Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

67 
 
soyqırımında    ölənlərin  sayını  100  min  nəfər,  Əhməd  Kəsrəvi  “Azərbaycanın  18 
illik  tarixi”  kitabında  130  min  nəfər  (14,  s.  763),  Urmiyada  çıxan  “Nəvide 
Azərbaycan”  qəzetində  Camal  Ayrumlunun  məqaləsində  150  min  nəfər  (9,  13 
mart,  2001)  göstərilir.  Olayların  üstündən  80  ildən  çox  vaxt  keçdiyindən  çoxlu 
qurbanların  hesabdan  kənarda  qaldığı  Ģəksizdir.  Ermənilərin  olmayan  soyqırım 
haqqında geniĢ miqyasda böyük vay-Ģivən qopartdığı bir vaxtda, Xocalı faciəsinin 
dünya  ictimaiyyətinə  yetərincə  çatdırılmadığı  bir  zamanda  100  ildən  artıq  bir 
vaxtda  ermənilərin  türklərə  qarĢı  vaxtaĢırı  soyqırımları  haqda  həqiqətləri  tədqiq 
edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimaiyyətinin 
borcudur, soyqırım qurbanlarının ruhları qarĢısında bizim vətəndaĢlıq vəzifəmizdir. 
Ermənilərin  Ġranda  özlərinə  sığınacaq  tapması  Səfəvilər  və  Qacarlar 
hakimiyyəti illərindən baĢlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən 
Pəhləvi  xanədanlığı  dövründə  (1925-1979)  əl-qol  aça  bilmiĢdi.  Zatən  türkün 
qəddar  düĢməni  olan  Rza  Ģah  və  onun  oğlu  Məmmədrza  Ġranda  yaĢayan 
ermənilərin  simasında  Azərbaycan  türklərinin  kökünü  kəsmək  üçün  Ġran 
məkanında özünə çox üzüyola həmkar tapa bilmiĢdi. Sarayda Ģərab hazırlamaqdan 
tutmuĢ,  dərzi,  dəllək,  aĢpaz,  tərcüməçi  və  müəllimliyədək  bütün  peĢələrdə  özünə 
yer almıĢ ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmiĢlər. Hansı 
peĢədə  və  hansı  vəzifədə  iĢləməsindən  asılı  olmayaraq  onlar  öz  fəaliyyətlərini 
türklərə qarĢı açıq və gizli mübarizəyə yönəltmiĢlər.  
Məmmədrza Ģahın uĢaqlıq və gənclik dostu olmuĢ və onun dövründə yüksək 
hərbi rütbəyə və vəzifəyə  yüksəlmiĢ Hüseyn Fərdustun Tehranda çap olunmuĢ iki 
cildlik  xatirələrində  (Pəhləvi  sülaləsinin  zühuru  və  süqutu)  ermənilərin  Ġrandakı 
fitnəkar  fəaliyyətinə  aid  saysız-hesabsız  faktlardan  söhbət  açılır.  Fərdustun 
yazısından  bəlli  olur  ki,  Ġran  xəfiyyə  idarəsi  (SAVAK)  ilə  “DaĢnaksütyun” 
partiyasının  Ġran  üzrə  Ģöbəsi,  “Erməni  gizli  ordusu”,  “Erməni  Tələbə  və  Gənclər 
ittifaqı”,  “Erməni  Cəmiyyəti”,  “Ġrandakı  Ermənilərin  KeĢiĢ  ġurası”  və  s.  bu  cür 
anti-türk və terrorçu təĢkilatlar arasında sıx əlaqə və əməkdaĢlıq olmuĢdur. 
2001-ci il aprel ayının 22-də, qondarma “erməni soyqırımı”nın ildönümünə 
bir gün qalmıĢ ĠĠR Ġslam ġurası Məclisində erməni deputatı Jerjin Abramyan üzdən 
Ġran  erməni  soyqırımı  məsələsini  bir  daha  qaldırmağa  cəhd  göstərmiĢdir. 
C.Abramyan  demiĢdir:  “Sionist  rejim  dəfələrlə  sabit  etmiĢdir  ki,  müttəfiqlərin 
yardımı  və  savaĢ  gücünə  söykənməklə,  nəinki  məsələnin  ədalətli  həllini  güdmür, 
bəlkə həmiĢə Fələstin xalqının hakimiyyət haqqının danmasını düĢünür”. 
Bu  sözlərdən  aydın  olur  ki,  Abramyan  soyqırım  məsələsini  qaldırmağına 
baxmayaraq,  sionist  rejim  ilə  Ermənistan  rejiminin  eyni  məqsədə  qulluq  etdiyini 
göstərmək  istəmiĢdir.  Yəqin  edirik  ki,  o  öz  soydaĢlarına  ĠĠR-in  Məclisi 
tribunasından  bunu  demək  istəmiĢdir:  “Siz  nə  qədər  Amerikanın,  Rusiyanın, 
Fransanın yardımına arxalansanız da bu münaqiĢənin çıxıĢ yolu deyil. Söz əslində 


68 
 
bu  olmalıdır.  Amma  Abramyanın  məqsədi  ayrıdır  və  o,  Qarabağı  Ermənistanın 
həqiqi ərazisi hesab edir. 
Erməni deputatı daha sonra bildirir ki, “Qayda belədir ki, əldən getmiĢlərin 
(ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. Ġstərdim bu qayda pozulub, 
fəryada  çevrilsin.  Bəlkə  bəĢəriyyətin  yatmıĢ  vicdanı  insanın  insan  əleyhinə  etdiyi 
zülmdən ayıq düĢsün”. Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni 
cinayətinə  göz  yumulub,  100  il  bundan  qabaq  qarĢı-qarĢıya  savaĢ  nəticəsində 
qırılanları, gün məsələsinə çevirmək lazımdı. Ġranın Təbriz, Urmiya, Səlmas, Xoy 
və  baĢqa  Ģəhərlərində  erməni  vəhĢiliyi  hələ  də  əhalinin  ürəyindən  silinməmiĢ, 
görəsən bu hansı vicdandan bəhs edir? 
Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur!!! Erməni deputatı ĠĠR 
hökumətindən  və  məclisindən  istəmiĢdir  ki,  bu  ölkə  də,  Rusiya,  Yunanıstan, 
Fransa, Ġtaliya və sairə ölkələr kimi, üzdəniraq erməni soyqırımını da tanımağa can 
atsın (7, 2001, 2 may).  
Tehran universitetlərində təhsil alan, erməni yepiskopunun “Cahane Eslam” 
qəzeti  müxbirinə  müsahibəsindən  hiddətlənən  azərbaycanlı  tələbələr  Ardan 
Manukyana verdikləri cavabları aĢağıdakı məsələlər ətrafında cəmləĢdiriblər (5). 
1. Xristian ilinin baĢlanması münasibəti ilə Ġrandakı xristianları təbrik edən 
bu ruhanidən yeni ildə regionumuzda yaĢayan millətlərə sülh və əmin-amanlıq arzu 
edəcəyi,  irqçiliyə  və  tarixi  həqiqətlərin  təhrif  olunmasına  qarĢı  çıxacağı 
gözlənilirdi. Lakin təəssüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam 
əksinə  danıĢdı,  Ermənistanın  Qarabağ  ermənilərinin  silahlandırılmasına  və 
Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.  
2.”Cahane  Ġslam”  qəzeti  müxbirinin  sualına  ...  “Azərbaycanlılar  mövcud 
olmamıĢ  Ermənistan  torpağının  bir  parçası  “Artsax”  var  idi,  -  deyən  erməni 
keĢiĢinin  cavabından  hiddətlənmiĢ  tələbələr  öz  məktublarında  yazırlar  ki,  heç  bir 
sənəd  və  sübuta  əsaslanmadan  Erməistanın  tarixindən  söz  açanlar  və  “böyük 
Ermənistan  haqqında  xülyalar  söyləyənlər  bilməlidirlər  ki,  ictimaiyyət  bu  bəd 
niyyətlərdən  xəbərsiz  deyil.  Qarabağdakı  kilsələri,  qəbirləri,  daĢları  sübut  kimi 
ortalığa  gətirən  bu  yerin  Ermənistana  məxsus  olduğunu  söyləyən  Manukyan 
bilməlidir  ki,  ölkənin  coğrafi  sərhədləri  kilsə  və  qəbir  daĢları  əsasında 
müəyyənləĢsə  onlarca  böyük  məscidlər  (o  cümlədən  Ġrəvandakı  Göy  məscid) 
Ermənistan  ərazisində  mövcud  olub.  Təbrizdə,  Makuda,  Səlmasda,  Ġsfahanda  və 
Ġranın baĢqa  Ģəhərlərində kilsələr vardır. Əgər tarixə  yepiskopun məntiqsiz baxıĢı 
ilə  yanaĢılsa,  onda  deməli,  bu  Ģəhərlər  də  Ermənistanın  ərazisi  hesab  edilməlidir. 
Bəlkə  elə  buna  görə  də  ĠĠR,  Türkiyə,  Suriya  və  Ġraq  torpaqlarının  bir  hissəsi 
“Ermənistanın  iĢğal  olunmuĢ  qərb  torpaqları”  adı  altında  “böyük  Ermənistan” 
xəritəsinə  daxil  edilib.  Bu  iddialar  ermənilərin  baĢqa  torpaqları  qəsb  etmək 
niyyətindən  doğur.  Bu  iĢtaha  II  Dünya  müharibəsindən  sonra  Naxçıvan,  sonra  isə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə