818
Adorno (Theodor W. Adorno, 1903-1969), Maks Horkhaymer (Max
Horkheimer, 1895-1973) və (sondadan) Herbert Markuze (Herbert
Marcuse, 1898-1979) aiddirlər. Bu mütəfəkkirlər bizi daha yaxşı
cəmiyyətə aparıb çıxaracaq "inqilabi subyektə" (proletariata) artıq
inanmırdılar. Onlar daha Maarifçiliyə də qeyd-şərtsiz olaraq
inanmırlar, belə ki, maarifçilik heç zaman birmənalı olmamışdır.
Onlar daha çox permanent tənqidə və estetik yönümlərin və əməllərin
azadedici potensialına etibar edirlər. Müasir cəmiyyətin bu radikal
özünütənqidi sonradan postmodernist (post-modernist) (Fuko,
Derrida və başqaları) adlandırılanlar tərəfindən davam etdirilmişdir.
Müharibələrarası böhranın alman intellektualları tərəfindən
anlaşılmasına əsaslaraq, biz Martin Haydegger (Martin Heidegger,
1889-1976), Hanna Arend (Hanna Arend, 1906-1975) və Yürgen
Habermas
(Jürgen
Habermas,
1929)
tərəfindən
onun
mənalandırılmasından alınan nəticələri nəzərdən keçirək. Haydegger
skeptik mövqe tuturdu. Arend Aristotelin siyasət konsepsiyanı
canlandırmağa çalışırdı. Habermas böhranlardan sirkələnən dünyada
"minimal zəka" axtarışları ilə məşğul olmuşdur
466
. Biz həmçinin,
qısaca olaraq, Qadamerin, Derridanın, Fukonun və Rortinin baxışlarını
da nəzərdən keçirək.
Haydegger və poetiklik
Haydeggerə görə, qərb tarixi işığa və xoşbəxtliyə doğru
triumfal marş deyildir. Əksinə, o, Sokrataqədərki filosofların
zamanından başlayaraq, daimi tənəzzüllə səciyyələnir. İnsanlar bütün
mövcudluğu öz nəzəri anlayışlarında əhatə etməyə və texnikanın
köməyi ilə ona sahib olmağa nə qədər çox səy edirlərsə, əslində, daha
mühüm olanı unutmağın yolunu daha tez tapırlar. Beləliklə, tarix –
mühüm olandan mühüm olmayanın biçarə axtarışına doğru ağır taleli
tənəzzül hərəkatıdır, mühüm olmayan isə nəzəri idrak da ola bilir,
texniki qüdrət də ola bilir və ya həyat tərzi də ola bilir.
Platon bu istiqamətdə ilk addımı qeydə alır. O, dünyəvi olan
bütün hər bir şeyi ideyaların boyunduruğu altında salır. Bundan sonra,
fəlsəfə və nəzəri elm Platonun yanaşmasını elə güclü və əhatəli inkişaf
etdirmişlər ki, heç olmasa bir fenomen tapıla bilsin ki, bu qayda-
qanuna çəkən idealizasiyadan kənarda qala bilsin. Texnoloji inkişaf bu
nəzəri meylin bir praktik paralelidir. Bütün hər bir şey rasional
idarəetmənin obyekti olmalıdır: təbiət, cəmiyyət və insanların özləri
466
Bax: J. Habermas. The Philosophical Discourse of Modernity. - London,
1987.