədiblərin 
fəaliyyəti,  müxtəlif  yönlü  siyasi,  elmi,  bədii  dərnəklərin,  cəmiyyət  və  partiyaların 
varlığı  –  bütün  bunların  gənc  Seyid  Cəfərin  dünya  görüĢünün  formalaĢmasında, 
siyasi-ədəbi xadim kimi yetiĢməsində böyük təsiri olmuĢdur. 
 
S.C.PiĢəvəri gənclik illərində 
 
S.C.PiĢəvəri gənclik illərində mübarizə meydanına əvvəl müəllimlik, sonra 
isə  jurnalistik  fəaliyyəti  ilə  atılır.  Ġlk  məqalələrini  Məhəmmədəmin  Rəsulzadənin 
nəĢr  etdiyi  “Açıq  söz”  qəzetində  çap  etdirir.  Müxtəlif  siyasi  dərnək,  cəmiyyət  və 
firqələrə  yaxınlaĢır.  Əvvəl  Ġran  sosial-demokrat  partiyasının  məramına  qoĢulan 
S.C.PiĢəvəri  Rusiyadakı  1917-ci  il  çevriliĢlərindən  sonra  Nəriman  Nərimanovun 
yiyələndiyi  məfkurəyə  köklənir.    O  da  N.Nərimanov  kimi  Millətinin  nicatını 
Moskvadan,  Lenindən  umanlar  sırasına  keçir.  20-ci  illərin  sonunadək  bu  məfkurə 
ilə  yaĢayır  və  mübarizə  aparır.  O,  kommunist  məzmunlu  “Ədalət”  partiyasının, 
sonra  isə  Ġran  Kommunist  partiyasının  tanınmıĢ  simalarından  olur.    “Azərbaycan 
Cüze  Layənfək  Ġran”  qəzetinin  redaktoru  olarkən  azərbaycançılıqdan  bütöv 
irançılığa  meyillənir.  Adı  çəkilən  qəzetin  səhifələrində  S.C.PiĢəvərinin 
(Cavadzadənin) məqalələrini oxuyarkən Güney Azərbaycan Ġranın ayrılmaz hissəsi 
hesab edilir və onun taleyinin həllini Ġranın bütövlüyü kontekstində görür. 


77 
 
S.C.PiĢəvərin  siyasi  fəaliyyətinin  ilk  10  ilində  (1917-1927)  kommunist 
məfkurəli  bir  ziyalı  kimi  sovetlərin  köməkliyi  ilə  ġərqin  əzilən  xalqlarının  (o 
cümlədən  Ġran  xalqlarının)  azad  olacağına,  xalqının  “sosializmin  xoĢbəxt 
günlərinə”  qovuĢacağına  inanırdı.  Bu  inam  baĢqa  milli  ruhlu  kommunist 
mübarizlər kimi S.C.PiĢəvərini də bir müddət öz orbitində saxlaya bilmiĢdi. 
1920-ci  ildə  Gilan  inqilabçılarını  meydanda  tək  qoyan,  1921-ci  ildə  Ġranın 
irticaçı  dövləti  ilə  “Dostluq  və  QardaĢlıq  haqda  Moskva  müqaviləsi”ni  bağlayan 
Sovet  Rusiyasının  ikibaĢlı  oyunları  Ġranın  demokratik  qüvvələri  sırasında 
S.C.PiĢəvərinin də tərz-təfəkküründə dəyiĢikliyin rüĢeymini qoyur. Millətini sevən 
Nəriman  Nərimanovun  heç  bir  əsaslı  səbəb  olmadan  Bakıdan  uzaqlaĢdırılıb, 
Moskvaya  “böyük”  vəzifəyə  aparılması  və  1925-ci  ildə  onun  müəmmalı  ölümü 
S.C.PiĢəvərini daha artıq narahat edib sarsıtmıĢdı. 
1930-cu  ilin  dekabrında  Tehranda  “dövlətə  qarĢı  pozuculuq”  ittihamı  ilə 
həbsə  alınmıĢ  S.C.PiĢəvərinin  istintaq  zamanı  müstəntiqin  suallarına  verdiyi 
cavablar  göstərir  ki,  Sovet  rəhbərliyinin  bir  sıra  əməlləri  S.C.PiĢəvəridə  ideoloji 
dipresiya  əmələ  gətirmiĢdi.  20-ci  illərin  sonunda  tutduğu  siyasi-ideoloji  yoldan 
baĢqa  xəttə  -  qeyri  kommunistlik  xəttinə  -  demokratlıq  xəttinə  keçid  fikri 
yaratmıĢdı.  Həbsə  alınarkən  müstəntiqin:  “Siz  kommunistlik  əqidəsində 
qalırsınızmı?” sualına S.C.PiĢəvəri: 
“Əvvəlki cavablarımda da demiĢəm, xeyir, daha mən bu əqidədə deyiləm”. 
Müstəntiq: “Səbəbi nədir?” 
S.C.PiĢəvəri: 
“Kommunistlərin  məramları  haqda  mənim  əvvəllər  yetərincə  məlumatım 
yox  idi.  7-8  illik  mütaliəm,  Ģahidi  olduqlarım  və  gördüklərim  mənə  sübut  etdi  ki, 
bu  məramın  Ġranda  ayaq  tutması  çox  tezdir.  Kommunistlər  fəhlə  sinfinə 
arxalanırlar. Onların dayağı fəhlə  sinfidir. Bu sinif isə  Ġranda  yox dərəcəsindədir. 
Təsəvvür  etmirəm  ki,  100  il  bundan  sonra  da  burada  o  bir  sinif  kimi  ortaya  çıxa 
bilsin  və  millətin  əksəriyyətini  təĢkil  etsin.  Mən  son  illərdə  Bakıda  olarkən 
hakimiyyətə  yeni  gəlmiĢ  kommunistlərin  çoxu  Arazın  bu  tayından  gələnlərə 
əvvəlki səmimiyyəti göstərmirlər. Bizə inanmırlar. Mühüm iĢləri bizimkilərə etibar 
etmirlər. Yeri gəldikdə onları təhqir etməkdən də çəkinmirlər. Bu hərəkətlər məni 
məyus  etdi.  Qacarların  devrilməsi  məni  nikbin  etmiĢdi,  lakin  sonra...  1925-ci  ildə 
Moskvaya  getdim,  mübarizəmizi  davam  etdirmək  üçün  onlardan  kömək  istədim. 
Məni Kominternin Yaxın  və  Orta ġərq bölməsinin rəisi Kitayqorodski adlı Ģəxsin 
yanına  yolladılar.  Onun  qeyri-ciddi,  hoqqabaz  adam  olduğunu  görərkən  çox 
sarsıldım” (9, s.7-70). S.C.PiĢəvərinin istintaqda söylədiklərini onun öz səhvlərinin 
etirafı  kimi  də  baĢa  düĢmək  olar.  O,  sonralar  “Ajir”  qəzetində  çap  etdirdiyi 
məqalələrin birində ictimai məsəllərin riyaziyyat məsələləri kimi sabit formul və ya 
düsturla  həll  olunmadığını  göstərərək  yazırdı  ki,  “fəaliyyətdə  olan  adam  əməldə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə