Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

107 
 
Ģairlərin  demək  olar  ki,  əksəriyyəti  aĢığın  yaradıcılığının  ikinci  dövrünə  aiddir. 
Həmin  nümunələrdə  də  YaxĢı  sevdası  özünü  baĢlıca  motiv  kimi  göstərir.  Bu 
baxımdan  aĢığın  “YetiĢdi”,  “A  YaxĢı”,  “Var”,  “Gözlərin”,  “Gəlmədin”  və  baĢqa 
Ģeirləri  maraq  doğurur.  Onların  bir  qismində  aĢığın  həyatı  ilə  bağlı  avtobioqrafik 
məlumatlarla yanaĢı, YaxĢı ilə sevgisinin müəyyən cəhətləri də özünü əks etdirir.  
AĢığın bu Ģeirləri göstərir ki, Sarı AĢıq hələ xalq Ģeirinin XVI əsrin anadilli 
ənənələrini davam etdirmiĢdir. Ġstər istifadə etdiyi Ģeir Ģəkillərində yazdığı qoĢma 
və  gözəlləmələr,  istərsə  də  təcnis  və  gəraylılar  sənətkarın  orta  əsrin  Təbriz  ədəbi 
mühiti  üçün  ənənəvi  olan  ölçü  və  qəliblərinin,  təĢbeh  və  bənzətmələrin,  eləcə  də 
ədəbi dil normalarının təsiri altında olduğunu göstərir. Bu nümunələr eyni zamanda 
aĢığın  yaĢadığı  dövrün  ədəbi  ənənələrini  araĢdırmağa  imkanlar  açır.  Bizcə  bu, 
AĢığın  yaradıcılığının  birinci  dövrünə  məxsus  idi.  YaxĢını  tapıb  butasına 
qovuĢması  onu  yeddi  hecalı  Ģeirin  klassik  ənənələrini  qaytardı  və  bu  Ģeir  Ģəklini 
xalq  arasında  geniĢ  yayılan  bir  forma  kimi  Ģöhrətləndirdi.  Ġlk  öncə  AĢıq  bayatını 
qəti  Ģəkildə  dörd  misra  qəlibində  qəliblədi.  Öz  sələfləri  Əzizi,  Əmani  ənənələrini 
yeni  mərhələyə  yüksəltməklə  yeddi  hecalı  bu  Ģeir  Ģəklinin  həm  formasına, 
məzmununa,  həm  də  ifadə  çalarlarına  silsilə  yeniliklər  gətirdi.  O,  bayatıya  təzə 
deyim  tərzi,  psixoloji  məqamın  əksi,  insan  gözü  qarĢısında  həyat  faktının  bədii 
təcəssümünün  heyrətamiz  gözəlliklərinin  ifadəsini  gətirdi.  Sarı  AĢıq  bayatıda 
ritmik  səslər  və  poetik  səs  komplekslərinin  çoxmənalı  cinas  qafiyələrinin,  dolğun 
ictimai  məzmunun əsasını qoydu. O, bayatılara elə bir poetiklik gətirdi ki, burada 
forma ilə məzmun gözəlliyi çarpazlaĢdı.  
Sarı  AĢığın  bayatılarının  bir  qismi  avtobioqrafik  səciyyə  daĢıyır.  Həmin 
nümunələrdə bu və ya digər Ģəkildə aĢığın həyatının, sevgi macərasının bir cəhəti, 
detalı, yaxud məlum bir obrazı xatırlanır: 
Belə bayatılardan birində isə aĢıq klassik poeziya ənənələrinə uyğun olaraq 
üzünü sevdiyi gözəlin ayağı altında payəndəz olmasını, üzünün həmiĢə onun ayağı 
altında qalması üçün tərsinə dəfn olunmasını vəsiyyət etmiĢdir: 
Sonrakı  illərdə  müasirləri  aĢığın  xatirəsini  onun  bayatıları  əsasında  qoĢub 
düzdükləri “YaxĢı və Yaman” dastanında əbədiləĢdirmiĢlər.  (Məhəbbət dastanları, 
Bakı, 1977, s.172-195). 
“...AĢıqlar onun üslubunda bayatı deməyə və yazmağa çalıĢmıĢlar. Mədədi, 
Məzlum, Məhbub, Hüseyni, Salih, Bikəs, Məhzun, MüĢtaq, hətta XIX əsrdə Zakir 
kimi  sənətkarlar  da  aĢıq  tərzində  bayatı  yazmıĢlar”  (H.Araslı.  Azərbaycan 
ədəbiyyatı tarixi və problemləri, Bakı, 1998, s.58). 
XVII  əsrdə  Sarı  AĢıqdan  sonra  Təbriz  məktəbi  yeni  inkiĢaf  mərhələsinə 
qədəm  qoydu.  Bu  dövrdə  Azərbaycanın  siyasi  və  mədəni  həyatında  böyük 
dəyiĢikliklər  baĢ  vermiĢdi.  Xüsusilə,  XVII  əsrin  sonuna  yaxın  ġah  Abbasın 
hakimiyyətə  gəlməsi  (1587-1629)  ölkədə  iqtisadi  və  siyasi  vəziyyəti  daha  da 


108 
 
ağırlaĢdırdı.  ġah  Abbas  hakimiyyətə  gəlməklə  Səfəvi  dövlətindən  miras  qalan 
azərbaycançılıq  ənənələrini  sürətlə  pozmağa,  ölkəni  müharibələr  gidabına 
çevirməyə,  fars  dilini  sarayda  olduğu  kimi,  bütün  ölkədə  hakim  mövqeyə 
keçirməyə  baĢladı.  Azərbaycan  xalqının  qədimdən  məlum  zəngin  mədəniyyətinə, 
dilinə qarĢı fars təsiri güclənməyə, saray idarəçiliyi farsların əlinə keçməyə baĢladı. 
Ölkənin paytaxtı Təbrizdən Ġsfahana köçürüldü, burada Ģahın adı ilə bağlı salınmıĢ 
Abbasabadın  qısa  müddətdə  Ģöhrətlənməsi  üçün  geniĢ  miqyaslı  tədbirlər  həyata 
keçirilməyə  baĢladı.  Xalq  ölkədə  uzun  illərdən  bəri  davam  edən  müharibələrə, 
aclıq, qıtlıq və yoxsulluğa etiraz etməyə baĢladı. Getdikcə özbaĢınalıq, dərəbəylik 
hökm sürməyə, xalqın bütün bu kimi dözülməz  həyat Ģəratinə etirazı güclənməyə 
baĢladı. Təbriz aĢıq Ģeirində də ağır həyat Ģəraitinə etiraz özünü göstərməyə baĢladı. 
Din xadimlərinin, mollaların, qazilərin xalqın baĢına gətirdikləri ədalətsizliklər aĢıq 
Ģeirində  özünü  güclü  Ģəkildə  əks  etdirdi.  Dini  təriqətlərdən,  islami  görüĢlərdən, 
eləcə  də  sufi  dəyərlərindən  aĢıq  Ģeiri  sürətlə  uzaqlaĢmağa  baĢladı.  Azad 
məhəbbətin, təmiz duyğuların aĢıq Ģeirinə gəliĢi özünü daha fəal nəzərə çarpdırdı. 
Cəmiyətin  özbaĢınalıqlarına,  din  xadimlərinin  riyakarlıqlarına,  Ģah  idarə  üsuluna, 
qadın  hüquqsuzluğuna,  insan  köləliyinə  qarĢı  yüksələn  və  geniĢlənən  etiraz  ilk 
növbədə aĢıq yaradıcılığında özünü göstərdi.  
Təbriz aĢıq məktəbi həmin dövrdə AĢıq Abbas Tufarqanlının (1585-1650) 
Ģəxsində özünün qüdrətli sənətkarını yetirdi. 
AĢıq  Abbas  XVII  əsr  Azərbaycan  aĢıq  Ģeirində  sənətkarlıq  baxımından 
mühüm  yaradıcılıq  ənənələrinin  əsasını  qoymuĢdur.  O,  Qurbani  ilə  yüksələn  aĢıq 
Ģeirinə  qabaqcıl  dünyagörüĢ,  ictimai  məzmun  gətirdi.  Dövrün  ədalətsizliklərinə 
etirazı  yeni  bir  mərhələyə  yüksəltdi.  Onu  həm  məzmun,  həm  də  sənətkarlıq 
baxımından  təkmilləĢdirdi.  AĢıq  yaradıcılığında  hələ  XVI  əsrdən  özünü  göstərən 
oyanıĢı hərəkətə gətirdi və Azərbaycan aĢıq poeziyasını intibah yoluna çıxardı.  
Təbriz aĢıq məktəbi bu dövrdə ifaçılıq və dastançılıq istiqamətində mühüm 
uğurlar əldə etdi, bir çox dastanlar aĢıq repertuarına gəldi. AĢıq yaradıcılığı Abbas 
Tufarqanlının  yaradıcılığı  ilə  cəmiyyət  daxilindəki  aparıcı  nüfuzunu  bərpa  elədi, 
ozanın  tarixən  həyata  keçirdiyi  funksiyaları  üzərinə  götürdü.  Cəmiyyət  həyatında 
baĢ verən bütün ziddiyyət və təzadların geniĢ spektirini özündə əks etdirə bildi. Bu 
dövr aĢıq yaradıcılığının mühüm və baĢlıca cəhəti milli həyatı bütün təzadları ilə, 
realistcəsinə  əks  etdirməsində,  milləti  qəflət  yuxusundan  oyadıb,  zülmə  və 
zülmkarlara  qarĢı  mübarizəyə  səsləməsində  idi.  Bu  mərhələdə  aĢıq  yaradıcılığı 
sürətlə islami dəyərlərdən, təriqət görüĢlərindən, eləcə də hürufi və sufi baxıĢlardan 
uzaqlaĢmağa baĢladı.  AĢıq poeziyasında riyakar və harın din xadimlərinin tənqidi 
özünü əks etdirdi. AĢıq yaradıcılığı bütün bu kimi keyfiyyətləri ilə ictimai fikirdə 
yaranan  intibahın  əsasını  qoydu.  Bu  ənənələri  sonrakı  mərhələdə  Təbriz  aĢıq 
məktəbi ləyaqətlə davam və inkiĢaf etdirdi. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə