Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə48/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   44   45   46   47   48   49   50   51   ...   402

 

99 


əgər biz hər hansısa bir xüsusi məqsədə nail olmağa səy göstəririksə, 

deyək  ki,  məsələn  imtahan  vermək  üçün  ən  yaxşı  şans  əldə  etmək 

istəyiriksə  bu  və  ya  digər  mövzunu  öyrənməliyik.  Amma  əgər  biz 

müəyyən bir ixtisasa sahib olmaq və uyğun fəaliyyətlə məşğul olmaq 

istəyiriksə,  onda  biz  nə  üçün  imtahan  verməli  olduğumuzu  izah  edə 

bilərik.  Olmalı  olan  haqqında  suallar  nisbi  məqsədlərlə  əlaqəlidir, 

nisbi  məqsədlər  isə  digər  məqsədlərə  nail  olmaq  vasitəsidir.  Lakin 

təbii elmlər o suala cavab vermirlər ki, məqsədlərin və vasitələrin belə 

bir  ardıcıllığında  biz  nə  üçün  müəyyən  son  məqsədə  üstünlük 

verməliyik. 

Bununla  belə,  elmlər  işlərin  mövcud  vəziyyətini  izah  edərək, 

bizim mövqelərimizə və əməllərimizə böyük təsir göstərə bilir. Onlar 

bizim  əməllərimizin  həqiqi  motivlərini,  nəticələrini  və  mümkün 

alternativlərini  üzə  çıxara  bilir.  Bundan  da  daha  çox  deyilsə,  təbii 

elmlər  aydınlaşdıra  bilir  ki,  insanlar  öz  sözləri  və  əməlləri  ilə  nəyi 

düzgün və yaxşı hesab edirlər. Onlar həmçinin cəmiyyətdə normaların 

necə  fəaliyyət  göstərdiyini  də  aşkara  çıxara  bilərlər.  Lakin  normalar 

haqqında  bütün  bu  informasiyadan  heç  də  hər  hansı  bir  normanın 

vacibliyi nəticəsi alınmır. 

Əgər sosial antropoloq, məsələn, hansısa cəmiyyətin normalarını 

təsvir edirsə, onun təsviri bu normaların həmin cəmiyyət üçün «icbari» 

olduğunu  nəzərdə  tutur.  Lakin  buradan  belə  bir  nəticə  çıxmır  ki,  bu 

normalar  bizim  üçün,  başqa  cəmiyyətdə  yaşayanlar  üçün  də  icbaridir. 

Bu,  heç  o  da  demək  deyildir  ki,  tədqiq  olunan  mədəniyyətin  daxilində 

yaşayan insanlar tərəfindən faktiki olaraq icbari hesab edilən normalar, 

əslində  əsaslandırılmış  norma  kimi  anlaşılmalıdırlar.  Belə  bir  faktı 

xatırlatmaq  kifayətdir  ki,  məsələn,  bir  sıra  mədəniyyətlərdə  yağış 

tanrısını  mərhəmətə  gətirmək  üçün  verilən  qurban  insanın  özü  olur. 

Deyək  ki,  biz  fiziki  və  psixi  olaraq  qeyri-normal  olan  uşaqların 

cəmiyyətdən  uzaqlaşdırılması  tələbini  başa  düşə  bilərik,  amma  bu 

normaları  ümumi  əhəmiyyətə  malik  olan  bir  fakt  hesab  edə  bilmərik. 

Beləliklə, icbari qaydada fəaliyyət göstərən bir sıra normaların nəzərdən 

keçirilməsi  heç  də  onların  ümumi  əhəmiyyətə  malik  olmasını  etiraf 

etmək demək deyildir. 

Bu  problemlərə  daha  dərindən  nüfuz  etmə  daha  bir  dərsliyin 

yazılmasını tələb edərdi. Biz yalnız onu göstərməyə çalışdıq ki, bizim 

gündəlik həyatımızın normaları  ilə  bağlı  problematika  bizi fəlsəfənin 

və  başqa  fənlərin  maraq  dairəsinə  necə  aparıb  çıxarır  və  bu 

problematikanın aydınlaşdırılması üçün fəlsəfə nə edə bilər. 

Bu  mürəkkəb  mövzu  barədə daha  bir  mətləbə  -  elm  və  fəlsəfə 

arasında  qarşılıqlı  münasibətə  -  diqqət  yetirək.  Hadisələrin  elmi 

anlamı  konseptual  və  metodoloji  müqəddəm  şərtlərin  məcmusundan 




 

100 


asılıdır,  hadisələrin  tədqiqinin  elmi  layihəsi  bu  müqəddəm  şərtlər 

üzərində  qurulur.  Bu  xüsusən  o  halda  aşkar  bir  surətdə  görünür  ki, 

elmi 

müzakirənin  məsələn  hidroenergetikanın  inkişafı  kimi 



mövzusunu iqtisadi, ekoloji, texnoloji, sosioloji və korporativ nöqteyi-

nəzərlərdən  təhlil  etmək  mümkün  olur.  Onlar  müzakirənin  eyni 

mövzusunun müxtəlif aspektlərini işıqlandırır. Lakin ayrıca predmetə 

münasibətdə  mövcud  olan  müxtəlif  nöqteyi-nəzərlər  onun  həqiqi 

mənzərəsini 

vermir. 


Beləliklə, 

"müzakirə 

predmetinin", 

hidroenergetikanın  inkişafı  və  ya  məktəb  təhsilinin  mərkəzi  sistemi 

olmasından  asılı  olmayaraq  onun  əslində nə  olduğunu  anlamaq  üçün 

ona  aid  olan  bütün  nöqteyi-nəzərlərin  məcmusunu  bilmək  və 

mənalandırmaq zəruridir. Onlar ətrafında baş verən düşüncələri fəlsəfi 

refleksiya  adlandırmaq  olar  və  xüsusi  elmlərin  çoxluğu  şəraitində  isə 

bu tamamilə yerinə düşür. Məhz fəlsəfi refleksiya bizə kömək edir ki, 

sivilizasiyanın  indiki  inkişafı  dövründə,  bütövün  bir-biri  ilə  əlaqəsi 

olmayan  avtonom  hissələrə  parçalanma  təhlükəsi  şəraitində  onların 

ümumi anlamına yaxınlaşa bilək. 

Qeyd  etmək  lazımdır  ki,  əsl  fəlsəfi  problemlərin  necə 

yarandığını  göstərməyə  çalışaraq,  biz  fəlsəfə  üçün  mərkəzi    baxış 

bucağından  çıxış  edirik  (Digər  müəlliflər,  ola  bilər  ki,  başqa 

mövzularda və başqa təfəkkür üslublarında qalmaqda davam etsinlər). 

Bu,  mühüm  andır,  belə  ki,  bizim  etdiyimiz  seçim  bu  kitabın  da 

formasını  və  məzmununu  müəyyənləşdirmişdir.  O,  təbii  hüquq 

(natural  rights),  təbiətşünaslıq  və  elmi  rasionallığın  ekspansiyası 

problematikası  kontekstində  Avropa  fəlsəfəsi  tarixinə  bir  giriş 

xarakterini  daşıyır.  Əgər  fəlsəfə  tarixini  əsasını  çoxsaylı  problemlər-

bağlar təşkil edən parlaq bir divar xalçası kimi təsəvvür etsək, onda bu 

iki problem onların ən mühümü, bir bağ olaraq isə ən uzunu olardı. 

Biz  fəlsəfə  tarixini  bəzi  təsvirlər  üçün  səciyyəvi  olan 

nöqsanlardan    qurtarmağa  çalışmışıq.  Bu  nöqsanların  əksəriyyəti 

müəlliflərin elmi və pedaqoji karyeralarının, onların elmi maraqlarının, 

tədqiqat  sahələrinin  və  mədəni  oriyentasiyalarının  xüsusiyyətlərini 

özlərində  daşıyırlar.  Tarixin  təsviri  elə  buna  görə  də,  adətən, 

qabaqcadan  düşünülmüş  nöqteyi-nəzərdən  verilir.  Hər  bir  müəllif 

sözsüz  ki,  tarixi  rəngarənglik  içərisindən  ən  doğru  və  ən  mühüm 

bildiyini  seçib  ayırır.  Çətin  elə  bir  adam  tapıla  bilsin  ki,  Makiavellini, 

Marksı  və  ya  Haydeggeri  oxuyarkən  neytral  bir  münasibətdə  qalmış 

olsun. Elə buna görə də, belə bir şeyi güman etmək bir illüziya olardı ki, 

guya  fəlsəfənin  və  ya  başqa  bir  fənnin  tarixini  əbədiyyət  nöqteyi-

nəzərindən  və  ya  Tanrı  mövqeyindən  yazmaq  mümkündür.  Əvvəlki 

filosofların hər  birinin  müzakirəsi  "müasir"  xarakter  daşıyacaqdır.  Bu, 

hər bir fəlsəfə tarixçisinə xasdır, o, bunu istəsə də, istəməsə də. Tarixçi 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə