Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

101 
 
poeziyasında  realizm,  Bakı,  1966,  s.5).  Təbriz  aĢıq  məktəbinin  müxtəlif 
mühitlərinin  yaranması ilk növbədə  milli  mədəni  həyatda  mühüm  hadisə, sonrakı 
tərəqqi  və  yüksəliĢin  ilkin  zəmini  idi.  Bu  məktəblərin  hər  birinin  ayrıca,  müstəqil 
Ģəkildə öyrənilməsinə böyük ehtiyac vardır. AĢıq məktəbləri və  mühitləri hələ  ki, 
nə  qədər  sıradan  çıxmamıĢdır,  ilk  növbədə  onları  toplayıb  üzə  çıxarmaq  və  heç 
olmasa ilkin tədqiqatlara cəlb etmək gərəkdir. 
Güney  Azərbaycanda  Təbriz  məktəbi  ətrafında  yaranan  aĢıq  mühitlərində 
peĢəkar  ifaçılıq  və  improvizatorçuluq  formalaĢmıĢdır.  Onları  Təbriz  məktəbinə 
məxsus  vahid  ifaçılıq  üslubları  birləĢdirir.  Eyni  zamanda  aĢıq  mühitləri  bir-
birindən repertuar, ifaçılıq və dastan yaradıcılığı baxımından da fərqlənir. Məsələn, 
Təbriz aĢıq məktəbi “Koroğlu” və avtobioqrafik dastanların, eləcə də lirik ifaçılıq 
üslubunun  zənginliyi  ilə  əlamətdardırsa,  Urmiya  mühitində  aĢıq  Ģeri  Ģəkillərinin 
nümayiĢi, Sərab və Qaradağ mühitində isə repertuarda klassik dastanlar  - “Əsli və 
Kərəm”, “AĢıq Qərib”, “ġah Ġsmayıl” və nağıl  motivləri zəminində  yaranan tacir-
zadəgan  həyatından  bəhs  edən  nümunələr  üstünlük  təĢkil  edir.  Mühitlər  arasında 
fərqlər  geniĢ  olduğu  kimi,  ümumiliklər  də  əhatəlidir.  Bu  aĢıq  məktəbi  mühit 
çevrəsi  etibarı  ilə  məktəblərin  ən  böyüyü  olduğu  kimi,  mənəvi-əxlaqi  və  estetik 
dəyərləri  əks  etdirmək  baxımından  da  mükəmməli,  əhatəlisidir.  O,  nə  ayrıca 
müstəqil  məktəb,  yaxud  aĢıq  mühitləri  məcmuu  kimi,  nə  də  yarandığı  və  inkiĢaf 
etdiyi  dövrlər  -  yüzilliklər  üzrə  kifayət  qədər  aradırılmıĢdır.  Bu  məktəbə  məxsus 
poetik-üslubi  dəyərlər,  saz  havaları,  dastançılıq  ənənələri,  xüsusilə  məktəbin 
iyirminci yüzillikdəki eniĢ və yüksəliĢləri, ayrı-ayrı ustad sənətkarların yaradıcılıq 
xüsusiyyətləri kifayət qədər araĢdırılmamıĢdır. Bunun baĢlıca səbəblərindən biri də 
Güney Azərbaycanda hələ XIX əsrin 30-cu illərindən baĢlayaraq fars Ģovinizminin 
Azərbaycan dili, folkloru və digər mədəni dəyərləri üzərinə qadağalar qoyması ilə 
bağlıdır. AĢıq yaradıcılığı bu mühitlərdə hələ ki, ağızda yaĢama mərhələsini keçirir.  
Bu  ərazidə  hələ  Azərbaycan  folklorunun  tək-tək  hallar  istisna  edilərsə,  kütləvi 
Ģəkildə yazıya alınıb nəĢri iĢinə baĢlanmamıĢdır. Ağız ədəbiyyatı həmin mühitlərdə 
öz  bakirə  gözəlliyini  qoruyub  saxlamaqdadır.  Milli  dili  və  mədəniyyəti  yaĢadan, 
onu  fars  Ģovinizminin  hər  cür  asimilyasiyasından  qoruyan  ağız  ədəbiyyatı  eyni 
zamanda  azərbaycançılıq  adət-ənənə  və  etik  düĢüncəsini  qorumaq  funksiyalarını 
həyata keçirir. Xüsusilə son yüzilliklərdə toplanan və nəĢr edilən materialların son 
dərəcə  az olması bu məktəbin müxtəlif mühitləri barədə təbii ki, geniĢ müĢahidələr 
aparmaq  imkanını  məhdudlaĢdırır.  Çünki  Təbriz  məktəbinin,  onun  ayrı-ayrı 
mühitlərinin  materiallarını  yazıya  alıb  çap  etmədən,  dialekt  xüsusiyyətlərini 
müəyyənləĢdirmədən,  yaradıcılıq  nümunələri  üzərində  müqayisəli  araĢdırmalar 
aparmadan mühüm elmi nəticələrə gəlmək mümkün deyildir. 
Təbriz  aĢıq  məktəbi  və  mühitlərində,  xüsusilə  Ġran  aĢıqları  adlandırılan 
ifaçıların repertuarında Ġran musiqisinin güclü, nüfuzedici təsiri fəaliyyətdədir. Bu, 


102 
 
bir  sıra  mühitlərdə  saz  havalarının  tarixi  ənənələrinin  pozulmasına  və  təhrifinə 
gətirib  çıxarmıĢdır.  Bu  gün  özlərini  “Ġran  aĢıqları”  adlandıran  bir  sıra  ifaçılar  və 
xüsusilə hakim zümrə tərəfindən dəstəklənən və bütün Ġran ərazisində aĢıq musiqisi 
və yaradıcılığı kimi təbliğ olunan ifaçılıq üslubu aĢıq sənətini öz erkən köklərindən 
və  qaynaqlarından  uzaqlaĢdırmaq,  onu  farslaĢdırmaq  məqsədinə  xidmət  edir. 
Bununla  yanaĢı  azərbaycanlıların  geniĢ  yayıldığı  və  yaĢadıqları  ərazilərdə  aĢıq 
sənəti  özünəməxsus  Ģəkildə  inkiĢaf  edib  yüksəlməkdədir.  O,  geniĢ  bir  ərazidə 
xalqın  zəngin  mənəvi  dəyərlərinin  yayılmasına  kömək  edir,  orada  yaĢayanları 
birləĢdirir.  Uzaq  düĢən  ellər  arasına  körpü  salır.  Təbriz  aĢıq  məktəbinin  ayrı-ayrı 
mühitləri  ilə  ġirvan,  Anadolu  aĢıq  ənənələrində  bir  çox  eynilik,  oxĢarlıq  və 
uyğunluqları qoruyub saxlayır. Məsələn,  Zəncanda  yayılan saz ifaçılığı ilə ġirvan 
aĢıq ansamblı arasındakı oxĢarlıqlar bir-birini tamamlayır. “Zəncan aĢıq mühitinin 
ifaçılığı  saz,  balaban  və  qaval  üçlüyü  üzərində  qurulmuĢdur”  (M.Qasımlı. 
Göstərilən  əsəri,  s.233)  ki,  bu  da  ġirvan  aĢıq  ansamblı  ilə  eyni  kökdən 
bəhrələnməkdən  baĢqa  bir  Ģey  deyildir.  Eyni  hal  Təbriz,  Qarabağ,  Urmiya 
mühitləri  üçün  də  ənənəvidir.  QaĢqay  aĢıq  mühitində  isə  fərdi  saz  ifaçılığı  ilə 
Göyçə  və  Gəncəbasardakı  fərdi  ifaçılıq  aĢıqların  repertuarında  oxĢar  Ģəkildə  yer 
tutur. Yaxud aĢıq repertuarı Ģeir Ģəkillərindən istifadə imkanlarına görə bir-birindən 
fərqləndiyi  kimi,  eyni  ifa  üslubu  –  təcnis,  deyiĢmə  söyləmək,  yaxud  gözəlləmə 
ifaçılığı məharətinə görə bir-birinə yaxınlıqlarını da nəzərə çarpdırır.  
ġirvan saz və söz ənənələri bu gün Təbriz məktəbi, onun ayrı-ayrı mühitləri 
üçün  bir  çox  ənənəvi  –  tipoloji  uyğunluqlarla  əlamətdardır.  Bu  isə  çox  geniĢ 
Ģəkildə  müxtəlif  aĢıq  mühitlərində  özünü  göstərməkdədir.  Tarixən  fərdi  saz 
ifaçılığı  ilə  əlamətdar  Təbriz  aĢıq  musiqisi  bu  gün  ġirvan  ifaçılığı  ənənələrinə 
uyğun  mövqeyə  keçmiĢdir.  Hər  bir  aĢıq  mühiti  ötən  zaman  hüdudunda  müstəqil 
ifaçılıq  ənənələri  və  üslubları  yaratmıĢdır.  Onların  ən  baĢlıca  yaradıcılıq  meyl  və 
istiqamətləri isə Təbriz məktəbinin tarixi yaradıcılıq qaynaqlarına əsaslanır. 
Müxtəlif  aĢıq  mühitləri  arasında  fərqli  ənənə,  ifa,  improvizə  uyğunluqları 
isə onların baĢlanğıcını götürdüyü Təbriz aĢıq məktəbi nəhri ilə əlaqədardır.  
XV  əsrin  ikinci  yarısından  yeni  yüksəliĢ  mərhələsinə  qədəm  qoyan  Təbriz 
aĢıq  məktəbinin  XVI  əsrə  qədərki  ənənələri,  yaradıcılıq  xüsusiyyətləri, 
Ģəxsiyyətləri  barədə  bizə  kifayət  qədər  məlumat  gəlib  çatmamıĢdır.  Məlum  olan 
odur ki, Anadolu-ġirvan aĢıq ənənələri, ayrı-ayrı ifaçı sənətkarların qoĢub düzdüyü 
saz  və  söz  dəyərləri  Təbrizdə  də  geniĢ  yayılmıĢdı.  Yunis  Əmrə,  Molla  Qasım 
ənənələri  Azərbaycanın  bu  bölgəsində  də  aĢıq  Ģeirinin  bəhrələndiyi,  onu  forma, 
məzmun və Ģəkli xüsusiyyət etibarı ilə irəliyə aparan istiqamətlərdən idi. XIII-XIV 
əsrlərdə  Anadolu  aĢıq  məktəbində  baĢ  verən  proseslər,  xüsusilə  ozan  ənənələrini 
davam  etdirmək  yolu  ilə  yüksələn  tarixi  inkiĢaf  Təbriz  ifaçılıq  mühiti  tərəfindən 
əslində hazır model kimi qəbul edilmiĢdi. AĢıq Qurbaninin yaradıcılığı göstərir ki, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə