GüRCÜstan hökum əTİ DÖVL



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix28.08.2018
ölçüsü0,59 Mb.
#64991
1   2   3   4   5   6   7   8   9   ...   17

 



 

T

əhsil və  Elm Nazirliyinin dəstəyi ilə  Batumi  şəhəri  sakini  qaraçı  yeniyetmə  (S.A.) 



peşəkar təhsilin başlanğıc pilləsində təhsil almağa başladı. Baza təhsili başa vurduqdan 

sonra, alternativ imtahan vasit

əsilə Batumi Peşə Kolleci “Bleksi”yə qəbul oldu. Bu gün 

üçün  qaraçı  yeniyetmə  böyük müvəffəqiyyətlə  kompüter  şəbəkəsi  və  sistemlərinin 

administrasiya

sı proqramına yiyələnir.  

 

Hesabat  dövrü  ərzində  azsaylı  etnik  azlıq  nümayəndələrinin  linqvistik  hüquqlarının  müdafiəsi 



məsələsinə  xüsusi  diqqət  ayrıldı.  Gürcüstan  Təhsil  və  Elm  Nazirliyinin  N1255  saylı  əmri 

əsasında  məktəblər  və  siniflər  müəyyənləşdirildi.  Bu  məktəb/siniflərdə  azsaylı  etnik  azlıqlar 

üçün aşağıdakı dillərin öyrədilməsinin əsası qoyuldu: osetin, avar, udi, assur, kürt dili.  

Xüsusilə: 

 

Osetin dili – 



Kvareli  bələdiyyəsi,  Dzizkanaantseri  kəndi  kütləvi  məktəbinin  I-IX, 

Laqodexi bələdiyyəsi Poni və Areşperani kütləvi məktəblərinin I-XII siniflərində; 

 

Avar dili –



Kvareli  bələdiyyəsi  Tivi  kəndi,  Çantliskuri  və  Saruso  kəndlərinin  kütləvi 

məktəblərinin I-IX siniflərində; 

 

Udi dili –Kvareli 



bələdiyyəsi Zinobiani kəndinin kütləvi məktəbi I-VI siniflərdə; 

 



Assur dili -

Msxeta bələdiyyəsi Köhnə Kandi kəndi kütləvi məktəbi VI-XI siniflərdə; 

 

Kürt dili – 



Təhsil  və  Elm  Nazirliyinin  əmri  ilə  Tbilisi  şəhəri  79  saylı  kütləvi  məktəb 

müəyyənləşdirildi. 

2016-

cı  il  sentyabrın  13-də  nazirin  702  saylı  əmri ilə  yuxarıda  qeyd  edilmiş  1255  saylı  əmrə 



düz

əliş edildi və birinci maddəyə “C” bəndi əlavə olundu. Əlavəyə görə Axmeta bələdiyyəsinin 

Omalo, Duisi,  Dumasturi, Birkiani v

ə Coğolo kəndləri kütləvi məktəblərinin V-VI siniflərində 

çeçen dilinin seçm

ə fənn kimi həftədə iki saat tədrisi müəyyənləşdirildi.  

 

Gender meynstriminqi 

V

ətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və müvafiq plan gender nişanəsi 



altında  bərabərsizliyin  aradan  qaldırılmasını  və  qadın  hüquqlarının  müdafiəsinin 

d

əstəklənməsini, onların ictimai həyatda aktiv iştirakına dəstəyin təşviq edilməsini nəzərdə tutur.  



Bu m

əqsədlə  etnik  azlıqların  kompakt  məskunlaşdığı  regionlarda  Barışıq  və  Vətəndaş 



B

ərabərliyi Məsələləri üzrə  Gürcüstan Dövlət  Naziri  Aparatının  təşkilatçılığı  ilə  müxtəlif 

m

əzmunda informasiya xarakterli bir neçə  görüş  keçirildi.  Görüşlərdə  əsas diqqət gender 



b

ərabərliyi məsələlərinə, o cümlədən də  erkən nikah kimi məsələlərə  yönəldilmişdir.  Bundan 

başqa, Dövlət Naziri Aparatı və Gürcüstanda fəaliyyət göstərən Sülh Fondunun təşkilatçılığı ilə 

Axalsixe b

ələdiyyəsi  meriyasında  “Qadın  hüquqları  və  məşğuliyyəti” mövzusunda treninq 

keçirildi. 

Qardabani  şəhərində  yerli müəllimlərlə  qadınların  məşğuliyyəti və  ictimai həyatda 

onların aktiv iştirakı mövzusunda dörd görüş təşkil olundu.  

H

əmçinin  Ədliyyə  Nazirliyinin də  iştirakı  ilə  Marneuli bələdiyyəsi  Sadaxlı  kəndinin ictimai 



m

ərkəzində insan alveri, ailədə zorakılıq və etnik azlıqların müdafiəsi məsələləri ilə bağlı yerli 

əhali ilə görüş keçirildi.  

Bu istiqam

ətdə Tbilisi Sakrebulosu tərəfindən bir neçə tədbir ərsəyə çatdırıldı. Bura daxildir: 



 



 

İnsan  Hüquqlarının  Müdafiəsi və  Vətəndaş  İnteqrasiyası  Komissiyasının  təşəbbüsü, 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Seçki Sistemləri Beynəlxalq Fondunun (IFES) 

d

əstəyi ilə  Tbilisidə  yaşayan  etnik  azlıq  nümayəndələri üçün “Gender bərabərliyi, 



qadınların siyasi iştirakı” mövzusunda treninq keçirildi.   

 



 “Tbilisi Dostluq Evind

ə” “Milli  azlıq  nümayəndəsi  olan  qadınların  Tbilisi  şəhər 

b

ələdiyyəsinin işində iştirakı” adlı konfrans təşkil edildi. Konfransda gender bərabərliyi 



strategiyası ilə bağlı mühakimələr yürüdüldü və konkret tövsiyələr işlənib hazırlandı. 

 

 



ÜHHŞ –D. Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası 

Milli F


əaliyyət  Planı  çərçivəsində  2011-ci ildən bəri gender bərabərliyi  prinsipləri və  BMT 

T

əhlükəsizlik  Şurasının  qətnamələri Tədris  Planında  öz  əksini  tapmaqdadır.  Milli  Müdafiə 



Akademiyası həm bakalavr, həm də peşə məktəblərinin tədris planına əsasən məktəblərə qəbul 

olmuş  hər bir yeni tələbəyə, o cümlədən  etnik  azlıq  nümayəndələrinə  də  “Gender bərabərliyi 

prinsipl

əri və BMT Təhlükəsizlik Şurasının qətnamələri ” mövzusunda təlimlər keçirilir. 2013-cü 

ild

ən  gender bərabərliyi prinsipləri və  BMT Təhlükəsizlik  Şurası  qətnamələri Milli Müdafiə 



Akademiyası məktəblərinin müvafiq tədris planına daxil edildi. 2016-cı ildən IV kurs yunkerləri 

üçün t


ədris moduluna gender bərabərliyi prinsipləri haqqında qiymətləndirmə mühazirələri də (4 

saat) t


ətbiq olundu. 

Hesabat  dövrü  ərzində  Əmək,  Səhiyyə  və  Sosial  Müdafiə  Nazirliyi    USAID  tərəfindən 

maliyyələşdirilmiş  layihənin  -“Gürcüstanda  ailədə  zorakılığın  azaldılması”  –prevensiyası 

komponenti çərçivəsində, ailədə zorakılığın qarşısının alınması mövzusunda dörd dildə (gürcü, 

rus,  erməni,  Azərbaycan  dillərində  -500  ədəd)  braşüra  hazırlandı  və  çap  olundu;  braşüra 

zorakılığın formaları və qurbana (zərərçəkmişə) lazımi yardımın göstərilməsi mexanizmi, dövlət 

fo

ndunun xidmətləri və ondan istifadə edən benefisiarlar haqqında informasiyanı əks etdirir.    



Bundan  başqa,  il  ərzimdə  nazirliyin  təşkilatçılığı  ilə  Kvemo  Kartli  və  Samsxe-Cavaxeti 

regionlarında  sadalanan  hədəf  qrupları  ilə  informasiya  xarakterli  görüşlər  təşkil olundu: 

Qardabani  bələdiyyəsi  Martkopi  və  Sartiçala  kəndlərinin  kütləvi  məktəb  şagirdləri  ilə; 

Ninodzminda bələdiyyəsi, Qandzani kəndi və Marneuli bələdiyyəsi Sadaxlı kəndinin əhalisi ilə.   

 

Axalkalaki  şəhərində  isə  ailədə  zorakılığa  qarşı  16  günlük  kampaniya  çərçivəsində  zorakılıq 



haqqında  məlumatlılığın  yüksəldilməsi  məqsədilə  aksiya  keçirildi.  Universitet  tələbələrinə 

braşüralar, futbolkalar və çantalar təqdim edildi.   

 

Kvemo Kartli region

u diyar administrasiyası tərəfindən görülmüş işlər 

 

Kvemo Kartli regionunun bütün b



ələdiyyələrində  “Munisipal xidmət ” –“Qadınlar  otağı” 

yaradılıb    ki,  burda da  əsas məqsəd  qadın  ehtiyacları  ilə  bağlı  informasiya  və  xidmətlərin 

əlçatanlığının təmin edilməsindən ibarətdir. “Qadın otağı” çərçivəsində əhali üçün əhəmiyyətli 

m

əsələlərin müzakirəsi və problemlərin həlli yollarının axtarılması həyata keçirildi. Erkən nikah, 



qadın  zorakılığına  qarşı  mübarizə  mexanizmləri və  insan  haqlarının  müdafiəsi üzrə  milli 

strategiya il

ə bağlı informasiya xarakterli bir neçə görüş təşkil edildi.    



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə