815
OTUZUNCU FƏSİL
MÜASİRLİK VƏ BÖHRAN
Müasirliyin tənqidi
Bu kitabda biz Avropa fəlsəfəsinin Antik dövrdən Orta əsrlər
vasitəsi ilə bizim zamana kimi inkişafı ilə bağlı müəyyən nöqteyi-
nəzəri təklif etdik. Bu nöqteyi-nəzərdən "müasirlik" nədir və onun
tənqidi analizi nədən ibarətdir?
Müasirliyi hərtərəfli sientizasiya ilə səciyyələndirən aspektlə
bağlı müəyyən qiyməti biz artıq vermişik və həmçinin, onun tənqidi
analizinə dair Russoya və Börkə, Freydə və Nitşeyə, Dürkheymə və
Veberə məxsus olan bir sıra nümunələri gətirmişik. İndi isə biz qısaca
olaraq,
müasirliyin
alman
və
fransız
fəlsəfələrində
və
sosiologiyalarında işlənib hazırlanan və müzakirə edilələn
görüntüsünün əsas cizgilərini yaradaq: O, Haydegger, Arend,
Habermas, Qadamer, Derrida, Fuko və Rorti kimi mütəfəkkirlərin
bizim tərəfimizdən nəzərdən keçirilməsinin başlanğıc nöqtəsi olaraq
da çıxış edir.
Differensiasiya çox vaxt sosial modernizasiyanın unikal
xüsusiyyəti olaraq şərh olunur. O cəmiyyətdə ki, hamı əsasən eyni
fəaliyyətlə məşğuldur, bu cəmiyyət "primitivdir". Əmək bölgüsünün
mövcud olduğu cəmiyyətdə böyük miqdarda problem həll oluna bilər
(dambaların tikintisi və birgə müdafiənin təşkili buna nümunə olaraq
göstərilə bilər). O, belə bir ixtisaslaşmanın mövcud olmadığı
cəmiyyətə nisbətən daha çox inkişaf etdirilmişdir. Əmək bölgüsünə
aparan differensiasiya ilə yanaşı, koordinasiyaya və bununla da
qərarların qəbul edilməsi və onların həyata keçirilməsi ilə bağlı olan
məsuliyyətin bir mərkəzə toplanmasına da tələbat yaranır. Nəticə isə
ictimai təbəqələşmədir. O, öz növbəsində, həm əmək fəaliyyətinə
münasibətdə, həm də hakimiyyət bölgüsünə münasibətdə sosial
fərqlərin qanuniləşdirilməsi tələbatına aparıb çıxarır. Bu halda təbiət
üzərində hökmranlığın dərəcəsi yüksəlir və ictimai olaraq zəruri olan
intizamın əhəmiyyəti artır.
Avropanın inkişafının ilkin mərhələlərində kilsə və dövlət
arasında fərq mövcud idi. Dini və dünyəvi hakimiyyət bir-biri ilə
uyğun gəlmirdi. Bu differensiasiya dünyəvi hakimiyyətin tənqidi üçün
və elə bununla da müəyyən intellektual seçim üçün də imkan
yaradırdı.
Sadalanan
institusional
differensiasiyalar
intellektual
differensiasiyalarla necə deyərlər, bizim özünüdərkdə və bizim