Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə56/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   52   53   54   55   56   57   58   59   ...   402

 

116 


ümumiyyətlə  mövcud  olub-olmaması  haqqında  məsələ  qaldırdılar. 

Onun  nümayəndələri  birinci  nəsil  tərəfindən  müqəddəm  şərt  kimi 

qəbul  edilənləri  tənqidi  düşüncənin  predmetinə  çevirdilər.  Lakin 

dəyişikliyin  ümumiyyətlə  mövcud  olub-olmaması  haqqında  suala 

Parmenid  və  Heraklit  aşkar  olaraq  diametral  əks  cavabları  təklif 

etdilər. Heraklit təsdiq etdi ki, hər bir şey daimi dəyişiklik və hərəkət 

vəziyyətindədir.  Parmenid  isə  eyni  zamanda  hesab  edirdi  ki,  heç  nə 

dəyişiklik  vəziyyətində  deyildir!  Hər  iki  cavab  hərfi  olaraq  mənasız 

görünür. Amma, hərfi anlam Falesin cavabı ilə bağlı məqamda olduğu 

kimi, filosofların əslində dediklərinə uyuşmur. 



HeraklitHəyatı. Heraklit öz mənşəyi etibarı ilə Miletlə qonşu 

olan Efes liman şəhərindən idi. O, təxminən b.e.ə. 500-cü illərdə, yəni 

Falesdən təqribən 80 il sonra yaşamışdır. Heraklit haqqında bir neçə 

tarixçə  məlumdur,  amma  onların  real  əsasa  malik  olması  az 

ehtimallıdır.  Bütün  bunlarla  yanaşı  onun  obrazını  saxlanılmış 

fraqmentlər  əsasında  bərpa  etmək  imkanı  mövcuddur.  Heraklit  bizim 

qarşımızda  qapalı,  kəskin,  sarkast  bir  filosof  kimi  dayanır.  Heraklit 

müasirləri  tərəfindən  heç  də  həmişə  başa  düşülmürdü  və  buna  görə 

də, onların aşağı zehni qabiliyyətlərə malik olduğunu düşünürdü. Elə 

bu səbəbdən də o, təsdiq edirdi ki, insanların təsəvvürləri və nöqteyi-

nəzərləri  "uşaqlar  üçün  oyuncağa"  bənzəyir  (D:  70)

30

.  Başqa  bir 

fraqmentdə  (D:  34)  deyilir  ki,  başa  düşməyənlər  kar  olanlara 

oxşayırlar,  "olduqları  yerdə  də  yoxdurlar".  Bundan  da  daha  çox 

deyilsə, əksəriyyətin mühakimələrini nəzərdə tutaraq, Heraklit onların 

nümayəndələrini "samanı qızıldan daha üstün tutan eşşəklərlə" (D: 9) 

müqayisə etmişdir. 

Heraklit  təliminin  müasirləri  tərəfindən  başa  düşülməməsi, 

yəqin ki, yalnız onun müasiri olan əksəriyyətin kütlüyü ilə izah oluna 

bilməz.  Heraklitə  bir  filosof  olaraq  "Qəliz"  ləqəbi  verilmişdi.  O,  çox 

vaxt  öz  fikirlərini  aydın  olmayan  və  çoxmənalı  metaforaların  köməyi 

ilə ifadə edirdi. Özlərini mifdən kənar tutmağa çalışan və bunu xüsusi 

                                                



30

 Sokrataqədərki  filosofların  fraqmentlərinin  alman  dilinə  tərcüməsinin  əsas 

mənbəyi  kimi  aşağıdakı  əsərdən  istifadə  olunur:  Die  Fragmente  der 

Vorsokratiker.  Griechisch  und  Deutsch  von  Hermann  Diels.  Bd.  1.  Sechste, 

veibesserte Auflage. Hb. von W. Krantz. Berlin, 1951. İngilis dilinə tərcümədə 

əsasən  bu  əsərdən  istifadə  olunur  Ch.  H.  Kahn.  The  Art  and  Thought  of 

Heraclitus:  An  Edition  of  the  Fragments  with  Translation  and  Commentary. 

Cambridge,  1989.  Rus  dilinə  tərcüməsinin  əsas  mənbəyi  kimi  isə  Dils-Krans 

tərəfindən  nömrələnmə  saxlanılmaqla  aşağıdakı  əsərdən  istifadə  olunur: 

Фрагменты  ранних  греческих  философов.  Часть  I.  От  эпических 

теокосмогоний  до  возникновения  атомистики.  Издание  подготовил  А. 

Лебедев. Под редакцией И. Д. Рожанского. М. : Наука, 1989.  


 

117 


olaraq  vurğulayan  Milet  naturfilosoflarının  əksinə  olaraq,  Heraklit 

ifadənin  mifoloji  üslubuna  meylli  idi.  O,  miletlilərdə  tapıla  bilən 

elmilik dərəcəsinə malik deyildi. O, həmçinin Parmenidin və eleatların 

istifadə  etdikləri  məntiqi,  müəyyən  anlayışlardan  da  istifadə  etmirdi. 

Heraklit  intuisiyaya  və  vizionerliyə  istinad  edirdi  -  onun  nitqi 

orakulun  sözlərinə  oxşayırdı. Mümkündür ki,  o, «Delfada  gələcəkdən 

xəbər verən tanrı  nə  bəyən edir, nə  də  gizlədir, yalnız işarələr verir" 

(D: 93) sözlərini söyləyərkən özünü nəzərdə tuturdu. 

Əsərləri. Heraklit öz əsərlərini, bizim bildiyimiz ölçüdə, Efesli 

Artemida  məbədində  saxlamışdır.  Onun  nisbətən  daha  çox  fraqmenti 

qalmışdır.  Belə  hesab  olunur  ki,  onun  adı  altında  bizə  gəlib  çatan 

fraqmentlərdən  126-sı  həqiqətən  də  ona  məxsusdur,  13  fraqmentin 

müəllifliyi isə şübhə doğurur. 

Heraklitin  fraqmentlərində  həmçinin  digər  filosoflar  da 

xatırlanır.  Bu  isə,  ondan  xəbər  verir  ki,  filosoflar  artıq  yalnız 

müstəsna  dərəcədə  xarici hadisələrlə deyil,  həm  də  digər filosofların 

fəlsəfi  problemlər barədə  nə dedikləri  ilə  maraqlanmağa  başlayırlar. 

Nəticədə, filosoflar arasında diskussiyalar və bir filosofun əsərlərinin 

digər  filosofların  əsərlərində  şərh  olunması  sayəsində  fəlsəfi  ənənə 

yaranır. 

"Hər  şey,  mütləq  mənada  hər  şey,  fasiləsiz  dəyişiklik 

vəziyyətindədir",  müddəası  aşağıda  göstərilən  belə  bir  səbəb 

ucbatından məntiqi olaraq ziddiyyətli hesab edilməlidir. Biz "hər şey 

fasiləsiz dəyişiklik vəziyyətindədir" müddəasını dilin köməyi olmadan 

ifadə edə bilmərik. O, bu halda müəyyən zaman intervalında mövcud 

olmalı  olan  obyektlərin  göstərilməsi  və  tanınması  vasitəsi  kimi  çıxış 

edir.  Beləliklə,  bu  müddəanın  qurulması  və  mənalandırılması  şərti 

olaraq  obyektlərin  dəyişməzliyi  haqqında  çıxış  etdiyindən  o,  burada 

danışılanlara  ziddir.  Amma  Heraklit,  əslində,  hər  şeyin  fasiləsiz 

dəyişiklik vəziyyətində olduğunu demir. O, deyir ki: 

 

1) hər şey fasiləsiz dəyişiklik vəziyyətindədir



31

, amma 


2)  dəyişiklik  dəyişməz  qanuna  (loqosa)  uyğun  olaraq  baş 

verir


32

 və 


                                                

31

 D: 91 fraqmenti ilə müqayisə edin: "eyni çaya iki dəfə daxil olmaq olmaz və 

cansız  təbiəti  iki  dəfə  eyni  vəziyyətdə  yaxalamaq  olmaz...  .  O,  qurulur  və 

dağılır, yaxınlaşır və uzaqlaşır".  

32

 Baxın.  fraqment  D:  30:  "kosmos  mövcud  olan  hər  şey  üçün  eynidir,  nə 

Tanrı tərəfindən, nə də insan tərəfindən yaradılmamışdır, amma həmişə canlı 

bir  od  olmuşdur,  oddur  və  əbədi  olaraq  da  od  olaraq  qalacaqdır,  meyarına 

uyğun olaraq bəzən alışaraq və bəzən də sönərək".  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə