82
Fərabi həm şəhərli, həm də cəngavər instinktlərinin özündə
daşıdığından həm
Platona, həm də
Aristotelə qarşı simpatiya duyurdu.
Özünün həyati instinktlərini onların hər ikisinin fəlsəfəsinin dilində
anlaya və ifadə edə bilirdi. Ayrılıqda götürüldükdə isə,
Platon zadəgan
instinktlərinin, Aristotel
isə məmur
instinktlərinin
ifadəçisi idi. Ərəb-
müsəlman fəlsəfəsində cəbrilik təlimi, elə bu səbəbdən də Platona,
əşərizm isə Aristotelə yaxın idi.
Cəbrilik sünnizmin ifadəçisi olduğu kimi əşərizm həmçinin də
qədərilik və mötəzilə öz mahiyyəti etibarı ilə şiəliyin ifadəçisi idi c
Həm sünnizmdə, həm də şiizmdə müsəlman icmasının fundamental
yaşayış prinsipləri təhrif olunur. Şiizm icma prinsiplərini cəmiyyət
prinsiplərinə, sünnizm isə tayfa prinsiplərinə transformasiya edir.
Şiəlik şəhərlərin çiçəklənməsi prosesində, sünnilik cihad
zamanı güclənir, öz əhəmiyyətini artırır. Hər iki halda icma prinsipləri
sıxışdırılır. İslam icmasının nəzəri özünüdərki icma prinsiplərinə
həsrət duyğusu üzərində qərarlaşır.
Müsəlman icma şüuru Əməvilərin timsalında sünniliyin
hökmranlığına müxalif olduğu qədər, Abbasilərin timsalında şiəliyin
hökmranlığına müxalif idi. Xaricilik isə ilkin müsəlmanlığın sünnizmə
qarşı, başqa sözlə, icma mədəniyyətinin cəngavər mədəniyyətinə qarşı
mənəvi müxalifətinin ifadə edirdi. Müsəlman icma şüurunun
Abbasilər dövrünə təsadüf edən tarixi formaları ilkin müsəlmanlığın
şiizmə qarşı, başqa sözlə, icma mədəniyyətinin şəhər mədəniyyətinə
qarşı əksliyi və barışmazlığı ilə şərtlənirdi.
Müsəlman icma şüurunun tarixi təkamülünün hər bir dövründə
icma əxlaqı
əsasən onun mütləq ilahi mənşəyi fonunda
səciyyələndirilmişdir.
Müsəlman davranış kodeksinə Allahın
iradəsinin ifadəçisi olmaqla ilahi mahiyyət şamil edilmişdir.
Lakin, əlbəttə ki, istisnalar da olmuşdu. Xürrəmilik də islam
dünyasının icma prinsiplərinə həsrətindən yaranmışdı.
İslam aləmində öz təcəssümünü tapan icma şüuru bir qayda
olaraq, ilahi fonda səciyyələndirilmişdir. Xürrəmilik, əlbəttə ki, artıq
qeyd olunduğu kimi, istisna təşkil edirdi. Əgər Məhəmməd
Peyğəmbərin başçılığı altında Mədinədə mövcud olan müsəlman
icması ilkin müsəlmanlığın birinci tarixi təcəssümü idisə, əgər
xaricilik onun ikinci tarixi təcəssümü idisə, xürrəmilik icma şüurunun
qeyri-islami zəmində ifadəsi oldu.
Qeyd etmək istərdim ki, icma şüuru, əlbəttə ki, islamdan daha
öncə də mövcud idi. İslamdan öncə mövcud olan icmaçı şüur,
məsələn, məzdəkizm formasında öz ifadəsini tapmışdı. İslam icma
şüuruna müəyyən monoteist dini məzmun verdi. Mədinə icmasını
yaşadan ilkin prinsiplər də, xaricilik də, xürrəmilik də icmaçı ruhun
83
müxtəlif təzahürləri idi. Xürrəmizmdə icma şüurunun müsəlman
kontekstindən qopub ayrılması həm də, ondan irəli gəlirdi ki,
müsəlman əxlaqını qoruyub saxlamalı olan, onun keşiyində durmalı
olan ruhani təbəqəsi öz səmimiyyətini itirmişdi. Bu hal müsəlman
icmasının mərkəzi olmalı olan Bağdadda özünü daha aşkar şəkildə
göstərirdi. Bağdadlı Əbu Abdullah əl-Mühasibi Allah qarşısında
səmimiyyəti ruhanilərin ikiüzlülüyünə və zahiri
möminliyinə qarşı
qoyur və bu əsasda da insanın əməlləri ilə onun ülvi arzuları
arasındakı münasibətlərin insanın özü tərəfindən müşahidə oluna
bilməsi problemini öz nəzəriyyəsinin əsasına qoyur.
Bu problem həm də sufizmin qayəsini təşkil edirdi. Sufizm də
ilkin olaraq icma şüurunun ifadəçisi olaraq meydana gəlmişdi. Sufizm
təliminin daşıyıcıları sufilər adlanırdılar. Sufilər dərviş dəstələrində,
müxtəlif icmalarda, ordenlərdə birləşərək, kənd-kənd, şəhər-şəhər
gəzir, öz ideyalarını yayırdılar.
Sufizmdə rasional idrak metodlarının inkarı, asketizm, fəhm
üstünlük təşkil edir.
Qeyd edilməlidir ki, icma şüuru sufizmin şəxsində özünün yeni
mərhələsinə başlasa da, sufizm bütövlükdə yalnız icma şüurunun
ifadəçisi deyildi. İcmaçı yönümlü sufizmlə yanaşı sonradan qeyri-
icmaçı yönümlü sufizm də formalaşacaqdı.
İcmaçı yönümlü sufizmin ən
parlaq ifadəçisi Cüneyd Bağdadi
idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən
nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası)
adlandırılmışdı.
İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan
insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini,
müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü -
zadəgan yönümü formalaşdı.
Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm
mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan
yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı.
Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm
tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin
fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul
edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş
olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən
kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün
təcəssümünü tapır. Zadəgan yönümlü sufizm Allahı kamil insan
simasında gördüyündən, dünyanı zülmdən. xəstəlikdən, aclıqdan,
ədalətsizlikdən xilas etmək, dünyanı gözəlləşdirmək zərurətini məhz
kamil insanın missiyasına aid edir.