86
, qədərilik və mötəzilə fəlsəfələrini ön plana çıxarmışdısa, əl-Kindi –
Ər-Razi - əl-Fərabi – İbn Sina - Biruni zənciri üzrə inkişaf edən ikinci
tarixi mərhələ Abbasi hakimiyyətinin zəifləməsi və taqətdən düşməsi
ilə başlamış, qüdrətli səlcuqilərin meydana çıxması ilə isə başa
çatmışdı.
1055-ci ildə səlcuqilərin Bağdadı tutması ilə bağlı şəhərli
ruhunun fəlsəfi təkamülü Pireney yarımadasına, Müsəlman dünyasının
Bağdaddan sonra ikinci elm mərkəzi olan Kordovada davam etmişdir.
Bu təkamül əsasən məşşailik təlimi zəminində baş verirdi. Ərəb-
müsəlman fəlsəfəsində özünə geniş yer tapmış aristotelizm, peripatetizm
məşşailik
adlandırılırdı.
Kordovada
aristotelizmin
müsəlman
dünyasındakı inkişafının ikinci istiqaməti - qərb istiqaməti öz həyatına
başlayır. Əgər şərqi aristotelizm əsasən əl-Kindinin, əl-Fərabinin, İbn
Sinanın adları ilə bağlı idisə, qərbi aristotelizm başlıca olaraq İbn
Bəccanın, İbn Tüfeylin və İbn Rüştün adları ilə bağlı olmuşdur.
O dövr Avropasının müsəlman mənşəli filosoflarını xristian
mənşəli həmkarlarından fərqləndirən ən əsas cəhət onlara xas olan
azadfikirlilik idi. Bu isə ilk növbədə müsəlman aləmində şəhərlərin
yüksəlişi, ticarətin genişləndirilməsi ilə əlaqəli idi. Ərəb filosoflarının
əsasən həkim, əl-kimyaçı, astroloq kimi sosial funksiya daşımaları
onların empirik biliyə və təbii elmlərə daha çox meylli olmalarını
şərtləndirirdi. Bu dövrün xristian mənşəli Avropa filosofları isə din
xadimləri idilər.
Bir daha səlcuqilərə qayıdaq. Məmur kütləsinin artımı ilə bağlı
Səlcuqi imperiyası öz tarixi inkişafının elə dövrünə qədəm qoymuşdu
ki, artıq təkcə cəngavər instinktləri deyil, həm də məmur instinktləri
mühüm siyasi əhəmiyyət daşıyırdı. Fars fenomeni türk fenomeni ilə,
şəhərli ruhu cəngavər ruhu ilə getdikcə daha çox eyni əhəmiyyətli
olurdu. Cəngavər səlcuqi ruhunun zəifləməsi ilə müsəlman
dünyasında şəhərli ruhunun hökmranlığının növbəti tarixi mərhələsi
başlayır. Bu mərhələ daha çox Ömər Xəyyamın adı ilə bağlı idi. Ömər
Xəyyam müsəlman dünyasında şəhərli ruhunun hökmranlığının
simvolu oldu.
Ömər Xəyyam şəhərli hedonizminin ən parlaq ifadəçisi idi.
Hedonizm isə, əlbəttə ki, səlcuqilərin cəngavər ruhuna bir o qədər də
yaxın deyildi. Ömər Xəyyamın poeziyası da, elmi də köçəri-cəngavər
mənşəli səlcuqilərə qarşı əslində müxalifət idi, amma bu, yalnız
mənəvi müxalifət idi, siyasi müxalifət deyildi. Səlcuqi dövlətinə qarşı
siyasi müxalifət isə ismaililiyin timsalında formalaşdı.
İsmaililər
mərkəzi
Ələmut
qalası
olmaqla
bir
dövlət yaratdılar. Banisi və ilk hökmdarı (1090-1124) Həsən Səbbah
87
olan bu dövlət əsasən şəhərlilərin - sənətkarların, xırda tacirlərin
ictimai hərəkatı nəticəsində yaranmışdı.
İsmaililik şiə imamı Cəfər Sadıqın oğlu İsmayılın adı ilə
adlandırılmışdır. İsmaililik şiizmin ümumi teoloji mülahizələrini
saxlasa da, burada Allah dərk edilməsi qeyri-mümkün olan
transsendent şəxsiyyət kimi deyil, dünya ruhu kimi səciyyələndirilir.
Lakin ismailizm bütövlükdə panteist xarakterli deyildi. Panteizmin
ümumiyyətlə, kamil insana aid etdiyi ləyaqəti ismailizm yalnız imama
aid edir. Burada imam Dünya Ruhunu özündə daşıdığından canlı
Allah kimi qavranılır.
Səlcuqilər ismailizmin şiə ideologiyasına qarşı yeni bir sünni
ideologiyasını yaratmalı idilər. Belə bir sünni ideologiyası sufizm
zəminində Qəzali tərəfindən yaradıldı. Qəzali sufizmi mötədilləşdirdi
və səlcuqilərin rəsmi fəlsəfəsinə çevirdi.
Qəzali sufizmində dərviş tərki-dünyalığı və ümumiyyətlə tərki-
dünyalıq yox idi. Bu nöqteyi-nəzərdən, məsələn, Əd-Dəhləvinin
musiqi ilə bağlı düşüncələri ilə Qəzalinin musiqi ilə bağlı
düşüncələrini müqayisə etmək maraqlı olardı. Əd-Dəhləvi yazırdı
:
musiqi, şer və s. dinləmək dinləyiciləri sanki sərxoş edir və onlara
eyni ilə şərabın vurduğu ziyanı vurur, həssaslığı artırır, insanı
zəiflədir, nəticədə isə korlayır.
Qəzalinin mövqeyi isə bunun tamamilə
əksinədir:
Musiqi o kəslər üçün haramdır ki, onlar musiqidə bir
şadyanalıq vasitəsini görürlər. Musiqi o kəslər üçün halaldır ki, onları
musiqi nəcabətə və allah yoluna səsləyir. Bu nöqteyi-nəzərdən
Qəzalinin fikirləri başqa bir ərəb mütəfəkkirinin fikirləri ilə son dərəcə
səsləşir: Musiqi bir ilahi sirrdir və yalnız seçmə adamlar üçün
əlçatandır. Qəzali yazırdı:
xoş musiqidə, gözəl melodiyalarda,
ümumiyyətlə, qəbahətli bir şey görmürəm. Amma, məsələ ondadır ki,
onları kim və hansı niyyətlə dinləyir. Musiqi dinləməyi həddi-buluğa
çatmamış gənclərə və ondan yalnız eyş-işrət vasitəsi kimi istifadə
edənlərə qadağan etmək lazımdır. Gözəl musiqidən məqsəd
güdmədən, fayda ummadan ləzzət alanlara onları dinləməyə icazə
vermək olar. Kimdə ki, musiqi nəcib və yüksək hisslər, məsələn,
müqəddəs yerləri ziyarət etmək, yaxud haqq uğrunda müharibədə
iştirak etmək hisslərini oyadır, onların musiqini dinləməsi arzu
olunandır.
Bu
fikir
vaxtı ilə Süleyman peyğəmbər tərəfindən
söylənilənlərlə də müəyyən qədər uyuşur: “Abırsızın nəğmələrinə
qulaq asmaqdansa, müdrikin öyüdlərini dinləmək daha yaxşıdır.”
Qəzalinin və
Süleyman Peyğəmbərin söylədikləri, əsasən, əxlaqi
kontekstə
aiddir.
Ərəb təfəkkürünün inkişafı tarixində bu
münasibətlərə
məntiqi,
filoloji
baxımlardan,
sənətşünaslıq