118
3) bu qanun əksliklərin qarşılıqlı təsirini özündə ehtiva edir
33
,
4) özü də əksliklərin bu qarşılıqlı təsiri bir bütöv olaraq
harmoniyanı doğurur
34
.
Biz Herakliti belə bir qaydada şərh edə bilərik. Hər şey əks
qüvvələrin qarşılıqlı təsir qanununa uyğun olaraq fasiləsiz
dəyişikliklər vəziyyətindədir. Belə ki, məsələn elə bizim öz evimiz
başqa obyektdir kimi dəyişiklik prosesindədir. Dəyişikliklər əks
qüvvələrin
qarşılıqlı
təsiri
sayəsində
həyata
keçirilir.
Ümumiləşdirilmiş şəkildə deyilsə, onlardan biri yaradıcı, konstruktiv
xarakter daşıdığı halda, digəri, əks olanı dağıdıcı, destruktiv
təbiətlidir. Lakin bir müddət, bir çox illər ərzində konstruktiv qüvvələr
destruktiv qüvvələr üzərində üstünlüyə malik olur. Elə buna görə də,
həmin bu ev həmin bu situasiya müddətində öz mövcudluğunu
qoruyub saxlayacaqdır. Amma qüvvələr balansı dəyişilməyə
məhkumdur və zamanın müəyyən bir anında destruktiv qüvvələr
üstünlük təşkil etməyə başlayır. Nəticədə, ağırlıq mərkəzi dəyişir,
dağıdıcı qüvvə öz əksliyi üzərində üstünlüyə malik olur və ev dağılır.
Başqa cür deyilsə, Heraklit etiraz etmir ki, şeylər kifayət qədər
uzun müddət mövcud ola bilərlər. Lakin bütün keçici şeylərin baza
prinsipi - uyğun qüvvələr arasında qarşılıqlı təsir balansının
saxlanılmasıdır. Onlar arasındakı bu balans qanuna, loqosa uyğun
olaraq dəyişilir. Elə buna görə də, dəyişilən şeylərin əsl substansiyası
maddi əsas deyildir, loqosdur!
Heraklit üçün loqos - müxtəlifliyin gizli, ümumi vəhdətidir.
Eyniyyət - bütün fərqlərdə məntiqi olaraq güman olunan budur.
Heraklit irsindən bizə miletlilərə nisbətən daha çox fraqment
məlum olsa da, onu şərh etmək daha asan deyildir, çünki o, özünü
poetik obrazlar vasitəsi ilə ifadə edirdi.
Fraqmentlərin birində (D: 90) Heraklit deyir ki, "hər bir şey
oda çevrilir, od isə - hər bir şeyə, necə ki, bütün mallar qızılla, qızıl isə
- bütün mallarla dəyişdirilir". Amma o, od (yunanca, rur) barədə
danışdığı zaman aydın olmur ki, od onun üçün Milet filosoflarında
olduğu kimi "ilk başlanğıc"mı idi yoxsa o, "od" sözündən
33
Baxın. fraqment D: 8: "doğulan ziddiyyət bir yerə toplayır, ayrı-ayrı musiqi
səslərindən mükəmməl harmoniya yaranır, hər şey konflikt sayəsində baş verir
". D: 51 fraqmenti ilə müqayisə edin: "insanlar öz-özündən ayrılanların özünə
qayıdan harmoniya kimi necə uyğunlaşdıqlarını başa düşmürlər ".
34
Heraklit təlimində, beləliklə, "dialektika" momentləri vardır, bu momentlər
bizə Hegeli və Marksı xatırlada bilər, onların belə bir müddəası vardı ki, tarix
əksliklərin qarşılıqlı təsiri sayəsində irəliləyir.
119
dəyişikliklərin bir metaforası kimimi istifadə etmişdi. Hər iki şərh
mümkündür.
Əgər biz odu ilk əsas kimi şərh ediriksə, onda təbiətin fəlsəfəsi
və iqtisadiyyat arasında əlaqənin mövcudluğunu güman etmək olar.
Həqiqətən də, fəlsəfənin ilk əsas anlayışı burada vasitəsi ilə bütün
dəyişikliklərin baş verdiyi ümumi element olaraq pul, qızıl anlayışları
ilə əlaqələndirilir. Pul, qızıl mübadilənin ümumi standartı olduğu kimi
ilk əsas da bütün dəyişikliklərin ümumi elementi rolunda çıxış edir.
Bəzi alimlər Herakliti siyasi baxımdan müharibənin tərəfdarı
kimi şərh edirlər. Buna əsas verən fraqment (D: 53) belədir:
«müharibə hər şeyin atası və hər şey üzərində hökmdardır". Onun
daha diqqətlə oxunulması göstərir ki, Heraklitdə söhbət təbiətdə
alternativ qüvvələr arasındakı gərginliyin fundamental xarakter
daşıması barədədir. Müharibə, konflikt (yunanca, polemos,
"polemika" sözü də buradandır) bu kosmoloji gərginliyin təzahürüdür.
Həmin bu kosmoloji gərginlik isə bazis prinsipidir, başqa cür deyilsə,
"hər şeyin atası"dır.
Heraklit həmçinin tsiklik kainat yanğınları və bir müddət sonra
dövrü olaraq təzədən meydana çıxan yeni dünyalar barədə da danışır.
Bu tsiklik yanğınlar və yeni dünyalar ideyasına sonralar stoiklər də
müraciət edəcəklər.
Heraklitə alternativ olan mövqe Parmenid tərəfindən tutulur.
Bu, heç də o demək deyildir ki, onun üçün belə bir müddəa mütləq
hesab olunurdu: "heç nə dəyişiklik vəziyyətində deyildir". Parmenid
təsdiq edir ki, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür. Heraklit
üçün olduğu kimi, Parmenid üçün də çıxış nöqtəsini "məntiqilik"
təşkil edirdi. Onun arqumentlərini, görünür ki, aşağıdakı qaydada
rekonstruksiya etmək olar:
A) 1) Mövcud olan - mövcuddur.
Mövcud olmayan - mövcud deyildir.
2) Mövcud olan – təfəkkürə yatımlıdır.
Mövcud olmayan - təfəkkürə yatımlı deyildir.
B) Dəyişiklik ideyası belə bir gümandan çıxış edir ki, nəsə
mövcud olmağa başlayır və nəsə mövcud olmaqdan dayanır. Məsələn,
alma yaşıl olmaqdan qalaraq qırmızı olur. Yaşıl rəng yox olur,
"mövcud olmayana" çevrilir. Bunun təsiri ilə, biz dəyişikliyi
təfəkkürdə ifadə etmək qabiliyyətində deyilik. Bu mühakimələr
göstərir ki, düşüncəyə yatmayan dəyişiklik yoxluğu nəzərdə tutur.
Deməli, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür.
Əlbəttə ki, bizim hər birimiz kimi həmçinin Parmenid də yaxşı
bilirdi ki, bizim hissiyyat orqanlarımız bizə ən müxtəlif dəyişikliklər
barədə xəbər verir. Lakin onun qarşısında bir dilemma yaranmışdı.