Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

103 
 
XVI  əsrə  qədər Təbrizdə  həm  peĢəkar  ifaçılıq,  həm  dastançılıq,  həm  də  aĢıq  Ģeiri 
Ģəkillərindən, onun geniĢ yayılmıĢ gəraylı, qoĢma, təcnis və divanı, müxəmməs və 
s.  formalarından  istifadə  üstün  idi.  AĢıq  Qurbaniyə  məhz  buna  görə  Təbriz 
məktəbinin  ilk  nümayəndəsi,  yaxud  yaradıcısı  kimi  baxmaq  təbii  ki,  mümkün 
deyildir. Qurbani  yaradıcılığı  göstərir ki,  ona  qədər Təbrizdə  aĢıq Ģeri  ən azı  yüz 
ildən  artıq  bir  dövr  ərzində  təkamül  mərhələsi  keçmiĢdir.  Bu,  təkcə  Qurbani 
Ģeirinin  poetik  dəyərlərində,  məzmun  zənginliyində  deyil,  eyni  zamanda  əhatə 
etdiyi  mənəvi-əxlaqi,  etik-estetik  və  kulturoloji  durum  çevrəsində  özünü  göstərir. 
Qurbani  estetik  düĢüncəsi  Təbriz  aĢıq  məktəbi  üçün  təkcə  XVI  əsrə  məxsus 
dəyərlər  deyil,  daha  əvvəlki  yüzilliklərdə  yaranıb  formalaĢan  milli-mənəvi  və 
əxlaqi görüĢləri əhatə edir.  
Təbriz  aĢıq  Ģerinin  Qurbaniyə  qədərki  dövrü,  törəniĢ  və  formalaĢma 
mərhələləri barədə bu gün konkret faktlarla danıĢmaq mümkün olmasa da, Qurbani 
öz  yaradıcılığı  ilə  təkcə  Təbriz  aĢıq  sənətində  deyil,  ümumazərbaycan 
mədəniyyətində  milli  intibahın  ilkin  zəminini  hazırlayan  sənətkar  kimi  çox 
dəyərlidir.  Qurbani  özü  bir  məktəbdir.  Onun  Ģəxsində  Təbriz  aĢıq  yaradıcılığı 
forma,  məzmun,  ifadə  tərzi,  ana  dilinin  poetik  imkanlarından  istifadə  məharəti 
sayəsində yeni mərhələyə yüksəldi, məktəb dərəcəsinə qalxa bildi.  
Qurbaninin Ģəxsində Təbriz aĢıq məktəbi Azərbaycan mədəniyyəti tarixində 
aĢağıdakı cahanĢümül funksiyaları həyata keçirildi: Azərbaycan ümumxalq danıĢıq 
dilini  yüz  illərlə  nizamı  pozula  bilməyən  bir  mərhələyə  yüksəltdi  və  bununla 
Azərbaycan  canlı  danıĢıq  dilini  qəti  Ģəkildə  formalaĢdırma  mərhələsinə  çatdırdı; 
xalq  danıĢıq  dilini  ağır  ləhcəçilik  və  bir  sıra  baĢqa  təsirlərdən  təmizlədi;  AĢıq 
yaradıcılığı  barədə  yanlıĢ  mülahizə,  görüĢ  və  baxıĢları  dağıtdı,  onu  məzmun  və 
sənətkarlıq baxımından yeni mərhələyə yüksəltdi; AĢıq yaradıcılığının təkkə-dərviĢ 
və saman ənənələrindən qəti Ģəkildə ayrılıb ozan ənənələri istiqamətində çoxĢaxəli 
– sinkretik sənət kimi formalaĢmasını istiqamətləndirdi. 
Təbriz  aĢıq  məktəbinin  XVI  əsrdə  yaranması  və  inkiĢafı  bütövlükdə 
Qurbaninin adı ilə bağlı olub, bu məktəbin tarixi yüksəliĢini təmin etdi. Təbriz aĢıq 
məktəbinin  XVI  əsrdə  yaĢayan  və  bizə  gəlib  çatan  ilk  nümayəndəsi  AĢıq 
Qurbanidir  (1483-1553).  Qurbani  ġah  Ġsmayıl  Xətainin  müasiri  olmuĢ, 
yaradıcılığının  əsas  dövrü  onun  hakimiyyəti  illərinə  düĢmüĢdür.  Ümumilikdə  isə 
Qurbaninin  yaradıcılığı  aĢıq  Ģerinin  yüksəliĢi  üçün  bir  neçə  cəhətdən  əhəmiyyətli 
mərhələdir.  
Birincisi,  Qurbani  ġimali  Azərbaycanda  dünyaya  göz  açsa  da,  o,  Güney 
Azərbaycanın  saz-söz  mühiti  ilə  daha  çox  bağlı  olmuĢ,  buradakı  yaradıcılıq 
ənənələrini  mənimsəmiĢ,  öz  yaradıcılığı  ilə  aĢıq  Ģeirini  məktəb  səviyyəsinə 
yüksəldə  bilmiĢdir.  Qurbani  həm  öz  improvizatorçuluğu,  həm  lirik  Ģerin  ustad 
yaradıcısı  kimi  özünə  böyük  Ģöhrət  qazanmıĢdır.  O,  aĢıq  Ģeirinin  XVI  əsr  üçün 


104 
 
tamam yeni olan formasını yaratmıĢ, onu məzmun, mündəricə baxımından olduğu 
kimi,  Ģəkli  cəhətdən  və  dil  baxımından  da  təkmilləĢdirə  bilmiĢdir.  Öz 
yaradıcılığının  mahiyyət  və  məzmun  çalarlarının  intəhasızlığı  ilə  o,  Təbriz  aĢıq 
Ģeirinin  ən  azı  iki  yüz  ilə  yaxın  dövrlük  ənənələrə  malik  olduğunu,  Azərbaycan 
aĢıq  yaradıcılığının  erkən  qaynaqlarından  bəhrələnib  pərvazlandığını  nümayiĢ 
etdirmiĢdir. 
Təbriz  aĢıq  məktəbi  də  öz  kökü  və  qayəsi  etibarı  ilə  ozan  ənənəsi 
davamçılarının  yolunu  tutmuĢ,  qam-Ģaman,  təkkə-dərviĢ  qaynaqlarından  yan 
keçərək  ozan  ifaçılıq  institutunun  davamçısı  kimi  çıxıĢ  etmiĢ,  Anadolu  və  ġirvan 
məktəblərinin aparıcı meyl və istiqamətlərinə əsaslanmıĢdır.  
Ġkincisi,  Ģifahi  yaradıcılıqda  əsasən  Qurbaninin  Ģəxsində  yaranıb  yüksələn 
Təbriz  məktəbi  Ģifahi  ənənəyə  gətirdiyi  bir  çox  qabaqcıl  baxıĢ  və  ideyalarla 
cəmiyyətdə  yeni  görüĢlər  sistemini  doğurmuĢ,  milli  təfəkkürdə  intibah 
düĢüncəsinin  formalaĢmasına  təkan  vermiĢdir.  Bu  yaradıcılıq  prosesinin  əgər  bir 
tərəfində  XVI  əsr  anadilli  Ģeirin  davamçıları  Fizuli,  Xətai  və  baĢqaları 
dayanmıĢdısa,  baĢqa  bir  tərəfində  isə  xalqın  qabaqcıl  düĢüncəsini  intibah 
mərhələsinə yaxınlaĢdıran aĢıq yaradıcılığı durmuĢdu. 
Üçüncüsü,  Qurbaninin  aĢıq  Ģeirinə  gətirdiyi  yeni  estetik  düĢüncə,  təkcə 
Təbriz ədəbi mühiti  üçün deyil, ümumazərbaycan həyatı  üçün zəruri və  vacib idi. 
Qurbani  yaradıcılığının  ilkin  mərhələsində  nə  qədər  sufi-təkkə  dünyagörüĢünə 
yaxın idisə, ömrünün sonrakı illərində, xüsusilə cəmiyyətdəki əksilikləri gördükcə 
ilkin  görüĢlərdən  qismən  də  olsa  uzaqlaĢa  bildi.  Qurbani  bütün  yaradıcılığı  boyu 
ilahi  sevgini,  böyük  yaradana  inam  duyğularını  vəsf  elədi,  bununla  yanaĢı, 
cəmiyyətin təzadlarına,  əksliklərinə də göz yummadı, bütün ziddiyyətləri gördüyü 
çevrədə Ģeirə gətirdi. 
Azərbaycan  intibahı  özünün  ilk  rüĢeymlərini  –  inkiĢaf  məcrasını,  aĢıq 
yaradıcılığının  erkən  qaynaqlarından  götürdü.  Onu  XVII-XVIII  əsrlərin  yüksək 
zirvəsinə çatdıran yol isə XVI əsr Təbriz aĢıq məktəbindən, onun böyük yaradıcısı 
olan Qurbanidən baĢladı. 
Qurbani  aĢıq  yaradıcılığına  həm  yeni,  qabaqcıl  dünyagörüĢ,  peĢəkar 
dastançılıq,  ecazkar  lirik  ənənə,  həm  də  dolğun  poetik  dəyərlər  gətirdi.  O, 
Azərbaycan  aĢıq  Ģeirinə  ülvi  duyğuların,  lirik  hisslərin,  zəngin  təbiət 
gözəlliklərinin tərənnümünü gətirmiĢdir. Qurbaninin Ģəxsində Təbriz aĢıq məktəbi 
fəlsəfi-didaktik 
və 
ictimai 
məzmunlu 
düĢüncənin 
yeni 
mərhələsini 
formalaĢdırmıĢdır.  
Qurbani  yaradıcılığı  ilə  Təbriz  aĢıq  ənənələrini  məktəb  səviyyəsinə 
yüksəldə  bildi,  aĢıq  Ģeirini  forma,  məzmun  baxımından  olduğu  kimi,  sənətkarlıq 
cəhətdən  də  yeniləĢdirdi.  Təbriz  məktəbinin  sənətkarlıq  tələblərini  formalaĢdırdı, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə