35
inteqrasiyasını dəstəkləməkdən ibarətdir. Hesabat dövrü ərzində “Dostluq Evi”ndə intensiv
sur
ətdə müxtəlif xarakterli tədbirlər və görüşlər təşkil edilirdi.
Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər
Hesabat dövrü
ərzində Batumi şəhər bələdiyyəsi tərəfindən yaradılmış QKHŞ “Batumi
M
ədəniyyət Mərkəzi ” nəzdində mövcud “Dostluq Evi”ndə etnik azlıq nümayəndələri ilə
görüşlər keçirildi. Qeyd edilmiş görüşlərdə Batumi şəhər meriyası tərəfindən təhsil, səhiyyə,
sosial v
ə gender bərabərliyi mövzusunda planlaşdırılmış və həyata keçirilmiş proqramlar
müzakir
ə edildi.
Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər
Gür
cüstanda yaşayan
“Etnik azlıqların inteqrasiyasının dəstəklənməsi proqramı” ölkədə
etnik azlıq nümayəndəsi olan gənclərin inkişafını, onlarda aktiv vətəndaşlıq ideyasının,
dövl
ətçilik və sərbəst düşüncənin formalaşmasını dəstəkləyir. Bu istiqamətdə silsilə proqramlar
v
ə layihələr həyata keçirildi:
•
Audio tamaşaların qoyulması və DVD disklərə yazılması prosesi davam etdirildi – Vaja
Pşavelanın “Qonaq və ev sahibi” (gürcü, abxaz, osetin, Azərbaycan, rus dillərində);
Akaki Seretelinin “Mür
əbbi” (gürcü və abxaz dillərində); Şota Rustavelinin “Pələng
d
ərisi geymiş pəhləvan” (gürcü, Azərbaycan, erməni dillərində). Qeyd edilmiş DVD
diskl
ər Gürcüstanın müxtəlif regionlarına paylanmışdır;
•
2016-
cı ildə nazirlik tərəfindən “Gürcüstan mənim Vətənimdir” ədəbiyyat məcmusu
yaradıldı, bunun vasitəsilə Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri sırasından
poeziya istedadı ilə seçilən gənclər önə çıxarıldı; məcmu həmçinin Brayl şrifti ilə də dərc
olundu;
•
Alpinistl
ər düşərgəsi –“Çaoxidə ekspedisiya” – proqramı çərçivəsində Gürcüstanda
yaşayan etnik azlıq nümayəndəsi olan gənclərin iştirakı ilə çadır düşərgəsi “Çauxi -2016”
ekspedisiyası təşkil olundu. Ekspedisiyanın başlıca məqsədi sağlam həyat tərzinin
pop
ulyarlaşdırılmasından ibarət idi. Düşərgədə azərbaycanlı və kist gənclər iştirakçı,
gürcül
ər və ermənilər isə təşkilatçı idilər. Onlar ekspedisiyanın beş gününü bərabər
şəkildə keçirdilər. Layihədə 20 gənc iştirak etdi;
•
“Yay ekspedisiya
sı düşərgəsi” layihəsi Xvamli dağında həyata keçirildi. Layihə gənc
etnik azlıq nümayəndələri və gürcü gəncləri arasında münasibətlərin dərinləşməsinə,
yaxınlaşmasına və bir-birlərinin ənənələrinin tanımasına yardım etdi. Arxeoloji
düşərgənin müddəti bir aydır və burada hər il 50 gənc iştirak edir.
•
Beyn
əlxalq qaçqınlar günü ilə əlaqədar Pankisi dərəsində idmanın 8 növü üzrə mədəni
maarif v
ə idman turnirləri təşkil olundu: voleybol, futbol, güləş, stolüstü tennis, qaçış, qol
36
gücü, at yarışı, dama (qızlar arasında). İdman və Gənclərlə İş üzrə nazir yenilənmiş cüdo
salonunda m
əşq edən gəncə idman inventarı təqdim edildi;
•
2016-
cı il ərzində Pankisi dərəsi Duisi kəndində yaşayan 150 gənc üçün cüdo üzrə idman
t
əlimlərinin keçirilməsi davam etdirildi.
•
İdman və Gənclərlə İş üzrə Nazirliyin ÜHHŞ “Uşaqlar və Gənclərin Milli Mərkəzi”
m
əhdud imkanlı, məcburi köçkün və xüsusi ehtiyacları olan şəxslərin inteqrasiyası
proqramları departamenti, “2016-cı il gənclər festivalı” çərçivəsində “Qoridə CYNC
h
əftəsi” və “Pankisidə CYNC həftəsi” layihəsini həyata keçirirdi. Bu layihələr Çoğolo,
Birkiani, Duisi, Axmeta, Qorid
ə, Şavşvebi, Xurvaleti, Karaleti, Tinisxidi, Skra, Variani,
Berbuk v
ə Verxvebi qəsəbələrində şagirdlərin, xüsusilə də məhdud imkanlı və xüsusi
ehtiyacı olan şəxslərin, həmçinin etnik azlıq nümayəndələrinin qeyri-formal təhsil
aktivlikl
ərə cəlb edilməsi və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsini,
yeniyetm
ələr arasında vətəndaş şüurunun yüksəldilməsi , liderlik və qrup qabiliyyət-
v
ərdişlərin formalaşmasını nəzərdə tuturdu. Altproqramlarda Pankisi dərəsi və Qori
yaxınlığımda yerləşən qəsəbələrdə yaşayan etnik azlıq nümayəndələri də iştirak edirdi.
Layih
ədə 13-16 yaş aralığında 70 şagird iştirak etdi.
C
əzaçəkmə və Probasiya Nazirliyinin Penitensiar müəssisində olan bütün məhbusların etnik
m
ənşələrindən asılı olmayaraq, mədəni və idman tədbirlərində iştirak etmək hüququna malikdir.
2016-
cı ilin yanvar ayından bu günə qədər penitensiar müəssisədə 254 mədəni və 39 idman
t
ədbiri keçirildi.
V.
Avrointeqrasiya prosesi haqqında informasiya /maarifləndirmənin yüksəldilməsi
kampaniyası
Dövl
ət Naziri Aparatı, Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələlərində Dövlət
Naziri Aparatı ilə əməkdaşlıq əsasında etnik azlıq nümayəndələri üçün Gürcüstanın
avrointeqrasiya prosesi v
ə bu nöqteyi-nəzərdən əldə edilən faydalar haqqında informasiya
kampaniyasını həyata keçirir:
•
Avrointeqrasiya m
əsələləri ətrafında bir neçə görüş və müzakirələr keçirildi.
Müzakir
ələrə etnik azlıqların məskunlaşdığı regionlarda da: Tbilisi, Kvemo Kartli
(Marneuli, Dmanisi, Zalqa), Samsxe-Cavaxeti (Axalkalaki, Axalsixe, Ninodzminda),
Kaxetid
ə (Pankisi dairəsi) müxtəlif hədəf qrupları ilə: tələbələr və yuxarı sinif şagirdləri,
QHT nümay
əndələri, fermerlər, eləcə də regional media nümayəndələri də daxil oldu.
•
İl ərzində Gürcüstanın Avropa İttifaqına vizasız gediş-gəliş haqqında gürcü, abxaz,
osetin, rus, erm
əni və Azərbaycan dillərində informasiya xarakterli materiallar hazırlandı.
37
İnformasiya xarakterli materiallar Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti
regionlarında erməni, Azərbaycan, rus və gürcü dillərində yayıldı.
•
Hesabat dövründ
ə Avrointeqrasiya mövzusu haqqında (DCFTA və beynəlxalq təhsil
proqramları barəsində) abxaz, osetin, Azərbaycan və erməni dillərində informasiya
xarakterli video çarxlar
hazırlandı. Video çarxlar Dövlət Naziri Aparatının veb-
s
əhifəsində və sosial şəbəkədə (Facebook) yerləşdirildi. Bununla yanaşı, etnik azlıqlar,
diplomatik korpus, beyn
əlxalq təşkilatlar, yerli özünüidarə korpusu və qeyri-hökumət
t
əşkilatlarının nümayəndələri üçün təqdimat keçirildi.
•
Diyar
administrasiyasının dəstəyi ilə Milli İmtahan Mərkəzinin, Daxili İşlər Nazirliyi
Polisinin v
ə ÜHHŞ David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasının iştirakı ilə
Axalsixe şəhəri və Marneuli şəhərində yerli gənclərlə informasiya xarakterli görüşlər
keçirildi. G
ənclər təhsil sistemində mövcud yeniliklərlə , o cümlədən avrointeqrasiya
prosesinin t
əhsil sahəsində təklif etdiyi imkanlarla bağlı məlumatlandırıldılar.
•
El
əcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə Kaxeti regionunda
Avrointeqrasiya prosesind
ə kənd təsərrüfatı istiqamətində ölkədə mövcud yeniliklər,
xüsusil
ə də kənd təsərrüfatı kooperativlərinin inkişafı ilə bağlı müsbət dəyişikliklər
bar
ədə Saqarecoda yerli fermerlərlə görüş keçirildi.
VI.
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı
t
ərəfindən görülmüş işlər
Hesabat dövrü
ərzində Dövlət Naziri Aparatı tərəfindən həyata keçirilmiş tədbirlər:
•
Az
ərbaycan və erməni dili və ədəbiyyatı pedaqoqları üçün beynəlxalq ana dili gününü
qeyd etm
ək üçün rəsmi qəbul təşkil olundu;
•
Gürcüstan Parlamenti Milli Kitabxanasında çeçen və inquş xalqlarının sürgün
olunmasının 72-ci il dönümünə həsr edilmiş gecə keçirildi. Tədbirdə müxtəlif elm
sah
ələrinin nümayəndələri, ictimai xadimlər, Gürcüstan ali təhsil ocaqlarının tələbələri və
Pankisi d
ərəsindən gəlmiş qonaqlar iştirak etdilər;
•
Gürcüstanın müstəqillik gününə həsr edilmiş konsert keçirildi. Tədbirdə Tbilisidən,
Samsxe-Cavaxetid
ən, Kvemo-Kartlidən, Şida Kartlidən və Kaxetidən gənclər iştirak
edirdil
ər;
•
Gürcüstan Parlamenti Milli Kitabxanasında Qafqaz xalqlarının mühacirəti gününə həsr
edilmiş görüş keçirildi;
•
Aparatın təşkilatçılığı ilə Qori və Batumi şəhərlərində multi-etnik incəsənət festivalı “Bir
s
əma altında –mədəniyyətlər dialoqu” keçirildi, hansı ki, 2010-cu ildən bəri keçirilir və
t
ədbirdə Gürcüstanda yaşayan etnik azlıqların istedadlı gəncləri iştirak edirlər. Festivalın
t
əşkilatçılarıdır: Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi, İdman və Gənclərlə İş
üzr
ə Nazirlikləri və yerli özünüidarələr. Festival Gürcüstanın BMT Assosiasiyası
t
ərəfindən dəstəklənir;
38
•
Beyn
əlxalq tolerantlıq gününə həsr edilmiş həftəlik çərçivəsində Tbilisi və Samsxe-
Cavaxeti regionunda g
ənc tələbələrlə Dövlət Naziri Aparatı mühazirə və seminarlar
keçirdil
ər. Həftəlik çərçivəsində Aparatın təşkilatçılığı və Gürcüstanın BMT
Assosiasiyasının maliyyə dəstəyi ilə “Bizim rəngarəng Vətənimiz” foto müsabiqəsi
keçirildi, müsabiq
ədə qalib gəlmiş 13 iştirakçıya qiymətli hədiyyələr verildi. Həftəlik
ç
ərçivəsində Dövlət Nazirinin rəsmi qəbulu təşkil olundu. Qəbula etnik azlıqların,
diplomatik korpus, beyn
əlxalq təşkilatların, yerli özünüidarələrin və qeyri-hökumət
t
əşkilatlarının nümayəndələri dəvət olunmuşdur.
•
Kvareli b
ələdiyyəsinin Tivi, Çantliskuri və Saruso kəndlərinin, eləcə də Telavi
b
ələdiyyəsi Karacala kəndinin kütləvi məktəblərinin birinci sinif şagirdləri ilə, Axmeta
b
ələdiyyəsi Kasrisdğali kütləvi məktəbin şagirdləri ilə görüşlər keçirildi. Aparat işçiləri
uşaqları folklor-yaradıcı xarakterli uşaq ədəbiyyatı ilə tanış etdilər. Gürcüstanın BMT
Assosiasiyasının dəstəyi ilə məktəb kitabxanalarına kitablar, müəllimlərə isə kargüzarlıq
əşyaları toplusu hədiyyə edildi.
•
İl ərzində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri
Aparatı Gürcüstanda yaşayan etnik və dini azlıq nümayəndələrini –həm əhalini, həm də
diplomatik korpusu –milli v
ə dini bayramlar münasibətilə təbrik etmişdi.
VII.
Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi
Gürcüstan müxt
əlif beynəlxalq alətlər çərçivəsində, etnik azlıqların müdafiəsi nöqteyi-nəzərdən
aşağıdakı beynəlxalq öhdəlikləri yerinə yetirir:
•
İrqi diskriminasiyanın aradan qaldırılması komitəsinə (CERD) diskriminasiyanın aradan
qaldırılması haqqında konvensiyanın yerinə yetirilməsi üzrə hesabat təqdim edildi.
Hesabatın müzakirəsi isə 2016-cı il 1 və 2 may tarixlərində keçirildi;
•
Seçicil
ər Komitəsi ötən ilin yanvarında Gürcüstan tərəfindən Milli azlıqların müdafiəsi
üzr
ə çərçivə konvensiyanın yerinə yetirilməsi haqqında ikinci dövri hesabatı dərc etdi.
Qeyd edilmiş hesabatlarda dövlət tərəfindən əldə edilmiş tərəqqi və həmçinin etnik azlıqların
hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası istiqamətində çağırışlar öz əksini tapmışdır.
2016-
cı ilin Fəaliyyət Planının həyata keçirilməsi prosesində Dövlət Naziri Aparatı mülki
sektorla, beyn
əlxalq təşkilatlarla, ölkəyə akkreditə edilmiş diplomatik korpusla, yerli və
beyn
əlxalq ekspertlərlə, Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıqlar Şurası ilə aktiv surətdə
əməkdaşlıq edirdi. Bundan başqa, Dövlət Naziri Aparatı etnik azlıqların kompakt məskunlaşdığı
regionların əhalisi, yerli özünüidarələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə daimi
əlaqədə idi. Eyni zamanda Dövlət Naziri nümayəndələri etnik azlıqların məskunlaşdığı
regionlarda
Aparatın Kvemo Kartli və Samsxe-Cavaxeti regionları üzrə işini koordinasiya
edirdil
ər.
39
2016-
cı ildə Fəaliyyət Planı ilə nəzərdə tutulmuş aktivliklərin, tədbirlərin və layihələrin həyata
keçirilm
əsi məqsədilə Dövlət Naziri Aparatı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və
Gürcüstan BMT Assosiasiyasına (UNAG) “Tolerantlıq, vətəndaş təfəkkürü və inteqrasiyanın
d
əstəklənməsi proqramı” çərçivəsində dəstək göstərirdi.
Document Outline - Giriş
- I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak
- Azsaylı və həssas azlıqların dəstəklənməsi
- Gender meynstriminqi
- Kvemo Kartli regionu diyar administrasiyası tərəfindən görülmüş işlər
- Siyasi qərarqəbuletmə prosesində etnik azlıqların iştirakının təşviqi
- Təhsil məsələləri ilə bağlı informasiya xarakterli görüşlər və maariflənmənin yüksəldilməsi
- İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması
- Etnik azlıqların insan hüquqları və onların müdafiəsi mexanizmləri barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi
- Etnik azlıq nümayəndəsi olan seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi
- Vətəndaş təşkilatları və azlıq icmaları üçün seçkilərin əhəmiyyəti haqqında informasiya kampaniyasının başladılması və seçki mədəniyyətinin gücləndirilməsi yolu kiçik qrantların verilməsi
- Seçki prosedurları ilə bağlı seçki administrasiyası üzvü olan etnik azlıqların hazırlanması
- Etnik azlıq seçiciləri üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi
- Etnik azlıq seçicilərinin məlumatlandırılması kampaniyası
- Media və informasiyanın əlçatanlığı
- Teleyayım
- Radio yayım
- Elektron və çap mediası
- II. Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması
- Sosial səfərbərlik
- İnfrastrukturun reabilitasiyası
- Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər:
- III. Keyfiyyətli təhsilin əlçatanlığının təmin olunması və dövlət dili biliyinin təkmilləşdirilməsi
- Milli tədris olimpiadası
- Məktəb buraxılış imtahanları
- Ali təhsilin əlçatanlığının yüksəldilməsi
- Peşəkar təhsilin və yaşlıların təhsillə təmin edilməsi
- Dövlət dili tədrisinin təkmilləşdirilməsinin dəstəklənməsi
- Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən etnik azərbaycanlı və erməni gənclər üçün gürcü dilinin onlayn/distant şəkildə tədrisi həyata keçirildi. Qeyd edilmiş layihə haqqında məlumatın yayılması məqsədilə, 2016-cı ildə dövlət strukturl...
- IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanması və tolerant mühitin təşviqi
- Teatrların dəstəklənməsi
- Muzeylərin dəstəklənməsi
- Etnik azlıqların mədəni irsinin qorunması və populyarlaşdırılması
- Etnik azlıqların mədəniyyətlərinin dəstəklənməsi
- Mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi
- Kaxeti regionunda dövlət qəyyumu-qubernatoru administrasiyası tərəfindən həyata keçirilmiş işlər:
- Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər
- Tbilisi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər
- Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər
- Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər
- V. Avrointeqrasiya prosesi haqqında informasiya /maarifləndirmənin yüksəldilməsi kampaniyası
- VI. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər
- VII. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi
Dostları ilə paylaş: |